Ardını oxu...
“Ən gənc fəxri ad alan sənətkarlardan biriyəm. Bu mənim məsuliyyətimi daha da artırdı. Daha sonra paxıllıq edənlər, qısqanclıqlar meydana gəldi. Ulu öndər Heydər Əliyev mənə çox gənc yaşımda “əməkdar artist” fəxri adı ilə təltif etmişdi. Hətta ulu öndər biz sənətçilərlə görüşündə də bildirmişdi ki, “mənim qulağıma çatıb və deyirlər ki, çox gənc yaşda olan xanəndəyə fəxri ad vermisən”. O daha sonra əlavə etdi ki, “elə sənətçilər var ki, 40 ildir sənətdədir, amma Azərbaycanın heç bir ölkədə bayrağını dalğalandırmayıb. Amma Simarə Özbəkistana gedib, “Qran-pri” qazanaraq hətta Özbəkistanın xalq artistini də geridə qoydu”. Onun bu sözləri heç vaxt yadımdan çıxmaz. O qədər sevincli, fərəhli idi ki. Özbəkistanın Səmərqənd şəhərində 46 ölkə sənətçiləri arasında “Qran-pri” mükafatına layiq görüldüm və Azərbaycana qalibiyyət qazandırdım. Çox xoşbəxt sənətkaram ki, ilk xeyir-duamı sənətdə ulu öndər verib”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib.

“Hər zaman çalışmışam ki, milli musiqimizi, muğamlarımızı layiqincə təmsil edim. Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam. Sənətkar ailəsindən stimul almalıdır. Onu başa düşən həyat yoldaşı olarsa, sənətdə də uğurlar qazanar. Ailəmdən hər zaman arxayın olmuşam. Məni dəstəkləyən ailəm, həyat yoldaşım olub. Ailədən də mənə dəstək olan həmişə anam olub. Rayon yeri idi, ata, qardaş, əmi və dayılar razı deyildilər, amma anamın ən böyük arzusu idi ki, məni bu sənətdə görsün. Efirlərdə məni az-az görəndə deyirdi ki, gözüm səni axtarır. Narahat olurdu” deyə sənətkar bildirib.

Xanəndə tələbələrindən də danışıb.

“Tələbələrim çoxdur, hamısı da istedadlıdır. Bəzən görürəm ki, bu sənətə heç aidiyyatı olmayan insanlar da gəlmək istəyir. Onlara deyirəm ki, “ay bala, get başqa sənətin qulpundan yapış, bu sənət sənlik deyil”. Bəlkə də o başqa istedadlı bir insanın yerini tutur. Mən onlara çox məsləhətlər verirəm, hətta verilişlərə belə məsləhət görürəm ki, hansına çıxsınlar. Çünki mən özüm də hər verilişə getmirəm, seçim edirəm. Mən sənətdə ilk addımlarımı atanda çalışmamışam ki, ulduza çevrilim. İstəmişəm ki, həmişə öyrənim. Bu gün bir az məşhurluğa qaçmaq istəyənlər daha çoxdur. Hamıda ulduz xəstəliyi var” deyə sənətkar deyib.

“Hansı sənət adamları ilə dostsunuz?” sualına xanəndə belə cavab verib.

“Ən yaxın rəfiqəm anam olub. Ürək sözümü o bilib, onunla bölüşmüşəm. Mənə elə gəlir ki, elə qız anası ilə rəfiqəlik etməlidir. Desələr ki, anan gələcək, onu qarşımda görmək üçün gözümü qırpmadan o biri dünyaya getməyə hazır olaram. O ki, qaldı dostluğa.. Bütün sənətkarlarla, həmkarlarımla münasibətim yaxşıdır. Amma hamı ilə məsafə saxlayıram. Bəzən ürəyimin təmizliyindən hamını özüm kimi bilib, ürək sözümü deyirəm. Sonra peşman oluram” deyə sənətkar deyib.
 
Ardını oxu...
“Uzun illər teatrda çalışmışam, indi də Mingəçevir Dövlət Dram Teatrında çalışıram. Ömür boyu ona pis baxmışam ki, evdə olan qan qaralığı teatra gətirəsən. Çox xırda şeylər məni əsəbləşdirir. O vaxt universitetdə dərs deyəndə tələbələrə əsəbləşirdim. Çünki bu sənətə laqeyd baxırdılar. Mən elə bilirdim ki, incəsənət sahəsində gəlib Cəfər Cabbarlının qəhrəmanları ilə, Şekspirin əsərləri ilə tanınacam. “Moşu” obrazı ilə tanındım. Amma bu rola qədər mən teatrda çox dramatik rollar oynamışam. Bu rollarımı sayanda bir çoxları deyir ki, xəbərsizik. Axı tamaşaları televiziyada göstərmirdilər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.

““Bəxt üzüyü” filmindəki Moşu obrazı məni həm qabağa saldı, həm də arxaya atdı. Hətta bir dəfə filmə dəvət etmişdilər, rejissorlar öz aralarında söhbət edirdilər ki, “Vallah bu Moşu olacaq, sifət Moşudur da”. Yaxşı pyesdir, Vaqif Səmədoğlu yazıb, ürəyini, əziyyətini bura qoyub. Bu obraz elə-belə yaranmadı. Müşahidə etdim. “Moşu”-nun pejamasını teatrın içindəki bir aktyordan götürdüm. Hərədən bir şey götürdüm. Allah rəhmət etsin, böyük şairimiz Zəlimxan Yaqub həmişə mənimlə görüşəndə deyirdi ki, “Moşu mənəm”. “Bəxt üzüyü” filminə bəlkə də heç 5 dəfə baxmamışam. Həmişə göstərəndə deyirəm ki, kanalı dəyişin. Mən özümə niyə baxım ki? Mənim üçün maraqlı deyil, oldu keçdi” deyə sənətkar bildirib.

Valeh Kərimov gənclik illərindəki sevgisindən də danışıb.

“Evlənmək istəmirdim, anam fikir edirdi. Evdə də qadağan etmişdim ki, mənə evliliklə bağlı sual verməyin. İşə gedirdim, görürdüm ki, bacım axşamdan məktub yazıb, cibimə qoyub. O da deyirdi ki, anam fikir edir, Valeh evlən. 32 yaşında evləndim. Azad olmaq, azad yaşamaq istəyirdim. Mən cavanlıqda çox xanımlara vurulmuşam, amma heç kim mənə vurulmayıb. Çünki gənc qızlar gözəllik, yaraşıq axtarırdılar. O da məndə yox idi. Nəyimə vurulsunlar? Şükür Allaha, 3 övladım var. İki oğlan, bir qız” deyə sənətkar bildirib.

Valeh Kərimov xalq artisti Afaq Bəşirqızı ilə tanışlığından da danışıb.

“1975-ci ildə Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrına gəldi. İlk tamaşası da “Komsomol” tamaşasında Humay obrazı oldu. Mən də Gəray bəyi oynayırdım. Bu tamaşadan sonra dostluğumuz yarandı. “Lənkəran xanının vəziri” tamaşasında da birlikdə oynayırdıq. Mən vəziri, Afaq xanım isə vəzirin arvadlarından biri olan Şölə xanımı oynayırdı. Tamaşada belə bir səhnə var ki, vəzirin arvadları savaşır. Mən də o vaxt arıq, çəlimsiz oğlan idim. Afaq xanım savaşa-savaşa birdən məni qucağına alıb, aparıb səhnənin kənarına qoydu. Artist dözə bilər? Afaq xanım səhnədə həqiqətən də çevik və enerjili idi” deyə sənətkar bildirib.
Ardını oxu...
Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2023”) Sərgisi öz işinə başlayıb. "Report" xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgiyə dəstək göstərən qurumlar sırasındadır.

Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, pandemiya dövründə ən çox neqativ təsirlərə məruz qalmış sahələrdən olan turizm sektoru bərpa olunmaqdadır. Bu yaxınlarda pandemiya ilə bağlı tətbiq olunan bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar da sektorun dirçəlişinə müsbət təsir göstərəcək. Üç illik fasilədən sonra keçirilən “AİTF 2023” Sərgisi yerli və xarici şirkətlərə öz xidmətlərini təqdim etməyə imkan verir.

Orxan Məmmədov KOBİA-nın turizm sektorunda fəaliyyət göstərən biznes subyektlərinə göstərdiyi dəstək və xidmətlər, o cümlədən Agentliyin tərəfdaş qurumlarla birgə həyata keçirdiyi kənd qonaq evləri layihəsi barədə də məlumat verib. Əhatə dairəsi genişləndiriləcək layihənin yerli sakinləri sahibkarlıq fəaliyyətinə təşviq etdiyi və gəlirlərinin artmasına müsbət təsir göstərdiyi vurğulanıb.

Qeyd: Yerli və xarici şirkətlərin turizm xidmətlərinin təqdim olunduğu sərgi aprelin 6-dək davam edəcək. Sərgi çərçivəsində ikitərəfli görüşlər, fotosərgi, səyahət blogerləri ilə bağlı tədbir, “Turizm sahəsinin mütəxəssisi ol” mövzusunda panel müzakirə də keçiriləcək.
Ardını oxu...
“İpsos” Araşdırmalar Qrupu “Ən etibarlı məşhurlar” sorğusunun nəticələrini elan edib.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, mərkəz fevralın 6-da Kahramanmaraşda baş verən və 11 vilayətdə dağıntılara səbəb olan zəlzələlərdən sonra “Ən etibarlı məşhurlar” araşdırması aparıb. Sorğunun nəticələrinə görə, birinciliyi zəlzələ bölgəsində xilasetmə işləri aparan AHBAP dərnəyinin qurucusu Haluk Levent qazanıb.
“Məşhurların Güvən İndeksi” araşdırmasında reytinq aşağıdakı kimi sıralanıb:

Haluk Levent – 68%
Muge Anli – 50%
Kenan İmirzalıoğlu – 49%
İlber Ortaylı – 48%
Acun Ilıcalı – 46%
Oğuzhan Uğur – 42%
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür. Kinoda yaratdığı rəngarəng obrazları ilə yaddaşlarda qalan bu gözəl insan artıq 8 ildir aramızda yoxdur.

Muxtar Maniyev 1935-ci ildə aprelin 4-də Bakının Qala kəndində anadan olub.

Lent.az-ın təqdim etdiyi bu yazıda Xalq artistini daha yaxından tanıyacaqsınız.

Öncə aktyor olmağı ağlından keçirməyən Muxtar neft mühəndisliyi üzrə təhsil alır, lakin sonra ikinci təhsil kimi aktyorluğu seçir. Spesifik görüntüsü ona kinoda gözəl rollar yaratmağa imkan verir.

Kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. İnstitutun birinci kursunda oxuyanda "Koroğlu" filmində dəmirçi oğlu Polad roluna çəkilib. Sonrakı illərdə "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində maraqlı obrazlar yaradır, ümumilikdə 157 filmə çəkilir. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var. Hər zaman bakılı kişi ədası öncəlik təşkil edib. Söz düşəndə mən dilsiz ağızsız adama deyirdi. “Ölsəm, bağışla” filmindəki Seyidrza obrazına baxınca buna heç inana bilmirsən. O obrazlarının rəngini, xarakterini almağı, daşımağı gözəl bacaran xarakterik aktyor idi.

Deyilənə görə, çox kinsiz və kövrək adam olub. 81 il yaşayan aktyor fiziki cəhətdən çox güclü olub. Cavanlığında üzgüçülüklə, boksla, güləşlə məşğul olub. Lakin ömrünün son illərində bu güclü adamın iki ayağı da kəsilib.

Uzun illər ürək-qan və şəkər xəstəliklərindən əziyyət çəkən sənətkar bu xəstəliklərə görə ayaqlarını itirib. 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı kəsilir. Elə həmin il dekabrın 22-də həyatını itirir. Vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb.

Deyilənə görə, Allaha qarşı çox şükran bir insan imiş. Ayaqları kəsiləndən sonra aktyor kimi fəaliyyət göstərə bilməyəcəyini bilsə də, hər zaman şükür edib, bunun sınaq olduğunu deyirmiş. Onun ölümündən az sonra elə öz ad günündə nəvəsi dünyaya gəlib. Ailəsi onun ruhunun balaca Muxtarda yaşadığını düşünür.
Ardını oxu...
Dizayner Uill Martin süni intellekt vasitəsilə məşhurların kasıb versiyalarının fotolarını düzəldib.

Publika.az xəbər verir ki, sənətçi bu barədə 3 hissəli paylaşımı İnstaqram səhifəsində edib.

Görüntülərdə İlon Mask, Donald Tramp, Kit Harrinqton, Ancelina Colu, Beyons, Bredd Pitt, Kara Delevin, Barak Obama, Snup Doq, Robert Pettinson, De Vikend, Niki Minaj, Lionel Messi, Roma Papası və başqaları yer alıb.
Ardını oxu...
Türkiyəli aktyor Ozan Güvən şiddət göstərdiyi iddiasiyla məhkəməlik olduğu keçmiş sevgilisi Dəniz Bulutsuz barədə danışıb.

Akyor müsahibəsi zamanı yaxın zamanda məhkəmənin sona çatacağını deyib:

"Hər şey sona çatanda ekranlara geri qayıdacağam. İstəyirəm ki, Dəniz Bulutsuzu bir az araşdırasınız. Nə olduğunu görəcəksiniz. Məhkəmədə şəkillərin fotoşop, montaj olduğu ortaya çıxacaq. Pis günlər geridə qalacaq".(axşam.az)
Ardını oxu...
Beynəlxalq müsabiqələrin qalibi, tanınmış karikaturaçı rəssam Seyran Cəfərli AZAL-ın bilet qiymətlərinin yüksək olması səbəbindən Çexiyadakı sərgisinin açılışına bilet ala bilməyib.

TEREF.AZ bildirir ki, karikaturaçı özü bu barədə Cebhe.info-ya danışıb.

Onun sözlərinə görə, avqustun ilk həftəsində açılışı gözlənilən sərgi üçün gediş-gəliş biletinin qiyməti 1000 (min) manatdan yuxarı olub. Bu da onun imkanlarına uyğun deyil:

"Bunu tək mən demirəm, millət vəkilləri, siravi vətəndaşlar - hər kəs tərəfindən AZAL-ın qiymətlərinin yüksək olması dəfələrlə vurğulanıb. Mənim əsərlərimin avqust ayında Çexiyada sərgisi açılacaq. Təsəvvür edin, sərginin açılışında iştirak etmək üçün gediş-gəliş biletinin qiyməti 1000 (min) manatdan yuxarıdır. Mənim də imkanlarım buna uyğun gəlmir axı. Təkcə mənim yox, əksəriyyətin imkanı bu dəqiqə AZAL-ın qoyduğu qiymətlərə uyğun gəlmir. AZAL hazırda insanların cibini soymaqla məşğuldur. Qonşu Gürcüstan, Türkiyə ilə müqayisə edin, görün, nə qədər qiymət fərqi var.

Bu qədər də olmaz. Mən karikatura sahəsində Azərbaycana 170-dən mükafat gətirən insanam, bir çox ölkələrdə dəfələrlə mənim sərgilərim olub. Bu sahədə ölkəyə bu qədər mükafatı heç kim gətirməyib. Amma mən ölkəni tərk edə, sərgimə gedə bilmirəm. Gedib kiməsə deməliyəm ki, mənə təyyarə bileti alsın? Vallah, ayıbdır. İnsanlar AZAL-ın əlindən dad edir, qiymətləri çox yüksəkdir".

O bildirib ki, Çexiyadakı səfirliyimizə də bununla bağlı müraciət edilib, lakin məktub cavabsız qalıb:

"Mənim sərgimi açan təşkilat qonaqlama və otel xərclərini ödəyir. Amma deyirlər ki, bizim maddi imkanlarımız təyyarə biletini almağa çatmır. Təşkilat bizim Çexiyadakı səfirliyimizə də müraciət edib, amma səfirlikdən neçə müddətdir bir cavab yoxdur. Bəzən öz-özünə peşman olursan ki, hansısa bir sahədə ölkəni təbliğ etmək mənəmi qaldı? Mədəniyyət Nazirliyində quyuya daş atırsan, səs-soraq çıxmır".

O, ölkədə karikatura sahəsinin dəyərləndirilməməsindən də gileylənib:

"Zamanında Qənirə Paşayeva da haqqımda Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Özüm də dəfələrlə müraciət etmişəm ki, mənim fəxri ada layiq görülməyimə haqqım var. Hamısı deyir, haqqın var. Ay qardaş, haqqım varsa, haqqımı niyə vermirsən? Mən gəlib sənə yalvarım, haqqımı istəyim? Cənab Prezident mədəniyyət sahəsində çalışan hər bir insana köməyini göstərir. Yaradıcı insan kimi nə emalatxanam var, nə Prezident təqaüdü. Mən bu sayğısızlıqdan, Mədəniyyət Nazirliyinin yaradıcı insana sahib çıxmamasından ölü kimiyəm. Braziliyadan yazırlar, Seyran, biz Azərbaycanı tanımırdıq, sənin sayəndə bilmişik. Türkiyədən yazırlar, sənə öz ölkən niyə sahib çıxmır? Bu ayıbdır".
 
 
 

“5 il ət yemədim. Guya arıqlayacaqdım. Smetan, kəsmik yeyirdim. İndi amma ət yeyirəm. Bircə xəmir yeməkləri yemirəm”.

Sarkazm.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Zaurla Günaydın” verilişində deyib. Müğənni formada qalma sirrlərini bölüşüb.

B.Dadaşova illər əvvəl Azərbaycan Dövlət Televiziyasından (AzTV) uzaqlaşdırılmasından danışıb:

“1988-ci ildə “Ər igidlər” mahnısını oxudum. Televiziyanın sədri çağırdı ki, 2 ildir işə düzəlmisən, universitetdə oxuyursan, bu nə mahnılardır? Sənə töhmət yazırıq, amma işdən çıxartmırıq. Töhmət ala, ala gəldim çıxdım bu yerlərə. Həmişə mübariz mahnılar oxumuşam, amma gəldilər məni işdən çıxartdılar. “İkiyə bölünən Azərbaycan”, “Xudafərin körpüsü” kimi mahnılar səsləndirmişdim. O vaxt heç kim belə mahnı oxumurdu. Onda mən də öz cəbhəmdə vuruşurdum. Amma gəldi öz cəbhəmiz məni işdən çıxartdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra hər şey dəyişdi. Televiziyada Babək adlı sədr mənə zəng vurdu ki, Ulu öndər tapşırıb hansı ziyalı işdən çıxarılıbsa, yenidən işə götürün. Elə sevindim ki… 100 manat maaş da bizim üçün böyük idi. İndi sağ olsunlar, maaşı da bağlayıblar, AzTV-də maaş da yoxdur”.

Ardını oxu...
“All Fears Bo” filmində rol alan aktyor Xoakin Feniks səhnələrdən birinin çəkilişi zamanı yıxılıb.

Bu barədə filmin rejissoru Ari Aster məlumat verib.

Bu, aktrisa Petti Lyupon ilə gərgin səhnə zamanı baş verib. Rejissor əvvəlcə çox qəzəbləndiyini də gizlətməyib.

Eyni zamanda o, qeyd edib ki, hadisə olduqca “poetik” alınıb.

Xatırladaq ki, “All Fears Bo” filmi anasını ziyarət etmək üçün doğma şəhərinə yollanan paranoidal bir şəxsin hekayəsindən bəhs edir. Ekran əsərinin dünya premyerası aprelin 20-də baş tutacaq.
 
 
 

Dünyapress TV

Xəbər lenti