Ardını oxu...
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin məsul katibi Atababa Hacıbabayev vəfat edib.

Bu barədə Mətbuat Şurasından bildirilib.

Atababa İsmayıl oğlu Hacıbabayev 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 1966-cı ildən başlayaraq mətbuatda bədii əsərlərlə, resenziyalarla, araşdırmalarla və digər janrlı yazılarla çıxış edib. Ömrünün 35 ilini “Ədəbiyyat qəzeti”nə həsr edib.

A.Hacıbabayev çoxsaylı kitabların, tədris proqramlarının müəllifi və redaktoru, həmçinin televiziya və radio verilişlərinin müəllifi olub. Söz sənətində çoxşaxəli fəaliyyət diapazonu ilə seçilib, zəhmətsevərliyi ilə oxucuların, sənət adamlarının dərin rəğbətini qazanmış jurnalist peşəkar teatrşünas, yumorist, pedaqoq və tərcüməçi kimi də tanınıb.

Allah rəhmət eləsin!
Ardını oxu...
 
Ardını oxu...
Zelenski Krivoy Roqa hücumdan sonra rus dilində rusiyalı hərbçilərə müraciət edib, Rusiya təkrar zərbə endirib…

“Siz mülki insanlarla döyüşən zəiflərsiniz, siz döyüş meydanından qacaraq haradasa uzaqlardan zərər vurmaq istəyən əclaflarsınız…”

Ukraynanın Krivoy Roq şəhərinə İnqulets çayında bəndin qismən dağılması, nəticədə şəhərin bir neçə rayonunun su basması və sakinlərin təxliyə edilməsinə gətirib çıxaran dünənki zərbədən sonra Ukrayna prezidenti Vladimir Zelenski rus dilində rusiyalı hərbçilərə müraciət edib.

Sozcu.az xəbər verir ki, bu barədə prezident Ofisinin saytında məlumat verilib.

O, bəyan edib ki, dinc vətəndaşlara hücumlar Rusiyanın uduzacağının daha bir səbəbidir.

“Rusiya təkcə bu müharibəni deyil, tarixin özünü uduzacaq. Tarixi insanlar yazır, insan olmayanlar heç vaxt tarix yaza bilməzlər.

Siz tarixdə kim olaraq qalacaqsınız?

Bu raketlətlə zərbə endirənlər kim olaraq qalacaq?

Bizim torpağımıza gələnlər, kim olaraq qalacaqsınız?

Zəifllər kimi!

Siz mülki insanlarla döyüşən zəiflərsiniz.

Döyüş meydanından qaçaraq haradasa uzaqlardan zərər vurmaq istəyən əclaflarsınız.

Siz tarixdə terrorçu olaraq qalacaqsınız və öz nəvələriniz sizə görə xəcalət çəkəcəklər”, – Ukrayna lideri deyib.

Zelenski əlavə edib ki, Krivoy Roqddakı bəndə raket zərbəsi rusiyalı əsgərlərin mənəvi-psixoloji vəziyyətini xilas edə bilməyəcək.

“Onlar anlayıb ki, komandanlıq yaramazdır və onlar Ukraynada bütün istiqamətlərdə tar-mar olacaq.

Heç bir terrorla Rusiya bunu dəyişə bilməyəcək, çünki terror buna əl atanların yalnız zəifliyini göstərir”, – prezident Ukrayna dilində davam edib.

Xatırladaq ki, dünən axşam Rusiya qoşunları “Kinjal” və “İsgəndər” raketlərilə Krivoy Roq şəhərinin hidrotexniki infrastrukturuna zərbələr endirib.

Nəticədə İnqulets çayında suyun səviyyəsi 2-3 metr qalxıb, 112 evi su basıb.

Gecə bənddə qəzanın nəticələrinin arada qaldırılması üçün tədbirlər görülüb.

Sentyabrın 15-də çayda su axını azalıb, onun səviyyəsi enməyə başlayıb.

Bu gün Krivoy Roq hərbi administrasiyasının rəhbəri Alekdandr Vilkul şəhərə daha bir raket zərbəsi barədə məlumat verib.

“Krivoy Roqa raket zərbəsi endirilib. Sığınacaqlarda qalın. Heç nəyi çəkib sosial şəbəkələrdə yerləşdirməyin”, – o, özünün Telegram-kanalında yazıb.

Son məlumatlara görə, raket zərbəsi sənaye müəssisəsinə endirilib və ciddi dağıntılara gətirib çıxarıb.
Ardını oxu...
Xalq artisti Yasin Qarayev təcrübəsiz əsgərlərin döyüş bölgəsinə göndərilməsinə etiraz edib.
TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, Xalq artisti Yasin Qarayev bununla bağlı şəxsi feysbuk hesabında müdafiə naziri Zakir Həsənova müraciət edib.
Müraciətdə deyilir:
“Çox hörmətli müdafiə nazirimiz cənab Zakir Həsənov!
Xalqın sizdən artıq dərəcədə bir xahişi var! Tabeliyinizdə olan səlahiyyətli nümayənlərə göstəriş verin ki, əsgərliyə çağırılan təcrübəsiz uşaqları doyuş nöqtələrinə göndərməsinlər!!!”.
 
Ardını oxu...
Əməkdar artist Mehriban Xanlarova 40 gün televiziya verilişlərində iştirak etməyəcəyini açıqlayıb.

Bu barədə o, sosial şəbəkədə məlumat verib.

Aktrisa qeyd edib ki, şəhid ailələrinin kədərinə hörmət olaraq bu qərara gəlib: "Düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində həlak olmuş 50 şəhid ailəsinin kədərinə hörmət əlaməti olaraq 40 mərasimləri olmayana qədər televiziya verilişlərinə çıxmayacağam. Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralılarımıza şəfa versin".
 //Teleqraf.com//
Ardını oxu...
Bir neçə türkiyəli məşhur Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 50 hərbi qulluqçumuzun şəhid olması ilə bağlı paylaşımlar ediblər.

Onların arasında Özcan Dəniz, Hadisə, Ebru Gündeş, Acun Ilıcalı, Alişan, Demet Akalın var.

Həmin paylaşımları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Bakı Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş apellyasiya şikayətinə baxılıb.

DİA.AZ xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən və apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd: Nəsimi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri əsassız hesab edərək icraata qəbul etməyib.

Hər iki şikayət ərizəsində Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilmişdi.
 
Ardını oxu...
“Müğənnilərin bir çoxunu bu gün seriallarda, filmlərdə görürük. O zaman aktyorların da bir çoxu oxuya bilər. Bu incəsənətin bir qoludur, ayrı peşə sayılmır ki. Oxumaq da olar, oynamaq da. Bunu nə müğənnilərə, nə də ki, aktyorlara qadağan etmək olmaz. Əgər istedad varsa, niyə də yox?! Məsələn, atam müğənni, xanəndə deyil, amma efirdə bir muğam ifaçısı hansısa qəzəli səhv oxuyursa, onun düzəlişini verir”

TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Xuraman Əlizadə deyib. O daha sonra əlavə edib.

“Mən işləyən insanam, çəkim çox olsa da enerjiliyəm. İş üçün özümü oda-közə vuran biriyəm. Mənim indi elə bir yaşımdır ki, cavanam, iş qabiliyyətim var. Hiss edirəm ki, nəinki daşı-daş üstünə, qayanı da qaya üstünə qoya bilərəm. İndiki tamaşaçılara artıq qalmaqallar, intriqalar maraqlı deyil. Tamaşaçılar indi artıq sənəti üstün tuturlar. Bəzən də əksinə olur. Hanısa məclisə gedirəm, bir də görürəm ki, hansısa sənətçi haqda elə məlumat verirlər ki. Elə sözlər eşidirəm ki. Deyirəm ki, “mənim xəbərim yoxdur, siz hardan xəbər tutursunuz?”. Oturub araşdırırlar, müzakirə edirlər” deyə sevilən aktrisa bildirib.

Xuraman Əlizadə mətbəx bacarığından da danışıb.

“Məxbəxlə aram superdir. Yeməklərim də daddıdır. Xoşlamıram ki, mətbəxdə iş görərkən kimsə mənə müdaxilə etsin. Dəymə mənə, mən artıq onun qədərini bilirəm. Əlimin duzu var. Yeməklərimi də özüm hazırlayıram, paltar, qablarımı da özüm yuyuram, hər bir işimi özüm görürəm. Burada utanılası heç nə yoxdur. Heç vaxt ağlamamışam, naşükürlük etməmişəm, evimiz var, eşiyimiz var” deyə aktrisa bildirib.
 
Ardını oxu...
Dünya şöhrətli amerikalı aktrisa Marşa Hant 104 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.

Marşa Hant 1917-ci il oktyabrın 17-də Çikaqoda anadan olub və yetkinlik yaşına çatmamışdan cəmi bir il əvvəl “Paramount Pictures”lə əmək müqaviləsi bağlayıb.

Marşa Hant "Bu Qlamur Qızlar", "Qürur və qərəz", "Güzəştsiz" və bir çox başqa layihələrdəki rolları ilə tamaşaçılara tanışdır.
 
Ardını oxu...
İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımı şəbəkəsinin yenidən qurulması işləri çərçivəsində Laçın rayonunda yerləşən Laçın Radio-Televiziya Yayımı Stansiyası (RTYS) sentyabrın 9-da istismara verilib.

"DogruXeber.az" xəbər verir ki, stansiyanın işinin müvəqqəti bərpası məqsədilə mövcud 20 metrlik qüllədən və texniki binadan istifadə edilib.

Nəticədə rəqəmsal paketdə 8 TV proqramının (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC, Real TV), Azərbaycan Radiosunun, İctimai Radionun Laçın rayonunda, həmçinin Şuşa və Qubadlı rayonlarının Laçın istiqamətində olan kəndlərində yayımı təmin olunub.

Stansiyanın infrastruktur və yayım imkanlarının artırılması istiqamətində gələcəkdə müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə buna qədər Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan) və Xanlıq (Qubadlı) RTYS-lərin fəaliyyəti müvəqqəti bərpa olunub. Hazırda Şuşa RTYS-dən 10 televiziya, 7 radioproqramın, Kəlbəcər, Mincivan, Xanlıq və Laçın RTYS-lərin hər birindən 8 televiziya və 2 radioproqramın yayımı həyata keçirilir.

Qeyd olunan stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və digər yaxın ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.

Ardını oxu...
“İnsanları güldürmək çətindir, ağlatmağa nə var ki?! Əslində mən dram və kino aktyorluğu fakültəsində oxumuşam. İndiyə qədər yadımdadır ki, 2002-ci ildə səhnədə ilk dəfə dram tamaşasında oynadım. Tamaşa qurtaran kimi hər kəsin ağladığının şahidi oldum. Bəzən öz-özümə sual verirəm ki, mən dramı yaxşı oynayıram yoxsa komediyanı?!”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Müşfiq Şahverdiyev deyib. O daha sonra filmlərə çəkilməyindən danışıb.

“Rejissorlar bəzən elə qiymət təklif edirlər ki, adam aktyor işlədiyi üçün bu sənətə nifrət edir. Aktyor sənətini ucuzlaşdırmaq olmaz. Təbii ki, bunun günahkarı həm rejissorlar, həm də aktyorlardır. Şəxsən mən bazarlıq etməyi sevmirəm. Çünki bazarlıq aktyor sənətini ucuzlaşdırır. Dediyim qiymətə çəkilirəm. İstəyirsən çək, istəmirsən çəkmə” deyə sənətçi bildirib.

“Sosial şəbəkələrdən pul qazana bilirsiniz?” sualına isə aktyor belə cavab verib.

“Sosial şəbəkələrdən pul qazanmaq üçün onunla ciddi məşğul olmaq lazımdır. Biz də iş-güc adamıyıq, bütün günü çəkilişlərdə oluruq. Canlı yayımlar açmaq lazımdır, insanları dəvət etmək lazımdır. Yutubda layihə edəndə ordan az da olsa qazanıram. Bilirsiniz ki, baxış sayı çox olmalıdır. İnsanların baxması üçün də onları təəccübləndirmək lazımdır. Bu gün isə insanları təəccübləndirmək çətindir, hətta müşkül məsələyə çevrilib” deyə aktyor bildirib.

Dünyapress TV

Xəbər lenti