Ardını oxu...
ABŞ-ın keçmiş prezidenti Barak Obama “Netflix”in “Bizim Böyük Milli Parklarımız” (2022) sənədli serialındakı roluna görə “Ən yaxşı hekayəçi” nominasiyasında “Emmi” mükafatını alıb.

Bu barədə məlumat ABŞ Televiziya Elmləri və İncəsənəti Akademiyasının rəsmi saytında dərc olunub.

Məlmata görə, Obama mükafatı dünyanın milli parkları və onların vəhşi təbiətindən bəhs edən beş seriyalı serialın birinci seriyasının səslərdirilməsinə görə qazanıb.

Qeyd edək ki, “Emmi” mükafatı 1949-cu ildən bəri Hollivudda (Los-Ancelesdə)təqdim olunur. Hazırda o, televiziya sahəsində ABŞ-ın əsas mükafatı sayılır.

Mənbə: TASS
 
Ardını oxu...
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəzi rusiyalı sənətçilərin Ukraynadakı hərbi əməliyyatlara görə ölkəni tərk etdikdən sonra qəbuledilməz bəyanatlarla “reputasiyalarını ləkələdiklərini” bildirib.

Kreml sözçüsünə görə, “ədəbsiz və hamı üçün qəbuledilməz” bəyanatlar verənlər, qalan rusları da yoldan çıxıblar.

Peskov “belə yolunu azanlar” arasında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı çıxan yumorist Maksim Qalkinin də adını çəkib.

Maraqlıdır ki, Peskov Qalkinin həyat yoldaşı, müğənni Alla Puqaçovadan bircə dənə də olsun dövlət əleyhinə ifadə eşitmədiyini bildirib. Amma Allanın əri Maksim... “bəli, o, bizimlə eyni yolda deyil, o çox pis ifadələr işlədib. Amma ona qarşı da indiyə qədər səlahiyyətli orqanlarımızdan heç bir reaksiya görməmişəm, lakin bəyanatlarında o, hamımızla düşmənçilik edir”.

Peskov, həmçinin prezident Vladimir Putinin Puqaçova ilə bağlı “tamamilə normal” olduğunu bildirib.

Kreml sözçüsü onu da xatırladıb ki, onlar bir-birlərini tanıyırlar və bir neçə dəfə görüşüblər.
mənbə:TASS
 
 
 
Ardını oxu...
Böyük sənətkar, teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, pedoqoq, Əməkdar artist Həsən Əblucun qızı Elnaz Əbluc atasının başına gətirilənlərdən yazıb.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə bununla bağlı paylaşım edən Elnaz Əbluc indiyə qədər məlum olmayan faktları açıqlayıb.

“Hərdən bu ölkədə çəkdiklərim ürək ağrısına qədər mənə təsir edir. Sonra isə düşünürəm mən kiməm ki? O boyda sənətkar Həsən Əbluca nələr etmədilər?!

“Əməkdar artist” adını almaq üçün dəfələrlə son anda adını siyahıdan sildilər. Neçə dəfə silinəndən sonra atam İrandan gəldiyinə görə onun adını ayrıca “Qızıl xaç” komitəsi təqdim etmişdi və o ad veriləndə siyahıdan adının silinməyi üçün çalışanlar məəttəl qalmışdılar ki, necə bu ad ona verildi?

10 il ailəsi ilə kirayədən –kirayəyə köçən, əşya yığmaqda peşəkarlaşan atama axırda bir mənzil göstərdilər. O da sevinmişdi ki, axır ki, evi olacaq.

Yenə son anda tapşırıqla o mənzil bir aktrisaya verildi. Axırda yenə “Qızıl xaç” bu işə baş qoşur və 10 ildən sonra atama balaca mənzil verilir.

Orda da illərlə atam su daşıdı. Ayrı bir iş otağı olmadığı üçün gecələr mətbəxdə səhərə qədər oturub ssenarilər yazdı, tərcümələr etdi.

Dəfələrlə hazırladığı tamaşaların 90 faiz işi görüləndən sonra onu əsəbləşdirib elə vəziyyətə saldılar ki…Demək olar hazır tamaşanı atıb gedirdi. O tamaşa da verilirdi digər rejissora…

İllərlə İsveçrədən nazirliyə məktub göndərilib xahiş olunurdu ki, Həsən Əblucu göndərin. Atamın əvəzinə “Yox” cavabı verib, yerinə başqa aktyorları göndərirmişlər.

Atamın vəfatından iki ay öncə həmin İsveçrədəki adamlar evimizə qonaq gəldilər və söylədilər: “Neçə ildir sizi dəvət edirik, niyə imtina edirsiniz?”. Atam da “Mənim heç nədən xəbərim yoxdur” –deyəndə onlar şoka düşdülər. Danışdılar ki, sənədləri düzəldək gəlin ora. İki ay keçmədi, atam rəhmət getdi. O adamlara da pis təsir etdi. Neçə ildən sonra gəlib onu tapasan və bu səfər ölüm imkan verməyə…Hansını deyim?”- deyə Əbluc bildirib.

 
 
 
Ardını oxu...
Gürcüstanın paytaxtı Tbilisidə rusiyalı sənətçilər – Maksim Qalkin, Valeri Meladze və Andrey Makareviçin konsertləri ləğv edilib.

Rusiyalı sənətçilərinin konsertləri Tbilisinin İdman Sarayında keçirilməli idi.

İmtinaya səbəb kimi konsert zalında təmir işlərinin başlaması göstərilib.

Hələlik Gürcüstanın Mədəniyyət Nazirliyi konsertin keçirilməsinə qoyulan qadağını rəsmi olaraq şərh etməyib.(Mənbə: Biletebi.ge)
 
Ardını oxu...
Bu gün aktyor Fazil Salayevin anım günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Cənubi Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.

Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.

Rəssamlığın sonuncu kursunda, 23 yaşı tamam olanda isə atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.

Ancaq Fazil sənədlərini ovaxtkı Teatr İnstitutuna verir. Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto idi. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı. Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra dram teatrından gedir. Musiqili Komediya Teatrında işə düzəlir.

1966-cı ildə Həsən Seyidbəyli “Sən niyə susursan” filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki “Qırçı Məhəmməd” rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır.

Həyat yoldaşı Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:

“Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqda danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hamısı evdəydi. Onun piano çalmağı, oxumağı aləm idi. Hədsiz istedadlı idi. Açıq-saçıq danışan, əhli-kef idi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc… Bir az da cavanlığı idi, indiki ağlım harda idi. Necə deyərlər, çox fərqimiz vardı”.

Xalq artisti Yaşar Nuri müsahibələrinin birində aktyor haqqında deyir:

“Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Salayevin fəxri adı “filan aktyor” idi. “Muskomediya”da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə cərəyan vurur bunu, ölür. Zal onun “ölməyinə” iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı… Onun “Şərikli çörək” filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans… O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı”.

Deyilənlərə görə F. Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur, ac qalır. İsrafil İsrafilov Fazil Salayev haqqında deyir:

“Salayevin başlıca səhvi isə heç şübhəsiz ki, içkiyə meyilli olması idi. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibi idi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu “Azdrama”dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi “Muskomediya”, necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra “Azdrama”ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı”.

Fazil Salayevin küsülü olduğu həmkarı olmasa da, “Azdrama”da xoşu gəlmədiyi bir nəfər varmış. İsrafil İsrafilovun dediklərindən:

“Heç kimlə küsülü deyildi, ancaq xoşu gəlmədiyi adamlar var idi. Məsələn, teatrın rekvizit sexində işləyən bir nəfərin Fazilin “Azdrama”dan getməyində böyük “rolu” olmuşdu. O, təkcə Fazili yox, Səməndər Rzayevi də rəhbərliyə “satırdı”. Çünki hər ikisi tamaşalara içkili gəlirdilər. Aktyorların əksəriyyətinin belə qüsurları olub”.

Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.
 
Ardını oxu...
Türkiyəli aktyor Kenan Çobanın yeni layihəsi bəlli olub.

Sozcu.az xəbər verir ki, aktyor “TRT1″də yayımlanacaq “Teşkilat-ı Mahsusa” serialında rol alacaq. Ekran işinin ümumilikdə 8 bölümdən ibarət olması planlaşdırılır.

Qeyd edək ki, Kenan “Kurtlar vadisi”ndəki “Abdülhey Çoban” obrazı ilə məşhurdur.
Ardını oxu...
Məşhur aktrisa Şarlbi Dian Kriek dünyasını dəyişib.
Bakupost.az xarici mətbuata istinadən bildirir ki, 32 yaşlı aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb. Onun ölümünə hansısa xəstəliyin səbəb olduğu ehtimal edilir.
Cazibədar aktrisa 2008-ci ildə avtomobil qəzası keçirib və uzun müddət müalicə almalı olub.
Qeyd edək ki, Şarlbi 75-ci Kann Film Festivalında "Qızıl Palma" mükafatına layiq görülən "Triangle of sadness" ("Kədər üçbucağı") filmində baş rolu canlandırmışdı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
TƏBİB Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, Xalq artisti Ənvər Həsənov 28.08.2022-ci il tarixində bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. Xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb. Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək.

Xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Sosial şəbəkədə yayılan Ə.Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir.
Ardını oxu...
Prezident İlham Əliyev Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.
 

Dünyapress TV

Xəbər lenti