Ardını oxu...
Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdi bıçaqlı hücuma məruz qalıb.

TEREF Qaynarinfo-ya iistinadən xəbər verir ki, bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məşhur yazıçı və məşhur "Şeytan ayələri” kitabının müəllifi (İslam Peyğəmbərini tənqid edən kitab) Salman Rüşdi bu gün axşam Nyu Yorkun qərbindəki Çattanoga İnstitutunda çıxış etməzdən əvvəl hücuma məruz qalıb.

Rüşdinin spiker stendinə hücum edən şəxs həbs edilib.

Yazıçı xəstəxanaya aparılıb.

Hücum edənin kimliyi və motivi barədə hələ ki, dəqiq məlumat yoxdur.

Qeyd edilir ki, İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyni 1989-ci ildə "Şeytan ayələri" kitabını yazdığına görə Rüşdinin öldürülməsinə fətva verib.
 
Ardını oxu...
 
Aras Bulut İynemli "Öyle Bir Geçen Zaman" serialı ilə aktyorluğa addım atsa da, əslində uçuş mühəndisi təhsili alıb.
Türkiyə mətbuatı xəbər verir ki, o, aktyor olmaq üçün mühəndis ixtisasından imtina edib. 
Qeyd edək ki, "Muhteşem Yüzyıl", "İçerde" və "Maral Mənim Gözəl Hikayem" kimi bir çox serialda baş rolu canlandıran Aras Bulut İynemli tezliklə Atatürk serialı ilə ekranlarda olacaq. 
Ardını oxu...
Azərbaycan Konstitusiyasının 77-ci madəsinin 14-cü bəndinə əsasən tikinti şirkətləri hər hansı ərazidə, xüsusən 1 hektardan çox olan sahədə tikinti işləri apararkən dərhal Elmlər Akademiyasının müvafiq institutlarına, o cümlədən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna məlumat verilməlidir, əks təqdirdə həmin şirkət məsuliyyət daşıyır. Bu qanun əslində tariximizi, keçmişimizi və gələcəyimizi qoruyur.

Amma tikinti şirkətləri bu tələblərə əməl etmir. Elə bu günlərdə Daşkəsəndə tarixi abidənin qismən dağıdılması da bu məsuliyyətsizliyin ucbatından baş verib.

“Daşkəsən rayonunun Çovdar kəndi ərazisində inşa edilən qızıl mədəninin tikintisi zamanı bir neçə daş qutu qəbirlər ziyan görüb.”. TEREF xəbər verir ki, bu barədə məlumatı Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev müxbirimizlə söhbətləşdiyi zaman deyib.

Əldə etdiyimiz məlumata görə, Türkiyənin "Maqro Construction" MMC şirkətinin Azərbaycan nümayəndəliyi Çovdar kəndi ərazisində qızıl mədəninin inşasına start verib, bu məqsədlə şirkət mədənin inşası üçün 20 hektara yaxın ərazidə böyük su anbarı və onun ətrafında tikinti-quraşdırma işləri aparır. Tikinti işləri zamanı buradan bir neçə daş qutu qəbirləri aşkar edilib və bu qəbirlərə qismən ziyan vurulub ancaq şirkət bundan sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna məlumat verib.

İnstitut rəhbərliyi də dərhal 5 nəfərlik elmi heyətin Daşkəsən rayonuna göndərilməsini təmin edib.

Qrupun rəhbəri Qəhrəman Ağayev Çovdar kəndi ərazisində qızıl mədəninin inşası zamanı aşkar edilən 3 daş qutu qəbrin qismən zərər gördüyünü qeyd etdi.

Qəhrəman Ağayev deyir ki, orda zərər görmüş 3 qəbirdən başqa, 2 saf qalmış qəbirlərdə aşkar edilib. Onların qrupu bu yaxınlarda bu qəbirləri öyrənmək üçün ora gedəcək və onda zərər görmüş qəbirləridə bərpa edəcəklər.

Sonda arxeoloq-alim həyəcan təbili çalaraq bildirdi ki, Azərbaycanda tikinti şirkətlərinin heç biri Konstitusiyamızın 77-ci madəsinin 14-cü bəndində yazılan maddəyə riayət etmir:

“Bu vaxta qədər aparılan bütün inşaat işlərində şirkətlər ancaq tikinti işlərinə başladıqdan və ərazidə hər hansı tarixi abidəyə zərər vurduqdan sonra bizə müraciət edirlər. Onda isə çox gec olur, biz qazıntı yerində zədələnmiş arxeoloji abidə tapırıq və bu da tariximizi mükəmməl öyrənməkdə, tam tədqiq etməkdə bizə çətinlik yaradır. Axı bu bizim keçmişimiz və həmdə gələcəyimizdir. Buna son qoymaq lazımdır, mən səlahiyyət sahiblərinə müraciət edərək çatdırmaq istəyirəm ki, tariximizə biganə yanaşmasınlar, buradakı hər maddi sübut bizim kimliyimizi, bu torpağa varisliyimizi sübut edir. Düşmən dəyirmanına su töküb, elmimizi bu bilgilərdən məhrum etməsinlər. Baxın indi Bakı - Quba yolunu yenidən inşa edirlər, onlar bizim xəbərimiz olmadan oraları qazır, torpaq daşıyırlar və bu zaman necə necə tarixi abidələrimizi məhv edə biləcəklərini heç fikirləşmirlər!! Axı Prezident dəfələrlə deyib ki, biz tarixi abidələrimizi qorumalıyıq! ”.
Teref.az
Nurəddin Xoca
 
 
 
Ardını oxu...
“Azərbaycanda Mədəniyyət Nazirliyinin pis vəziyyətə gətirilməsini Əbülfəs Qarayevlə bağladılar, amma belə deyildi. Azərbaycanda rüşvəti Mədəniyyət Nazirliyinə gətirən məhz Polad Bülbüloğlu idi. O, nazirlikdə rüşvətxorluğu sistem halına salan şəxs idi...”

Bu sözləri Yenisabah.az-a Xalq artisti Akif İslamzadə deyib. Azərbaycan mədəniyyətinin bugünkü durumu barədə fikirlərini bölüşən sənətçi vəziyyətin acınacaqlı olduğunu bildirib:

“Mədəniyyət naziri dəyişəndən sonra konkret dəyişiklik olduğunu deyə bilmərəm. Heç mən onları tanımıram. İnandırım sizi ki, mən hazırkı Mədəniyyət nazirinin nə adını, nə də soyadını bilirəm. Heç bilmək də istəmirəm!

Mədəniyyətdə problemlər çoxdur, bu gün bunlar müzakirə olunmur, KİV-lər, sosial şəbəkələr qeybətdən, qadına məxsus söhbətlərin müzakirəsindən kənara çıxa bilmir”.

A. İslamzadə həmçinin son dövrlərdə mediada bəzi sənətçilərin efirə çıxmaq üçün qonorar istəməsi ilə bağlı tələblərini də doğru hesab edib:

“Fondda 80-dən artıq mahnım var, hələ indiyə qədər bir qəpik belə almamışıq.

Gedin, telekanallardan soruşun görün televiziyalarda çıxış edən müğənnilərin hansının pulunu ödəyiblər? Barmaqlarını qatlayıb bir müğənni adı çəkə bilərlərmi? Niyə ödəmirlər?

Bu gün bizim cəmiyyətdə ən çox haqqı tapdalanan zümrə məhz musiqiçilərdir. Mən 30-40 ildə hər halda ən azı 100 dəfə televiziyalarda çıxış etmişəm, haçan pulumu ödəyiblər? Söhbət tək məndən getmir, istəyirsiniz, Eyyub Yaqubovdan, Flora Kərimovadan, Aygün Kazımovadan soruşun, görün, haçansa telekanalda qonaq kimi dəvət olunub çıxış etdikləri zaman onlara pul ödənilibmi? Bunları demək lazımdır”.
 

Ardını oxu...

Avqustun 9-dan etibarən Azərbaycan Hava Yolları Bakı ilə Hindistanın paytaxtı Dehli arasında birbaşa uçuşlara başlayıb.

 

Hindistan Bakıdakı müvəqqəti işlər vəkili Vinay Kumar avqustun 10-da Heydər Əliyev Beynəlxalq Hava Limanında Dehlidən Bakıya ilk birbaşa reyslə gələn sərnişinləri qarşılayarkən, reyslərin həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Dehliyə, çərşənbə və şənbə günləri isə Dehlidən Bakıya həyata keçiriləcəyini bildirib. Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuş təxminən 4 saat çəkir.

 

Bollivudun bir sıra məşhur simaları Dehlidən Bakıya ilk uçuşla gəliblər. Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında ənənəvi Azərbaycan rəqsləri ilə qarşılanıblar. Tədbir zamanı Vinay Kumar iki ölkə arasında sıx tarixi və mədəni əlaqələrin olduğunu qeyd edərək, iki ölkə arasında birbaşa aviareyslərin iqtisadiyyat, mədəniyyət və turizm kimi müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

 

Diplomat vurğulayıb ki, daha sürətli və rahat nəqliyyat əlaqəsi, eləcə də asan elektron viza prosedurlarının köməyi ilə daha çox azərbaycanlı turistlər Hindistanda çoxsaylı təbii-landşaft obyektləri, zəngin təbii və milli irs, tarixi, coğrafi və mədəni müxtəlifliklər də daxil olmaqla cəlbedici turizm istiqamətlərinin geniş müxtəlifliyindən faydalana bilərlər.

 

2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 739,10 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-iyun ayları ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 107,7 faiz artaraq 895,95 milyon ABŞ dolları həcmində olub. Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir.

 

Vinay Kumar əlavə edib ki, iki ölkə arasında birbaşa aviareysin açılması ikitərəfli ticarəti daha da inkişaf etdirəcək.

Ardını oxu...
Fransada meymunçiçəyi xəstəliyinə 2 600-dən çox yoluxma qeydə alınıb.Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, qərbi Avropa ölkəsində təkcə son bir həftədə infeksiyaya 362 yoluxma halı aşkarlanıb.

Təsdiqlənmiş yoluxma hallarının 99 %-i kişilərdə qeydə alınıb.

Bu arada, Fransada COVID-19 da sürətlə yayılmaqda davam edir. Təkcə son 24 saat ərzində 812 nəfər koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 87 nəfər vəfat edib. Bir gün əvvəl 66 nəfər virusdan ölüb.

Meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış yoluxucu xəstəlikdir. Onun əlamətləri ürəkbulanma, qızdırma, səpki, qaşınma və əzələ ağrısıdır.
 
Ardını oxu...
Aktyor Eşton Katçer onu az qala kor qoyacaq, eşitmə və yerimə qabiliyyətindən məhrum edəcək nadir xəstəliyi barədə ilk dəfə danışıb.

Bu barədə məlumatı o, “National Geographic”in “Bear Qrilslə vəhşi təbiətdə: Çağırış” (“Running Wild with Bear Grylls: The Challenge”) şousunun yeni seriyasında bölüşüb.

“İki il əvvəl görmə, eşitmə qabiliyyətimi, bütün motor aparatımı sıradan çıxaran vaskulit xəstəliyinin qəribə, çox nadir formasına tutuldum”, - deyə o bildirib.


Qeyd edək ki, vaskulit - qan damarlarının iltihabına səbəb ola biləcək nadir autoimmun xəstəlikdir. Qan axınının məhdudlaşdırılması bəzi hallarda orqan və toxumaların zədələnməsinə səbəb olur.

“O yox olana qədər dərk etmirsən… Deyənə qədər ki, bir daha görə biləcəyəmmi, bir daha eşidə biləcəyəmmi, yenidən gəzə biləcəyəmmi?.. Mən sağ olduğum üçün şanslıyam”, - deyə Eşton etiraf edib.

Hollivud ulduzu Mila Kunis ilə evli olan və iki övlad böyüdən aktyor hazırda tam sağalıb. O, heç bir sınağın uğuruna mane olmasına imkan verməyəcəyini deyib.
Ardını oxu...
Ardını oxu...
Mənbə: Spletnik
 
 
 
Ardını oxu...
Sakinlər keçmişimizi bacardıqları qədər qorumağa çalışırlar, bircə qalır dövlətin əl uzatması

Paytaxt ətrafındakı çoxsaylı yaşayış məntəqələri sırasında Fatmayı kəndinin özünəməxsus yeri və çəkisi var. Bu sırada Fatmayının yerini və çəkisini yalnız kəndi payi-piyada gəzməklə, sadə insanlarıyla səmimi şəkildə görüşüb fikir mübadiləsi aparmaqla müəyyən etmək olar.

Qədim və darısqal küçələrini gəzdikcə kəndin hansı zəngin tarixə və maddi-mədəni irsə sahib olduğunun şahidi olursan. Bir tərəfdən kənd sakinlərinin səmimiyyəti, digər tərəfdən səmimiyyətin yaratdığı mənəvi zənginlik, habelə maddi-mədəni irsin güvəndiyi qədim tarix kəndin dəyərini hər zaman artırmış olur.

Kinomuzun qızıl fondunda özünəməxsus yeri olan “Axırıncı aşırım” və “Yeddi oğul istərəm” filmlərinin çəkildiyi küçələrlə addımladıqca hər kəs xəyalən özünü o illərdəki proseslərin sanki aktiv iştirakçısı kimi hiss edir.

Beləliklə, kəndin ağsaqqallarıyla Fatmayı haqqında danışırıq.

Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirlinin təşkilatçılığı ilə kənd ağsaqqalları olan Hacı Səyavuş Əliyevlə və İsabala İsayevlə görüşdüm. 74 yaşlı Hacı Səyavuş Əliyevlə kəndin vaxtı ilə xırmanı olmuş ərazisində, 86 yaşlı İsabala kişiylə kəndin Əlbətdilər məhəlləsindəki evində görüşdük.

Hacı Səyavuşla bir saata yaxın davam edən söhbətdə kəndin tarixinə, maddi-mədəni irs nümunələrinin mühafizəsinə və bu günədək qorunan adət-ənənələrinə toxunsaq da, söhbətə ilk olaraq kəndin adının necə yaranmasıyla başladıq.

Beləliklə, ağsaqqalın fikrincə, kəndin adı onun coğrafi baxımından yerləşdiyi strateji əraziylə bağlıdır. Yəni Abşeron yarımadasının məhz bu hissəsində daim meh əsməsi, üstəlik dəniz səviyyəsindən 54 metr hündürlükdə yerləşməsi Fatmayı kəndinin bir növ üzünə “gülüb”. Habelə kəndin ən hündür yeri olan “Pirsarvan” ziyarətgahının həndəvərində günün istənilən saatında meh əsdiyindən belə güman etmək olar ki, Fatmayı kəndinin adı da məhz “Fəth Mehi” və ya “Mehin fəth etdiyi yer” kimi izahı verilə bilər.

Sözsüz ki, bu bir ehtimal olsa da, əslində həqiqətə daha yaxın olduğunu güman etmək olar. Ağsaqqalın fikrincə, kəndin adının Peyğəmbərin qızı Fatimeyi-Zəhra ilə bağlanılması düz deyil: “Bu gün hər bir ziyalının əsas vəzifəsi tariximizin olduğu kimi təqdim edilməsinə çalışmaq olmalıdır. Qədim tarixi qələmlə deyil, həm də daşlar, qayalar üzərində həkk etməklə yazırlar. Bu gün İçərişəhərdə sərgilənən bəzi üstü yazılı qədim daşların əksəriyyəri məhz Fatmayıdakı qədim qəbiristanlıqdan aparılıb. Hətta daşlardan birinin üstündəki yazı əski əlifba ilə yazıldığından, oxunması mümkün olmadığı üçün geri qaytarılmışdı”.

Hacı Səyavuş deyir ki, istər 18-ci, istərsə də 19-cu əsrdə kəndin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Abşeronda ən çox münbit torpaq məhz Fatmayı kəndinin payına düşür. XIX əsrdə kənddə formalaşan əsilzadə bəylərdən olan Rza bəy, Əhməd bəy, Səlim bəy və digər bəylərin əsas məqsədi kəndin məhz münbit torpaqlarını qorumaq olmuşdu. Bunun üçün adıçəkilən bəylər var qüvvələriylə çalışmışlar.

Hazırda kənddə beş məscid fəaliyyət göstərir ki, onun üçü ötən əsrdə istifadəyə verilib. Ancaq bir məscidimizin tarixi lap qədimlərədək gedib çıxır. Qədim qəbiristanlığmızdan aparılan daşların üzərindəki yazılara inansaq, kəndin altı yüz ildən artıq yaşı var. Hələ Şah Abbas dövründə inşa edilən iki karvansaray, qədim hamam, bir ovdan, bir neçə dəvəxana (dəvə saxlanılan yer) yarıuçuq vəziyətdə olsa da, bu günümüzə gəlib çatıb.

İyirminci əsrin yetişdirdiyi şəxsiyyətlər arasında Qara Qarayevlə, çoxsaylı həkimlər bəxş edən Səlimxanovlarla kəndimiz fəxr edir. Hətta dövlətə daim sədaqətlə xidmət etmiş, lakin müəyyən zaman kəsiyində “bəxti gətirməyən” məmurlarımızı da bura əlavə etsək, onda böyük bir siyahı alınar.

Kəndin torpağı məhsuldar olduğu kimi, insanları da Vətəninə, dövlətinə daim sədaqətlə xidmət edərək məhsuldar işlərlə məşğul olublar. Uzun illər mədəniyyət naziri işləmiş Əbülfəz Qarayevin bu kəndə bir xeyri yalnız qədim məscidimizin bərpasını həyata keçirmək olmuşdu. Amma iyirmi il ərzində çox iş görmək olardı. Qədim abidələrimizin dövlət siyahısına salınmasından başlamış, onların bərpasına və mühafizəsinədək. Bu gün Fatmayı abidələrinin bir qisminin baxımsız vəziyyətə düşməsində hər birimizin - vətəndaşlarımızın və bu işə məsul olan məmurlarımizin öz günah payı var. Nə isə...

Deməliyəm ki, 1973-cü ilədək fəaliyyətdə olmuş Fatmayı hamamının bu gün qəzalı vəziyyətə düşməsi hər birimizi narahat edir. XIX əsrə aid edilsə də, hamamın tarixinin hələ çox qədimlərə getdiyini ehtimal etmək olar. Qara neftlə və xüsusi qurğularla qızdırılan hamamın tarixinin öyrənilməsi, Abşeron yarımadasında xüsusi quruluşu ilə seçilən hamamın bərpası bü gün hər bir fatmayılının ürəyincə olardı.

Kənd ağsaqqalı ilə söhbət zamanı Bakı tarixində önəmli hadisələrin bir çoxunun öz başlanğıcını Fatmayı kəndindən götürməsinə, keçmiş sovet lideri İosif Stalinin Xəzər dəniziylə kəndə gəlişinə, keçmiş inqilabçılardan olan Dadaş Bünyadzadə ilə əlaqəli maraqlı əhvalatlara da yer ayırdıq. Hacı Səyavuşla söhbətə belə yekun vurduq:

“Dünyada bütün məqamlar üçün ölçü vahidi var. Sadalamaq istəmirəm. Ancaq tarixin ən dəqiq ölçü vahidi zamandır. İnanıram ki, müəyyən zaman çərçivəsində Fatmayı abidələrinin tədqiq edilməsi, qorunması və bərpası müvafiq orqanların da diqqətini çəkəcək”.

Söhbətimiz elə bir ab-havada davam etmişdi ki, bir saatın necə keçdiyini hiss etmədim. Hacı Səyavuşla sağollaşıb ikinci görüşə tələsirəm.

İsabala İsayev 19 yaşından 70 yaşadək işləyib, 16 ildir təqaüddədir. Əmək fəaliyyətinin qırx ilini isə təcili yardım maşınını sürməklə keçirib. Bu gün kəndinə, camatına yararlı vətəndaş olmağıyla fəxr edir. 1958-ci ilin buraxılışı olan və 1973-cü ildə aldığı “QAZ-21” markalı “Volqa”sıyla bu gün də xidmətini davam etdirir.

Kəndin məhəllələlərindən danışan həmsöhbətimin maraqlı fikirləri bu məqamda diqqətimi çəkdi:

“Kəndimizin Rəhmanlılar, Gödəklər, Poladlılar, Əlbətdilər, Kolanlılar və Keçəllər məhəllələri var. Bu məhəllələrin hər birinin öz xarakteri olsa da, məqamında bir-birrini tutmağı bacarır.

Kəndimizin zəngin maddi-mədəni irs nümunələri var. Amma Fatmayı hamamının əvəzi yoxdur. Hamamın içərisinə bir neçə pilləkən düşməklə daxil olurdun. Yəni hamamın yarısı yerin altında idi. Özünün kanalizasiya xətti, su quyusu, suyu qızdırmaq üçün gülxanı, yəni qazanxanası var idi. Hamamda eyni zamanda ona yaxın insan çimə bilərdi.

Toyu olan bəyin hamam günü isə maraqlı bir dəstgah idi. Əvvəlcədən bəy evində buna hazırlıq gedir, qohum-əqraba hərəsi bir xonça bağlayıb gətirərdi. Sonra sağ və sol yoldaşıyla hamama gedərdilər.

Bu gün bir çox adət-ənənələrimizi qoruyub saxlaya bilməyimizə sevinirəm. Kəndin qədim hamamının bərpasını görmək ən böyük arzumdur. İki böyük gümbəzi, havalandırma sistemi, təbii işıqlandırması - bütün bunlar həm də qədim memarlıq nümunəsidir. Belə abidələrimizi qorumalı, mühafizə etməli, bərpa etməkliyik ki, gənc nəsil də onu növbəti illərə layiqincə ötürmüş olsun”.

İsabala kişigildə çay süfrəsinə oturası olduq. Az qala bir an içində süfrə üstünə düzülən çoxsaylı nemətləri və gözəl dəmlənmiş çayın ağsaqqalın məhz oğul nəvəsi tərəfindən gətirilməsi diqqətimdən yayınmadı. Xanımların mətbəxdə hazırladıqlarının süfrəyə oğul nəvəsi tərəfindən gətirilməsi və səliqə ilə masaya düzülməsi Fatmayı kəndində bir çox adət-ənənələrin layiqincə qorunduğundan xəbər verir. Bununla yanaşı qonaq getdiyimiz evə bələdiyyə sədrinin “əli dolu” getməsi də hər halda kənddə formalaşan və qorunan ənənələrdən hesab edilməlidir.

Beləliklə, Balaxanı və Ramana kimi qədim qəsəbələrdə mədəni irsimizin qorunmasıyla bağlı dövlət tərəfindən həyata keçirilən layihəni Fatmayı kəndində də davam edirməyi bir təklif kimi irəli sürmək istərdik.

Üstəlik, Fatmayı hamamında əsaslı şəkildə bərpa işlərini apararaq, onu əvvəlki görkəminə qaytarmaqla, həm də ərazini turizm xəritəsinə əlavə etmək olar. Bu addımların atılması bütün fatmayılıların ürəyincə olardı və inanıram ki, özləri də həyata keçirilən işlərə dəstək verərdilər.

Etiraf etməliyəm ki, xeyli müddət qədim kəndin dəyərli insanlarıyla görüşdən aldığım xoş təəssüratın təsiri altına oldum. Açığı, bu görüşlərdə yaranan xoş ovqat hissindən ayrılmaq belə, istəmirdim. Düşünmək olar ki, kənd ağsaqqallarının qaldırdığı məsələlərin həllinə diqqət göstərməyimiz hər birimizin, o cümlədən Mədəniyyət Nazirliyinin həm də vəzifəsi olacaq.

Vüqar Tofiqli,

AYNA üçün
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Britaniyalı aktyor və “Qızıl Qlobus” mükafatı laureatı Aaron Teylor-Conson həmkarı Bred Pittin gizli siyahısından danışıb.

Onun sözlərinə görə, Pitt eyni filmdə çəkilmək istəmədiyi sənətçilərin adını bu siyahıya daxil edib.

Pittlə birlikdə yeni “Güllədən daha sürətli” filmində rol alan Teylor-Conson etiraf edib ki, aktyorlar müxtəlif sənətçiləri qiymətləndirən qeydlər aparırlar.

“Bir çox aktyorla işləyəndə bir müddət sonra “Mən bir daha bu adamla heç vaxt işləməyəcəyəm” üslubunda özünüz üçün qeydlər aparmağa başlayırsınız. Pittin də oxşar siyahısı var: Yaxşı və pis aktyorların siyahısı”, - deyə o, bildirib.

“Qızıl Qlobus”un qalibi Pittin özünü sevdiyi insanlarla əhatə etməyə meylli olduğunu qeyd edib.
 

 
Ardını oxu...
 
ABŞ-ın Corciya ştatında mağazanı qarət edən şəxs məşhur aktyor Bredli Kuperə bənzəməsi ilə diqqət çəkib. 
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, sosial şəbəkədə gülüş obyektinə çevrilib.
“Fox News”un "Bredli Kuperin əkizi" kimi qələmə verdiyi adam polis tərəfindən axtarılır.
İnternetdə Kuperin oğurluğu ilə bağlı zarafatlar dolaşmağa başlayıb. 
Qeyd edək ki, “Home Depot” mağazasından yüzlərlə dollarlıq məhsul oğurlanıb.

Ardını oxu...

Dünyapress TV

Xəbər lenti