Ardını oxu...
Ötən gecə müğənni-aktrisa Firəngiz Rəhimbəyli vəfat edib.

62 yaşlı sənətçi ürəktutmasından vəfat edib.

Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyli daha çox "Bəxt üzüyü" filmindəki Seda rolu ilə məşhurluq qazanıb.

Xatırladaq ki, Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub. 1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.

1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb. Dia.az xəbər verir ki, "Bəxt üzüyü" filmində bir yerdə rol aldığı sənət yoldaşları Cebhe.info-ya onunla bağlı danışıb.

Xalq artisti Afaq Bəşirqızı bildirib ki, Firəngiz Rəhimbəyli səhhəti ilə bağlı heç bir şikayəti yox idi:

"Dəfələrlə telefon danışığımız olub. Çox mehriban qız idi. "Bəxt üzüyü-2"-də görüşdük, çəkildik. Sağlam idi, heç səhhətindən şikayət eləmirdi. Donub qalmışıq. Həyatsevər biri idi. Necə birdən belə oldu, bilmirəm".

Əməkdar artist Gülşad Baxşıyeva isə aktrisanın ölüm xəbərini bizdən öyrəndi:

"Doğrudan?! İndi sizdən öyrənirəm. İnana bilmirəm. Çox sarsıldım. Hazırda şok keçirirəm. Bu, necə ola bilər? Onun nə yaxşı var idi ki? Çox yaxşı bir insan idi. Yaxşını pisdən seçən, yaxşıya dəyər verən biri idi. Hələ onun sənətini kənara qoyuram, insan kimi çox gözəl qəlbə sahib idi. Ürəyim sıxıldı, çünki belə bir şey gözləmirdim. Həqiqi deyirəm. Kino çəkilən vaxtı da şənliyi, mehribanlığı ilə yadımda qalıb. Onun hər hansı bir nadinc hərəkətini görmədim. İçdiyi suyu, yediyi çörəyi bölüşürdü. Qəribə bir canayaxınlığı var idi. Adam kimi adam idi. Duyğusal, həssas idi. Gözəl səsi vardı, o, "Ana torpaq" mahnısı ilə iz qoyub. Çox təəssüflənirəm".

Gülşad Baxşıyeva deyib ki, aktrisa hər zaman Bakıya gələndə görüşüblər:

"Əlaqəmiz var idi, zəngləşirdik, danışırdıq. Hər dəfə Bakıya gələndə bizi dəvət edirdi, onun evində yığışırdıq, görüşürdük. "Bəxt üzüyü-2" çəkiləndə də məni adımı çəkib. Deyib ki, başa düşmədim, Gülşad niyə ikinci filmdə yoxdur? Yəni, dəyər verən olub. Allah rəhmət eləsin!"

Xalq artisti Valeh Kərimov isə sonuncu dəfə "Bəxt üzüyü-2"-də görüşdüklərini qeyd edib:

"Mən bunu bir az öncə dostumun hüzur yerində öyrəndim. "Bəxt üzüyü-2" çəkiləndə görüşmüşdük. Bakıya gələndə görüşürdük. Kinodan sonra əlaqəmiz olmayıb. Yaxşı insan idi. Həm gözəl səsə sahib idi, həm də aktrisalıq qabiliyyətinə. Allah ona rəhmət eləsin!"
Ardını oxu...
Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.

O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını ifa edib.

1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edərdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.

1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazandı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə tanınmağa başladı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişdi və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La Skala” teatrına təcrübə toplamağa göndərildi.

O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanırdı. İndi isə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olub.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında rol alır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

O, Eldar Quliyevin filmlərinə musiqi yazıb. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə ailə həyatı qurub.

1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ Xalq artisti adını alıb.

Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də dünyasını dəyişib və Bakıda Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
 
Ardını oxu...
Cennifer Lopez-Ben Afflek cütlüyünün həftəsonu toyu olacaq.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, təmtəraqlı toy tədbirləri düz 3 gün davam edəcək. İlk gün dostlarla yemək süfrəsi ətrafında toplaşmaq, ikinci gün toy, üçüncü gün isə piknik nəzərdə tutulub.
Cey Lo ilə sevgilisi ötən ay səssiz-sədasız nikah masasına əyləşib.
Onlar 2002-ci ildə başlayan münasibətlərini 2 il sonra sonlandırsalar da, 17 illik ayrılıqdan sonra yenidən bir araya gəliblər.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Son layihəsi “Eşkiya Dünyaya Hökmdar Olmaz” serialında “Ceylan” obrazından sonra uzun müddətdir görünməyən Sanem Çelik marjinal obrazı ilə gündəmə gəlib. Belə ki, aktrisa ağ qısa saçları ilə kameralar qarşısına keçib.

Çelik saçlarını əsl rəngini görmək istədiyi üçün boyamadığını bildirib. Son zamanlar müalicəvi otlarla maraqlandığını deyən məşhur sənətçi gözəlliyini yoqa, meditasiya və sağlam qidalanmaya borclu olduğunu vurğulayıb.

Sosial şəbəkə istifadəçiləri aktrisanın yeni imicini heyranlıqla qarşılayıblar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 
 
 
Ardını oxu...
Aktrisa Emiliya Klark pərəstişkarları ilə fotolar və qısa söhbətlər üçün pul tələb edir.

“Taxt-tac oyunları”nın ulduzu hər kadr üçün 150 funt sterlinq istəyir.

Onunla görüşüb söhbət etmək istəyənlər isə 400 funt sterlinq ödəməlidirlər.

Bu ödənişə Klarkla birgə çəkiliş də daxildir.

Qeyd edək ki, şəkillər üçün pul istəyən məşhur təkcə Emiliya Klark deyil. Aktyor Benedikt Kamberbetç də vaxtilə bir il (2017) ərzində pərəstişkarları ilə üç min foto çəkdirərək 240 min funt sterlinq qazanıb.

Mənbə: gazeta.ru
 
 
 
Ardını oxu...
Avqustun 14-də aktrisa Mila Kunisin 39 yaşı tamam olub.

Əslən Ukraynadan olan amerikalı aktrisa kino karyerasına 1994-cü ildə başlayıb. Bundan öncə isə o, reklam çarxlarında görüntülənib.

Ekran həyatına epizodik rollarla başlayan Kunis bu illər ərzində “Qara qu quşu”, “Maks Peyn”, “Böyük və qüdrətli Oz” kimi məşhur filmlərdə çəkilib.

Mənbə: unian.net
 
Ardını oxu...
Sonuncu dəfə "Masumlar apartmanı" serialında çəkilən Süreyya Gürsel Evren faciəvi şəkildə vəfat edib.

Publika.az "Hurriyet"ə istinadən xəbər verir ki, aktyor dünən dostları ilə birlikdə restoranda uzun müddət əylənib. Daha sonra o, restorandan çıxaraq Pendikdə yerləşən bir evə gedib. Səhər saatlarında isə aktyorun yerdə uzanan cansız bədənini görən vətəndaşlar polisə və təcili yardıma xəbər verib.

Xəbərdən sonra hadisə yerinə gələn təcili yardım yerdə hərəkətsiz yatan şəxsin öldüyünü müəyyən edib. İddia olunur ki, o, qonaq getdiyi evdə 3-cü mərtəbədən düşərək ölüb. Müayinələrdən sonra həyatını itirən şəxsin 54 yaşlı Süreyya Gürsel Evren olduğu üzə çıxıb. Artıq aktyorun ölümü ilə bağlı istintaq başlayıb.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
TEREF Kulis.az-a istinadən teatr və kino aktrisası, Xalq artisti Şükufə Yusupova haqqında maraqlı faktları təqdim edir.

Şükufə Mühəddin qızı Yusupova 1954-cü il, may ayının 30-da Bakıda doğulub. Ailədə iki bacı, iki qardaş olublar. Anası evdar qadın, atası isə dövlət qulluqçusu olan Şükufə xanımın ailəsində incəsənətə böyük maraq varmış. Bu maraq da onu İncəsənət universitetinə qədər gətirib.

***

Şükufə Yusupova görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyub. Elə tələbəlik illərində də Mehdi müəllimin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun “İnsan” dramının tamaşasında Tatyana rolunu ifa edib.

Gənc aktrisa həmin ərəfədə “Azərbaycanfilm” kinostudiyasında “Tütək səsi” və “Xoşbəxtlik qayğıları” filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov “Qılınc və qələm” tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb.

***

O, Akademik Milli Dram Teatrında “Xurşidbanu Natəvan”, “Bizim qəribə taleyimiz”, “Büllur sarayda”, “Sizi deyib gəlmişəm”, “İblis”, “Vaqif”, “Həyatın dibində”, “Lənkəran xanının vəziri”, “Dəfn edilməmiş ölülər”, “Köhnə ev”, “Mesenat”, “Qatil”, “Boy çiçəyi” tamaşalarında aparıcı rollar ifa edib.

Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq “Tütək səsi”, “Ad günü”, “Asif, Vasif, Ağasif”, “Tənha narın nağılı”, “İmtahan”, “Xoşbəxtlik qayğıları”, “Gümüşgöl əfsanəsi”, “Bəyin oğurlanması”, “Qəm pəncərəsi”, “Ümid” filmlərinə çəkilib.

***

Qəribədir ki, Xalq artisti çəkildiyi filmlərə baxmağı xoşlamayıb. O, bu barədə deyir:

“Oynadığım kinolara baxmıram. Bircə dəfə öz rolumu kinoda görmüşəm. “Tütək səsi” filminin səsləndirməsində Şəkidə idim. Qayıdanda Rasim Ocaqov kinostudiyada məni görən kimi dedi ki, “Tütək səsi”ndə çox sevdiyim epizodda sənin öz səsinin olmasını istəyirəm. Onda səsləndirmə prosesində ilk dəfə özümü kinoda gördüm. Bilirsiniz, hansı epizod idi, kolxoz sədri Tutuya işi təhvil ver deyəndə, Tutu deyir e, qisas alırsan, o gün Sayalı ilə gələndə sizi evdən qovmuşdum axı… söyür. Bəzən çəkiliş zamanı rejissor mənə deyir ki, burda soyunmalısan, deyirəm yox. Deyir, sən aktrisasan. Deyirəm, bəli, bütün film boyu lüt gəzə bilərəm, amma baxır hansı filmdə, necə rolda. Elə-belə, nəyə görəsə eləmərəm. Sevgini oynamaq üçün soyunmaq lazım deyil, onu baxışımla da verə bilərəm. “Evlənmə” tamaşasında 40 dərəcə temperaturda ayaq üstə güclə dayanıb səhnəyə çıxmışam, orda mənim nə halda olduğum zərrə qədər hiss olunmayıb”.

Birinci Qarabağ müharibəsi dövründə aktrisa müharibədən bəhs edən “Ümid” filminə çəkilmək üçün rejissor Gülbəniz Əzimzadədən dəvət alsa da, filmə çəkilməkdən imtina edir. Ancaq rejissorun israrı ilə ssenarini oxumalı olur. Bu barədə o, müsahibələrinin birində deyir:

“Müharibə vaxtı düşünürdüm ki, nə isə eləyim, mənim də bir xeyrim dəysin. Gülbəniz Əzimzadə “Ümid” filminə dəvət etdi. Düşündüm ki, ona çəkilməklə heç bir xeyrim olmayacaq. Gülbənizə çox minnətdaram, başqa rejissorlar kimi “sən olma, başqası olsun” demədi. Əl çəkmədi məndən, ssenarini oxuyandan sonra razılıq verdim, bu gün ona çox minnətdaram ki, elə bir rolu mənə verib. Həmin filmin bəzi çəkilişləri hospitalda gedirdi. Hər gün ora nə qədər yaralı əsgərlər, şəhidlər gətirirdilər. Onların yaxınlarının, qohumlarının vay-şivəni, qışqırıqları mənə o qədər təsir edirdi ki, o filmin heç bir epizodunda ağlaya bilmədim, elə bil qurumuşdum. Bayaq dedim öz rollarıma baxmamışam, amma “Ümid” filminə dəfələrlə baxmışam”.

“Böyük Romul” tamaşası zamanı Şükufə xanım səhnədə öz rolunu ifa edərkən qəfildən onun saçı masadakı şamdan alışır. Bir saniyənin içərisində aktrisanın başını alov bürüyür. Ancaq o, özünü itirmir, tez əlini atıb, başındakı pariki dartıb qopararaq yerə atıb roluna qaldığı yerdən davam edir.

Ötən əsrin 90-cı illərində teatr və kino mühitində yaranan durğunluq onu məcbur edir ki, səhnədən uzaqlaşsın, məktəb yaşlı qızının təlim-tərbiyəsi ilə maraqlansın. Aktrisa böyük səhnəyə bir də doqquz ildən sonra qayıdır.

***

1985-ci ildə ekranlaşdırılan “Gümüşgöl əfsanəsi” filmində Səidə roluna çəkilib. Filmin çəkilişləri zamanı onun ailəsində faciə baş verir. Bu barədə filmin operatoru Rafael Qəmbərov müsahibələrinin birində deyir:

“Filmdə güclü bir obraz var – Leylinin anası Səidə. Onu Şükufə Yusupova oynayırdı, cavan vaxtı idi. O filmin çəkilişlərindən öncə Şükufə xanımın ailəsində böyük bir faciə olmuşdu. Onların evi 20-ci sahə tərəfdə, buruqların arasında yerləşirdi. Onun ya bacısının, ya da qardaşının qızı buruğa düşüb ölmüşdü. Şükufə çəkilişə gələndə rəngi ağappaq idi, çox həyəcanlı və üzüntülü görünürdü. Hətta çəkilişlərin birində ürəyi də getdi. Kiçik olmasına baxmayaraq, Şükufə güclü, yaddaqalan bir obraz yaratdı”.

Xalq artisti müsahibələrinin birində filmlərə çəkilməməsi, çəkilişlərin çoxundan imtina etməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Bir neçə filmdən sonra məni bir filmdə aldatdılar. “Stavka” məsələsi vardı ki, çəkiliş günü neçə manata başa gəlir. Nədənsə, birinci gündən mənim çəkiliş günlərim yaxşı qiymətlə, hesabla yazılırdı. Ona görə də mən belə şeylərə fikir vermirdim. Amma bir neçə filmdən sonra qonorar almaq üçün qol çəkəndə, gördüm pul azdı. Bunun səbəbini soruşanda, dedilər, səndə gündəlik “stavka” yoxdur. Onda başa düşdüm ki, nələrləsə maraqlanmaq lazımdır. Ondan sonra dedim ki, bu qonorarla çəkilməyəcəm. Halbuki biz filmin 20 faizini çəkmişdik. Mənə yalvardılar, and içdilər ki, filmin sonunda qonorarı tam verəcəklər. Mən də inandım. Amma film bitdi, mənə o pulu vermədilər. O vaxtdan mən nəyəsə qol çəkəndə, mütləq diqqətlə oxuyuram, maraqlanıram, qiymətinə baxıram. Elə filmlər olub ki, məbləğ az olub, görmüşəm mənə yaraşmaz o məbləğə çəkilmək. Demişəm, uşaqlar, təmənnasız çəkilərəm. Amma indi bir iş təklif olunanda, biləndə ki, orada pul var, az məbləğə çəkilmirəm, imtina edirəm”.

Şükufə Yusupova 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 3 iyun, 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 6 may, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
 
 

Ardını oxu...
Amerikalı aktrisa Enn Heç 53 yaşında vəfat edib. O, avqustun 5-də Los-Ancelesdə qəza keçirmişdi.

Bu barədə aktrisanın ailəsi məlumat verib.

Heçin ailəsi onun həyat dəstəyindən çıxarılacağını elan etmişdi. Sonra isə ölümünü təsdiqlədi.

Aktrisanın dostu, zərgərlik brendinin yaradıcısı və dizayneri Nensi Devis də “İnstagram” səhifəsində xatirə yazısı yerləşdirib. “Mənim sevimli, mehriban, şən, şirin və gözəl dostum Enn Heç cənnətə getdi”, - deyə Davis qeyd edib.

Daha əvvəl Heçin yaxınları xəbər vermişdilər ki, qəza nəticəsində aktrisa ağır anoksik beyin zədəsi alıb, komadadır və “çox güman ki, sağ qala bilməyəcək”.

Mənbə: TASS
 

Dünyapress TV

Xəbər lenti