Ardını oxu...
Bu gün qəzaya düşən müğənni İbrahim Tatlısesin xilas edilməsi ilə bağlı işlərdə övladlıqdan rədd etdiyi böyük oğlu Ahmet Tatlı da iştirak edib.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza xəbərini eşidən kimi hadisə yerinə gələn Ahmet Tatlı həyatını təhlükəyə ataraq atasının maşınının yuvarlandığı dərəyə enib. O, maşında sıxışıb qalan İbonun çıxarılmasına kömək edib.
Müğənninin digər oğlu İdo Tatlısəs də olay yerinə gələnlər arasında olub.
Ardını oxu...
 
Ardını oxu...
Bir müddət öncə Silvestr Stallonenin boşanma ərəfəsində olduğu barədə xəbərlər yayıldı. Aktyor bu iddiaları təkzib etsə də 25 ildir çiynində olan və üzərində həyat yoldaşı təsvir edilən döyməsini itinin şəkli ilə əvəzləməsi bu şayiələri daha da körükləndirdi.

Ancaq bu Hollivud ulduzlarının sevgililəri və ya həyat yoldaşları ilə ayrılıqdan sonra xatirlərini silməsi ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl də məşhurlar analoji addımları atıblar.

Oxu.Az onlardan bəzilərini təqdim edir.

Bir vaxtlar Ancelina Coli keçmiş əri Billi Bobun adını sol çiyninə döymə etdirmişdi. Ayrıldıqdan sonra aktrisa həmin döyməni Bred Pittin (hazırda keçmiş əri) və uşaqlarının doğum yerlərinin koordinatları ilə əvəzləyir.

Ardını oxu...

Conni Depp və Vaynona Rayder Hollivudun ən parlaq cütlüklərindən olub. Sevgilisinin şərəfinə aktyor “Winona forever” (“Əbədi Vinona”) döyməsi etdirdi. Laki onunla ayrıldıqdan sonra Conni tatunu “Wino forever” (“Əbədi sərxoş”) yazısı ilə əvəzlədi.

Ardını oxu...

Məşhur müğənni Mark Entoni də Cennifer Lopezdən ayrıldıqdan sonra keçmiş arvadının adını abstrakt təsvirlə əvəzləmişdi.

Ardını oxu...

Müğənni Kristina Aqilera Cordan Bratmanla evliliyi zamanı qoluna qırmızı rəngdə "Te amo siempre" (“Əbədi səni sevəcəm”) döyməsi etdirib. Boşandıqdan sonra ulduz döymənin ortasında keçmiş ərinin adının baş hərflərini dəyişdirdi.

Ardını oxu...

Deniz Riçards və Çarli Şin 2002-ci ildə sevgilərinin simvolu kimi cüt tatu elətdirdilər. 2005-ci ildə onlar ayrıldıqda Ç.Şin “Deniz” sözünü lazerlə sildirdi, Deniz də onun yolunu gedərək Çarlinin adı olan döyməsini pəri təsviri ilə əvəzlədi.

Ardını oxu...

Basketbolçu Toni Parkerin şərəfinə Eva Lonqoriya biləyinə sevgilisi ilə toy tarixini, boynuna isə “Nine” (“Doqquz” - Parkerin oyun nömrəsi) sözünü döymə elətdirmişdi. Boşandıqdan sonra Eva hər iki döyməni sildirdi.

Ardını oxu...

Antonio Banderasla 18 il birlikdə yaşayan Melanie Griffit aktyordan ayrıldıqdan sonra çiynindəki ürək şəklində döyməsinin ortasında sevgilisinin adını sildirdi.

Ardını oxu...

2008-ci ildə supermodel Haydi Klum və müğənni Sil əbədi sevgi əlaməti olaraq cüt döymələr etdirdilər. Haydi ərinin şərəfinə qoluna abstrakt təsvir, onun ətrafında isə uşaqlarını simvolizə edən dörd ulduz çəkdirir. 2014-cü ildə cütlük ayrıldıqdan sonra isə modelin qolunda yalnız ulduzların şəkli qaldı.

Ardını oxu...

...Və Silvister Stollone
Ardını oxu...
 
Ardını oxu...
Türkiyənin tanınmış aktyorlarında olan Civan Canovanın dəfn mərasimində maraqlı anlar yaşanıb.

Baş verənlər ustad oyunçunun xatirəsinə hörmətsizlik kimi dəyərləndirilib.

Canova üçün cənazə namazı Zincirlikuyu məscidində qılınıb. Məşhur isimlərin axın etdiyi dəfn mərasiminə qatılan bir qadın dayanmadan foto çəkməsilə diqqət çəkib.

O, Canovanın keçmiş həyat yoldaşı Açelya Akkoyun və Tuna Armanla şəkil çəkdirmək istəyən ətrafdakıların narazılığına səbəb olub.

Qadına belə davranışların dəfn mərasiminə uyğun olmadığı barədə xəbərdarlıq edilsə də, o, deyilənlərə məhəl qoymayıb.

Cənazə namazından sonra Civan Canova Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Snob Magazine
 
Ardını oxu...

"Fox" telekanalında yayımlanan "Mahkum" serialının ikinci mövsümünə yeni aktrisa daxil olub.

"DogruXeber.az" xəbər verir ki, ekran işində Gökçe Eyüboğlu rol alacaq.

Qeyd edək ki, baş rollarını Onur Tunayla İsmayıl Hacıoğlunun paylaşdığı serialın çəkilişləri iki günə başlayacaq.

Ardını oxu...

 


Ardını oxu...
Son günlər "TikTok"da açdığı canlı yayımlarla gündəmi alt-üst edən Xalq artisti Bilal Əliyev növbəti açıqlaması ilə diqqət çəkib.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, növbəti canlı yayım zamanı sənətçi izləyicilərindən gələn sualları cavablandırıb.

O, "Niyə pulun yoxdur?" sualına belə cavab verib: "Hər zaman cibimdə pulum olub".

Daha sonra sənətçi bir "paçka" 100 manatlıqlarını nümayiş etdirib.

Qeyd edək ki, bir müddət əvvəl B.Əliyev "TikTok"da açdığı canlı yayım zamanı "Mybach" adlı izləyicisindən hədiyyə alıb. Müğənni həmin izləyicisinə təşəkkür edən zaman səhvən adını "Mənim bacım" kimi dilə gətirib. Bundan sonra həmin video sosial şəbəkələrdə gündəm olub.

VİDEO BURADA:
https://player.bizim.media?v=9418&share_user_id=
 
Ardını oxu...
Pandemiya dövründə bütün dünyada kino sənayesində bir çöküş yaşansa da, hazırda bu sahə də dirçəlməyə cəhd göstərənlər arasındadır. Kinoteatrların bir müddət bağlı qalması tamaşaçılarda kinoya qarşı “aclıq” yaratdı. Eləcə də bir müddət sənətdən uzaq qalmış rejissor, aktyor heyəti də nə olur-olsun çəkiliş meydançalarına qayıtmağa çalışdılar. Bu hal Azərbaycanda da yaşanır. Son dövrlərdə kinoteatrlara yerli istehsal olan filmlərin gəldiyini müşahidə etmək olar. Bəs görəsən postpandemiya dövrü maliyyə baxımından əvvəlki itkiləri bərpa edə biləcəkmi? Ümumiyyətlə, ölkəmizdə kino sahəsi nə dərəcədə gəlirlidir? Kino sənayesinin ümumi iqtisadiyyata birbaşa və dolayı töhfəsi necə ölçülür?

“Report” bu mövzunu mütəxəssislərlə müzakirə edib.

Ssenarist və rejissor Valeh Əhmədov bu sahəyə 2010-cu ildə teleserial sektoruna keçidlə başlayıb. O qeyd edib ki, həmin dövrlərdə dövlətin xarici teleserialların ölkədə yayımını bir müddətlik qadağan etməsi milli serialların inkişafı baxımından müsbət addım olub:

“Biz həmin ildə “Aramızda qalsın” serialı ilə başladıq. Bu teleserial bu sektorun davamlı olması üçün təkan oldu və bu günə kimi komanda olaraq serial istehsal edirik. Hazırda televiziyalar serial çəkməkdə maraqlıdırlar, təmiz rəqabət gedir, serial sektoru fəaliyyətini davam etdirir və öz-özünü təmin edir. Bu isə yeni iş yerlərinin açılmasına, yeni kadrların ortaya çıxmasına səbəb olur.

Film sektoruna gəldikdə, seriallardan bir müddət sonra yerli istehsalçılar davamlı film çəkməyə, izləyicilər kütləvi şəkildə kinoteatrlara getməyə başladılar. Pandemiyadan öncə, 5-6 film xaricində böyük gəlir gətirən film olmayıb. Çox hallarda filmlər çəkilən xərclə baş-başa gəlirdi. Bunun nəticəsində isə sektorda çalışan insanların müəyyən qədər qonorarları olurdu. Bunu müsbət hal kimi dəyərləndirmək olar. Pandemiyadan öncə komediya filmləri uğur gətirirdi və gəlirli filmlərin də hamısı məhz bu janrda idi. Belə filmlər bütünlüklə özəl sektorun payına düşür. Dram filmlərinin isə nəinki gəlirləri olmadı, heç çəkilən xərci də ödəmədi”.

V. Əhmədov pandemiyadan az öncə komediya filmlərinin də artıq əvvəlki kimi izlənmədiyini deyir: “Bunu bəzi mütəxəssislər mövzu eyniliyi ilə, bəziləri isə insanların yeni janra ehtiyacının olması ilə əlaqələndirirdi. Pandemiyadan sonra bir çox film istehsalçıları film çəkməyə həvəsli olmadılar. “Zəhər tuluğu” filmi dram janrında olmasına, karantin qaydalarının təzə-təzə yumşalmasına rəğmən, uğurla izlənildi və indi dram filmlərinin izlənməsinə ümidi artıb.

Ölkəmizdə film, serial sahəsində gələcəyi düşünən vicdanlı və bilikli istehsalçılar var. Lakin sırf gəliri düşünüb, bədii tərəfi bir kənara atan, bəzən sektoru riskə atan istehsalçılar da var. Düşünürəm, daha böyük inkişaf filmlərimizin və seriallarımızın ölkə xaricində ciddi uğur qazanmasından sonra başlayacaq. Bunun üçün isə sektora canını qoyan insanlar bir araya gəlməli, kinoteatra gələn kütləni nəinki qorumaq, onları küsdürməmək, hətta onların sayının artmasına görə ciddi müzakirələr aparmalıdır”.

Rejissor hesab edir ki, filmin çəkilməsi üçün güclü maliyyəyə ehtiyac var:

“Lakin böyük maliyyənin olması heç də güclü bir filmin ortaya çıxacağına işarə deyil. Çünki böyük maliyyə ayrılıb, uğur qazanmayan filmlərin də sayı az deyil.

Filmə sponsorlar da can atmalıdır. Tək öz maraqlarını güdmək üçün deyil, inkişafda rol oynamaq üçün maliyyə xərcləməlidirlər. Bir filmə pul ayırarkən həmin filmin istehsalçılarının məqsədlərini araşdırmalı, potensiallarını düzgün dəyərləndirməlidirlər. Yoxsa ucuz reklamlarla məhsulunu qabarıq şəkildə reklam etməklə, sektora ziyan vuran insanlara maliyyə ayırmaqla heç bir nəticə əldə edə bilmərik”.

V.Əhmədov bu sahənin inkişafı üçün təklif edir ki, gələcəkdə dövlət sifarişli filmlərin bəziləri kommersiya xarakterli də olsun: "Doğrudur, əslində bu anlayış da yanlışdır, hər bir film özü kommersiya maraqları olan bədii işdir. Misal üçün, sırf festival üçün çəkilən filmlər də olmalıdır, kiçik büdcələrlə vicdanlı özəl istehsalçılara 8-10 film də sifariş edilməlidir. Beləcə, bu filmlər də kinoteatrlarda öz işini görsə, əlavə gəlir də gətirsə, gələcəkdə filmlərin büdcəsinin artırılması avtomatik olacaq.

Əgər beynəlxalq standartlara cavab verən ümumbəşəri mövzularda filmlər istehsal edə bilsək, ölkəmizdə də, kənarda da bu filmlər izlənsə, ölkə iqtisadiyyatına da böyük xeyiri olacaq. Xeyli sayda yeni iş yerləri açılacaq, studiyalar, platolar inşa ediləcək, hətta bir çox nüfuzlu istehsalçılar da, xarici investorlar da maraq göstərəcək.


Mən bizim insanlarımızın çox istedadlı olduğuna tam səmimiyyətimlə inanıram. Sadəcə bu istedadı düzgün strategiya ilə dünyaya çıxarmaq lazımdır”.

Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva “Report”a açıqlamasında kino sahəsinin çox gəlirli olduğunu bildirib:

“Kinonun Azərbaycan iqtisadiyyatına böyük töhfələri var. Təbii ki, hər şey filmdən asılıdır. Hər film uğurlu olmur. Azərbaycanın kommersiya filmləri təxminən 2016-2017-ci illərdən daha çox inkişaf etməyə başlayıb. İlk olaraq komediya janrında kommersiya filmləri çıxmışdı. Onlar böyük maraqla qarşılanmış, kifayət qədər gəlirli olmuşdu. Lakin ondan sonra filmlər var idi ki, daha zəif işlədilər. Filmdən çox şey asılıdır. Keyfiyyətli, tamaşaçının marağını cəlb edən məhsul varsa, bu sahə çox gəlirli ola bilər”.

L.Mirzəyeva deyir ki, hələlik pandemiyadan öncə olan nəticələrə qayıda bilməyiblər:

“Azərbaycanda kinoteatrlar 18 ay müddətinə bağlı oldu. Tamaşaçıların bir qismi artıq onlayn kinoteatrlara öyrəşib. Həm də bəzi tamaşaçılarda virusla bağlı qorxu var, çalışırlar ki, kütləvi yerlərə getməsinlər.

Hazırda inkişafı görürük. Tədricən bu proses daha da yaxşılaşır. Amma hələlik əvvəlki nəticələri əldə edə bilmirik. Əgər keyfiyyətli və maraqlı film olarsa, prokatda böyük nəticə göstərəcək. Onun gəliri 100 min və ya 200 min manatı da keçə bilər. Amma elə filmlər olur ki, heç 10 min manat sərhədi də keçə bilmir”.
 

Ardını oxu...
Vaqif Səmədoğlu, Muxtar Maniyev, Rəfael Dadaşov, Arif Quliyev, Ramiz Əzizbəyli, indi də Firəngiz Rəhimbəyova. Unudulmayacaq, hətta əfsanəvi “Bəxt üzüyü”nün eyni dərəcədə unudulmaz, əfsanəvi yaradıcılarının yarpaq tökümü də deyə bilərik. Mükəmməl bir ekran işini Azərbaycan mədənniyyətinə miras qoyub getdilər. Adlarını çəkdiyimiz şəxsiyyətlərin hər biri Azərbaycanın ədəbi-bədii, ümumilikdə mədəniyyət, incəsənət tarixində silinməz iz qoyub. 1980-ci illərdə estradamıza yeni səs, avaz, modern davranış, səhnə estetikası gətirən Firəngiz xanımın həyatla vidalaşması xəbəri isə dünən yayıldı. Deməli, xoşbəxt insan odur ki, adı çəkiləndə insanların üzündə sevinc, gülüş yaranır.

Firəngiz Rəhimbəyova estrada mahnılarının gözəl ifaçısı idi, musiqimizə özünəməxsus ifa tərzi gətirmişdi, parlaq, gözqamaşdırıcı görkəmi vardı. Amma bu bir həqiqətdir ki, Azərbaycan insanı Firəngiz xanımı məhz “Bəxt üzüyü”ndə canlandırdığı Seda roluna görə sevdi. Ümumiyyətlə, Seda müsbət obrazdırmı, mənfidirmi, suala cavab vermək çətindir. Əsərin müəllifi də, filmin yaradıcıları da elə gözəl ekran işi (bundan əvvəl Sumqayıt teatrı “Bəxt üzüyü” tamaşasını hazırlamışdı və o da eyni dərəcədə xalq tərəfindən sevilirdi – M.R.) ərsəyə gətiriblər ki, filmdə mənfi obraza “rast gəlmək” olmur. Əsərdəki, filmdəki mənalı gülüş bütün mənfiliklərin üzərini örtür. Firəngiz xanımın filmdə canlandırdığı Sedanın hətta Moşu Göyəzənlinin “a Seda, sən əvvəldən belə sırtıq olmusan, yoxsa sonradan” sualına “6-cı sinifdən…” cavabı da insanlarda bu yaraşıqlı xanıma qarşı mənfi rəy oyatmır, əksinə, bu gözəl, şıltaq və şaqraq xanımı izləyiciyə sevdirir. Firəngiz xanım Azərbaycanı tərk edib Amerikaya köçmüşdü, amma insanlar onu yenə sevə-sevə, dodaqda təbəssümlə xatırlayırdılar. Hayıf ki, bəzən bu cür istedadlarımız Vətəndən iraq düşür və nə vaxtsa köç xəbərlərini alırıq…

Xatırladaq ki, Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olan Firəngizin uşaqlıqdan incəsənətə həvəsi olub. Firəngizin anası Raisa xanım çox erkən yaşda dünyasını dəyişib. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurub.

Sona xanım Elmlər Akademiyasının işçisi olub. Firəngizi, demək olar ki, həmin qadın böyüdüb, boya-başa çatdırıb, ali təhsil alması üçün dəstək olub, toyunu edib. İncəsənətə marağı və istedadı onu estrada səhnəsinə gətirib. Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirib. Firəngiz Rəhimbəyova 1993-cü ildən ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Firəngiz Rəhimbəyova 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub, Los-Ancelesdə yaşayıb. Bu şəhərdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olub. Aktrisa ekspert kimi rejissor Entoni Hoffmanın baş rollarını Kerri-Enn Moss və Vel Kilmerin oynadığı “Qırmızı planet” fantastik filminə, həmçinin rusiyalı qaydasız döyüş ustası Oleq Taktarovun Kriss Kleyn, Rebekka Romin, Cin Reno kimi Hollivud ulduzları ilə birgə çəkildiyi “Rollerboll” filminə dəvət edilib. Firəngiz Rəhimbəyova 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib. Müğənni-aktrisa 62 yaşında, infarktdan dünyasını dəyişib.

Uzun illərdir ABŞ-da yaşayan azərbaycanlı aktrisa və müğənni özü haqqında müsahibələrinin birində belə deyib: “Mən təsadüfən ABŞ-da deyiləm, ailəmlə qovuşmaq arzusu ilə bura gəlmişəm. Qohumlarım öz ailələri ilə uzun müddətdir ABŞ-da yaşayırlar. Bura köçməzdən əvvəl iki dəfə onların qonağı olmuşdum. Qayıtdıqdan sonra möhkəm darıxırdım. Nəhayət, çətinliklə də olsa qərar verdim ki, ailə bir arada olmalıdır.

Və getdim. Burada hazırkı həyat yoldaşımla qarşılaşdım. Siz də anlayırsınız ki, sevərkən və öz ailənə dəyər verərkən ikinci dərəcəli şeyləri qurban verməyi bacarmaq lazımdır. Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. İndi - gözəl və ağıllı bir qız böyüdüb ərə verdikdən sonra öz yaradıcılığımla məşğul olmağa mənəvi haqqım çatır.

Hazırda elə bununla məşğulam və həyat yoldaşım da mənə hər cür dəstək verir. İnanın ki, mən yaradıcılıqla pul qazanmaq üçün məşğul olmuram. Yaradıcılıq mənim mahiyyətimdir. Razılaşın ki, xoşbəxt bir ailə qurmaq üçün heç də az istedad tələb olunmur. Lakin etiraf edirəm ki, ürəyim Bakıda qalıb. Doğma şəhərimi tez-tez yuxuda görürəm... Bakıda doğmalarım, demək olar ki, qalmasa da, çoxlu dostlarım və pərəstişkarlarım var. Bakıya gəlməyi planlaşdırıram”. Qeyd edək ki, Firəngiz xanımın Raçel adlı bir qızı, iki nəvəsi var.

Aktrisa “Azərbaycana qayıdaraq yaradıcılıqla məşğul olarsınız” sualına isə belə cavab vermişdi:

“Bu, mənim üçün ağrılı sualdır... Yəqin ki, uzun müddət üçün qayıda bilmərəm. Lakin bundan sonra tez-tez Bakıya gəlmək niyyətindəyəm”.

Amma bu, Firəngiz xanıma nəsib olmadı. O, Azərbaycanla da, onu sevənlərlə də əbədi vidalaşdı. Allah rəhmət eləsin.
P.S. Yadıma gəlir, uzun illər əvvəl Azərbaycan efirinə qonaq gələn müğənni amerikalı həyat yoldaşı haqqında “zəlzələ olanda, biz ikimiz də mənzili tərk etdik. Maşınımız evin qarşısında idi.

Raymond təmkinini pozmadı, hətta o, həyəcanlı dəqiqələrdə də centlemenliyini arxa plana keçirmədi. Əvvəlcə avtomobilin qapısını açıb, nəzakətlə məni əyləşdirdi, qapını örtdü, sonra özü sükanın arxasına keçdi...” Görün, nəyə diqqət edib Firəngiz xanım!.. Ruhu şad olsun.

Məlahət Rzayeva
 //sherg.az//
Ardını oxu...
Tanınmış aktyor, Əməkdar artist Cavanşir Hadıyev aldığı qonorardan şikayətlənib.

DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, bir-neçə saatlıq çəkiliş üçün 100 manat aldığını və həmin məbləğdən ona 6,5 manat qaldığını bildirib:

“Deməli, belə: bir-iki saatlıq çəkiliş üçün 100 AZN qonorar köçürdülər. Buradan 75 manat “sosial”ın pulu, 12 manat “tibbi sığorta”, 5 manat vergi (5% vergi), 1,5 manat (1,5 %) bank xidməti tutulandan sonra mənə nə qaldı? 75+12+5+1,5=93,5 manat. Sual belədir: 100 yox, 50 AZN qonorara razılıq versəydim, onda necə? Əynimdəki şalvarı verməliydim?”

Onun sosial şəbəkədə paylaşımı həmkarları tərəfindən dəstəklənib.

Aktrisa Rada Nəsibova sənət adamlarına olan sayğısız davranışdan əsəbiləşib:

“Bayaq biri məndən çəkiliş üçün xahiş etdi. Deyir, texnikaya pulumuz ancaq çatır. Dedim, bu nə sayğısızlıqdır, texnikaya günü iki min manat icarə pulu verə bilirsən, amma aktyor, aktrisaya gələndə pul yoxdur. Pulun yoxdur, çəkmə. Nə məcburdur, bu nə yanaşmadır, bu nə sayğısızlıqdır? Bu nə yaxın hiss etməkdir özünü?”

Aktyor Ruslan Sabirli indiki dövrdə aktyorun texnika qədər qiymətli olmadığından təəssüf hissi keçirib:

“Çünki bu ölkədə texnikaya, maddi hər şeyə dəyər var, bir insandan və insan həyatından savayı. Düşünürlər ki, aktrisadan nə gedir ki, gəlib oynayıb, gedəcək də. Amma texnika – o çox bahalı şeydir, kimsə pul qoyub, alıb xaricdən gətirib. Amma aktyor? Onun təhsilinə, özünə qoyduğu xərc heç nədir”.

Bir çox izləyicilər isə az qonorara çəkilməyə razılıq verdiyi üçün onun özünü qınayıb.
Ardını oxu...
 
 

 
Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.


Xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər nümayiş olundu.

Sonra Müslüm Maqomayevin “Odlar Yurdu Azərbaycan” mahnısı səsləndirildi.

Daha sonra Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin Ağalarov, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. Eləcə də Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirildi, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olundu.

Konsertdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya səhnəyə gələrək ifaçılarla görüşdülər.

Xatirə gecəsində çıxış edən Prezident İlham Əliyev dedi:

- Bu gün unudulmaz bir gündür. Bu gün səhər əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində - bulvarda abidəsini açdıq. Onu da bildirməliyəm ki, bu günə qədər bulvarda heç bir abidə olmamışdır. Birinci abidə Müslümün şərəfinə qoyulub və bu, təbiidir. Çünki bulvar şəhərimizin gözüdür. Bulvar Müslümün də ən sevimli yeri olmuşdur. Bu gün bu abidə bir daha onu göstərir ki, Azərbaycan xalqı Müslümü nə qədər sevirdi və o, bu sevgiyə nə qədər layiq idi.

Bu gün bizim incəsənət ustaları bizə gözəl bir hədiyyə bəxş etmişlər. Mən əminəm ki, bu konserti dinləyən hər kəs böyük zövq almışdır. Müslümün unudulmaz siması bir daha gözümüzün önündən keçdi. Onu yaxından tanıyanlar bir daha gördülər ki, o, nə qədər böyük sənətkar, nə qədər gözəl insan idi.

Bugünkü konsertin bütün iştirakçılarına təşəkkür etmək istərdim. Biz bu gün səhərdən Müslümün gününü qeyd edirik. Şəhərin ən gözəl yerində, Dənizkənarı Bulvarda, unudulmaz “Mavi əbədiyyət” mahnısında tərənnüm etdiyi, hamımızın çox sevdiyi Xəzər dənizinin fonunda Müslümun möhtəşəm abidəsi ucalır, onun gözəlliyini, istedadını, qamətini, məğrur simasını, ləyaqətini təcəssüm etdirir. Bu gün biz abidəni açarkən mən dedim ki, indi səslənən “Əlvida, Bakı” mahnısı vəfatından az öncə onun tərəfindən yazılıb və mən onu ilk dəfə Bakıda, Filarmoniyanın binasında keçirilən Müslümlə vidalaşma mərasimində dinlədim, o, mənə çox təsir etdi. Çünki o, şəhərlə, dostları ilə, həyatı ilə vidalaşırdı. Bu mahnını yazmağın ona necə çətin olduğunu, onun hansı hisslər keçirdiyini yalnız təxmin etmək olar. Əlbəttə, bu barədə danışarkən mən dedim, burada ucalan bu abidə onu göstərir ki, Bakı onunla heç vaxt vidalaşmayıb və heç bir zaman vidalaşmayacaq. O, bizimlədir.

Mən bizim ifaçılara təşəkkür etmək istəyirəm. Əminəm ki, bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir. Bu, onu göstərir ki, Müslümün yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır. Bu gün biz Müslümlə onun bütün həyatı boyu fəxr etdiyimiz kimi, bugünkü gözəl ifaçılarımızla da fəxr edirik.

Əlbəttə, mən dost ölkələrdən gələn bizim əziz, sevimli qonaqlarımıza xüsusi təşəkkür etmək istərdim. Bu gün bizimlə olduğunuza, Müslümə olan sevginizə, onun haqqında xatirələrinizə, ona münasibətinizə görə sizə təşəkkür edirəm. Bu gün unudulmaz gündür. Biz əziz dostumuzu, qardaşımızı, Azərbaycan xalqının böyük oğlunu bir daha xatırlayaraq deyirik ki, Müslüm həmişə bizimlədir. Bu gün Nani xanım bu barədə mahnı oxudu. Hörmətli Vaxtanq ölkəmizə həsr edilən gözəl mahnı və ecazkar popurri ifa etdi. Bu gün çıxış edən bütün ifaçılarımız Müslüm obrazından ruhlanmışdı.

Hamıya Allahdan cansağlığı, bütün ölkələrə, xalqlara firavanlıq arzu edirəm. Yaşasın Azərbaycan. Sağ olun.

xxx

22:13

Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər nümayiş olundu.

Sonra Müslüm Maqomayevin “Odlar Yurdu Azərbaycan” mahnısı səsləndirildi.

Daha sonra Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin Ağalarov, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. Eləcə də Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirildi, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olundu.

Konsertdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya səhnəyə gələrək ifaçılarla görüşdülər.

Prezident İlham Əliyev xatirə gecəsində çıxış etdi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


 

XalqXeber.Az
Ardını oxu...
Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.

"DogruXeber.az" TASS-a istinadən xəbər verir ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan mediasının Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.

Dünyapress TV

Xəbər lenti