“Şəfiqə “Azərtac”-ın hökümət telefonunu ələ keçirdib, otağındakı şkafda gizlədir...” - İTTİHAM
“Mən bilmirdim ki, Şəfiqə bu qədər xəstədir! Bu kinoçuların ittifaqıdır, Şəfiqənin yox! Şəfiqəni bizə Fatma Abdullazadə kimi insanlar gətirib sırıyıb, çıxıb getdilər. Əslində bu ittifaqın kökündə Eldar Quliyev faktoru var idi, amma onun xəbəri də olmadan Şəfiqəni gətirib ora dürtdülər. Bizim ittifaqın rəsmi nizamnaməsi var. Bu nizamnamə rəsmi sənəddir. Bu sənəd Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, Prezident aparatına təqdim olunur. Onlar da Maliyyə Nazirliyinə təqdim edib, büdcədən bu təşkilat üçün pul ayırırlar. Jurnalistlər bu qadından həmin nizamnaməni ala bilmirlər, deyir ki, nizamnaməmiz yoxdur”.

TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. Xalq artisti bildirib ki, Şəfiqə Məmmədova ittifaqın nizamnaməsini hamıdan gizlədir.

“Əgər nizamnamə yoxdursa, dövlət hansı əsasla sənə yer verib, büdcədən pul ayırıb, sənə möhür verə bilər?! Mən bütün jurnalistlərdən, müxbirlərdən xahiş edirəm ki, bu vəzifə xəstəsi olan, kəmsavad, əlifbanı axıra qədər bilməyən xanımdan nizamnaməni tələb etsinlər. O kinoya yad bir insandır. Bu yaşlı, qoca xanım çıxartsın nizamnaməni-rəsmi sənədi göstərsin. O nizamnamədə yazılıb ki, 5 ildən bir ittifaqda hesabatlar dinlənilməlidir, konfrans olmalıdır və sədr seçilməlidir. Bu qadın hələ də nizamnaməni ortaya qoya bilmir. Kinoya çəkilib, pulunu alıb çəkilmisən də. Sənin kinoya nə aidiyyatın var? Sən axı kino yaradıcısı deyilsən! Prezident büdcədən əlavə bütün ittifaqlara, həmçinin də kino ittifaqına yadım edir. Şəfiqə o yardımdan 5 manat da xəstə kino işçilərinə vermir. Elə bil ittifaq onun xüsusi sexidir. Çünki bu adam acdır, görməmişdir. Xalqın bütün təbəqələri bu dəqiqə Türkiyəyə kömək edir, yığdığı puldan 5-10 manat sən də xərclə də Şəfiqə! İmkanın yoxdur?! Niyə etməməlisən ki?! Bu insan mağar düşüncəsi ilə yaşayan qadındır” deyə xalq artisti bildirib.

Xalq artisti bildirib ki, bu söz-söhbətdən sonra Şəfiqə Məmmədova ilə heç cür əlaqə yarada bilmir.

“Hamıdan qaçır gizlənir, heç kəsə cavab vermir. O kimdir axı mənə batsın?! Mənə Allahdan başqa heç kim bata bilməz. Telefon götürmür, heç kimlə görüşmür. Mən onu bu dünyadan o dünyaya, o dünyadan bu dünyaya sürüyürəm. Bir cavab qaytarmır. Nə istəyir bu xanım bizdən?! Bilirsiniz ki, Kinematoqrafçılar İttifaqı “Azərtac”-ın keçmiş binasında, Nizami kinoteatrının yanında yerləşir. “Azərtac”-ın orada hökümət telefonu qalıbmış, hansısa yollarla o telefonu ələ keçirdib, otağında şkafa qoyub gizlədir. Qorxur ki, kino adamları gəlib həmin telefonla kiməsə dərdini, sərini deyər. Bu qadın xəstədir də, müalicə olunmalıdır. Mən respublikanın baş psixiatrına müraciət edirəm ki, onunla görüşüb, bizi bu Şəfiqə adlı bəladan, zəlzələdən, pandemiyadan, xəstəlikdən xilas etsin. Niyə əlaqədar orqanlar, dövlət strukturları indiyə qədər orada yoxlama aparmır?! Niyə qeyri-qanuni fəaliyyət göstərən bu idarə hələ də dövlət büdcəsindən maliyyələşir?! Hansı kinoya xidmət edir bu?!” deyə sənətkar bildirib.

Sənətkar Türkiyədəki zəlzələdən də danışıb.

“Bu böyük və dəhşətli bir faciədir. Allah elə bil ki, növbəti dəfə türk dünyasını silkələyib, ayağa qaldırır. Türk oğlu yatmamalıdır, daim at belində olmalıdır. Bunlar hamısı sınaqlardır. İnşallah Türkiyə bu dəfə də sınaqdan üzüağ çıxacaq. Türk belə şeylərdən nə sınan, nə qorxan, nə də çəkinən deyil” deyə o bildirib.

Dünyapress TV

Xəbər lenti