"Nahidə Orucovanı məhkəməyə verəcəm" Jurnalist Şəfəq Ağacan Nahidə Orucovanın iddialarına cavab verib.
O, redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, əməkdar artistin dedikləri şər-böhtandır:
"Nahidə Orucova yalan informasiya yaydığına görə məsuliyyət daşıyır. Onu məhkəməyə verəcəm".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, Nahidə Orucovanın televiziyada səsləndirdiyi müraciəti ilə bağlı araşdırma aparılır.
***
Əməkdar artist Nahidə Orucovanın evindən oğurluq edilib.
"Unikal" xəbər verir ki, bu barədə aktrisa "Təsir dairəsi" verilişində danışıb. Sənətçi gül qabının içinə yığdığı 1650 manatdan çox məbləğin oğurlandığını bildirib:
"On beş gün evdə olmadım, evimə etibar etdiyim bir xanımı buraxmışdım. Ona demişdim ki, yataq otağıma girmə və yad adamı evimə gətirmə".
O, şübhələndiyi şəxsin jurnalist Şəfəq Ağacan olduğunu deyib.
Qeyd edək ki, Şəfəq Ağacan 2019-cu ildə narkotik satarkən həbs olunmuşdu. O, 2021-ci ildə azadlığa buraxılmışdı.