Ukrayna prezidentinin bazar günü keçirilən Oskar mərasimində televiziya vasitəsilə iştirakına icazə verilməyib.
Xarici medianın məlumatına görə, Akademiya Mükafatlarının təşkilatçıları və direktorları Vladimir Zelenskinin builki mərasimdə çıxış etmək istəyini rədd ediblər.
Qeyd edək ki, 2023-cü il Oskar Mükafatları 12 Mart Bazar günü keçiriləcək.