Məşhur türk aktyoru Kamal Sunalın xanımı gül Sunal evliliklərinin 48-ci ildönümü münasibətilə ürək sözlərini paylaşıb.
“30 aprel, 1975-ci il. 48 il ötdü. Mən hələ də səninlə birlikdə dinlədiyimiz o musiqini dinləyirəm. “Elbet bir gün buluşacağız, bu böyle yarım kalmayacak”.
Lent.az-ın xəbərinə görə,Gül xanım Kamal Sunalın ideal bir ailə başçısı olmasından bəhs edərək, maraqlı xatirələrini bölüşüb:
“Evdən çıxmaq istəmirdi, amma hamını evimizə dəvət edirdi. Zəng vurub dostlarını çağırıdı. O bir ulduz kimi yaşamırdı. Bütün türk ailələri necəydsə, bizim ailəmizdə elə. Çox nizam-intizamlı, ciddi və eyni zamanda şən insan idi. Son sözü həmişə o deyərdi”.