Xalq şairi Ramiz Rövşən Xalq artistləri Rasim Balayev, Alim Qasımov və mərhum Xalq şairi Zəlimxan Yaqubla maraqlı xatirəsindən danışıb.
“Sherg.az” xəbər verir ki, R.Rövşən bu mövzudan “Ötən günlər” verilişində qonaq olarkən söz açıb. O bildirib ki, əhvalat Türkiyədə olub:
“Nəsimi hər zaman Rasimlə olub. Bu rolla bağlı bir epizodu Alimin icazəsi ilə danışacam. Deməli, Türkiyədə idik. Rəhmətlik Zəlimxan Yaqub xanımına dəri gödəkcə almaq istəyirdi.
Çox adamdan, həmçinin Alimdən də soruşdu ki, sən dünyanı gəzmisən, burada da çox olmusan, bilərsən ki, yaxşı dəri gödəkcə harada olur? Alim də qayıtdı ki, onu məndən yox, Rasimdən soruş, onu bir dəfə soyublar, dərinin qiymətini o, bilər”.