Ardını oxu...
  

Şahin Əsədli: “MSK-nın daxilində doqquz, DSK-ların nəzdində isə üç nəfərdən ibarət ekspert qrupu fəaliyyət göstərir”

1 sentyabrda keçiriləcək parlament seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası davam edir. Mediada namizədlərin  yarışı hiss olunmasa da, sosial şəbəkələrdə xeyli aktivlik var. 

Bu seçkinin maraqlı məqamlarından biri də namizədlərin mediada deyil, sosial şəbəkələrdə təbliğata üstünlük verməsidir. Bunun səbəbi nədir? İddialıların xəsisliyi, yoxsa sosial şəbəkələrin ənənəvi medianı üstələməsi?

Qeyd edək ki, artıq bu məsələni tənqid edənlər də var. Belə ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkə hesabında qeyd edib: “Ötən gündən deputatlığa namizədlərin seçki kampaniyasında təbliğat və təşviqat prosesi başlayıb. Çoxları artıq pullarını İnstagram və digər sosial şəbəkələrdə reklama xərcləyir. Bu məni çox düşündürür ki, onlar niyə gedib seçki dairələrində iş görmək əvəzinə qapılarda şəkil çəkdirmir, şüar yapışdırırlar?

Biz vətəndaş olaraq sual veririk, amma onların feyk profillərlə əlaqəli qohumları çıxıb, təriflər yağdırırlar. Mənim qanuni haqqımdır ki, bilim namizəd kimdir.

İnstagram-dan səs toplamaqla bitmir, vətəndaşların hörmətini qazanmaq və bunu feyk profillərlə deyil, əməllərlə etmək lazımdır".

Digər məsələ seçkidə iştirak edənlərin təşviqatı necə, hansı üsullarla aparmasıdır.

Ardını oxu...

Natiq Cəfərli

Mövzu ilə bağlı REAL Partiyasının icra katibi, deputatlığa namizəd Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Natiq Cəfərli bildirib ki, nə imza toplama, nə də təbliğat-təşviqat kampaniyası dövründə hansısa bir maneçilik, problem, neqativ hallarla rastlaşmayıb: “Yəni hələ ki, hər şey qaydasında gedir. Qeyd etdiyim kimi, imza toplama kampaniyası çox rahat keçdi, hazırda isə rahat şəkildə görüşlər keçiririk. Ona görə də düşünürəm ki, bu məsələ belə davam etsə, ötənilki seçki prosesləri ilə müqayisədə Azərbaycan üçün çox pozitiv dəyişiklik olacaq.

O ki qaldı namizədlərin mediada deyil, sosial şəbəkələrdə təbliğata üstünlük verməsinə, artıq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda böyük ekran kiçik ekrana uduzub. Yəni insanlar hazırda  daha çox smartfonlardan, kompüterlərdən istifadə edir, nəinki televiziyalara baxır. Bir sözlə, ənənəvi televiziyalar sosial şəbəkələrə dəqiq uduzur.

Əlbəttə ki, internet televiziyaları haqda bunu demək olmaz, yəni getdikcə internet televiziyalar daha çox populyarlıq qazanmağa başlayıb. Çünki izlənməsi daha rahatdır, əvvəl canlı yayımda,  daha sonra isə YouTube və ya digər platformalar üzərindən izləmək olur.

Ona görə də sosial şəbəkələrdə reklam daha effektlidir və çox sayda izləyicisi olan insanlar üçün daha rahatdır. Məsələn, sosial şəbəkədə mənim 35 mindən çox izləyicim var, istənilən post, yazdığım yazı 10 minlərlə insana çatır ki, bu da bir üstünlükdür".

Natiq Cəfərli qeyd edib ki, sosial şəbəkələrdə təbliğat üçün daha çox sosial şəbəkələrə üstünlük verilməsi bütün dünyada gedən trenddir: “Bugünlərdə Amerikada gedən seçki prosesini izləyirik və müşahidə edirik ki, prezidentliyə namizədlər, Donald Tramp və Kamala Haris ənənəvi televiziyalardan daha çox blogerlərə və yaxud tanınmış iş adamlarına müsahibə verirlər. Məsələn, bir neçə gün öncə Donald Tramp X platforması üzərindən İlon Maska müsahibə verib və artıq yüz milyondan çox izləyici bu verilişi izləyib. Yəni bu, dünyada gedən trenddir və Azərbaycanda da bu trend davam edir.

Məlum olduğu kimi, İctimai TV-də 60-dan çox dairədən namizədi olan partiyaya ödənişsiz efir şəraiti verilib. Qanunvericilikdə də var ki, 60-dan çox dairədən namizədi olan partiyalara pulsuz efir verilməlidir. 60-dan çox dairədən namizədi olan isə Yeni Azərbaycan Partiyasıdır (YAP). Yaxşı olardı ki, İctimai TV-də debatlar olsun və hesab edirəm ki, bu, marağa səbəb ola bilərdi".

Ardını oxu...

Tural Abbaslı

AĞ Partiya sədri, deputatlığa namizəd Tural Abbaslı da qeyd edib ki, təbliğat-təşviqat işinin ümumi mediada deyil, sosial şəbəkələrdə getməsinin müxtəlif nüansları var: “Nüanslardan biri maliyyə məsələsidir. Belə ki, bir çox media qurumlarının təbliğat-təşviqat müddətində reklam hüquqlu, reklam xarakterli yayımların və yaxud məlumatların verilməsi qiymətlərinə baxmışam, kifayət qədər çox maliyyə tələb edir.  Məlum olur ki, televiziyalarda reklam xarakterli yayımların saniyəsi 25-30 manatdır. Bu baxımdan təbii olaraq namizədlər əsasən sosial mediaya yönəlirlər, çünki orada xidmətlər demək olar ki, pulsuzdur. Hətta kiçik məbləğlərlə reklam yerləşdirə bilirlər, bu məbləğ medianın tələb etdiyi məbləğdən xeyli aşağıdır, üstəlik, çatımlılığı daha geniş əhatəlidir.

Zatən medianın özü də insanlardan aldığı reklam məlumatlarını sosial media  vasitəsilə paylaşır. İnsanlar da düşünür ki, əgər belədirsə, özü də bunu edə bilər və xərci daha az olar.

Namizədlərin maddi durumunun yaxşı olmadığı göz önündədir. Təbii ki, maddi durumu yaxşı olan namizədlər də var, amma onların sayı azdır və bildiyim qədər media ilə də müqavilələri var. Yəni burada qətiyyən xəsislikdən söhbət gedə bilməz. Biri var ki, pul var xərcləmirsən, biri də var ki, pulun yoxdur xərcləmirsən. Yəni namizədlərin böyük əksəriyyətinin maliyyə vəziyyəti o qədər də yaxşı deyil.

Daha bir məsələ, sosial media çox böyük imkanlar verir və namizədlərin maddi durumundan asılı olmayaraq, onları bərabərləşdirir. Seçki Məcəlləsinin də fəlsəfəsində namizədlərə bərabər şəraitin yaradılması məsələsi var. Lakin dərinə gedəndə görürsən ki, namizədlər bərabər şəraitdə mübarizə apara bilmirlər. Çünki imkanlı və imkansız namizəd anlayışı var".

“Təbliğat-təşviqat prosesi hazırda necə gedir?” sualımıza isə Tural Abbaslı bu cür cavab verdi: “Burada zatən iki tərəf var - təbliğat-təşviqat aparan tərəf  və təbliğat təşviqat aparılan. Burada təbii ki, birtərəfli təbliğat-təşviqat aktiv olması mümkün deyil. Əgər namizəd təbliğat-təşviqat aparırsa, gərək seçicidən geri dönüş alsın və ya seçicilər bu təbliğat-təşviqata reaksiya versin, bu prosesdə öz rollarını oynasınlar.

Burada həm də təcrübəli-təcrübəsiz namizəd məsələsi var. Yəni namizəd var ki, təcrübəlidir, təcrübəsiz, həvəsli və ya həvəssiz, özü iddialı və yaxud namizəd olmasında xəbərsiz olan feyk namizədlər var və bütün bunlar da prosesə təsir edən amillərdir.

Xoşagəlməz amil ondan ibarətdir ki, insanların canında bir qorxu, müdaxilə xofu var. Buna görə də insanlar bu prosesdən əsaslı və yaxud əsassız olaraq çəkinirlər. Məsələn, imzatoplama kampaniyasından sonra bizə məlumatlar gəlirdi ki, müxtəlif dairələrdə kənd sovetləri və yaxud hansısa partiyalar imza verən şəxslərə zəng ediblər ki, “siz niyə imza verirsiz, niyə dövlətə qarşı çıxırsız” və sairə. Bunlar xoşagəlməz nüanslardır və hesab edirəm ki, aradan qalxar.

Demokratik seçki keçirmək lazımdır və bu, Azərbaycanın gələcəyi, təhlükəsizliyi, strateji hədəfləri üçün çox önəmlidir".

Bəs bu müddətdə MSK hansısa namizəddən şikayətlər, qanun pozuntularına dair müraciətlər alıbmı?

Ardını oxu...

Şahin Əsədli 

MSK mətbuat xidmətinin rəhbəri Şahin Əsədli bildirib ki, onlara daxil olan şikayətləri, müraciətləri Seçki Məcəlləsinin tələblərinə və qurumun təsdiqlədiyi müvafiq təlimata əsasən araşdırırlar: “Bundan sonra komissiyanın iclasında müvafiq qərarlar qəbul edilir.

MSK-nın daxilində doqquz, DSK-ların nəzdində isə üç nəfərdən ibarət ekspert qrupu fəaliyyət göstərir. Həmin bu qrupların rəyi əsasında şikayətlər və müraciətlər komissiyanın iclasına çıxarılır. Nəticə olaraq komissiyanın iclasında geniş müzakirə edilib müvafiq qərar verilir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Bəzən də deyirlər ki, əgər yuxuda ölən insanı gördünsə bu havanın dəyişilməsinə bir siqnaldır.

Dünyasını dəyişən yaxın dostunun səsinin yuxuda eşidilməsi pis hadisə baş verəcəyindən xəbər verir.

Əgər insan ölüm haqqında yuxu görürsə, bu hansısa hadisədən xəbərdarlıq edildiyinə işarədir.

Əgər insan dünyasını dəyişmiş atasını yuxuda görürsə, bu o deməkdir ki həmin şəxs qurduğu planları diqqətlə nəzərdən keçirməlidir.

Əgər insan yuxuda dünyasını dəyişmiş anasıyla söhbət edirsə, bu o deməkdir ki, həmin insan sağlamlığına diqqət yetirməlidir. Eyni zamanda, öz vərdişlərinə kənardan baxmalıdır.

Rəhmətə gedən qardaşı yuxuda görmək isə kiməsə qayğının, dəstək və şəfqətin ehtiyacı olduğuna işarədirBizim nənələrimiz həmişə deyirdilər ki, ölmüş insan hər hansı təhlükədən bizi xəbərdar etmək üçün yuxumuza gəlir. Həyatınızda baş verəcək dəyişikliklər haqqında o biri dünyadan bu ismarıc göndərir sankı.... Bu yolla ölmüş insan bu dünyaya informasiya çatdırmağa çalışır.

Medtime.az AzadQadin.az xarici mediyaya istinadən xəbər verir ki, yuxulara nəzarət etmək çətindir, amma deyilənlərə diqqətlə qulaq asmağa və hər şeyi yadda saxlamağa çalışmaq lazımdır. Çox vaxt onların dediyi gerçək olur. Ölmüş insanın arxasınca getmək, xəstəliyin, uğursuzluğun və ya ölümün xəbərçisidir.
medtime.az
 
Ardını oxu...
Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 5 ünvandakı binada yaşayan sakinlərin həyatı təhlükədədir.

Sakinlər Qaynrinfo-ya bildirib ki, 4 bloklu binanın liftləri 50-60 il öncə quraşdırılıb və hazırda ciddi şəkildə qəzalı durumdadır.

Onların sözlərinə görə, problemlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyinə müraciət etsələr də, nəticəsi olmayıb.

Ardını oxu...
"Oradan bizə bildirdilər ki, bina Müdafiə Nazirliyinin balansındadır. Ona görə də biz 18 iyul 2024-cü il tarixdə binamızın 31 sakininin imzası ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərova və müdafiə naziri Zakir Həsənova kömək üçün müraciət etdik. Təəssüf ki, indiyədək heç bir cavab almamışıq! Qəza təhlükəsi isə hər an var! Liftlərdən bəziləri gah işləyir, gah dayanır. Yuxarı mərtəbədə yaşayan xəstə və yaşlı insanlar, əliuşaqlı analar aldanıb liftlərdən istifadə edirlər. Bu isə hər an insan ölümü ilə nəticələnə bilər", deyə şikayətçilər bildirib.

Sakinlər deyib ki, lift qurğuları FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin qeydiyyatında olan təhlükə potensiallı avadanlıqdır və o müntəzəm olaraq ixtisaslaşmış təşkilat tərəfindən texniki baxışdan keçirilməlidir, kənar şəxs və qurumların ona müdaxiləsi yolverilməzdir:

"Binanın liftləri çox köhnəlib. Hətta yararsız hala düşüblər. Tez-tez bina sakinləri və ya qonaqlar liftdə qalıb stres yaşayırlar. Bir neçə dəfə liftdə qəza baş verib və xoşbəxtlikdən insan tələfatı olmayıb. Təəssüf ki, uzun müddətdir burda kimlərinsə yoxlama-nəzarət işləri apardığını görən olmayıb".

Sakinlər məcburiyyət qarşısında ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Onlar ümid edir ki, ölkə başçısına ünvanladıqları bu müraciətdən sonra aidiyyatı qurumlar lazımi tədbirlər görəcəklər.
 

Ardını oxu...
Məlumat verdiyimiz kimi, redaksiyamıza bölgələrdən daxil olan şikayəti araşdırmaq üçün həmin yerlərə ezam olunuruq və şikayəti yerində araşdırırıq. Bu qəbildən olan bir neçə araşdırma yazımız və çəkilişlərimiz həm saytımızda, həm də efirimizdə işıqlandırılıb.

Bu ğünlərdə isə Masallı rayonunun Göyəçöl kənd sakini Nafiz Şükürov rastlaşdığı problemlə əlaqədar redaksiyamıza müraciət etdi və əməkdaşımızın mövcud problemi yerində araşdırması üçün kəndə dəvət etdi. Dəvəti qəbul edib avqustun 8-də Masallının Göyəçöl kəndində Nafiz Şükürovla görüşdük.

Söhbətdən məlum oldu ki, Nafiz təsərrüfat adamıdır, əkin-biçinlə, qoyunçuluq və maldarlıqla məşğul olur, neçə deyərlər, tam qanuna uyğun olaraq, iqtisadiyyatımıza lazımınca töhfə verir. Bunun üçün də dövlət tərəfindən hər bir şərait yaradılıb və bu şəraitdən də çox razılıq edir. Özü də bildirir ki, Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə kənd təsərrüfatının inkişafı üçün rəsmilər əlindən gələni əsirgəmir. Özünün hektarlarla pay torpaq sahəsi var, bundan əlavə, icarəyə də pay torpaqları götürüb taxıl, yonca və digər bitkilərin becərilməsini həyata keçirir, bundan əlavə, qoyunçuluqla, maldarlıqla da məşğul olur. Bəs, problem nədir?

Məlum oldu ki, 20-dən çox sakinin yaşadığı böyük bir el yolunun sonu birbaşa təsərrüfat torpaqlarına gedib çıxır. Sonuncu ev olan isə öz doğmaca əmisi oğlu Vüqar Şükürov həmin küçənin sonunda dəmir darvaza qoyaraq bu insanların öz təsərrüfatlarına çıxışını bağlayıb. Bunu onunla əsaslandırıb ki, həmin yolun sonu onun pay torpağına çıxır ki, guya heyvanlar onun təsərrüfatına ziyan vurur və s. Araşdırmamız zamanı o da məlum oldu ki, həmin darvaza ilə Vüqar Şükürovun pay torpağının arasında düz 30 metr boş ərazi var. Oradan həm heyvanlar, həm də müəyyən texnika hərəkət edərkən pay torpağına çatmadan sola dönən yolla müəyyən ərazilərə gedib çıxır. Yəni, V.Şükürovun heç nə əkilib-becərilməyən boş və düzənlik sahəsinə heç bir zərər verilmir. O da maraqlıdır ki, Vüqar Şükürov və digər altı qardaşının hamısı Rusiyanın Nijni-Novqorod şəhərində yaşayıb-işləyirlər. Həmin darvaza söhbətinə görə kənddə olarkən, ona müəyyən orqanlardan başa salıblar ki, burada məhkəməlik iş var və məhkəməyə verilsə, sən ölkədən çıxa bilməyəcəksən. Ona görə də V.Şükürov dərhal respublikanı tərk edərək, əvvəldən yaşayıb-işlədiyi Nijni-Novqoroda gedib.

Məsələ bir az da dərinləşəndən sonra məlum olub ki, həmin ərazi heç Vüqar Şükürovun yox, xalası oğlu Sadıq Ramazanovundur. Amma deyilənə görə həmin ərazi, hətta Sadıq Ramazanovun adına olsa belə, darvaza ilə ərazi arasında 30 metrlik məsafə heç kimin deyil. Yəni, S.Ramazanovun torpağı sənəddə nəzərdə tutulduğundan 25 sot artıqdır ki, bu da darvazadan sonrakı yola aiddir. Deməli, nə Vüqar Şükürovun, nə də Sadıq Ramazanovun darvaza qoyub əhalinin pay torpaqlarına çıxan yolunun bağlamasının heç bir hüququ əsası yoxdur.

Mən də təbii ki, həm əhalinin yaşadığı küçənin sonunda quraşdırılan darvazanın fonunda, həm də darvazadan sonra pay torpaqlarına açılan əks tərəfdən video çəkilişlər etdim. Küçənin sonunda arxa fonda darvazanın görüntüsü ilə etdiyimiz çəkiliş və N.Şükürovla söhbətimiz normal məcrada getdi. Amma böyük bir ərazini dolanaraq darvazadan sonra- pay torpaqlarına çıxışa olan hissədə apardığımız çəkiliş zamanı isə çox ciddi qalmaqalla üzləşdim.

Nafiz Şükürov kamera önündə əraziləri göstərərkən, Vüqar Şükürovun qardaşı Hikmət Şükürov bizə yaxınlaşaraq Nafiz Şükürovun başdan-ayağa yalan danışdığını söylədi. H.Şükürovu kamera önünə dəvət edib, əks tərəf kimi həqiqətin necə olduğunu söyləməsini xahiş etdim. O da öz növbəsində bildirdi ki, bu darvazadan keçən yol əsas yol deyil. Əsas yolun isə bizim xeyli məsafə qət edib gəldiyimiz yol olduğunu bildirdi. Mən xahiş etdim ki, bu mübahisələrə son qoyulsun və öz doğmaca əmisi oğluna, həmçinin digər sakinlərə buradan 1-2 metrlik yol verilsin. H.Şükürov əvəzində təklifimə belə cavab verdi: “Əvvəlla, biz onu əmi oğluluqdan çıxarmışıq. İkincisi də, vaxtında adam kimi desəydi, onu həll etmək olardı. Amma artıq gecdir”.

Bu zaman N.Şükürov müdaxilə edərək bildirdi ki, “Adam kimi müraciət etmək deyəndə, nəyi nəzərdə tutursan? Mən əmioğlu kimi darvaza təzə qoyulanda dəfələrlə Vüqardan xahiş etdim ki, belə eləməsin. Onunla birlikdə dəfələrlə gedib kafedə çörək də yemişik, birlikdə ova getmişik. Bütün bunlara baxmayaraq, Vüqar inadından əl çəkmədi və yolu tamam bağladı”.

Bundan sonra Nafizlə Hikmətin arasında ciddi mübahisələr, söyüşlər, təhqirlər oldu və hətta bir-birinə hücum etmək istədilər. Lakin hər ikisinin qarşısına keçib bu insidentin böyüməsinə və hər hansı əlbəyaxa davaya imkan vermədim. Sadəcə təklif etdim ki, hər ikisi kamera önündə öz mövqelərini rahat şəkildə söyləyə bilərlər. Bununla belə, təhqir və söyüşlərin arası kəsilmədi. Eyni zamanda, qarşılıqlı hücumlar da davam etdi. Yenə hər ikisi də sağ olsun ki, mənim sözümün üstündən keçib, ciddi münaqişəyə yol vermədilər. Mən Hikmətə dəfələrlə müraciət etdim ki, darvazanı nə üçün qoymağının səbəbini izah etsin. O isə əvəzində öz doğma əmisi oğlu Nafizə qarşı aqressiya göstərdi. Allah xatirinə demək lazımdır ki, Nafiz onun aqresiyyasına o qədər də qarşılıqlı vermədi. Bir xeyli belə söyüşmə, təhqiretmə və dartışmadan sonra Hikmətin həyat yoldaşı uzaqdan göründü və onu evə çağırdı. Hikmət də evə tələsdi və bildirdi ki, gəlib əlavə fikirlərini bildirəcək. Amma xeyli gözləsəm də, H.Şükürov bir daha hadisə yerinə gəlmədi.

Məsələni bir az da kökündən araşdırmaq üçün Ğöyəçöl bələdiyyəsinin sədri Elman müəllimlə görüşdüm. Söhbətimizdən məlum oldu ki, bələdiyyə sədri kimi Elman müəllim, qalmaqala baş qoşmaq istəmir və hadisəni bir növ özündən uzaqlaşdırır. Belə olan surətdə Dövlət Reystr və Kadastr xidmətinin 8 №-li ərazi üzrə Masallıda yerləşən bölməsinə getdim. Burada Teymur adlı mühəndis bildirdi ki, onların bu məsələ barədə hər hansı məlumat verməyə səlahiyyətləri yoxdur. Ona görə də biz Dövlət Reystr və Kadastr xidmətinin 8 №-li Cəlilabad Regional şöbəsinə müraciət etməliyik. Bundan sonra məsələyə münasibət öyrənmək üçün Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla görüşmək istədim. Növbətçi polis nəfəri başçının köməkçisi ilə danışandan sonra məni İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Abbas Abbaszadəyə yönəltdi. Bir müddətdən sonra Abbas müəllim bizi qəbul etdi. Çox normal və mədəni surətdə bizimlə söhbət edən Abbas müəllim bildirdi ki, bu sahəyə cavabdeh Zahid müəllimdir. O, olmadığı üçün digər əraziyə cavabdeh olan Nahid Həsənovu görüşümüzə dəvət etdi. Hər iki məmurla söhbətimiz çox yüksək səviyyədə alındı. A. Abbaszadənin həm də 1-ci Qarabağ döyüşünün iştirakçısı olduğunu öyrəndim. Əlbəttə, bu da Masallı RİH-in başçısı Araz Əhmədovun Qarabağ döyüşçülərinə, şəhid ailələrinə və qazilərə olan diqqətinin göstəricisidir. Söhbətimiz zamanı əsasən iki variant üzərində dayandıq: 1-ci, yolu bağlayıb, darvaza qoyan Vüqar Şükürov və qardaşları ilə təbliğatı söhbət aparılsın ki, əhalinin pay torpaqlarına çıxan yolunu bağlamaq olmaz və yol açılmalıdır. Əgər bu variant nəticə verməsə, onda ikinci variant kimi, şikayətçi olaraq Nafiz Şükürov Dövlət Reyestr və Kadastr xidmətinin Cəlilabadda yerləşən 8 saylı ərazi bölməsinə rəsmi müraciət edir. Oradan isə kimsə gəlib həmin ərazinin kimə məxsus olduğunu dəqiqləşdirməklə arayış verir və həmin arayışla sonradan məhkəməyə müraciət etmək lazımdır. İcra hamiyyətinin cavabdeh şöbəsində də bu məsələni diqqətdə saxlayacağını bildirdilər. Amma maraqlıdır ki, Vüqar Şükürov həmin yola darvazanı məgər məhkəmə qərarı ilə qoyub ki, indi də məhkəmə qərarı ilə sökülsün? Bir ciddi göstərişlə bu özbaşınalığı aradan qaldırmaq olar... Nə isə..

Hər halda şikayətçi vətəndaşa və jurnalistə qarşı belə diqqət və həssaslıq göstərdiklərinə görə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova, İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Abbas Abbaszadəyə və İcra hakimiyyətinin Kənd Təssərüfatı şöbəsinin məsləhətçisi Nahid Həsənova təşəkkür edirəm.

Biz də öz növbəmizdə bu məsələni diqqətdə saxlayacağıq və inanırıq ki, aiddiyyəti qurumlar nə qədər ki, cinayət hadisəsi baş verməyib, məsələyə anlaşıqlı yanaşacaqlar. Onsuz da mənim orda olmağım və çəkiliş aparmağım Hikmət Şükürov tərəfindən təcili olaraq Rusiyanın Nijni-Novqorod şəhərində yaşayıb-işləyən qardaşlarına çatdırıldı. Bir qardaşdan başqa, digər qardaşlarının hər biri öz doğma əmisi oğlanları Nafiz Şükürova zəng edərək, onu öldürəcəkləri ilə hədələyiblər. Bundan əlavə, Nafiz Şükürovun Rusiyada olan qardaşlarını da öldürüb, meyitlərini tabutda Nafizə göndərəcəklərini də bildiriblər. Deməli, N.Şükürovun və qardaşlarının həyatına real təhlükə var. Özü də bütün bunlar N.Şükürovun telefonunda yazılı sürətdə var. Ona görə də, N.Şükürov özünü və qardaşlarının həyatına olan təhlükə barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xədmətinə məlumat vermək niyyətində idi. Bəs Rusiyada olan Şükürov qardaşları niyə belə aqressivlik göstərirlər və hətta Nafizi ölümlə hədələyirlər? Çünki N.Şükürov bütün bu məsələləri rəsmi qaydada, dövlət qrumlarının qarşısında qaldırandan sonra, məlum olacaq ki, həmin əraziyə Şükürov qardaşlarının heç bir səlahiyyəti yoxdur. Hətta onlara məxsus pay torpaqlarının 25 sot artıq olduğu da üzə çıxacaq. Bu səbəbdən “qara məni basınca, mən qaranı basım” prinsipi ilə Nafizi ölümlə hədələməklə qorxutmaq və özlərinin pay torpaqlarının artıq olduğunu üzə çıxartmamaq niyyətindədirlər. Amma hər şey tezliklə üzə çıxacaq və inanırıq ki, günahkarlar da lazımı cəzasını alacaqlar.

Dədə-babadan yol həmişə müqəddəs sayılıb. Ona görə də müqəddəs yolu bağlamaq nəinki qanun qarşısında, hətta Allah qarşısında günahdır. İnanıram ki, tezliklə onlara heç bir ziyan gətirməyən məlum darvazanı oradan götürüb, yolu açmaqla Şükürov qardaşları savab iş görəcək və bununla da öz qan qohumları ilə düşmənçiliyə son qoyulacaq.

TEZADLAR.AZ
 

Ardını oxu...
“Göyçay sakinləri Məzahir Əfəndiyevin yenidən bu ərazidən deputatlığa namizəd olmasından narazıdır. Seçicilər bildirirlər ki, M.Əfəndiyev deputat mandatı daşıdığı illər ərzində onların hər hansı ciddi probleminin həllinə dəstək göstərməyib. Məzahir Əfəndiyev rayona demək olar ki, yalnız rəsmi dövlət tədbirlərində iştirak üçün gəlib”.

Bu barədə məlumat Editor.az-a rayondakı mənbələrdən daxil olub. Seçicilər qeyd edirlər ki, Məzahir Əfəndiyevin 4 illik deputatlıq dövrü formal fəaliyyətdən ibarət olub: “Problemlərlə bağlı ona ünvanlandığımız məktubları ayrı-ayrı qurumlara göndərməklə işini bitmiş hesab edib. Demək olar ki, heç bir ciddi problemin həllinə nail olmayıb. Dövlət tədbirlərindən başqa onu xeyirdə-şərdə xalqın yanında görməmişik.
Milli Məclisdə də hər hansı ciddi çıxışına, hansısa problemi qaldırmasına şahidlik etməmişik. Bir dəfə çıxışa yazılmışdı, onu da texniki səhv edərək ləğv etdi. O səhnələri mediadan izləyib çox məyus olduq”.

Seçicilər bildirirlər ki, onlar 92 saylı Göyçay-Ağdaş seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi Firəngiz Məmmədyarovanı dəstəkləyirlər və ona səs verəcəklər.

Editor.az



Ardını oxu...
“Broker” MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov Türkiyədə yeni şirkət qurub.
Qaynarinfo-nun məlumatına görə, Əbülfəz Məlikov Azərbaycandakı bir sıra biznes şirkətlərini də Türkiyənin İstanbul şəhərinə köçürüb.
Ardını oxu...
Dəyəri milyonlarla manat olan şirkət qida, turizm, otelçilik və digər sahələrdə fəaliyyət göstərəcək.
Əbülfəz Məlikovun Bodrumda da bahalı istirahət mərkəzini satın alması ilə bağlı məlumatlar var.
Hazırda Türkiyədə olan Əbülfəz Məlikova bu işdə Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsləri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin generalları da dəstək verir.
Onun şərikləri arasında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin də olduğu iddia edilir.
Ardını oxu...
Qeyd edək ki, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mənüçöhr Əhədpur fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır.
Onu da qeyd edək ki, Əbülfəz Məlikovun Rusiyada da biznesi var.
Ardını oxu...
Ötən əsrin 90-cıillərin ortalarında orta asiyadakı biznesini buraxaraq Azərbaycan qayıdan və dövlət Gömrük Komitəsinin sədri təyin edilən Kəmaləddin Heydərovun adı hər zaman mətbuatın diqqət mərkəzində olub. Təsadüfi deyil o,özüdə yüksək məmur təyinatına qədər Özbəkistanda sahibkarlıq fəaliyyəti ilə məşgul olduğu hələ 20 il öncə media-brifinqi zamanı açıqlayıb. Adi müxtəlif siyasi və iqtisadi qalmalaqallarda hallanan Heydərovun dəfələrlə vəzifədən azad ediləcəyi, siyasi konfiqurasiyadan kənardan qoyulacağı deyilsədə general- polkovnik bu günə qədər nazirlər kabinetində yer alır.

Əslən Naxçıvandan olan və uzun müddət atasın Naxçıvan MR-nın Mədəniyyət naziri vəzifəsində çalışan Heydərovun Qəbələ rayonundan yüksək mövqe sahibi olmasıda kimsəyə sirr deyil. Rayon rəhbərliyinin formalaşdırılması, ölkəmizin dilbər güşələrindən olan Qəbələ rayonunun turizm sektoruna nəzarət son 25 ildə birmənalı şəkildə onun nəzarətində olması heç kəsə sirr deyil. Ötən parlament seçkilərində ən yaşlı deputat olan mərhum Fəttah Heydərovun 5-ci dəfə bu rayondan deputat seçiləməsidə təsadüfi deyildi.

Növbədənkənar prezident seçkilərində sonra Azərbaycan hökümətinin tərkibində yenidən yer alan Heydərov bu dəfə də hakim partiyaya Qəbələnin gələcək deputatı ilə bağlı təklifləri verəcəyi və qəbul olanacağı gözlənilirdi, amma nədənsə mərhum Heydərovun yerinə Zaqatala seçicilərini Azərbaycan parlamentində təmsil edən Elşən Musayevin namizədliyi irəli sürüldü. O Elşən Musayevdir ki, vaxtı ilə mərhum Heydərovun seçki təbliğatında (Qəbələ yoxsa Qələbə) şuarı ilə Heydərova dəstək mitinqində Qəbələdə məşhurluq qazanmışdı.

Sonradan Heydərovlarla bütün təmaslarını kəsən Ramiz Mehdiyev şəxsən xeyr duası ilə Azərbaycan parlamentinə mandat qazanan ötən seçkilədə isə Zaqatala seçicilərinin kəskin etirazı ilə qarşılaşan Musayevin zatən bu dəfə başqa seçimi də yox idi və ele bu səbəbdəndə yeni dairədən namizəd elan edildi.

Baş verənlər bir daha təsdiq edir ki, bir zamanların Fövqəl naziri artıq uzun illər nəzarətində saxladığı rayonda bir deputat belə keçirtmək iqtidarında deyil. Bu isə onun sonda yola salınacağı kimi qeyd edilir.

XALQ.AZ
 
 
 
Ardını oxu...
Moskvanın Taqanski Rayon Məhkəməsi növbəti dəfə "Telegram" messencerini cərimələyib.

TASS xəbər verir ki, cərimə 4 milyon rubl təşkil edib.

İnzibati cəzaya səbəb messencer administrasiyasının Rusiya Federasiyası ərazisində qadağan olunmuş məlumatları silməkdən imtina etməsi olub.

Məhkəmə "Telegram" messencerini Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsini pozmaqda təqsirli bilib (“Sayt sahibinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq silinməli olan məlumatları silməməsi”). Məhkəmə şirkətə 4 milyon rubl məbləğində inzibati cərimə tətbiq etmək qərarına gəlib.

"Telegram"ın Rusiya Federasiyasında qadağan olunmuş məlumatları silməməsi ilk dəfə deyil. 2021-ci ilin fevral ayından sosial şəbəkələrin özünə nəzarəti haqqında qanun qüvvəyə minib ki, ona görə də internet platformaları qadağan olunmuş məzmunu müstəqil müəyyən edib bloklamalıdır. Onlardan həmçinin xüsusi rəy forması vasitəsilə istifadəçilərə mənfi məzmunu bildirmək imkanı təqdim etmələri tələb olunur. Bundan əlavə, hər il sosial şəbəkələrdə bu sahədə görülən işlərlə bağlı hesabat dərc edilməlidir.
 
Ardını oxu...
69 saylı Biləsuvar Dairə Seçki Komissiyasından (DSK) bitərəf kimi namizədliyini irəli sürmüş Nurlan Mirəli ötən seçkilərdə həmin dairədən mandat almış, hazırda isə namizəd olan Bəhruz Məhərrəmovun qanun pozuntusuna yol verdiyini deyir.

Bu barədə Nurlan Mirəli sosial media hesabında fotoşəkil paylaşıb.

O qeyd edib ki, Bəhruz Məhərrəmov Seçki Məcəlləsini kobud şəkildə pozub və onunla bağlı hüquqi tədbirlər görülməlidir:

"69 saylı Biləsuvar DSK-dan namizəd və hazırda Biləsuvarın təyin olunmuş deputatı Bəhruz Məhərrəmov kobud qanun pozuntusuna yol verib, birbaşa Seçki Məcəlləsinin tələbini pozub. Qanunla namizədin posterinin və plakatının aşağı hissəsində mətbənin, sifarişçinin və tirajın sayını qeyd edilməlidir, amma Bəhruz Məhərrəmov bunu etməyib".

Onun sözlərinə görə, DSK da namizədin bu qanunsuzluğuna göz yumub: "DSK buna göz yumub, heç bir tədbir görməyib. Mən dünən aşkarladıqdan və fotolar çəkdikdən sonra bu gün tezbazar hər yerdə posterləri dəyişirlər".

Nurlan Mirəli "Arqument.az"a deyib ki, baş verən qanun pozuntusu ilə bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət edəcək və Bəhruz Məhərrəmovun namizədliyinin ləğvini tələb edəcək:
Ardını oxu...
"Bu qanun pozuntusu namizədliyin ləğvini nəzərdə tutur və sabah bununla bağlı Mərkəz Seçki Komissiyasına müraciət edəcəyəm. Sübut olaraq demək olar ki, bütün məntəqələrdə videoçəkiliş və şəkillər var".

Mirəli "Arqument.az"a onu da qeyd edib ki, bu məsələni hüquqi müstəvidə sona qədər davam etdirəcək.

Bəs qanun nə deyir?

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 87.3-cü maddəsinə görə, "seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır".

Həmçinin Məcəllənin 87.4-cü maddəsində deyilir: "Çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir".

Daha sonra Məcəllənin 87.5-ci maddəsində qeyd olunur ki, "seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 87.3-87.4-cü maddələrinin tələblərini pozmaqla yayılması qadağandır".

Bəs Dairə Seçki Komissiyası nə etməlidir?

Məcəllənin 87.9-cü maddəsinin tələbinə görə, saxta seçkiqabağı çap, audiovizual və digər təşviqat materiallarının və ya bu Məcəllənin 87.3-cü, 87.4-cü, 87.7-ci, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə seçkiqabağı təşviqat materiallarının yayılması barədə məlumat alan seçki komissiyası müvafiq tədbirlər görməli, hüquq mühafizə orqanlarına və digər orqanlara qanunazidd təşviqatın dayandırılması və qanunsuz yayılan seçkiqabağı təşviqat materiallarının götürülməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və ya Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət etməlidir.

Bəhruz Məhərrəmov qanunu bilmir?

Bəhruz Məhərrəmovun avtobioqrafiyasında qeyd olunur ki, o, hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosentdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Vəkillər Kollegiyasının üzvüdür.

2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

3 kitab, 7 tədris proqramı, 30-dan artıq elmi məqalənin müəllifidir.

İxtisasca hüquqşünas və həmçinin Vəkillər Kollegiyasının üzvü olan Məhərrəmovun Seçki Məcəlləsindən xəbərsiz olması anlaşılan deyil. Görünür, daha çox siyasi açıqlamaları ilə gündəmə gələn deputat qanunları oxumur və ya bu addımları bilərəkdən edir. Hakimiyyətin yeni kadr kimi təqdim etdiyi deputatın hüquqi bilgiləri bu səviyyədədirsə, onun Milli Məclisdə qəbul olunmuş qanunlara münasibəti və necə səs verməsi də suallar yaradır.

Bu suallara cavab almaq üçünsə Bəhruz Məhərrəmovla əlaqə saxlamaq mümkün olmayıb.
 
Ardını oxu...
Xəzər rayonunda yerli qurumlar 13 saylı Xəzər ikinci seçki dairəsindən bitərəf namizəd olan Gülşən Paşayevanın təbliğat kampaniyasına yardım etməyə başlayıb.
Reportyor.info xəbər verir ki, bu barədə həmin dairədən Ümid Partiyasının namizədi Şükür Cavadov bildirib.
Onun sözlərinə görə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun tapşırığı əsasında Binə qəsəbəsində yerləşən qurumlar öz işçilərini məcbur şəkildə Gülşən Paşayeva ilə görüşə çağırıblar. Görüşdən imtina edənlər isə işdən çıxarılmaqla hədələnir.
Gülşən Paşayeva Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvüdür.
 
 


 

Dünyapress TV

Xəbər lenti