Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
İranın Ali Məhkəməsinin Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləməsinə terror hadisəsi zamanı həyatını itirən Orxan Əsgərovun atası Rizvan Əsgərov münasibət bildirib.

R.Əsgərov Teleqraf.com-a açıqlamasında hadisənin ikinci ilinin yaxınlaşmasına baxamayaraq, qərarın icra olmadığını bildirib:

"İlk aylarda dedilər ki, anlaqsız olub. Sonra sübut edildi ki, anlaqlı imiş. Hökumətimiz, dövlətimiz sağ olsun, sona qədər getdi və ölüm hökmü qüvvədə saxlanıldı. Bizim ailə olaraq əvvəldən də tələbimiz bu idi. Edam olunsun!".

Rizvan Əsgərov İran İslam Respublikasının qanunlarına görə, edam olunan kəsin ancaq ölən şəxsin yaxınları bağışlaması məsələsinə də toxunub: onu bağışlamayacaqlarını söyləyib:

"Onların qanunlarında belədir ki, ölən şəxsin atası və ya qardaşı bağışlaya bilər. Hadisədən sonra İranın nümayəndə heyəti gəldi və Baş Prokurorluqda görüş keçirildi. Orada bizə kompensasiya və ya ölüm hökmünü qüvvədə saxlamağı təklif etdilər. Amma biz açıq şəkildə bildirdik ki, edam edilsin. İnşallah hökm yaxın günlərdə həyata keçirilər".

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 2023-cü il fevralın 3-də Azərbaycan Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Xatırladaq ki, İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma

Dünyapress TV

Xəbər lenti