Fransanın Marsel şəhərində taksi sürücüsü İsveçrə Yelkənli İdman Federasiyasının prezidenti Lukas Landoltu qarət edib.
Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Marselə İsveçrə yığmasına azarkeşlik etmək üçün gedən Landolt axşam saatlarında kirayə götürdüyü mənzilə getmək üçün taksi çağırıb. Sürücü onu mənzil başına çatdırdıqdan sonra dəyənək çıxarıb və Federasiya pezidentini hədələyərək ondan pul tələb edib. Landolt hücumçunun əlindən qaçıb, daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.
Taksi sürücüsü səhər saatlarında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. Onun Landolta vurduğu zərərin miqdarı göstərilmir.
Bakıda qazanxana borularının yararsız vəziyyətə düşməsi sakinlər üçün təhlükəyə çevrilib.
Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsi 19-21 ünvanlarında yaşayan sakinlər bildiriblər ki, istismar müddətini illər əvvəl başa vurmuş qazanxananın tüstü borusu yararsızdır və hər an aşa bilər.
Sakinlər qeyd ediblər ki, artıq bu köhnə tüstü borusuna ehtiyac da yoxdur.
Qazanxanaya nəzarət edən şəxslər isə bildiriblər ki, təhlükəli vəziyyət yoxdur, sözügedən boru nəzarətdədir.
"Azəristiliktəchizat" ASC-nin rəsmisi Elvin Basqallı isə açıqlamasında tüstü borusunun sökülməməsinin səbəbini açıqlayıb və əlavə edib ki, qazanxana ilə birlikdə tüstü borusunun da 2028-ci ildə yenidən istifadəyə verilməsi planlaşdırılır.
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2024-cü il sentyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.
"Cebheinfo.az" xəbər verir ki, beynəlxalq müşahidə missiyası təmsilçilərinin, media subyektləri nümayəndələrinin, eləcə də maraqlı subyektlərin bilavasitə iştirakı ilə keçirilən iclasda müraciətlər geniş müzakirə edilib.
Ümumilikdə 5 müraciət barədə qərar qəbul edilib. Onlardan biri namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Zöhrab Əliyevdir. O, namizədliyinin qeydə alınmaması barədə qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş edib. Komissiya qərarı ləğv etməyib.
25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Nəriman İlqar oğlunun, eyni dairədən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mehdi Əliş Vəli oğlunun, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlunun da namizədliyi qeydə alınmayıb və MSK qərarları qüvvədə saxlayıb.
46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlunun müraciətinə isə müsbət cavab verilib. Dairə seçki komissiyası onun namizədliyinə yenidən baxacaq.
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.
Bildirilib ki, o, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin "Purdue" universitetində davam etdirəcək.
Qeyd edilib ki, Davudun kompüter sahəsində kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.
Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi avqustun 2-də saat 23:15-də (Bakı vaxtı ilə 22:15) Şərqi Qazaxıstan vilayətində 5,8 bal gücündə zəlzələ qeydə alıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 859 km şimal-şərqdə Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayəti) yerləşib.
Yeraltı təkanlar Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
İctimai nəqliyyatda gedişhaqqının 50 qəpik olmasından sonra vətəndaşlar istifadə etdikləri avtobusların keyfiyyətindən daha çox şikayət edirlər. Ötən yazımızda "Koroğlu" metrosundan Bakı kəndlərinə getmək üçün bəzən avtobus, taksi tapılmadığı, tapılan avtobusların divarlarında isə natəmizlikdən ot göyərdiyi barədə vətəndaşlar narazılıq etmişdilər. Problem hələ də həll olunmamış qalır. İndi isə ölkənin bir nömrəli avtomobil zavodunun (Gəncə Avtomobil Zavodu-red) yerləşdiyi Gəncə şəhərində ciddi avtobus problemi yaşanır. Gəncədən Nicat Xudat AYNA-ya və Gəncə Şəhər İcra Hakimiyyətinə səslənərək, qeyd edir ki, Gəncədəki bütün avtobuslar öz istismar müddətini başa vurub və üfunət qoxurlar: "Mən anlaya bilmirəm, bu ölkə tək Bakıdan ibarətdir? Siz ancaq Bakıda fəaliyyət göstərirsiniz, yoxsa bütün ölkənin agentliyisiniz? Gəncədə normal ictimai nəqliyyat nə zaman olacaq? Avtobuslar hamısı istismar müddətini başa vurub, sınıq-salxaq avtobuslardan üfunət iyi gəlir. Gediş haqqı da qalxıb, olub 50 qəpik. Gəncədə nəinki 50 qəpik, heç beş qəpiklik ictimai nəqliyyat yoxdur. Gəncə camaatı adam deyil?" - deyə, vətəndaş aidiyyəti qurumlara narazılığını bildirir.
Digər şikayətlər də keyfiyyətsiz yol keçidi xətlərindəndir. Sosial şəbəkə istifadəçiləri bu haqda AYNA-nın rəsmi "facebook" səhifəsində qeyd edirlər ki, bir çox yerdə yol keçidi xətləri yoxdur, olanlar da keyfiyyətsizlikdən heç bir ay çəkmir ki, silinir.
Elnur Əliyev piyada keçidləri barədə yazır: "O piyada keçidlərində insanlar ölür və nə qədər ölsə də, xeyri yoxdur - AYNA piyada keçidlərini rəngləməyəcək. Bu səbəbdən də ölən adamların məsuliyyətini bu ölkədə heç kim daşımır. Burda qanun yoxdur".
Məlumat üçün qeyd edək ki, yazılan bu şərhlərin hər biri məhz elə aidiyyəti qurumun rəsmi "facebook" səhifəsinə yazılıb. Onların bir qismi isə cavablandırılmayıb.
Gəncə şəhərinin avtomobil zavoduna malik olmasına baxmayaraq, burada niyə hələ də gərəkli avtobusların hazırlanıb, şəhər sakinlərinin istifadəsinə verilməməsi isə maraq doğurur. Bizimyol.info
Sabah, avqustun 3-də keçmiş səfir Elmira Axundovanın yaxını Elnur İbrahimovun ölkədən qaçırılmasının 11-ci ili tamamlanır.
Musavat.com xatırladır ki, külli miqdarda dələduzluq cinayətində təqsirli bilinən Elnur İbrahimov 11 il əvvəl ölkədən qaçmazdan əvvəl Elmira Axundova ilə görüşmüşdü.
Qəbələ rayonunda baş tutan görüşdən sonra hüquq-mühafizə orqanları 3 il Elnur İbrahimovun izinə düşə bilmədilər. Onu izli-tozlu itirmişdilər.
Bu qaçışı kim təşkil etmişdi? Təşkilatçının marağı nə idi?
Bu suallara cavab vermək üçün o günlərdə baş verənlərə nəzər salaq.
Nə baş vermişdi? 2013-cü ildə o zaman deputat olan Elmira Axundovanın oğlu Həbib Axundov anasının xeyir-duası və birbaşa iştirakı ilə iş qurmaq adı ilə vətəndaşlardan pul toplayıb. Bu işdə Elnur İbrahimov Həbib Axundovun göstərişlərinin icraçısı rolunda olub. Elmira Axundova və oğlu vətəndaşlara bildiriblər ki, onlardan aldıqları pullarla Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaqlar. Əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. 2-3 aylıq dividend verilişi sonradan dayandırılıb. Məlum olub ki, Elmira Axundovanın oğlunun göstərişlərini yerinə yetirən Elnur İbrahimov Dubaydan dəftərxana malları gətirmir. Bu, sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub, faktiki olaraq biznes olmayıb. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. Yəni dost-tanışdan külli miqdarda pul yığılıb, həmin pullardan qəpik-quruşu “biznesdən gəlir” adı ilə onlara qaytarıb biznesin olduğuna inandırıblar.
Dividend verilməsi dayandırılandan sonra adamlar aldadıldıqlarını anlayıblar. Bundan sonra Elnur İbrahimovu hüquq-mühafizə orqanlarına təhvil vermək qərarına gəliblər. Bu zaman məsələyə deputat Elmira Axundova qarışıb. 2013-cü ilin avqustunda Elnur İbrahimov Həbib Axundovun müşayiəti ilə Qəbələyə Elmira Axundovanın yanına aparılıb.
Həmin gün orada yerləşən “Qafqaz resort” hoteldə düzənlənən tədbirə qatılan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra deputat aldadılan şəxslərə vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. Bu vəddən sonra isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana, oradan isə Rusiyaya keçib. Bu qaçışdan sonra zərərçəkənlər hüquq-mühafizə orqanına üz tutmaqla Həbib Axundovun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə Elnur İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb.
Azərbaycan polisinin Rusiyadan olan həmkarlarına Elnur İbrahimovun saxlanılması üçün müraciətləri müəmmalı şəkildə təmin olunmayıb.
Elnur İbrahimovun Rusiya ərazisinə keçirilməsi haqda sorğulara cavab olaraq bildirilib ki, Elnur İbrahimov Rusiya ərazisinə keçməyib.
Gürcüstan hüquq-mühafizə orqanlarından isə qeydiyyat sənədlərinə əsasən belə cavab verilib ki, Elnur İbrahimov Gürcüstandan Rusiyaya keçib. İş üzrə zərərçəkənlər yorulmadan hüquq-mühafizə orqanlarına müraciət etdikləri bir vaxtda Elmira Axundova və oğlu Həbib Axundov onlara qarşı məhkəmələrdə iddialar qaldırıb, hüquq-mühafizə orqanlarına müraciətlər ediblər. Elnur İbrahimovun Həbib Axundov, onun anası Elmira Axundova ilə çox yaxşı münasibətləri bu gün də qalmaqdadır.
Ailənin bütün tədbirlərində Elnur İbrahimov məclisin yuxarı başına keçirilib, Axundova hələ deputat olduğu zamanlarda onun iştirakı ilə rəqs etməyi xüsusi olaraq xoşlayıb. Bunu sübut edən video da var.
Həbib Axundovun psevdo-biznesinin labüd çöküşündən sonra Elmira Axundovanın məsələyə qarışması da təsadüfi deyil. Həbib Axundov Elnur İbrahimovun ölkədən qaçırılmasından 1 il sonra zərərçəkən kimi tanınmaq üçün müraciət edib. Həbib Axudnovun niyə 1 il gözləməsi bilinmir. 2016-cı ildə Elnur İbrahimov həbs edilib ölkəyə gətiriləndən sonra üzərində məhkəmə qurulsa da, yenə də onun ölkədən qaçırılması məsələsi araşdırılmayıb.
Cinayət işində eks-səfir Elmira Axundovanın, oğlu Həbib Axundovun səs yazıları, Elnur İbrahimovun Elmira Axundovaya günaşırı 3-5 min manat niyə daşımasının səbəbi araşdırılamyıb. Bu gün Elnur İbrahimov həbsdədir. Əfv müraciətləri də təmin edilmir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmünə əsasən, Elnur İbrahimova qarşı 350 minatlıq mülki iddia da təmin olunub. Elnur İbrahimov mülki iddia üzrə zərərçəkən şəxsə 1 manat da ödəməyib. Elmira Axundovanın oğlu Həbib Axundov Ali Məhkəməyə təqdim etdiyi müraciətində Elnur İbrahimovun ona 55 min manat ziyan ödədiklərini yazıb, onun azad edilməsini istəyib.
Maraqlıdır ki, Elnur İbrahimova qarşı 350 min manatlıq mülki iddia üzrə 1 qəpik ödənmədiyi halda, yaxınları niyə Elmira Axundovanın oğluna 55 min manat ödəyiblər? Ümumiyyətlə, belə bir ödəmə olubmu? Yoxsa Ali Məhkəməyə ödəmə haqda məlumat sırf Elnur İbrahimovu həbsdən azad etmək üçün yazılıb?
Gec də olsa, Azərbaycan hüquq-mühafizə orqanları bu suallara cavab verməli, külli miqdarda dələduzluq cinayətinin bütün iştirakçıları nəhayət ki, məsuliyyətə cəlb edilməlidirlər.
31 iyul tarixində Tibb Universitetinin cərrahiyə klinikasında Universitetin kafedra müdiri Fariz Camalova hücum olub.
Cumhuruyyet.az xəbər verir ki, oftalmalogiya şöbəsinin müdiri Qurban İsmayılov, onun oğlu həmin şöbənin həkimi Mehralı İmayılov, xəstəxananın nevropatoloqu bacısı Yeganə Rəşidova, yoldaşı həmin xəstəxananın terapevti Şamama İsmayılova Universitetin kafedre müdiri Fariz Camalova hücum ediblər.
Qeyd edək ki, Qurban İsmayılov rektor Gəray Gəraybəyliyə yaxınlığı ilə bilinir və bu yaxınlarını hazırkı rektorun dövründə bura yığıb.
Yay fəsili gəldi. Bəzi dırnağarası restoranlar sözün əsil mənasında soyğunçuluğa başlayırlar. Az qalır 1 litr adı suyu müştəriyə 10 manata satsınlar.
"Azərbaycan Reallığı" xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan Nardaranda yerləşən "İSKELE" adlı restoran sözün əsl mənasında müştəriyə qarşı quldurluq edib. Belə ki, 1 kilo qarpız, 0.5 kilo çörək, bildiyimiz şor, 1 kilosu 5 manata olan pendirdən 200 qram, 300 qram Bakı dondurması və 3 manatlıq qazlı su içiblər və dərin peşmançılıq hisslərinə qapılıblar!
Maksimum 7-8 manat maya dəyəri olan bu təamlara görə onlardan 93 manat 50 qəpik pul alınıb! Müştəri qeyd edir ki, bu fantastika deyil, Azərbaycan restoranlarında hər gün yaşanan soyğunçuluğun qəbzidir.
Ümüdvarıq ki, məsələni adiyyəti qurumlar dərhal nəzarətə götürəcək və sözügedən məkan barəsinə qanuna muvafiq tədbir görüləcək
Xəbər verdiyimiz kimi, gündəlik 200 yük maşını Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindən çınqıl daşıyır.
Tribunainfo.az-a məlumat verən sakinlərin sözlərinə görə, Qaradağ rayon icra başçısı Süleyman Mikayılova məxsus olduğu bildirilən şirkətin yük maşınları qəsəbənin daş-çınqılını qanunsuz istismar edərək satırlar. Ölkə ərazisində ümumilikdə 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən, Şimal bölgəsində-Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir. Ümumilikdə respublika üzrə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir. Bu sahəyə nəzarət var və daha da gücləndirilməlidir. Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Qızıldaş qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin “Kamaz” və “BMC” markalı iki yük avtomobili ilə daşınması aşkar olunub.
İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiklərinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Ekoloji tələblərin pozulmasına görə həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq edilib.