Ardını oxu...
Yeni il qapımızı döyür. 2025-ci ili xoş əhval-ruhiyyədə qarşılamaq üçün insanlar bayram hazırlıqlarına başlayıblar. Amma Miladi təqvimi Hicri-Qəməri təqvimi ilə üst-üstə düşmür. Bu da o deməkdir ki, 1 yanvar tarixi müsəlmanlar üçün bayram sayılmır.

Bəs, İslamda Yeni il necə qeyd olunur?

Hicri-Qəməri təqviminə görə, islamda Yeni il Məhərrəm ayının gəlişi ilə başlayır. Lakin müsəlman dünyasında Yeni ilin gəlişini qeyd etmək ənənəsi yoxdur. Hicri-Qəməri təqvimi Miladi təqvimdən nəzərəçarpacaq dərəcədə fərqlənir. Yəni islam inanclılar üçün il 11-12 gün qısadır.

Hicri-Qəməri təqvimi yaranışını Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrətindən götürüb. Ona görə də Məhərrəm ayının ilk günü İslamda Yeni ilin başlanğıcı kimi qeyd edilir. Bu hesablamayla müsəlman təqviminə görə, il iyunun 26-da yenilənəcək. Yəni Günəşin batması ilə yeni 1447-ci il başlayacaq.

Onu da əlavə etmək lazımdır ki, İslamda Yeni il təntənəli şəkildə qeyd edilmir. Yeni ilin başlaması sadəcə, təqvim ilinin dəyişikliyi sayılır. İnanclılar həmin gün Məhəmməd peyğəmbəri, onun Mədinəyə hicrətini xatırlayır, namaz qılır, dua oxuyur, xeyir-dua diləyirlər.

Bundan əlavə, Məhərrəm ayının ilk günündə kasıblara, yoxsullara kömək etmək, sədəqə vermək, ailə və dostlara hədiyyələr vermək vacib və savab sayılır.

Qeyd edək ki, bir çox İslam pedaqoqları dünyəvi bayramlarda mövcud olan tərbiyəvi və əxlaqi aspektləri qəbul və qeyd edirlər. Məsələn, Yeni ildə əzizlərini ziyarət etmək, təbrikləşmək, pay vermək və sair kimi ənənələr əslində İslam dəyərlərinə tam uyğundur.

Surxay Atakişiyev, Bizim.Media
 
Ardını oxu...
77 yaşlı pilotun “Cessna” markalı təyyarəni hava limanına endirmək cəhdi qatı duman səbəbindən uğursuz olub. Qəza nəticəsində pilot yüngül, 70 yaşlı sərnişini isə ağır xəsarət alıb.
Hadisə ilə əlaqədar hava limanında uçuş əməliyyatları saat yarım ərzində dayandırılıb. Qəzanın baş verdiyi əraziyə ümumilikdə 20-dək xilasetmə və yanğınsöndürmə briqadası və polis qüvvələri cəlb olunub, araşdırma aparılır.
 
Ardını oxu...
Rusiyada ev sahibi itini -32°C temperaturda iki sutka boyunca eyvanda saxlayıb.
Bakupost.az xəbər verir ki, səs-küyü ətrafa yayılan haskini bu vəziyyətdən xilasetmə işçiləri qurtarıblar. Onlar avtonərdivan vasitəsilə heyvanı eyvandan endiriblər.
Daha sonra it qonşuların yanında isinib.
 

   
Ardını oxu...
Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı təsdiqlənib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Təlimat dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, həmçinin qatarların hərəkətinin və manevr işinin təşkilinə xidmət edən müxtəlif təyinatlı görünən və səsli siqnalların mənalarını və tətbiqinə dair tələbləri müəyyən edir.

Dəmiryol nəqliyyatında siqnalizasiyaya aid normativ və texniki sənədlər bu təlimatın tələblərinə uyğun olmalıdır.

Təlimatdakı siqnalların təyinatı barədə bu əlavədən tanış ola bilərsiniz.
 
Ardını oxu...
Cənubi Koreyada baş vermiş təyyarə qəzasının başqa bir rakursdan çəkilmiş görüntüləri nümayiş olunub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə KBS telekanalı məlumat yayıb. .

Görüntüdə təyyarənin eniş etdiyi anlar öz əksini tapıb.

Xatırladaq ki, bu gün "Jeju Air" şirkətinə məxsus təyyarənin Muan hava limanında qəzaya uğradığı məlum olub. Eniş zamanı təyyarə uçuş-enmə zolağında sürüşərək hasara çırpılıb. Qəzada iki nəfərin sağ qaldığı bildirilir. Onlardan biri ağır, digəri isə orta dərəcəli xəsarət alıb. Eyni zamanda 179 nəfər isə həyatını itirib.

Hadisədən sonra Cənubi Koreyanın müvəqqəti prezident vəzifəsini icra edən Çxve San Mok ölkədə 7 günlük matəm elan edib.
Ardını oxu...
Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan "Boeing 737" təyyarəsi quşla toqquşub.

Oxu.Az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, toqquşma nəticəsində quş təyyarənin mühərrikinə düşüb və onu zədələyib.

Xatırladaq ki, qəza baş verən andan etibarən ilkin versiya kimi qəzanın təyyarənin quş sürüsü ilə toqquşması göstərilirdi.

Həmin görüntüləri təqdim edirik:
 

 


Ardını oxu...
Cənubi Koreya rəsmiləri qəzaya uğrayan "Boeing 737-800" təyyarəsinin göyərtəsində olan insanların (xilas edilən iki nəfər istisna olunmaqla) çoxunun həlak olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumat üçün əlavə edək ki, təyyarənin göyərtəsində 175 sərnişin və altı heyət üzvü olub.

07:53

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində 62 nəfər həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, "Jeju Air" şirkətinin Bankonq-Muan reysini yerinə yetirən təyyarə yerli vaxtla saat 9:00-da eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.

Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.
 
 
Ardını oxu...
Türkiyənin Kocaeli vilayətində yaşayış binasında məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayış baş verib.

AYNA “TGRT” telekanalına istinadən xəbər verir ki, bu barədə vilayətin valisi Əlhami Aktaş məlumat verib.

Onun sözlərinə görə, 3 mərtəbəli binada baş verən partlayışda 10 nəfər xəsarət alıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
 
 
 
Ardını oxu...
Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasını araşdırmaq üçün ballistik və partlayış texniki ekspertizası təyin edilib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan hökumətindən bildirilib.

Qeyd edilib ki, qəzanın səbəbləri ilə bağlı araşdırma hazırda 17 beynəlxalq ekspert tərəfindən aparılır.
 
Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə saxlanılan şəxslər barəsində məhkəmə prosesi olub.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə iş üzrə baxış iclası keçirilib.

Təqsirləndirilən Elvin Şirinovun müdafiəçisi vəsatətlə çıxış edərək məhkəmələrin qapalı keçirilməsini istəyib. Digər müdafiəçilər də ittiham aktında kommersiya sirlərinin olduğunu əsas gətirərək eyni vəsatətlə çıxış ediblər.

Məhkəmə vəsatəti əsassız sayaraq qəbul etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

“Hidayətov Zöhrab Raqub oğlu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq olmadan xüsusilə külli miqdarda gəlir əldə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərək qaçaqmalçılıq cinayəti törətmişdir.

Belə ki, o, 1 yanvar 2022-ci il tarixindən 24 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində Xudat, Bərdə, Yevlax, həmçinin 25 dekabr 2023-cü il tarixində Xudat, Xaçmaz, Bərdə və digər rayonlarda dövlət qeydiyyatına alınmadan kənd təsərrüfatı istehsalçılarından, bu sahədə qeyri-rəsmi gömrük broker xidməti göstərən şəxslərdən 1 nəqliyyat vasitəsi, yəni yük avtomobili, vaqon üçün 100 manat məbləğində qeyri-rəsmi haqq müqabilində sonuncuların kənd təsərrüfatı məhsullarının vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını təmin etdiyi Şirinov Elvin Valeh oğlunun və Hümbətov Qaçqın Şura oğlunun adından ixrac edilməsini təşkil edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ümumilikdə 1 559 400 manat məbləğində xüsusi külli miqdarda gəlir əldə edib, E.Şirinov və Q.Hümbətovla qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məhsulların ixrac üçün ərazi gömrük orqanlarına mallar barədə sahiblik, sərəncam vermə hüquqlarını təsdiq edən sənədlərində həmin məhsulların guya E.Şirinov və Q.Hümbətova məxsus olmalarına dair qeydlər aparmaqla, müvafiq sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməyərək 326 milyon 69 min 684 manat məbləğində xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının Gömrük sərhədindən xarici ölkələrə keçirməklə qaçaqmalçılıq əməlləri törətmişdir".

Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı özlərini təqsirli bilib etirafedici ifadələr verməklərinə baxmayaraq, məhkəmə zamanı elan olunan ittiham ilə tam razılaşmayıblar.

Məhkəmə şahid ifadəsi ilə davam edib.

Məhkəməyə şahid kimi dəvət olunmuş şəxs ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, iş materiallarına əlavə olunmuş gömrük sənədlərində təqsirləndirilən şəxslərin guya ondan kənd təsərrüfatı məhsulunu satın alıb xaricə ixrac etdikləri göstərilsə də o, heç kimə mal satmadığını, həmin şəxslərlə iş birliyinin olmadığını və bu şəxslərin belə saxta sənədlər tərtib etdiklərindən xəbərsiz olduğunu göstərmişdir.

Daha sonra, məhkəmə iclasa gəlməyən digər şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul etmişdir.

Növbəti məhkəmə prosesi 2025-ci il yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxinasiyalar ilə xarici valyuta ölkədən kənd təsərrüfatı mallarının satışı adı ilə çıxarılır. Lakin sonradan qanunvericiliyin tələblərinə zidd olaraq ölkəyə geri qaytarılmır.
 

Dünyapress TV

Xəbər lenti