Ardını oxu...
Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Mövlayevə cinayət işi açılıb.

Qaynarinfo-nun məlumatına görə, Əmirxan Mövlayevlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

İş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib və 10.01.2025-ci ildə hakim Mübariz Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Mövlayev Əmirxan Ramazan oğlu 03.01.1955-ci ildə Ermənistan Respublikası Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub.

Əmirxan Mövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkim vəzifəsində çalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsində çalışır.
 
Ardını oxu...
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədova məxsus olan nəhəng parnikdə yanğın baş verib.

Mia.az xəbər verir ki, hadisə bu gün İmişlidə - Araz çayının kənarında yaşanıb.

Yayılan videodan görünür ki, parnikdə çox güclü yanğın başlayıb.

Xatırladaq ki, Salaeh Səmədov İmişlidə spirt/konyak zavodundan tutmuş, çox obyektlərə sahiblənib. Onun Rusiyaya qədər uzanan geniş biznesi var.

Yanğına aşağıdakı videodan baxa bilərsiniz:

 
 
 
Ardını oxu...
"Yeni Klinikaya gətirilən 14 xəstədən 13-ü palata şəraitində müayinə və müşahidə altındadır. Onların vəziyyəti stabildir".

"DogruXeber.az" xəbər verir ki, bunu apa-ya Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib.

O deyib ki, pasiyentlərin heç biri süni tənəffüs aparatına bağlı deyil.

"Bir xəstəmiz də reanimasiyadadır. Onun müalicəsi davam etdirilir. 3-4 xəstəmizin vəziyyəti orta ağır sayıla bilər, digərləri isə kafi vəziyyətdədir. Əslində xəstələrimizin çox hissəsini 24-48 saatlıq müşahidədən sonra evə yazılacaq şəkildə olacaq. Onların arasında sınıqları və yaraları olan xəstələr var. Digər xəstələrin də müalicəsi davam etdirilir. Ən ağır olan küt bədən travması, baş beyin silkələnməsi və döş qəfəsinin küt zədələnməsi olan xəstəmiz reanimasiya şöbəsindədir. Xəstələrdə yanıq xəsarətləri yoxdur. Bir nəfərdə açıq sümük sınıqları var. O, təkrar müayinə olunacaq. Xəstələrin heç biri süni tənəffüs aparatına bağlı deyil. Reanimasiyada olan xəstənin huşu özündədir, vəziyyəti stabildir. Bütün xəstələrimiz instrumental və laborator müayinədən keçdi. Biz də bu xəstələri öz nəzarətimizdə saxlayacağıq. Onlara lazımi müayinə və müalicə tədbirləri həyata keçirilib", - Eldar Əhmədov qeyd edib.
Ardını oxu...
“Baş vermiş təyyarə qəzası böyük faciədir. Dövlət başçısı təyyarə qəzası haqqında məlumat alan kimi Sankt-Peterburqa səfəri dərhal təxirə salır və yarı yoldan geri qayıdaraq hava limanında fövqəladə müşavirə keçirir. Həm də hadisənin səbəblərinin araşıdırılması üçün komissiya yaradaraq Aktauya ezam edir. Dövlət başçısının tapşırığı ilə bütün lazımı tədbirlər görülür. 26 dekabr matem elan edildi. Xalqımız həlak olanların ruhuna etiram göstərərək onların yaxınlarının dərdinə şərik olduğunu nümayiş etdirir. Həm də həm həlak olanların və yaralıların ölkəyə gətirilməsi ilə bağlı bütün tədbirlər görülür. Qəzanın nədən baş verdiyini mütəxəssislər tərəfindən araşdırılır və müvafiq hüquqi qiymət veriləcəkdir”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu, dövlət başçısı üçün xalqın taleyinin hər şeydən üstün olduğunun göstəricisidir. Deputat vurğulayıb ki, belə ağır günlərdə hamı həmrəylik göstərərək dəmir yumruq kimi birləşib səbr nümayiş etdirir.

“Ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyasından 24-nün bu məsələdə eyni mövqe sərgiləyərək bəyanat səsləndirməsi təqdirəlayiq addımdır və bu, taleyüklü məsələlərdə siyasi baxışlarından asılı olmayaraq hamının eyni mövqeni nümayiş etdirməsi və dövlətin gördüyü ədalətli işə töhfə verməsi deməkdir. Bu cür bəyanatlar, faciənin ciddi və kədərli bir hadisə olduğunu vurğulamaq, qurbanların ailələrinə başsağlığı vermək və həmçinin ölkədəki ümumi həmrəylik və birliyi nümayiş etdirmək məqsədi daşıyır. Yerdə qalan 2 siyasi partiya xalqın çətin günlərində digər partiyalar kimi xalqın və dövlətin yanında olduğunu göstərmir. Hətta bəziləri təyyarə qəzasından siyasi spekulyasiya vasitəsi kimi öz maraqları üçün istifadə etməyinə çalışır. Bəli, təyyarə qəzasının siyasi spekulyasiya vasitəsi kimi istifadə edilməsi yolverilməzdir. Təyyarə qəzası ciddi bir insan itkisidir və bu kimi faciələr üzərində siyasi məqsədlərlə spekulyasiya etmək, həm insanlıq prinsiplərinə, həm də etik dəyərlərə ziddir”-deyə deputat xüsusi olaraq vurğulayıb.
 
Ardını oxu...
"Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə aid daha bir "qara qutu" tapılıb".

APA xəbər verir ki, bunu jurnalistlərə Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.

O həmçinin əlavə edib ki, zərərçəkənlərin və havalimanının yerüstü xidmətlərinin əməkdaşlarının izahatları alınıb: “Dispetçerlərlə ekipaj arasındakı danışıqların səs yazıları götürülüb. Hazırda bütün şahidlərin əhatə dairəsi müəyyənləşdirilir. Eyni zamanda 4 min kv.km. ərazinin müayinə prosesi başa çatmaq üzrədir. Ərazinin mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir”.
 
Ardını oxu...
AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra xəsarət alan şəxsin azərbaycanlı olduğu müəyyən edilib.

"DogruXeber.az" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Manqistau vilayəti Səhiyyə Nazirliyi məlumat yayıb.

O indi xəstəxanadadır. Qeyd edilib ki, 20 xəstə müşahidə altındadır, onlardan altısı reanimasiyadadır.

Ardını oxu...
  162  26.12.2024 05:15  Ölkə A  A 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

APA xəbər verir ki, matəmlə bağlı Dövlət Bayraq Meydanında və digər rəsmi yerlərin önündə bayraqlar endirilib. 

 

 
 
 
 
 

 

 
 
 

VİDEO

Ardını oxu...
 

Qəzaya uğrayan təyyarədən sağ-salamat xilas ola bilənlərdən biri də bələdçi Zülfüqar Əsədovdur.

Ailəsinin sözlərinə görə, xəbəri eşidəndə şok keçiriblər. Lakin ailə başçısı ilk fürsətdə onlarla əlaqə saxlayıb, yaxşı olması barədə məlumat verib.

Zülfüqar Əsədovun oğlu Nurlan Sərdarzadə İTV-yə bildirib ki, atası başından, belindən, böyrəyindən xəsarətlər alıb.

Qeyd edək ki, Zülfüqar Əsədov otuz ildən çoxdur ki, aviasiya sahəsində çalışır.

Ətraflı süjetdə:

Ardını oxu...
"Hazırda distant təhsillə alınan diplomların tanınması həyata keçirilmir. Gələcək planlarda da yoxdur".
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Çünki bununla əlaqəli mexanizmlər yoxdur. Distant ali təhsil diplomlarının tanınmasıyla bağlı qərar verilsə, bunu icra edə bilərik", - deyə o qeyd edib.

Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, distant təhsillə alınan diplomların tanınmasının həyata keçirilməməsi təhsil sistemində etibarlılığın qorunması və gələcəkdə bu modelin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədini güdür:

“Distant təhsilin keyfiyyəti, onlayn tədrisin keyfiyyəti və tədris proqramlarının akkreditasiyası ənənəvi təhsil metodlarına nisbətən daha az nəzarət altında olur. Distant təhsil metodları ənənəvi təhsildən fərqli olaraq daha çevik və müxtəlif platformalar üzərindən həyata keçirilir. Bu səbəbdən, distant təhsil sistemi keyfiyyətinə, standartlarına və etibarlılığına görə şübhə altındadır. Həmçinin distant təhsil, sosial və praktik təcrübə imkanlarını məhdudlaşdıra bilər. Çünki öyrənənlər müəllim və digər yoldaşları ilə birbaşa ünsiyyət qurma imkanını itirirlər. Bu səbəbdən, distant təhsil almaqla əldə olunan diplomların etibarlı hesab olunmaması mümkündür. Digər tərəfdən distant təhsil artıq dünya miqyasında geniş yayılmağa başlamış bir təhsil modelidir və onun keyfiyyətinin artırılması, düzgün akkreditasiyasının təmin edilməsi vacibdir. Təhsil sistemində hər hansı dəyişiklik baş vermədən, distant təhsilin də bərabər şərtlərlə qiymətləndirilməsi və diplomlarının tanınması mümkün ola bilər. Lakin bu, ciddi akkreditasiya və monitorinq sistemlərinin qurulmasını tələb edir. Distant təhsil modelinin dəqiq və standartlaşdırılmış qaydalarla akkreditasiya edilməsi, keyfiyyətli tədrisin təmin olunması və buna uyğun diplomların tanınması vacibdir. Hazırda distant təhsilin effektivliyinə və keyfiyyətinə dair bəzi narahatlıqlar olduğu üçün diplomların tanınmaması normal hal hesab edilə bilər”.
 

Dünyapress TV

Xəbər lenti