Ardını oxu...
Qazaxıstan polisi Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə çəkiliş aparan bloqer Azamat Sarsenbayevi həbs edib.

Lent.az nur.kz saytına istinadən xəbər verir ki, bu barədə Manqistau vilayətinin polis idarəsindən məlumat verilib.

Azamat Sarsenbayev özü də "Facebook" səhifəsində həbsindən danışıb.

"Məni saxladılar. Aktaunun polis idarəsinə gedirəm. Çox güman ki, təyyarənin qəzaya uğradığı yerdə çəkilişlərə görə. Hazırda bütün dünya KİV-i mənim fotolarımdan istifadə edir", - deyə o, paylaşımda bildirib.

Manqistau polis idarəsi bloqerin saxlanması ilə bağlı açıqlama verib.

"Vətəndaş S.A. polis tərəfindən ictimai asayişi pozduğuna görə saxlanılıb. O, hadisə yerində drondan istifadə edib ki, bununla da xilasetmə xidmətlərinin işinə və istintaq tədbirlərinə maneə törədib, o cümlədən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Hazırda qanun pozucusu polis idarəsinə aparılıb və orada barəsində mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - deyə qurumdan bildirilib.
 
 
 
Ardını oxu...
Ekologiya.az bildirir ki, Yeni Balaxanı sakinləri yollarının pis vəziyyətdə olması ilə bağlı Musavat.com-a müraciət ediblər.
Sakinlər şikayətlərində bildiriblər ki, kənd Balaxanıda ümumi yollar təmir olunsa da, yeni Balaxanının ərazisindən keçən, Zabrata və həmin istiqamətlərdə olan kəndlərə aparan yol bərbad vəziyyətdədir.
Onların sözlərinə görə, Süleyman Rəhimov küçəsində yağış yağanda həmin yollarda böyük gölməçələr əmələ gəlir.
“Sabunçu Rayon İcra Hakimiyyəti, eləcə də bələdiyyələr bu yollara illərdir ki, baxmırlar. Bələdiyyələr hər il buradakı sakinlərdən rüsum alır, ödəməyənləri məhkəməyə verirlər. Lakin faktiki olaraq heç bir iş görülmür. Əsas yolun kənarında zibil qabıları qoyulub, lakin onlar vaxtında daşınmır”, - şikayətçilər deyir.
Sakinlər bildirir ki, yolun bu vəziyyətə düşməsinə səbəb Akkord Asfalt Zavodunun ağır tonnajlı yük maşınlarıdır. Onlar deyir ki, zavodun ağır tonnajlı maşınları bu hissədən keçərək yolu yararsız hala salıb. Sakinlər bildirir ki, yolun bərbad vəziyyətdə olması avtomobillərin asqı sistemlərini sıradan çıxarıb. Yağış yağanda uşaqlar dizə qədər suya batır.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bir neçə il öncə bildirmişdi ki, 2023-cü ilin sonunadək Bakının qəsəbələrində asfalt yolların çəkilişi başa çatdırılacaq.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli deyib ki, sözü gedən yollar agentliyin balansında deyil.
Məsələ ilə bağlı Musavat.com Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Balaxanı qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir:
“Balaxanı qəsəbəsində Süleyman Rəhimov küçəsinin də investisiya proqramına salınması üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub”.
 
 
 
Ardını oxu...

DogruXeber.az: - Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsdirləndirilən Ağsu xəstəxanasının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.

Prokuror ittiham aktını elan edib. Təqsdirləndirlən şəxslər özlərini qismən təqsirli bildiiklərini qeyd ediblər.

Müdafiəçilər vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda dələduzluq ediblər, onların vahid niyyəti olmayıb.

Vəkillər vəsatətlərində müvəkkilləri barəsində olan cinayət işinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsini xahiş ediblər.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.

Qeyd edək ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Ehtibar Soltiyevin Arif Talıbov və qeyriləri ilə qabaqcadan əlbir olaraq 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçirilib.

İstintaq tədbirləri nəticəsində cinayət işi üzrə vurulmuş ziyandan 120 min manatın ödənilməsi təmin edilib.

Təqsirləndirilən Ehtibar Soltiyev və Arif Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.//siamaz.com

 

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, keçirilmiş əməliyyat və aparılan araşdırma çərçivəsində plastik cərrah kimi fəaliyyət göstərmiş Sevinc Heydərova, Vüsal Abdullayev, Elçin Zadanov və Rəfiqə Kərimli saxlanılıb.
 
Ardını oxu...
“Bakının Nizami rayonu, Qara Qarayev 25 ünvanındakı binalarda 5-6 gündür istilik yoxdur”.

Bu barədə “Qafqazinfo”ya sözügedən ərazidə yaşayan bir qrup sakin müraciət edib.

Vətəndaşlar bildirib ki, tez-tez yaşanan bu problem kökündən həll edilmir: “Artıq bir həftədir ki, evimizdə istilik yoxdur. Keçən il də bu cür problemlərlə üzləşirdik. Uşaqlar evdə soyuqdan donur. Hər dəfə aidiyyəti quruma müraciət edirik, həll olunacağını desələr də, nəticə yoxdur. Bəzən isə bir gün olur, beş gün yox”.

Sakinlərə verilən məlumata görə, problemə səbəb istilik borularının partlamasıdır: “Hər dəfə gəlirlər ki, düzəldəcəyik, lakin heç bir həlli olmur. Bütün sakinlər binanın istilik problemindən bezib. Axı bu soyuqda istilik olmadan necə yaşamaq olar?!”

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq bildirdi ki, sözügedən binanı istiliklə təmin edən məhəllədaxili xətdə axıntı qeydə alınıb: “Həmin qəza hadisəsini aradan qaldırmaq üçün qazıntı işləri aparmaq lazımdır. Bunun üçün müvafiq dövlət qurumuna müraciət ünvanlanıb. Müraciət qeydə alınan kimi dərhal işə başlanılacaq. Qara Qarayev 25 ünvanındakı binanın istiliyi ilə təminatı ən qısa müddətdə bərpa ediləcək”.
 
 
 
Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” QSC ilə Lənkəran rayon İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir. Növbəti proses gələn ilin yanvar ayına təyin edilib.

Tribunainfo.az xəbər verir ki, Lənkəran rayon İcra Hakimiyyətinə qarşı iddianı “Azərbaycan Dəmir Yolları” QSC qaldırıb. Prosesdə maraqlı tərəf kimi Fəttayev Xəyal Camal oğlu və “ER Group Lankaran” MMC də iştirak edir.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. Tərəflər torpaq üzrə mübahisə yaşayır.
Şirvan İnzibati Məhkəməsində baxılan işlə bağlı növbəti proses gələn ilin 21 yanvar tarixinə təyin edilib. İş hakim Hilal Nəcəfovun icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovdur. İddianı qaldıran “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri isə Rövşən Rüstəmovdur. Prosesdə maraqlı tərəf kimi çıxış edən “ER Group Lankaran” MMC-nin rəhbəri Emin Ramiz oğlu Gülməmmədovdur.

Tərəfləri dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

22 dekabr, 21:20

Xırdalanda mənzildə partlayış olub, yaralılar var.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Gəncədə qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Gəncə şəhərində Daş Körpü adlanan ərazidə qeydə alınıb.

Belə ki, orta yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
 
Ardını oxu...
Son vaxtlar baş verən yol qəzalarında ölüm halları artıb və bunun əksəriyyəti də Sovet istehsalı olan maşınların iştirakı ilə törədilən qəzalara aiddir. Cəmiyyət artıq "konserv qutuları" adlandırılan, istismar müddəti bitmiş, heç bir təhlükəsizlik göstəricisinin olmadığı Sovet maşınları hələ də bazarda tələb görür və sürətlə satılır. Üstügəl son aylar Sovet istehsalı olan avtomobillərə tələbat da artıb və qiymətləri də yenidən bahalaşmasıdır. Ölkəyə gətirilən avtomobillərin istehsal ili ilə bağl tələbin 2014-cü ilə qaldırıması da daxildəki ikinci əl maşınlara tələbatı artırır.

TEREF bildirir ki, Sitat.info-nun əməkdaşı Sumqayıt avtomobil bazarına baş çəkib, vəziyyətlə maraqlanıb.

Məlum olub ki, avtomobil almaq üçün buraya əsasən Bakıətrafı qəsəbələrdən və rayonlardan gəlirlər. Bu bazar "Badamdar" qəsəbəsində yerləşən maşın bazarından kiçik olsa da, kifayət qədər alıcı və satıcı kütləsi var.
Ardını oxu...
Bazarda istənilən növ və markaya aid avtomobil satışı həyata keçirilir. Burada yalnız ikinci əl avtomobillər gətirilir. Onu da bildirək ki bu bazar başqa bazarlarla müqayisədə daha ucuz hesab olunur. Qiymətlər də avtomobilin istehsal ilinə və modelinə görə dəyişir. Ən ucuz avtomobil "VAZ 2101" dir ki, onu 2500 manata almaq mümkündür.

"Vaz 2107", "VAZ 2106" markalı avtomobillərin qiyməti 5 min manatdan 9 min manata qədər dəyişir.

Almaniya istehsalı olan avtomobillərə tələbat isə həddindən artıq çoxdur. 1991-ci il istehsalı olan "Mersedes -190" markalı avtomobil 4-5 min manata satılır. Ümumiyyətlə, alman istehsalı olan avtomobillər bazarda liderdir. "Çeşka", (Mersedes C200)", "Dördgöz" ("Mersedes E 220) markaları alverçi dili desək, ən şçox satılan maşınlardır.

Konserv qutuları dediyimiz "jiqulilər"ə tələbatın əsas səbəbi ölkəyə gətirilən ikinci əl avtomobillərinin bahalaşmasıdır. Alıcılar bunu belə izah etdillər: "Bilirsiniz ki, yeni qaydalarla ölkəyə 2014-cü ildən aşağı maşın gətirmək olmur. İli yuxarı olan avtoimobilər isə çox bahadır, büdcəyə uyğun deyil.Ölkədə olan avtomobillər yavaş-yavaş sıradan çıxır. Maşını olan da satmır ki, yenisini ala bilməyəcək, çox bahadır. Satan isə əlində pul qalsın deyə, puluna uyğun, yəni sovet maşını, ya da 1991-cilin alman istehsalı avtomobilini alır.İli köhnə olsa, bu maşınlar dözümlüdür. "Xadavoy"una əl gəzdirsən, 5-6 ay problemsiz sürürsən. Rusun "Jiquli"sidir dözümlüdür".

Maşın dəllaları isə bildirdilər ki, yeni qanun onları da qazancsız qoyub: "Əvvəllər 5-10 min maya ilə Gürcüstandan avtomobil gətirirdik. İli köhnə olsa da, bazara yaxşı maşınlar çıxarırdıq. İndi mümkünsüzdür. 2014-2015-ci illərin ən ucuz avtomobili 15-20 minə bazara gəlir.

Belə olan halda əziyyətinə də dəymir. Gömrük rüsumunun çox olması da əngəl törədir. Ona görə də necə deyərlər "al qapıda, sat qapıda" edirik".
Ardını oxu...
Göründüyü kimi, avtomobil idxalında istehsal ili ilə bağlı tələbin qoyulması hər nə qədər ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almağı hədəfləsə də, ölkə daxilində utilizasiya vaxtı çatan maşınları belə dəbə mindirib. Çünki avtomobil almaq istəyən imkansız əhali 5-10 min manat civarında ancaq "ayağımı yerdən götürsün" düşüncəsi ilə bu ölüm maşınlarını alır. Heç bir təhlükəsizlik standartı olmayan bu maşınlarla qəzaya düşmək isə sağ qalma şansının sıfıra bərabər olması deməkdir. Çox zaman bir ailənin bütünlüklə qəzaya ölməsi ilə nəticələnən hadisələr də məhz bu "konserv qutularında" yaşanır.
 

Dünyapress TV

Xəbər lenti