Ardını oxu...
Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, “Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

İnsident zamanı Q.İ. adlı Gürcüstan vətəndaşı saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına bu insidentin aradan qaldırılması ilə bağlı effektiv əməkdaşlığa görə minnətdarlığını bildirib. Faktla bağlı istintaq aparılır.Trend
 
Ardını oxu...
Azərbaycan vətəndaşı olan tələbələrə hərbi xidmətdən möhlət üçün xaricdə hansı ali məktəblərin daha çox arayış təqdim etdiyi açıqlanıb.

Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev danışıb.

“İndi oxumaq istəyənlər harada və necə oxuyurlar bunu qeyd etmək istərdim. Bizim bazada təhsilini davam etdirmək üçün çağırışa möhlət verilənlərin statistikası var. Burada birinci yerdə Türkiyədir. Ümumi möhlət verilənlərdən 60 %-i Türkiyədə, 11,8%-i Rusiyada, 6,8%-i Polşada, 6%-i Ukraynada, 2,6%-i Almaniyada, 2%-i Gürcüstanda, 1,6%-i ABŞ-da, 1,3%-i Böyük Britaniyada təhsil almağa gedir.

Digər ölkələrin ali məktəbləri ilə bağlı bu göstərici 1 %-dən aşağıdır. Amma iki təhsil müəssisəsinin adını çəkmək istərdim. 2022-ci ildə təhsil arayışı təqdim edənlərin sayına görə Kütahya Dumlupınar Universiteti birinci yerdə olub. 2023-cü ildə isə 374 Gümüşhanə Universiteti ilə birinci yerdə olub. Deyə bilərik ki, Türkiyədə reytinqi yüksək olan ali təhsil müəssisələri var. Yaxşı universitetlərə təhsil almağa gedənlərin sayı çox azdır”, – deyə idarə rəisi bildirib.
 
Ardını oxu...
Deputat deyir ki, tibbi personalı iş başında döyməyə görə çox ciddi cəzalar müəyyənləşməlidir
Təcili yardım işçilərinin döyülməsi ilə bağlı xəbərlərə artıq mətbuatda tez-tez rast gəlinir. Xəstəsi öldükdən sonra həkimi döyən, gec gəldi deyə həkimi döyən, istədiyi iynəni vurmadı deyə həkimi döyən...

Son olaraq Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb. Hadisə Suraxanı rayonunda axşam saatlarında baş verib. Belə ki, çağırışa gedən həkim Mətin Səmədovu döyüblər.

Kəllə-beyin travması alan həkim müxtəlif dərəcəli xəsarətlərlə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Həkimin sözlərinə görə, xəstənin vəziyyəti stabildir. Polis orqanları hadisənin baş vermə səbəblərini araşdırır.

Tibb işçilərinin, xüsusilə də təcili tibbi yardım işçilərinin statuslarının və hüquqlarının artırılması təklif olunur. Döyülmələr səbəbindən təcili yardımda işləməyə gələn həkimlərin sayı azalıb.

Bəs həkimlər niyə döyülür? Bunun qarşısını almaq üçün nə etməliyik?

Millət vəkili Aydın Mirzəzadə deyir ki, həkimləri iş başında döyməyə görə çox ciddi cəzalar müəyyənləşdirilməlidir: “Buna görə bir neçə nəfər cəzalansa, başqalarına da dərs olar. Bununla bağlı çox böyük maariflənmə işləri aparılmalıdır. Bir peşəkar həkimin formalaşmasına 15-20 il vaxt lazımdır. Onlar bizim sağlamlığımızın keşiyində dururlar. Bir milləti bədbəxt etmək istəyirsənsə, onun həkimini və müəllimini savadsız et. Həkimə əl qaldırmaq yolverilməzdir və bağışlanmamalıdır. Belə hallara qarşı hərtərəfli mübarizə aparılmalı, cəzalar müəyyənləşdirilməlidir. Həkimlərin bir çoxunun övladları tibb sahəsinə getmir. Bu, mənə elə gəlir ki, cəmiyyət üçün həyəcan siqnalı olmalıdır. Cəmiyyətin bu məsələyə münasibəti dəyişməlidir. Bizim çox gözəl həkimlərimiz var, işlərinin peşəkarıdırlar. Mən özüm də həkim xidmətinə müraciət edirəm və onların fəaliyyətindən çox razı qalıram”.

Professor Adil Qeybulla deyir ki, tibb işçiləri müdafiəsizdir və buna görə də döyülürlər: “Tibbi işin təşkilatçılıq sahəsində çox böyük qüsurlar var. Buna baxmayaraq, həkimlərə qarşı zorakılığın edilməsi cəmiyyətin tibb işçilərinə münasibətindən xəbər verir. Xaricdə bütün həkimlər icbari tibbi sığortaya cəlb edilib. Orada səhiyyənin peşəkarlığına da güvən var. Bu cür hadisələr nadir hallarda ola bilər. Bizdə isə milli səhiyyəyə güvən yoxdur. Ona görə də insanların səhiyyə işçilərinə münasibətində bir qəzəb var. Bu işi törədən adamlar istənilən halda cəzalanmalıdır. Həkimi döymək barbarlıqıdır. Bununla yanaşı, kiminsə tibb işçisindən şikayəti varsa, bu araşdırılmalı, təqsirinin olması sübuta yetirilməlidir. Yalnız bundan sonra cəza tədbiri tətbiq etmək olar”.

"Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifov deyir ki, belə hadisələr dünyanın hər yerində olur: "Məsələn, qardaş Türkiyədə belə hallara həddən artıq çox rast gəlinir. Regionlarda həkimlərə fiziki güc tətbiq olunur. Azərbaycanda isə sığortanın işə düşməsi həddindən artıq pasiyent kütləsinin həkimə müraciət etməsinə səbəb olub. Bu müraciətlərin çoxluğu böyük növbələr yaradır. Bir sıra prosedurlar stress altında həyata keçirilir. Bu da öz növbəsində aqressiyaya səbəb olur və bir sıra zorakılıqlara yol açır. Lakin heç bir hadisə həkimi döyməyə səbəb ola bilməz. Bu məsələdə pasiyent və onun yaxınını da nəzərə almaq lazımdır. Mümkün qədər çalışmaq lazımdır ki, xəstəxanalarda növbələr doğru şəkildə qurulsun. Qəbul qaydalarına riayət edilsin. Digər servis imkanları pasiyentlər üçün yüksək səviyyədə qurulsun. Sonda bir daha qeyd edirəm ki, bu tibdir, hər cür ağırlaşma gözləniləndir. Hətta dərman reseptlərində belə əks-təsirlər göstərilir. Tibb müəssisələrində də xəstə yaxınlarına hər cür prosedurdan qabaq məlumatlar verilir. Görünür, insanlar buna diqqət yetirmirlər deyə bu kimi reaksiyaların şahidi oluruq".

Şəhanə RƏHİMLİ,
Musavat.com
 
Ardını oxu...
Quba şəhərində yol nəqliyyat hadisəsi baş verib.

"VAZ" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza zamanı 27 yaşlı Yardımlı rayon sakini Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.(Apa)
Ardını oxu...
Abşeron Rayon Mərkəzi Xəstəxanası Abşeron rayonu ərazisindən, eləcə də ölkənin müxtəlif bölgələrindən müraciət edən vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə xidmət göstərir.
TEREF yazır ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, 2024-cü il üçün statistik məlumata əsasən, təkcə rayon ərazisində rəsmi olaraq 432,8 min nəfər, qeyri-rəsmi məlumatlara görə isə 800.000-dən çox əhali yaşayır. Xəstəxanaya müraciət edən əhalinin sayının günlük 2500-3000 arasında dəyişdiyini nəzərə alsaq, sıxlıq başa düşüləndir.

"Bundan əlavə, vətəndaşlarımızın əksəriyyəti yaşadıqları ərazi üzrə ailə sağlamlıq mərkəzlərində çalışan ailə həkiminə yaxınlaşmaq əvəzinə, mərkəzi xəstəxanaya birbaşa müraciət etməklə bu sıxlığı daha da artırmış olurlar.

Tibb müəssisəsinin rəhbərliyi tərəfindən əhaliyə əlçatan tibbi xidmətin göstərilməsi üçün Qeydiyyat bölməsində göstərilən xidmətə uyğun (radioloji müayinələr, 3 yaşadək uşaqlar və əllilliyi olan şəxslər, şəhid ailəsi və qazilərlə iş, göndərişlər, arayışlar və digər müraciətlər üzrə) adlandırılaraq daha operativ qeydiyyat işinin təşkili üçün masalar quraşdırılıb.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün gözləmə zonası yaradılıb. Bölmə həftənin bazar ertəsi-şənbə günləri olmaqla, 6 günü səhər saat 08:30-dan etibarən vətəndaşlara xidmət göstərir.

Qeyd edilən şikayətlə bağlı xüsusi olaraq qeyd etmək istəyirik ki, elektron növbə qəbzləri səhər saat 07:00-dan etibarən verilməyə başlayır və ilk nömrə 1001 olaraq qeyd edilir. Növbə qəbzlərinin ödənişlə satılması iddiası tamamilə əsassızdır və həqiqəti əks etdirmir.

Neqativ hallarla qarşılaşdığınız təqdirdə araşdırılması və məsələnin operativ həll edilməsi üçün tibb müəssisəsinin rəhbərliyinə, habelə TƏBİB-in 815 qaynar xəttinə məlumat verməyiniz xahiş olunur",-deyə məlumatda bildirilib.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanmış Lionel Messi, həmçinin dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Azərbaycanda səfərdə olub.

Onların ölkəmizə gəlişi müzakirələrə yol açıb. Bir çoxlarını məşhur futbolçuların Bakıya gəliş səbəbi düşündürür. Digər tərəfdən isə dünya ulduzlarının Azərbaycanla bağlı paylaşım etməməsi birmənalı qarşılanmayıb.

İdman jurnalisti Natiq Muxtarlı Globalinfo.az-a açıqlamasında Messi və digər məşhur futbolçuların Azərbaycana gəlməsinin futbola heç bir aidiyyətinin olmadığını bildirib.

Onun fikrincə, dünya ulduzlarının ölkəmizə gətirilməsi kimlərinsə piar kampaniyasıdır:

“Sosial şəbəkələrdə edilən paylaşımlara baxdıqda, bu şəxsin Adnan Əhmədzadə olduğu güman edilir.

Messi və dostları ilə şəkil çəkdirənlər sosial şəbəkələrdə məhz ona təşəkkür edirlər. Bəs bu səfər Azərbaycana nə verdi? Heç nə. Bəs nə apardı? Külli miqdarda vəsait. Bu məşhurlar Bakıya ödənişsiz gəlməyib. Messinin hər saatı yox, dəqiqəsi belə puldur. Messi hər paylaşımına görə milyonlar alır. O, Azərbaycanla bağlı paylaşım edəcəksə, bunu da pulla edəcək. Özü də böyük məbləğ qarşılığında. Etməyəcəksə, deməli, səfərlə bağlı razılaşmada bu bənd yoxdur”.

N.Muxtarlı deyib ki, Messini bir gün Azərbaycana gətirmək üçün ən az 2-3 milyon avro ödəməlisiniz.

“Üstəlik digər məşhurlar da onunla gəlib. Onların səfər xərcləri, qonaqlara veriləcək bahalı hədiyyələr və ödəniləcək sanballı məbləğ…

Adnan Əhmədzadə Messi və dostlarına milyonlar verib, onları Azərbaycana gətirir ki, özünü reklam etsin. Vəssalam! Messinin səfərinin Azərbaycana gətirdiyi “xeyir” budur. Bəs Adnanda bu qədər vəsait haradandır? Bu isə heç kimi maraqlandırmır”.

Adnan Əhmədzadə Kimdir?

Adnan Əhmədzadə Azərbaycanın tanınmış ictimai, biznes və idman xadimlərindən biridir. O, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) daxilində müxtəlif mühüm vəzifələrdə çalışmışdır və eyni zamanda beynəlxalq əlaqələrdə rol oynamışdır.

Karyerası və İdarəetmə Təcrübəsi

Adnan Əhmədzadə uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutmuşdur:

2006-2007-ci illər: Nəqliyyat və Ekspedisya Departamentinin müavini;
2007-2008-ci illər: Ticarət Əməliyyatlarında Kommersiya Riskləri Departamentinin rəhbəri;
2008-2010-cu illər: İqtisadi Əməliyyatlar Departamentinin müavini;
2010-2019-cu illər: SOCAR Marketinq və İqtisadi Əməliyyatlar Departamentinin baş direktoru;
2018-ci il: SOCAR Treydinqin icraçı direktoru;
2019-cu il: SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini.

Biznes Fəaliyyəti

2023-cü ildə Adnan Əhmədzadə ABDA İnvest Holdinqin təsisçisi və sədri olmuşdur. Bu holdinq tikinti, logistika, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino zallarına qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Onun sahib olduğu şirkətlər arasında İspaniyada və İngiltərədə qeydiyyatdan keçmiş daşınmaz əmlak və investisiya ilə məşğul olan qurumlar da mövcuddur.

İdman və İctimai Fəaliyyət

Adnan Əhmədzadə idman sahəsində də fəal iştirak edir. O, 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti olaraq bu idman növünün ölkədə inkişafına töhfə verir.

Şəxsi Həyatı və Maraqlı Faktlar

Adnan Əhmədzadə ailəlidir, dörd övladı var. Maraqlı məqamlardan biri, onun dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq əlaqələrinə malik olmasıdır. O, Messinin Azərbaycanda səfərinin təşkilində mühüm rol oynamışdır. Adnan Əhmədzadə həmçinin Ronaldinyo kimi digər tanınmış futbolçularla əməkdaşlıq etmişdir.

Əhmədzadə həmçinin Ronaldinyo və Xuan Laportanın Bakı səfərlərini təşkil etmişdir.

Nailiyyətləri

2015-ci ildə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu, neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə verilmiş yüksək qiymətdir.
 
Ardını oxu...
TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini (ümumi cərrah) Nəsib Səhratov yeni şirkət yaradıb.
TEREF xəbər verir ki, yeni təsis edilən kommersiya qurumu "Nəsib Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirvan şəhəri, Vidadi küçəsi ev 35A ünvanında qeydiyyatdan keçən MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Səhratov Nəsiv Xuddam oğludur.
MMC-nin özəl klinika kimi fəaliyyət göstərəcəyi ehtimal olunur.
Qeyd edək ki, hazırda mərkəzi xəstəxananın direktor müavini vəzifəsində çalışan Nəsib Səhratov əvvəllər Şirvan Müalicə Diaknostika Mərkəzi PHŞ-in direktoru olub./İqtisadiyyat.az/
 
Ardını oxu...
Son dövrlər Azərbaycanda saxta plastik cərrahlar gündəmin ən çox müzakirə edilən məsələlərindən biridir. Ötən ay Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılıb.

Məsələyə hüquq-mühafizə orqanları da qarışıb. Faktlarla bağlı dövlət qurumları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin əvvəlində Azərbaycanda 3498 cərrah olub. Onların neçəsinin plastik cərrah olduğu məlum deyil. Bununla bağlı statistika aparılmayıb.

Ancaq son illər estetik cərrahiyyəyə olan tələbatın artması fonunda plastik cərrahların da sayında artım müşahidə edilir.

Estetik cərrahiyəyə olan tələbatın artması bu sahədə təhsilə də marağı artırıb. 2017-cü ildən rezidentura səviyyəsində tədris olunan ixtisasların təsnifatına plastik cərrahiyyə də əlavə edilib. Nazirlər Kabinetinin bu ilin dekabr ayında təsdiqlədiyi yeni təsinfatda isə ixtisasın adı dəyişdirilərək "plastik, rekonstruktiv və estetik cərrahiyyə" qoyulub. Plastik cərrahiyyə üçün sahib olmaq istəyən rezidentlər 5 il təhsil almalıdırlar.

2017-ci ildən bu yana Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə cəmi 3 nəfər məzun olub.

Məlumata görə, hazırda bu ixtisas üzrə 7 nəfər təhsilini davam etdirir.

Xaricdə tibb təhsili alan həkimlərin neçəsinin plastik cərrahiyyə üzrə ixtisaslaşdığı məlum deyil.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycanda tibb işçiləri praktiki tibb fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya imtahanına cəlb olunmalıdırlar. Tibb işçiləri sertifikasiya şəhadətnaməsi əldə etdikdən sonra respublika ərazisində tibb fəaliyyəti ilə məşğul olmaq hüququ qazanırlar.

Mənbə: Modern.az
 
Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksində onminlərlə insan günlərdir ki, su üzünə həsrət qalıb.

DogruXeber.az: - Bu haqda Anaxeber.info-ya verilən məlumata görə, "Azərsu" ASC heç bir izahat vermədən əhalini susuz qoyub. Sakinlərin bildirdiyinə görə, artıq bir neçə gündür eyni vəziyyət yaşanır. Hazırda kompleksə su verilmir. Burada onminlərlə insan yaşayır. Sakinlər bildirirlər ki, su idarəsinə şikayət edilib, lakin heç bir nəticəsi yoxdur. "Bizə deyilmir ki, nə baş verib. Bəlkə su borusu, yaxud kəməri partlayıb, ya hansısa qəza olub, heç olmasa səbəbini açıqlasınlar. Amma əhalini sayan yoxdur və "Azərsu " camaatı vecinə də almır. Bu qurumun rəhbəri dəyişəndən vəziyyət bir az da pisləşib. İndi dərdimizi kimə deyək, bilmirik. Ona görə də səsimizi mətbuatla eşitdirmək istəyirik. Burada azı 30-35 insan yaşayır. Bu qədər insanı qışın sazağında susuz qoymağın adı nədir? Bəs, insanlar hardan su tapsınlar? Elə bil ki, orta əsrlər dövrünə qayıtmışıq", - deyə sakinlər şikayətində bildirib. Onlar təcili surətdə tədbir görülməsini xahiş edirlər.//Anaxeber.info
Ardını oxu...
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2 fakt üzrə pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Sədərək” Ticarət Mərkəzinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri nəqliyyat vasitələrindən, eləcə də həmin şəxslərdən birinin istifadəsində olan anbardan satış məqsədilə saxlanılan 5119 ədəd pirotexniki vasitə aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti