"Şikayetim Novxanıda yerləşən "La Chateau" restoranındandır. Uşağın ad günü tədbirini etdik orda..." Dia-az.İnfo xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Sevinc İbrahimova adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra yazır: "İlk yeməyi gətirəndə ofisiant açıq-aşkar pul istədi. Hələ təzəcə süfrəyə oturmuşduq. Nəsə... yoldaşım 10 manat verdi. Yeməkləri belə də... 1-i pis... 1-i yaxşı idi... "Şah plov" od qiymətinə... amma içində ancaq düyü idi... Əti 2-3 ədəd sayıb qoymuşdu elə bil.... Yağsız-duzsuz qoydular süfrəyə... Heç kim də yemədi...
Sonda ofisiant yoxa çıxdı. Çay-su istədik... gətirən olmadı... Deyesen ofisiant 10 manatı bəyənməyib, gecdən gec də qonaqların yarısı gedəndən sonra gəldi... Stolu yığır... əlacı olsa, boşqabları başımıza çırpar... Söz deyirsən... sifət edir adama...
Sonda hesabla birce 10% xidməthaqqı da ödədik...
Başa düşmürəm o xidməthaqqı ofisianta çatmır? Xidmət bərbad... yeməklər bərbad... Üstəgəl də 10% xidmət haqqı alırlar... Ofisiantın da əlacı olsa, adamı döyər... Peşman olduq ora getməyimizə..."
Azinforum.az-a müraciət edən vətəndaş iddia edir ki, onlara məxsus olan və bazar qiyməti təxminən 1 milyon manat dəyərləndirilən mənzil 200 min manat borca görə ələ keçirilir. Şikayətçilər iddia edirlər ki, məhkəmə borcu təsdiq etsə də, konkret olaraq evin boşaldılmasına dair məhkəmə qərarı yoxdur və icra hərəkətləri qanunsuz icra olunub. Videomaterialdan da görünür ki, bu işdə İqtisad Universitetinin Vüsal Quliyev adlı müəlliminin adı hallanır.
Azinforum.az olaraq evin necə boşaldılmasını əks etdirən videogörüntüləri təqdim edirik. Evin sahibləri ilə videomüsahibə hazırlamağa çalışacayıq. Eləcə də, videomaterialda adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazırıq. Həmin görüntüləri təqdim edirik:
“Cinayətkarların olduğu avtomobil işıqforda dayanır, polislər məcbur qalıb dayanıblar və enən kimi polis maşınına atəş açmağa başlayıblar”, – nəşr yazır.
Kadrlardan görünür ki, tıxacda qalan avtomobillər atışma başlayandan sonra sürətlə qarşıdan gələn nəqliyyatın yoluna daxil olmağa başlayıb.
İyunun 23-də Dağıstan Dərbəndində bir neçə nəfər Lenin küçəsində yerləşən Müqəddəs Məryəm Şəfaət kilsəsinə və Tağı-Zadə küçəsindəki Kələ-Numaz sinaqoquna hücum edərək onları avtomatlardan atəşə tutub. Eyni zamanda Mahaçqalada silahlılar atəş açıb. Ermoşkin küçəsində yol polisi postu və yaxınlıqdakı sinaqoq atəşə tutulub. Orconikidze küçəsindəki Müqəddəs Aspir kilsəsi yaxınlığında da atışma olub. Polis hücum edənlərdən beşini öldürüb.
Ötən həftə Milli Məclisdə nəqliyyat vasitələri ilə bağlı nəzərdə tutulan bir sıra cərimələrin məbləği artırıldı. Artımlar əsasən, dayanma-durma, parklanma, işıqforda hərəkət və səkilərlə bağlı cərimələrlə bağlı oldu.
Cərimələrin artırılması sosial şəbəkələrdə müzakirəsiz ötüşmədi. Əksər sürücülər mövcud artıma kəskin etiraz edərək, cərimələrin onsuz da çox olduğunu və bu artımın vəziyyəti daha da ağırlaşdıracağını bildirdi. Xüsusən avtomobillərin intensiv şəkildə hərəkət etdiyi paytaxt yollarında qayda pozuntusundan yayınmaq demək olar ki, mümkün deyil. Bəziləri cərimələrdəki artımın avtomobil bazarında da təsirsiz ötüşməyəcəyini deyir. Yüksək məbləğli cərimələrin fonunda, bəzi vətəndaşların avtomobil almaq fikrindən daşınacağı iddia edilir.
Görəsən, bu ehtimal nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sürücülər arasında nəqliyyat qaydalarının pozulması elə də geniş hal yayılmayıb:
“Nəqliyyat vasitələri ilə bağlı cərimələrin artırılması əslində əksər sürücülərə aid deyil. Qaydaların pozulması, sənədsiz avtomobil idarəetmə, dayanma-durma qaydaları kimi pozuntular elə də kütləvi hal təşkil etmir. Ona görə bu barədə narahatlığa səbəb görmürəm. Cərimələrin məbləğinin artırılması nəqliyyat vasitələrinin qiymətinə və alıcı kütləsinə elə də güclü təsir etməyəcək. Bu baxımdan alıcılar cərimələr səbəbindən nəqliyyat vasitəsi almaqdan yayınmayacaq”.
Ekspertin fikrincə, avtomobil bazarındakı köklü dəyişiklik kütləvi utilizasiya zamanı olacaq:
“Hal-hazırda maşın bazarında kifayət qədər alıcı və satıcı kütləsi var. İndi qarşıda bizi kütləvi utilizasiya prosesi gözləyir. Artıq onda bu barədə dəqiq nəsə demək olar. Həmin vaxt avtomobil bazarında radikal dəyişiklik ola bilər. Lakin cərimələrin artırılmasının bu istiqamətdə alış-satış tendensiyasına çox da təsir edəcəyini düşünmürəm”.
Daşkəsən rayon İcra Hakimiyyətində vəzifəli şəxslər saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.
Faktı Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü İbrahim Bayramov olub.
O, Çar Rusiyasının işğal etdiyi Şimali Azərbaycan xanlıqlarından, o cümlədən ən sonda - 1828-ci ildə süqut edən İrəvan xanlığından söhbət açıb. Bildirib ki, 23 il ərzində böyük bir imperiyaya ciddi müqavimət göstərən, təslim olmayan İrəvan xanlığı və onu idarə edənlər gücü, qüdrəti xalqdan alıblar. Alimin sözlərinə görə, Çar Rusiyasına xidmət edən məmurlar həm Hüseynqulu xanı, həm də Həsən xan Qacarı müxtəlif şirnikləndirici vədlərlə ələ almağa, İrəvan xanlığını özlərinə təslim etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Yalnız 23 illik mübarizədən sonra erməni məkri və satqınlığı sayəsində çar generalları İrəvan xanlığının müqavimətini qırıb, İrəvan qalasını işğal ediblər.
Müsahibin qənaətincə, əgər o dövrdə Azərbaycan xanlıqları arasında birlik, strateji əlaqələr olsaydı, heç bir xanlıq işğala məruz qalmaz, məğlubiyyətlə üzləşməzdi. Professor deyib ki, Qərbi Azərbaycanın tarixi ərazisi Səfəvilər dövlətinə tabe olan Çuxursəd bəylərbəyliyinin, ondan sonrakı illərdə isə bu coğrafiyada yaranan İrəvan xanlığının ərazisi olub. Milli kökə bağlı olan İrəvan xanlığı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutub.
İşğala qədər İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlıların üstünlük təşkil etməsinə, çoxsaylı maddi-mədəniyyət, tarixi-memarlıq abidələri yaratmasına diqqət çəkən İ.Bayramov vurğulayıb ki, bu abidələr, toponimlər xalqın milli kimliyi və pasportudur. Onun sözlərinə görə, ümumilikdə Qərbi Azərbaycandakı toponimlər, zəngin maddi-mədəni irs, o cümlədən İrəvan şəhərindəki məhəllə adları bu ərazilərin tarixən azərbaycanlılara məxsus olduğunu sübut edir. Alim söyləyib ki, Qərbi Azərbaycan ərazisini öyrənmək üçün "Kitabi-Dədə Qorqud" dastanı və Orxon-Yenisey abidələri ən tutarlı qaynaqdır. O, Orxon-Yenisey abidəsinə bərabər tarixi-mədəni irs nümunəsinin Meğri rayonunun Nüvədi kəndi ərazisində aşkarlandığını da dilə gətirib. Professor qeyd edib ki, ermənilər Qərbi Azərbaycanda özlərinə aid hər hansı tarixi abidə tapa bilmədikləri üçün azərbaycanlılara məxsus maddi-mədəni irsi, o cümlədən Göyçədəki Alban abidələrini zaman-zaman dağıtmaqla, məhv etməklə, saxtalaşdırmaqla məşğul olublar.
Müəllifi olduğu "Qədim Azərbaycan şəhəri İrəvan" adlı kitabından nümunələr gətirən professor İ.Bayramov bu tarixi yaşayış məntəqəsi barədə həqiqətləri geniş auditoriyaya çatdırmaq istəyindən danışıb. Bildirib ki, ermənilər İrəvan şəhərinin məhəllələrini məqsədli şəkildə məhv ediblər. O, hazırda Təpəbaşı məhəlləsinin də məhv olmaq təhlükəsi ilə üzləşdiyini, buna etiraz əlaməti olaraq bir qrup qeyri-hökumət təşkilatı sədrinin beynəlxalq təşkilatlara müraciət etdiyini, bu mövzunu yenidən gündəmə gətirdiklərini vurğulayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada ikinci sırada dayanır. Belə vulkanların böyük əksəriyyəti isə Abşeron yarımadası və Qobustan rayonu ərazisində yerləşir.
Hazırda Bakının bir sıra qəsəbələrində yerləşən vulkan ocaqlarının bir çoxunun üzərində yaşayış təyinatlı evlər tikilib. Hətta bu tip evlərin demək olar ki, hamısında kommunal xətlər də mövcuddur. İstənilən vaxt fəallaşabilən palçıq vulkanları isə həmin ərazidə yaşayan sakinlər üçün birbaşa həyati təhlükə yaradır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan memar Faiq İsmayılov bildirib ki, vulkanik və sürüşmə zonalarında tikilən evlərin hamısı qanunsuzdur:
"Vulkanik ərazilərdə və yaxud sürüşmə zonalarında tikilən evlərin hamısı qeyri-qanunidir. Biri var ki, hansısa təbii fəlakət və ya yer sürüşməsi olsun. Lakin bilərəkdən gedib vulkan ərazisində ev tikmək birmənalı olaraq qanunsuzdur. Bu məsələyə münasibət bildirmək dövlətin öz işidir. Artıq burada tikintilərin hüquqi baxımdan müdafiə oluna biləcək tərəfi yoxdur. Çünki bu kimi ərazilərdə tikilən evlər kimlərinsə, hansısa məmurların mənafeyi baxımından müəyyən qədər vəsait alınmaqla tikilib".
"Belə evlər istənilən vaxt vulkan təhlükəsi ilə qarşı-qarşıyadır və onlar belə hallardan sığortalanmayıb. Bu baxımdan vulkanik ərazilərin yenidən baxışı keçirilməli və analizlər aparılmalıdır. Sabah vulkan püskürən zaman onun radiusu, yayılma istiqaməti dəqiq öyrənilməlidir. Bundan sonra orada yaşayan əhaliyə nisbətən hansısa köməklik etməyin meyarı müəyyən oluna bilər. Buna başqa cür əncam çəkmək mümkünsüzdür", - F.İsmayılov qeyd edib.
Xəbər verildiyi kimi, bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev tərəfindən 3 polis qətlə yetirilib. Xatırladaq ki, hadisə onun saxlanması zamanı baş verib. Belə ki, R.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.
Rövşən Allahverdiyev kimdir və niyə axtarışda olub?
AFN.az onun haqqında hələ aprel ayında yazıb. Belə ki, Bakı sakini Dadaşov Abbas Eldar oğlunun redaksiyamıza ünvanladığı Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovla bağlı şikayət məktubunda R.Allahverdiyevin də adı keçir. Şikayətçi bildirir ki, Teymur Şahbazov qardaşı, 15 ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun onun işini düzəldəcəyinə söz verərək külli miqdarda pulunu mənimsəyib. "Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Şahbazov Teymur Adıgözəl oğluna və onunla birgə olan Allahverdiyev Rövşən Oqtay oğlu adlı şəxsə danışdım. Onlar mənə bildirdilər ki, bizim Əmlak Komitəsində tanıdığımız şəxs var və bu işi çox asanlıqla həll edə bilər". Bu "sövdələşmə" Dadaşov Abbas Eldar oğluna nə az, nə çox 236 min manata başa gəlib. Şikayətçinin sözlərinə görə, T.Şahbazov və Rövşən Allahverdiyev hər dəfə ona Rüstəm Şahbazovla görüşdüklərini, narahatçılığa əsas olmadığını deyib vaxtı uzadıblar: "Lakin mən artıq Teymurun və Rövşənin yalan danışdıqlarını, mənə qarşı dələduzluq etdiklərini anladım. Bundan sonra Teymura və Rövşənə nə qədər zəng vurdum telefon zənglərimə cavab vermədilər. Artıq mən əmin oldum ki, Teymur Rövşənlə birlikdə məni aldadaraq, Teymurun qardaşı Rüstəmlə qabaqcadan əlbir olub, 236000 manat pulumu ələ keçirib, mənə qarşı dələduzluq etməklə, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələrində nəzərdə tutulan cinayət əməlini törədiblər". Teymur Şahbazov və Rövşən Allahverdiyevin əməlləri bununla bitməyib. Belə ki, şikayəçinin sözlərinə görə, onlar sənəd saxtakarlığına da gediblər: "Mənimlə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2022-ci ildə müqavilə bağladılar. Bununla da Teymur Şahbazov məni daha da inandırdı. Sonra mənə məlum oldu ki, tərtib olunan həmin müqavilə də saxtadır. Həmin müqaviləyə görə də Teymur məndən 4-5 ay olmaqla hər ay 7850 manat "icarə haqqı" aldı". Bir neçə ay əvvəl Rövşən Allahverdiyevlə bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb.