Ardını oxu...
Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.
Bu barədə Bakupost.az -a mərhum prezidentin yaxınları məlumat veriblər.
Bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatli rayon sakinidir.
Əlavə məlumat verəcəyik.
Ardını oxu...
 
Ardını oxu...
Saatlı rayonunda qadının evindən yarım milyonluq oğurluq olub.
TEREF Publika.az-a istinadən xəbər verir ki, rayon sakini Mahirə Vəliyevanın evindəki seyfdən külli miqdarda pul və qızıllar oğurlamış 1983-cü il təvəllüdlü Elvin Vəliyev tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Elvinin əmisi Rusiyada biznesmendir. Saatlıdakı evdə isə onun həyat yoldaşı M.Vəliyeva yaşayıb və seyfdə külli miqdarda qızıl və pul olub. Elvin seyfin açarının yerini öyrəndikdən sonra evdə heç kimin olmadığı vaxt, yəni 2023-cü ilin mart ayının sonlarından iyun ayının sonlarınadək qonşuluqdakı evə gizli daxil olub. O, seyfi açaraq, içərisindəki 391,685 manat pulu və 100 min manatdan çox dəyəri olan qızılları oğurlayıb. O, bütün pulları onlayn qumar oyunlarında uduzub. Qızılları da İmişli, Sabirabad və Bakıdakı lombardlara verərək pul götürüb, həmin pulları da internetdə uduzub.

Fakt üzə çıxdıqdan sonra Elvin həbs edilib.

O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi üzrə təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
 
Ardını oxu...
Son dövrlərdə ayrı-ayrı vətəndaşlar iddia edir ki, onların xəbəri olmadan adlarına şirkət açılıb.

Və buna görə də onların külli miqdarda vergi borcu yaranıb. Bəzilərisə məsələnin artıq məhkəmə predmeti olduğunu deyir.

Belə hallardan sığortalanmaq üçün vətəndaşlar nəyi bilməlidirlər?

Mövzu ilə bağlı danışan hüquqşünas Şulan Nağıyev deyib ki, vətəndaşlar ilk növbədə şirnikləndirici vədlərə inanıb, yaxından tanış olmadıqları heç bir sənədə imza atmasınlar:

“Heç kim deyə bilməz ki, baş verənlərdən onun xəbəri olmayıb. Sadəcə vətəndaş lazımı anda ona edilən təklifə loyal yanaşıb, sonrasını düşünməyib. Nəticədə isə birdən-birə “şirkət sahibi” olub”.

Bəs, belə xoşagəlməz hallar hansı hüquqi məsuliyyət yaradır?

“Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. 50.000 manatdan yuxarı vergi öhdəliyinin icra edilməməsi vergi cinayəti hesab edilir.

CM-nin 213.1. maddəsinə görə isə xeyli miqdarda (50.000-200.000 manat) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təbii ki, vurulmuş ziyanın həcmi artdıqca cəza da müvafiq qaydada ağırlaşır”.

“Bu şəxslər məsuliyyətə cəlb oluna bilməz”

Hüquqşünas onu da qeyd edib ki, CM-nin 213.1-ci maddəsinin və Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli qərarı isə bu sahədə istinad edəcəyimiz başlıca aktdır:

“Həmin qərarda qeyd edilib ki, hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannaməni təqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun.

Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birlikdə vergiləri ödəməkdən yayınmada iştirak edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır”./Bizim.Media
 
Ardını oxu...
Bu gün repetitorluğu ali məktəbin “açarı” adlandırırlar.

Yəni hazırda ölkədə reperitorluq o səviyyəyə çatıb ki, ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin demək olar ki, 90 daizi məhz bu üsuldan yararlanır.

Bu gün artıq bir faktdır ki, şagirdlər məktəblə yanaşı repetitor yanına gedirlər. Bu baxımdan da abituriyentlərin uğurlarını məktəbin deyil, repetitorların uğuru hesab edirlər.

Bu gün repetitorluq qadağan edilsə, ali məktəblərə qəbul prosesində nə baş verəcək?

Elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, problem orta məktəb sisteminin Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul proqramlarına uyğun gəlməməsidir:

“Məsələn, 11-ci sinifdə təhsil alan şagird həm fizika, həm kimya, həm də biologiyanı öyrənir, ancaq o, III qrupdan imtahan verəcək. Yəni bu fənləri də, III qrupun fənnlərini də öyrənir. DİM isə 5-ci sinifdən 11-ci sinifədək olan dərsləri soruşur. Eyni zamanda şagird dərsə getməyəndə "təhdid" edilir ki, “sənə attestat verməyəcək”.

Sanki orta məktəb şagirdi ali məktəbə hazırlaşmaqdan yayındırır. Ona görə də bu məsələdə uyğunluq olmalıdır. Danılmaz faktdır ki, hazırlıq kursları, repetitor olmasa, ali məktəbə qəbulun plan yerləri boş qalacaq.

Əvvəllər repetitorluq az yayılmışdı və DİM-in sualları da indiki qədər çətin deyildi. Ancaq indi repetitorluq geniş yayılıb və şagirdlər rəqabət mühitində, kurlarda, repetitor yanında daha çox öyrəndiyi üçün DİM-in sualları da çətindir.

Yəni 1 il ərzində repetitorluq ləğv olunsa və DİM eyni qaydada sualları tərtib etsə, təbii ki, ali məktəblər boş qalacaq. İkinci halda primitiv qəbul sualları ilə boşluq aradan qaldırıla bilər.

Əvvəllər 10-11-ci siniflərdə uşaqları hazırlığa qoyurdular. İndi artıq məktəbəqədərdən, 1-ci sinifdən hazırlığa qoyurlar. Uşaqlar da yüksək biliklə gəldiyi üçün DİM qəbulun suallarını çətinləşdirir”.
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabineti məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, iddiaçı "Tural" Kiçik Müəssisəsidir.

Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.

Birinci instansiya məhkəməsi şirkətin iddiasını təmin etməyib. Bu baxımdan, şirkət apellyasiya şikayəti verib. Şikayətə Naxçıvan MR Ali Məhkəməsində baxılacaq.

Məlumat üçün deyək ki, Ali Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.

"Tural" Kiçik Müəssisəsi 1991-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Şərifov Adil Ramazan oğludur.

Şirkət 23 ildir mövcud olmasına baxmayaraq açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur.
 
Ardını oxu...
Xarici həyat yoldaşı seçimi çox vaxt ənənəvi təməllərdən uzaqlaşmaq istəyi ilə əlaqələndirilir

Son illər Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikaha girmə halları artır. Bəziləri əmindir ki, səbəb qloballaşmadır və internet sayəsində hətta dünyanın o biri tərəfində də həyat yoldaşı tapa bilərsiniz. Digərləri hesab edir ki, əsas məsələ respublikada turistlərin sayının artmasıdır.

2014-cü ildə Azərbaycanın qadın vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 1635 nikah, 2015-ci ildə 1291 nikah, 2016-cı ildə 1148 nikah bağlanıb. 2014-cü ildə Azərbaycanın kişi vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 1499 nikah, 2015-ci ildə 1281 nikah, 2016-cı ildə 1121 nikah bağlanıb. 2023-cü ildə 2203 Azərbaycan vətəndaşı (1133 qadın və 1070 kişi) əcnəbilərlə ailə qurub.

Bəzi ekspertlərin dediyinə görə, əgər əvvəllər ölkəmizdə əcnəbilərlə nikaha girən qadınlar daha çox idisə, indi kişilər praktiki olaraq onlardan geri qalmır. Əsasən beynəlxalq münasibətləri seçənlər həyatlarını bu ölkələrin vətəndaşlığı olan Rusiya, Gürcüstan, İran azərbaycanlıları ilə bağlayırlar. Türklər dillərin oxşarlığına və eyni dinə görə daha az populyar deyillər. Qalanları əsasən ərəb ölkələrinin və Qərbin sakinləridir.

Sosioloqlar qeyd edirlər ki, yerli sakinlərlə evlilikdə olduğu kimi, insanları sevgi, merkantil mülahizələr, eləcə də tək qalmaq qorxusu motivasiya edə bilər. Belə bir əlaqəyə girərkən əsas şey qarşındakını mümkün qədər yaxşı öyrənməkdir. Çantalarınızı yığmaq və bir şey baş verərsə, geri qayıtmaq çətin bir iş ola bilər: bu, bahadır və bəzən bütün körpüləri yandırmısızsa, qayıtmaq üçün heç bir yer yoxdur.

Çox vaxt əcnəbilər daha firavan və iqtisadi cəhətdən inkişaf etmiş ölkədə yaşamaq üçün seçilirlər. Bu, ya real, ya da uydurma nikah ola bilər, lakin ikinci halda ifşa olunma və geri deportasiya riski var. Bir çox dövlətlər beynəlxalq cütlüklərin uydurma olub-olmadığını diqqətlə yoxlayır və nikahın real olmadığı aşkar edilərsə, yaşayış icazəsi ləğv edilir.

Son illər Azərbaycanda qondarma nikahların sayı da artıb ki, bu da ölkəmizdə qeydiyyatsız yaşayan və ya qalmaq və ya yaşamaq icazəsi olmayan miqrantların yerli sakinlərlə nikahları bağlanıb. Bu, onların respublikamızda qalmasına şərait yaratdı, lakin bu ilin iyununda Milli Məclis vətəndaşların qeyri-qanuni mühacirlərlə nikahına qadağa qoydu. Bu, qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə edilib.

Xarici həyat yoldaşı seçmə səbəblərinə qayıdaraq, bunun səbəblərindən birinin daha çox azadlıq və bərabərlik arzusu olduğunu vurğulayırıq. Bu vəziyyətdə, “stavka” daha çox avropalılara və amerikalılara edilir.

Psixiatr və psixoterapevt Eldar Haqverdi mövzuya dair AYNA-ya deyib ki, son illər əcnəbilərlə ailə quran qadın və kişilərin sayındakı bərabərlik cəmiyyətimizin liberallaşması ilə bağlıdır: “Əgər əvvəllər qadınlar sosial vəziyyətini və ya həyat şəraitini yaxşılaşdırmaq üçün bu cür nikahlara daha çox girirdilərsə, bu gün Azərbaycan kişiləri bu işdə getdikcə daha çox imkanlar tapırlar. Bu, xaricdə karyera qurmaq, təhsil almaq və ya həyatla bağlı fikirlərini bölüşən tərəfdaş tapmaq istəyi ola bilər. Qloballaşma və sosial şəbəkələrin fəal inkişafı əcnəbilərlə tanışlıq prosesini sadələşdirib, xaricdə təhsil və işləmək belə birliklər üçün mühüm körpüyə çevrilib”.

“Psixoloji nöqteyi-nəzərdən xarici tərəfdaşın seçimi çox vaxt məhdudlaşdırıcı kimi qəbul edilə bilən sərt ənənəvi normalardan qaçmaq istəyi ilə əlaqələndirilir. Azərbaycanda patriarxal strukturlar hələ də güclüdür, bəzi ailələrdə valideynlər gənclərin şəxsi həyatına ciddi nəzarət edirlər. Belə kişilər üçün əcnəbi ilə evlilik azadlıq və yeni həyatın simvoluna çevrilə bilər, burada öz qaydalarını özləri müəyyən edirlər. Məsələn, dominant atanın təsiri ilə ailədə böyüyən kişi təzyiqsiz münasibət axtarır və ümid edir ki, əcnəbi həyat yoldaşı ona bu balansı tapmağa kömək edəcək”, - deyə həmsöhbətimiz bildirib.

Belə evlilikləri seçən insanların xarakterinə gəlincə, ekspertin fikrincə, bunlar, bir qayda olaraq, yeniliklərdən qorxmayan, uyğunlaşmağa hazır olan fərdlərdir: “Onlar müxtəlif dünyagörüşlərinə açıqdırlar və mədəni fərqlilikləri qəbul etməyə hazırdırlar. Məsələn, Azərbaycandan bir neçə il xaricdə olmuş kişi, ailə ilə bağlı dəyərləri və fikirləri üst-üstə düşərsə, əcnəbini özünə həyat yoldaşı seçə bilər. Bununla belə, ənənələrdəki fərqlər çətin ola bilər. Məsələn, ailədə lider rolunu oynamağa öyrəşmiş kişi, əcnəbi həyat yoldaşı bərabərhüquqlu tərəfdaşlıq gözlədiyi təqdirdə, anlaşılmazlıqlarla qarşılaşa bilər. Xarici tərəfdaşların daha sərt patriarxal prinsipləri olan ölkələrdən ola biləcəyini də nəzərə almaq lazımdır ki, bu da bəzən yeni çətinliklər əlavə edir”.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.

TEREF "Report"a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev ölüb.

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

 
Ardını oxu...
Moskvada Yujnoye Medvedkovo küçəsində yerləşən Dejnev keçidindəki “Vavilon-92” ticarət mərkəzində mobil telefon mağazasında smartfon partlayıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə mənbəyə istinadla "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb - onlar üz nahiyəsindən yanıq xəsarətləri alıblar. Binada güclü tüstü var. İnsanların yaxınlıqdakı mağazada sıxıldığı bildirilir.

Ticarət mərkəzi boşaldılır. Təcili yardım xidmətləri hadisə yerindədir.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil./Publika.az
 
Ardını oxu...
“Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə hazırda bərkitmə işləri davam edir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri tam şəkildə həyata keçirildikdən sonra digər iki blokun sakinlərinin mənzillərdə məskunlaşması məsələlərinə baxılacaq.

“Qəza baş verən girişlə bağlı isə aidiyyəti qurumların mütəxəssislərinin araşdırmaları nəticəsində yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, bina 6 girişdən ibarətdir. Üç girişdə sakinlərin məskunlaşması artıq təmin olunub”.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıtda, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin binadan təxliyə edilib.
 
Ardını oxu...
Elektrik enerjisinin müntəzəm kəsilməsi təkcə soyuducuda olan qidaların xarab olması ilə nəticələnmir.

Elektrik enerjisinin kəsilməsi təkcə soyuducuda olan qidaların xarab olması ilə nəticələnmir. Onlar həmçinin enerji təchizatı bərpa edildikdə baş verə biləcək gərginlik artımlarının mənfi nəticələrinə görə avadanlığın özü üçün də təhlükəlidir.

Avadanlıqları güc dalğalarından necə qorumaq olar:
Soyuducunun mühərriki kifayət qədər həssasdır, ona görə də onun gücü tez-tez söndürülüb yandırılarsa, o, yana bilər. Lakin müasir texnologiyalar avadanlıqların gərginlik artımını hiss etməməsini təmin etməyə imkan verir. Sizdən əlavə xərc tələb etməyəcək ən ucuz yol, işıqlar sönən kimi soyuducunu rozetkadan çıxarmaq və enerji təchizatı bərpa edildikdən bir neçə dəqiqə sonra onu yandırmaqdır. Ancaq siz evdə olmayanda və ya gecə yatarkəndə işıqlar sönə bilər.

Bəs bu zaman nə edilməlidir?
Ən asan seçim adapter funksiyası olan portativ gərginlik stabilizatoru almaqdır. Bu kiçik cihaz bir rozetkaya daxil edilir və ona soyuducunun və ya digər elektrik cihazının fişinəqoşulur. Beləliklə, evinizdəki ən həssas avadanlığı güc dalğalarından qoruya bilərsiniz. /lent.az
 

Dünyapress TV

Xəbər lenti