Ardını oxu...
Azərbaycanda vəzifə sahibi olan şəxslərin böyük bizneslərə, obyektlərə, dəbdəbəli vilalara sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir desək heç yanılmarıq.

AzFakt.com xəbər verir ki, Abşeron rayon Masazır qəsəbəsi yoncalıq deyilən ərazidə Bakı şəhəri 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gülarə Quluzadə dəbdəbəli villa tikdirir.

Ardını oxu...
Ardını oxu...

Ərazidə yaşayan sakinlər youtube sosial şəbəkəsində səsləndirdikləri şikayətdə bildirirlər ki, Gülnarə Quluzadə tikdirdiyi villanın ətrafındakı evlərə gedən kanalizasiya xəttini dağıtdırıb.

Bildirək ki, villanın hazırkı sonra bazar qiymətinin yarım milyondan manata yaxındır.

Qeyd edək ki, Gülarə Quluzadənin rəhbərlik etdiyi 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Yasamal, Sabunçu və Pirallahı rayonlarını əhatə edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Sabunçu rayonu Zabrat 2 qəsəbəsində yaşayan sakinlər yaşayış yerindəki bərbad vəziyyətdən narazıdırlar.

Bu barədə Zabrat sakini Röyal Alıfzadə Sonxeber.az-a məlumat verib. O bildirib ki, yol kənarında zibil qabları olmadığından tullantılar ətrafa yayılır və qoxudan ərazidən keçmək olmur.

"Biz burada bir neçə vaxtdır yaşayırıq. Sadəcə olaraq bizim evimizin yanı, o cümlədə hər tərəf zibillikdir. Elə olur ki, zibilləri gəlib qapının önünə belə atırlar. Neçə dəfə bildirmişik ki, zibilləri bura tullamasınlar. Ərazidə heç zibil qabları belə yoxdur. Kifayət qədər zibil qabları olsa bu hallar yaşanmaz. Zibillərin olduğu yer yola yaxındır. Zibillər yoldan çox uzaq deyil və Daş bazarının yanındadır. Daş bazarından təqribən 1 km məsafədə bu zibilləri görmək mümkündür. Təmizlik işləri görülsə yollarda düzələr və buna çox vəsait lazım olmaz".

Ardını oxu...

Şikayətçinin sözlərinə görə, bəzi şəxslər zibilləri hara gəldi atırlar və zibilliyə yığılan həşəratlar ətrafı bürüyüb. Eyni zamanda qurumlara müraciət edilsə də, şikayətə baxan olmayıb.

" Zibillər hara gəldi atılır və fikirləşmirlər ki, burada yaşayış var. Bir neçə dəfə məsələ ilə bağlı söz-söhbət yaranıb. Problemə görə aidiyyatı qurumlara bir neçə dəfə zəng vurdum. Zəngə cavab verən olmadı. Bələdiyyə müraciətlərimizə cavab vermir. Qonşularda dəfələrlə danışıblar. Bu barədə heç bir iş görmürlər".

Qeyd edək ki, paytaxt və rayonlarda yaşayan sakinlər hara gəldi atılan tullantılardan, zibilxanaların vaxtında təmizlənməməsindən şikayət edir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etmyə hazırıq.

Ərazidən görüntüləri təqdim edirik:


Ardını oxu...
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mebel inventarların satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az-ın məlumatına görə, müsabiqənin qalibi "Arash Medical Company" MMC olub.
Tərəflər arasında 71.803 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən Anar Bayramovun İdarə Heyətinin sədri olduğu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Rəhbər kresloları, İşçi kreslosu, Qonaq kreslosu, Qurum rəhbərinin müavini üçün masa dəsti, Qurum rəhbərinin müavini üçün sənəd və paltar dolabı və.s alınmalıdır.
Bildirək ki, Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
Kamran Məmmədov bundan əlavə Caspian İnternational Hospital” MMC-nin də qanuni təmsilçidir.

Lakin bizdə olan məlumata görə, adı çəkilən bu iki şirkət, eləcə BADAM MEDICAL CENTER Məmmədov Kamran Abid oğlu və Ehtiram Fərzəlibəyovun şərikli "malıdır".

Tanınmış iş adamı Şamo Fərzəlibəyovun qardaşı Ehtiram Fərzəlibəyov sosial şəbəkdə son dönəm ən məşhur aşpaz blogeri kimi tanınır. E.Fərzəlibəyov əsas hobbisini sosial şəbəkələrdə reallaşdırmaq qərarına gəlib. Ehtiram Fərzəlibəyov tanınmış kulinar, Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısıdır.

O şəxsi villasında kamera önünə keçərək yeməklər bişirir.

Saytımıza verilən məlumatda iddia edilir ki, Kamran Məmmədovun atası Abid Məmmədov da bir vaxtlar bu ortaq biznesin əsas siması olsa da bütün işlərini oğluna həvalə edib.
 
Ardını oxu...
Azərbaycanda onlarla daş, qum-çınqıl karxanaları fəaliyyət göstərir. Təkcə onu qeyd edək ki, çayların məcrasında olan qum-çınqıl o dərəcədə şəhərlərə daşınır ki, hətta çaylar artıq öz məcrasını dəyişir və ətraf mühitə ciddi ziyan dəyir. Bunun bircə adı var -"ekoloji terror".

Qanuni müqaviləsi olan daş, qum, çınqıl karxanaları Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi verdiyi müqalivə əsasında qanunla nəzərdə tulan anlaşmaya əməl etmir. Regionlarda müqaviləsi bitmiş karaxanalar da fəaliyyətini görmək mükündür.
Ardını oxu...
Ekologiya.az-ın əməkdaşları yuxarıda qeyd etdiyimiz problemlə bağlı araşdırmalara başlayıb.

Əvvəlcədən qeyd edək ki, müqavilə əsasında fəaliyyət göstərən karxanalar da qaydaları pozaraq ərazidən kənara çıxıb yaşıllıqlara ciddi zərər vurduqları üzə çıxıb.

Əməkdaşımız onuda bildirib ki, sahibkarlardan bir neçəsinin dediyinə görə, "məlum fəaliyyətdə olmaq üçün qanuni sənədləri almaq əvvələr daha asan idi. İndi isə dəfələrlə müraciətlərimiz cavabsız qalır. Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yüksək məbləğlərdə cərimələr olunur. Bizlər isə bu cərimələri ödəmək üçün fəaliyyət göstərməliyik, amma agentlik tərəfindən icazə ala bilmirik.Təsəvvür edin, real dövriyyəsi normativlərə cavab verən daş, çınqıl, qum, əhəng karxanaları, klinker istehsal edən sexlər bütün ekoloji normaları keçir. Amma agentlik tərəfindən yenə də süni maniələr yaradılır. Bu da məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bəzi karxana sahibləri agentlik tərəfindən olunan cərmələrlə bağlı məhkəmələrə üz tutmuşlar. Bununla bağlı məhkəmə bir neçə sahibkarların xeyrinə qərar verib. Əfsusslar olun ki, bu gündə bəzi sahibkarlar və karxana shibləri ilə Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında problemlər yaşanır. 100-dən çox sahibkar qanuni fəaliyyət göstərməsi üçün müqavilə sənədlərin hələ də ala bilimir..."
Ardını oxu...
QEYD:
Ekologiya.az-ın əməkdaşları Şəki şəhər, ismayıllı, Daşkəsən, Samux, Qazax və Şəmkir rayonlarında olacaq, Qanuni və qanunsuz fəaliyyətdə olan daş, qum , çınqıl karxanaları ilə bağlı araşdırma aparır, sahibkarların fikirlərini dinləyib, geniş reportaj hazırlayırlar.
Ekologiya.az
 
Ardını oxu...
Bakıda, 28 May küçəsində ağacların yenidən "budanması" vətəndaşların narazılığına səbəb olub.

TEREF Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.

"28 May küçəsində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən ağaca baxış keçirilib və müdaxilə faktı aşkarlanıb. Fakt aktlaşdırılaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib", - deyə açıqlamada bildirilir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Nəsimi rayonu 28 may küçəsində qovaq ağacının yaş budaqlarının kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub:

"Hadisənin kim tərəfindən törədildiyini müəyyən etmək məqsədilə Nəsimi rayon Polis İdarəsinə, ərazinin nəzarətdə saxlanılaraq qeyd olunan ağaca aqrotexniki qulluq göstərilməsi üçün isə Nəsimi rayon İcra Hakimiyyətinə, Nəsimi Bələdiyyəsinə və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub".
 

Ardını oxu...
“Bəzi deputatları heç seçildiyi dairəsində tanıyan yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın verilməsinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Elşad Musayevin sözlərinə görə, deputatlardan çoxu özünü doğrultmayıb.

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar verilib. İnsanları maraqlandıran əsas məsələ parlamentin tərkibini nə qədər dəyişəcəyidir”, – deyə o bildirib.

Gələcək parlamentin tərkibi barədə danışan partiya sədri qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı proqnoz vermək çətindir:

“Parlamentdəki deputatlardan böyük hissəsi özünü parlamentari kimi doğrultmayıb. Ona görə də, belə suallar ortaya çıxır. Bəzi deputatları heç seçildiyi dairəsində tanıyan yoxdur. İstərdim ki, seçildiyi dairəni, xalqı təmsil edə biləcək adamlar parlamentdə təmsil olunsun. Bu isə hakim partiya və partiyalardan asılıdır. Ancaq əvvəlcədən proqnoz vermək mümkün deyil”.
 
Ardını oxu...
Azərbaycan polisi...

Bu gün təkcə yollarda, gündəlik həyatımızda asayişi qorumur... Həm də bir əsgər kimi Vətənimizin azadlığı, müdafiəsi uğruna canını fəda etməkdədir...

Məhz polisimizin sıralarından yüzlərlə şəhidimiz, qazilərimiz var...

Onlar hər birimizin güvən yerinə çevrilməklə yanaşı həm də ümumi evimiz olan Azərbaycanın SARSILMAZ BEL SÜTUNU ünvanını da layiqincə daşımaqda, fəaliyyətlərinin hər addımında haqq etməkdədirlər.

Onların sayəsində vətəndaş özünü güvəndə hiss edir, onların da iştirakı ilə dövlət qüdrətlənir...

Polis sistemi güclü olan ölkələr ona görə güclü olur ki, polis bir ölkə üçün canlı orqanizmdəki ONURĞA funksiyasını daşımaqdadır...

Hər zaman BELİMİZ məhz polisimizin timsalında DİK OLSUN, ƏYİLMƏSİN, SARSILMASIN!!!

Nə yaxşı ki varsınız... Gününüz mübarək... Uca Tanrımız Sizləri qorusun! Hörmətlə, Məhəmməd ƏRSOY, Dia-az.İnfo-nun sahibi...

Hörmətlə, Məhəmməd ƏRSOY
Dia-az.İnfo-nun sahibi
 
Ardını oxu...
Sükan arxasına keçən azyaşlının hərəkətləri sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 99-CM-007 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sahibi sükanı azyaşlı övladına həvalə edib. Özü isə həmin anları videoya çəkərək bununla fəxr edib. Qeyd edək ki, həmin vaxt avtomobildə digər azyaşlı da olub. Bu hərəkəti edən valideyn hər iki uşağının həyatını təhlükəyə atıb.

Uşaqlara kiçik yaşlarından aşılanan tərbiyə, həmin formada da davam edir. Uşağı bu yaşında sükana alışdırmaq, onun həyatını təhlükəyə atmaqdan başqa bir şey deyil. Sükan arxasında sərbəstliyi hiss edən azyaşlı daha sonra valideynin xəbəri olmadan da sükan arxasına keçə bilər. Qaydalardan xəbəri olmadığı üçün sonda faciəvi qəzalarla nəticələnə bilər.

 
Ardını oxu...
“Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır:

“Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir”.

E. Əmrullayev bildirib ki, sentyabr ayından etibarən sertifikatlaşdırmada yüksək nəticə göstərən (35% əlavə alanlar) müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1295 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) isə 980 manat olacaq:

“Sertifikatlaşdırmada iştirak etməyən müəllimlərin əməkhaqqı isə təxminən 750 manat olacaq, amma növbəti illərdə bu da artacaq. Təxminən 30 min müəllim nisbətən az maaş alır, bu isə dərs saatı ilə əlaqədardır”.

Qeyd edək ki, son illər sertifikasiyada toplanan bala uyğun olaraq müəllimlərin əməkhaqqına əlavələr olunur. Bununla yanaşı, bir çox müəllimlər məktəbdə tədrisdən daha çox repetitorluq fəaliyyətinə üstünlük verirlər. Növbəti tədris ilində müəllimlərin bir qisminin daha yüksək əməkhaqqı ilə təmin olunması onları repetitorluqdan uzaqlaşdırıb məktəbə geri döndərəcəkmi? Yəni tədris evlərdə, kurslarda deyil, sinif otaqlarında dərs zamanı aparılacaqmı?

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu “Cebhe.info”-ya bildirib ki, müəllimlərin əməkhaqqının onların əməyinə ekvivalent olmasını bilmək üçün Azərbaycanın ümumi daxili məhsuluna baxmaq lazımdır:

“Eyni zamanda, müqayisə etmək lazımdır ki, həmin ÜDM-dən müəllimə nə qədər pay düşür. Elə bir pay düşmür. Yəni Azərbaycan müəlimi məktəbdə çalışdığı əməyin ekvivalentini ala bilmir. Nə qədər onların əməyi ilə onlara verilən əməkhaqqı arasında disproporsiya mövcuddursa, repetitorluqla məşğul olacaqlar. Mən ümumiyyətlə, repetitorluğu günah saymıram.

Dünyanın beyin mərkəzi olan Yaponiyada da repetitorluq var. Valideyn məktəbdən sonra uşağı repetitor yanına göndərir. Biz yaponlardan daha çox bilirik ki, repetitorluqdan imtina edək? Əgər bu gün repetitorluq fəaliyyəti dayansa, mən əminəm ki, qəbul imtahanında bütün nəticələr sıfır olacaq. Məhz repetitorların sayəsində şagirdlər az-çox öyrənirlər.

Ümumiyyətlə, əgər dövlət sektorunun günahı varsa, bunu repetitorun üzərinə qoymaq lazım deyil. Repetitorluqla məşğul olan, savadlı, özünə güvənən müəllimdir.

Doğrudur, nadir hallarda savadsız müəllimlər də repetitorluqla məşğul olur. Ancaq artıq o “bazar” getdi. Müqayisə üçün qeyd edim ki, bir vaxtlar, sovet rejimi dağılandan sonra hansı evə gedirdinsə, bir mağaza açmışdı. O mağazalar hamısı sıradan çıxdı. Hansı mağaza rəqabətə dözdüsə, o qaldı. Rəqabətə davam gətirən repetitorların sayı da kifayət qədərdir”.

Sertifikasiya imtahanına gəldikdə isə ekspert deyir ki, elm və təhsil nazirinin müəllimin aldğı əməkhaqqını təkrar vurğulaması doğru deyil:

“Nazir müqayisə etsin, görsün ki, nə dərəcədə uyğundur. Bu əməkhaqqı müəllimə kifayət edirmi? Əslində nazir təhsili bilən adamdır. Bəzən belə fikirlər səslənir ki, təhsili bilmir, mən o fikirlə razı deyiləm. Sanki bəzi adamlardan çəkinir. Bir doğru bəyanat verir, sabah onu dəyişdirir.

Ancaq müəllim nə qədər ki, ona sərf edən əməkhaqqını almayacaq, repetitorluqla məşğul olacaq. Hətta sərf edən əməkhaqqını versələr də, müəllim repetitorluqla məşğul olsa, onun heç kimə ziyanı yoxdur. Repetitorları qovmaq lazım deyil. Bilmirəm, nə etmək istəyirlər, bəlkə də hər repetitorun evinin yanına nəzarət edən şəxs qoymaq istəyirlər. Mən “Təhsilin İnkişafı Konsepsiyası”nı işləyib təqdim etmişəm.

Bacarıqlı müəllimlərin əksəriyyəti repetitorlardır. Dövlət onları bina ilə təmin etməli, ucuz kredit formasında maliyyə yardımı verməlidir. Onlar pedaqoji kollektiv formalaşdırıb təhsili inkişaf etdirməlidir. Nə qədər dövlət sektoru mövcuddursa, təhsildə inkişaf yoxdur. Sovet dövründə nə qədər kolxoz var idisə, kənd təsərrüfatında inkişaf yox idi.

Kapitalist ölkələrində bir vətəndaş 20 min, digəri 20 milyon qazanır. Ona demirlər ki, niyə çox qazanırsan? Çox qazananda, işçi qüvvəsi var, xərcləməsi var, xərc, rüsum da dövlətə gedir. Ona görə də bundan qorxmaq lazım deyil. Bu gün kim gedib məktəbdə təhsl alır? Mənim nəvələrimlə bağlı eyni proses yaşanır. Çünki orada təhsil vermirlər, uşağın vaxtını alırlar. Repetitor yanına göndərirəm, ödəniş edirəm ki, qoy öyrənsinlər”.
 
Ardını oxu...
Tarif (qiymət) 29 iyun 2024-cü il tarixindən etibarən yeni iclasda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti bahalaşıb.

Bizimxeber.az bildirir ki, qiymət artımı il\ə bağlıqərar qüvvəyə minmədən yanacaqdoldurma məntəqələri benzin satışını dayandırıb.

Hələlik heç bir aidiyyatı qurumdan baş verənlərə münasibət açıqlanmayıb.

Dünyapress TV

Xəbər lenti