310 min manatlıq torpaq maxinasiyası... -
Yasamal rayon bələdiyyəsinin keçmiş sədri Zakir Cəfərov və bələdiyyənin icra aparatı, vergi və ödənişlər şöbəsinin sabiq müdiri Həmid Həmidov barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.

Qaynarinfo-nun məlumatına görə, kassasiya şikayətinin təqsirləndirilən şəxslər verib. Tahir Kazımov iş üzrə hakim təyin edilib.

Zakir Cəfərovla Həmid Həmidov bir müddət əvvəl saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.

İttihama görə, 2007-ci ildən 2020-ci ilə kimi Yasamal bələdiyyəsinin sədri olmuş Zakir Cəfərov vəzifə səlahiyyətlərini aşmaqda və qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol verib. Zakir Cəfərov və qeyriləri birləşərək Qarabağ qazisindən və digər zərərçəkmiş şəxslərdən bələdiyyə mülkiyyətində olan torpaqları dövlət qeydiyyatına asanlıqla alındıra biləcəyinə inandıraraq 310 min manat alıblar.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Zakir Cəfərov 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası şərti hesab edilib. Zakir Cəfərov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Sabiq bələdiyyə sədrinin Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 2a, mənzil 67-də yerləşən əmlakı, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 16-da yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs ləğv edilib və əmlaklar onun sərəncamına verilib.

Həmid Həmidov isə 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun cəzasını çəkdiyi dövrdə yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.
 

Bölmənin digər xəbərləri

11 Dekabr 2024 Elçibəyin Bakıdakı evi talandı - FOTO
10 Dekabr 2024 Biznesmenin evindən yarım milyonluq oğurluq
10 Dekabr 2024 Xəbəri olmadan adına şirkət açılan şəxslər - Onları nə gözləyir?
10 Dekabr 2024 Repetitorluq qadağan olunarsa... - “Ali məktəblər boş qalacaq”
10 Dekabr 2024 Naxçıvanın Nazirlər Kabineti ilə "Tural" şirkəti arasında nə baş verib? - TƏFƏRRÜAT
09 Dekabr 2024 Əcnəbi gəlin və kürəkənlərimizin sayı artır - Beynəlxalq nikah
09 Dekabr 2024 Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri ölüb
08 Dekabr 2024 Moskva ticarət mərkəzində PARTLAYIŞ - Yaralılar var
08 Dekabr 2024 Sumqayıtdakı partlayışla bağlı son vəziyyət açıqlandı
08 Dekabr 2024 İşıqlar sönəndə soyuducunuzun xarab olmaması üçün FAYDALI MƏSLƏHƏTLƏR
07 Dekabr 2024 Qocalar evinə SİLAHLI HÜCUM: Ölənlər Var
07 Dekabr 2024 Övladını 1 milyona satmaq istəyən ata belə saxlanıldı - VİDEO
06 Dekabr 2024 Elgiz Alxanov həbs edildi - TƏCİLİ
06 Dekabr 2024 Bakıya gətirilən taksilərlə bağlı yenilik
06 Dekabr 2024 Bakıda nə qədər insan yaşayır? - DSK 2,3 milyon deyir, ekspert isə...
06 Dekabr 2024 Gölməçəylə əhatə olunmuş internat məktəbi - VİDEO
05 Dekabr 2024 Evi çökən Xətai sakini 46 gündür ailəsi ilə küçədə qalıb, heç bir rəsmi qurum maraqlanmır – PREZİDENTƏ MÜRACİƏT / VİDEO
04 Dekabr 2024 Məktəblərdə növbəti tətillərin vaxtı azaldılacaq? - RƏSMİ
04 Dekabr 2024 Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği…
04 Dekabr 2024 “Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi – VİDEO

Dünyapress TV

Xəbər lenti