Ardını oxu...
Qalmaqallı iş adamı, MDB məkannında ən odioz biznesmenlərdən biri kimi tanınan, “İnterpol”un xətti ilə axtarışa verilən İlqar Hacıyevin sorağı artıq ABŞ-dan gəlir.

Yenicag.az-a daxil olan ilginc videomaterialda artıq bir müddətdir, ABŞ-da məskunlaşan İlqar Hacıyevin xaç suyuna salınma mərasimindən görüntülər əks olunub. Həmin görüntülərdə rusdilli keşiş xristianlığı qəbul edən Hacıyevə “xeyir-dua” verir.

Qeyd edək ki, İlqar Hacıyev uzun müddət Azərbaycanın ən iri tikinti şirkətlərindən biri olan, eyni zamanda, təqribən 10 il ərzində əsas dövlət tenderlərinin qalibi olaraq, nəhəng obyektlərin, avtomobil yollarının, tunellərin və yaşayış massivlərinin inşasını həyata keçirən “Akkord” Şirkətlər Qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

“Akkord” vaxtilə inşaat sektorunda hegemonluq etməklə yanaşı, həm də müxtəlif təyinatlı tikinti materiallarının istehsalı ilə məşğul olub. Bundan başqa, “Akkord”un xüsusi təyinatlı texnika ilə təchiz edilmiş avtoparkı MDB məkanında ən böyük parklardan biri sayılırdı. Şirkət həmçinin Rusiya, Qazaxıstan, Moldova və başqa ölkələrdə də irimiqyaslı tikindi sifarişlərini yerinə yetirib.

“Akkord”un inşa etdiyi Bakı-Quba beton yolu ilə əlaqədar yaranmış səs-küylü qalmaqaldan sonra vergi və başqa dövlət qurumları şirkətdə davamlı yaxlamalar apardılar. Yayılan məlumatlara görə, “Akkord” müqavilə öhdəliklərini yerinə yetirməmək, səhlənkarlıq, vergidən yayınma və digər qanun pozuntularına görə bir bir neçə böyük məbləğdə cərimə də olunmuşdu.

Yaşanan qalmaqallardan sonra postunu itirən İlqar Hacıyev ölkəni tərk etdi. Qeyd olunur ki, o, xaricə getdikdən sonra “Akkord”un Qazaxıstan və Moldovada həyata keçirdiyi tikinti layihələrinə rəhbərlik edib, bir müddət sonra isə Moskvaya köçüb.

Maraqlıdır ki, son illərdə Rusiyada İlqar Hacıyevin adı bir neçə dəfə maliyyə fırıldaqlarında və məhkəmə çəkişmələrində hallanıb. 2019-cu il mayın 19-da isə sdi.international saytında İlqar Hacıyevin adından Rusiya prezidenti Vladimir Putinə müraciət yayımlandı. Hacıyev bu müraciətində Rusiyadakı biznesinin “üçüncü şəxslər tərəfindən” ələ keçirildiyini, həmin adamların arxasında isə milyarder Qod Nisanovun dayandığını iddia edirdi.

Lakin bir qədər sonra məlum oldu ki, Hacıyev artıq neçə aydır, Rusiyanı tərk edərək, Avropada gizlənir. Hacıyevin bu müraciətindən o da məlum oldu ki, 2019-cu il aprelin 24-də Rusiya Daxili İşlər Nazirliyi (DİN) Qərb İnzibati Dairəsinin əməkdaşdaşları “SDİ Group” tikinti şirkətinin (İlqar Hacıyevə məxsusdur) Moskvanın Kutuzov prospektində yerləşən ofisində yoxlama aparıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlama zamanı ofisdəki sənədləri, şirkətin möhürünü və avadanlıqları götürərək, şirkətə məxsus bank hesablarını dondurublar. O vaxtdan bəri şirkətin fəaliyyəti demək olar, tam dayandırılıb.

Hacıyev bildirib ki, o və ailəsi hələ 2019-cu ilin yanvarında Moskvanı tərk edib. O, Putinə müraciətində təhdid edildiyini və həyatı üçün narahatlıq keçirdiyini də vurğulayıb.

 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR), Sədərək rayon sakini Mustafayev Afət Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, torpaq sahəsini suvarmaq üçün su verilmir:

“Mən, Mustafayev Afət Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

28 ildir kənd təsərrufatı ilə məşğulam. Sədərək sakinləri kənd təsərrüfatı ilə dolanır. Lakin əkin sahələrinə su vermirlər. Nasosları gec vururlar. Şaxta olanda su dayanır, sahələr susuz qalır.

Dekabr ayı gəlib, arpalar “su içməyib”. Taxıl əkirəm, onunla dolanıram. Taxıl olmasa, nə edəcəyəm?

Qeyd edim ki, Sədərək rayonunda idarəetmə sıfırdır. Özləri 40 hektar yonca əkəndə olur, biz yonca, taxıl əkəndə bizə su verilmir”.

Redaksiyamıza göndərilən video-görüntünü də təqdim edirik.

 
 
 
Ardını oxu...
“Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin edilib.

"DogruXeber.az" xəbər verir ki, sözügedən vəzifəyə Əli Cəfərov gətirilib.

Əli Cəfərov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq fizikası laboratoriyasının rəhbəridir.

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.
Ardını oxu...
Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

"DogruXeber.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi fiziki şəxs İlyasov Osman Tofiq oğlu olub.

Osman İlyasov İcra Hakimiyyətinə 5 750 manata bir ədəd fotoaparat və avadanlıqlarını (obyektiv, SD kart və s.) satacaq.

Onu da bildirək ki, Osman İlyasov daha əvvəl Şəki Regional Mədəniyyət İdarəsinə 13,5 min manat dəyərində mətbəə məhsulları satıb.
Ardını oxu...
Astarada yeniyetmə intihar edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib.

Belə ki, ötən gecədən axtarılan, 2010-cu il təvəllüdlü Namik Şamil oğlu Həsənovun meyiti həyətdə asılı vəziyyətdə tapılıb.

Nənəsi ilə birgə yaşayan yeniyetmənin intihar səbəbi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında fərqli sahələrdə fəaliyyət göstərən və uğur qazanmış azərbaycanlılar az deyil. Eyni zamanda tibb sahəsində çalışan azərbaycanlı həkimlər bu gün yaşadıqları ölkələrdə nüfuz qazanıblar. Haqqında söhbət açacağımız Londonda fəaliyyət göstərən nüfuzlu həkimlərimiz də Azərbaycanın təbliğatı baxımından önəmli rol oynayırlar.

Doktor Ali Təkin Atalar

Karyerasını Böyük Britaniyada quran ilk azərbaycanlı cərrah kimi tanınır. O, Türkiyədə Cerrahpaşa Tibb Məktəbini bitirdikdən sonra Kral Cərrahlar Kollecinə üzv seçilən ilk azərbaycanlı olmaqla əhəmiyyətli bir mərhələyə imza atıb.
Cərrahiyyə sahəsində əldə etdiyi peşəkar nailiyyətlərdən əlavə, Atalar gözəl övladlar böyüdüb.
Əsl vətənpərvər olan o, diaspor və daha geniş ictimaiyyət arasında Azərbaycan mədəniyyəti və adət-ənənələri haqqında məlumatlılığı və onu qiymətləndirməyi təşviq edən mədəniyyət mərkəzi olan Londonda Azərbaycan Evini açıb.
Cərrahiyyə təcrübəsindən ayrıldıqdan sonra belə, Atalar gənc nəsilləri onların mədəni kimliyi haqqında maarifləndirməklə, Azərbaycan adət-ənənələrinin qorunub saxlanmasının vacibliyini vurğulayaraq mənalı təsirini davam etdirir. Onun töhfələri tibbdən kənara çıxır; o, vətəninə olan ehtirası ilə çoxlarını ruhlandıran mədəniyyət səfiridir.

Doktor Rauf Şahbazov

Dünyanın müxtəlif yerlərində resursları məhdud şəraitdə müxtəlif ixtisaslar üzrə təlim keçmək imtiyazına malik olan transplant cərrahıdır. Səyahəti onu Şərqi və Qərbi Avropa, Yaxın Şərq və ABŞ daxil olmaqla müxtəlif bölgələrdən keçirdi. Bu zəngin təcrübə onun təcrübəsini, xüsusilə robotik cərrahiyyə, hepato-pankreatik-öd cərrahiyyəsi və orqan transplantasiyası sahələrində formalaşdırıb.
İllər sonra Əli Atalar kimi qabaqcılların irsindən ilhamlanaraq Şahbazov Kral Cərrahlar Kollecinin üzvü oldu və daha sonra Amerika Cərrahlar Kollecinin nüfuzlu üzvü adını qazandı.
Hal-hazırda o, Nyu Yorkdakı Albany Tibb Mərkəzində Transplantasiya şöbəsinin müdiri vəzifəsində çalışır, burada innovativ cərrahi təcrübələrə rəhbərlik edir və transplantasiya tibbinin inkişafına töhfə verir. Peşəkar nailiyyətlərindən əlavə, doktor Şahbazov həm xəstələrinə, həm də ailəsinə xidmət və sadiqlik dəyərlərini təcəssüm etdirən sadiq vətənpərvər və qayğıkeş atadır.
O, Azərbaycan Amerika Tibb Assosiasiyasının təsisçisidir.
Onun səyahəti təkcə tibbə olan şəxsi fədakarlığını əks etdirmir, həm də tibb sahəsində gələcək nəsillər üçün ilham mənbəyi kimi xidmət edir.

Doktor İlhamə Cəfərli

Böyük Britaniyada Londonda karyerasında mühüm nailiyyətlər əldə etmiş, cəmiyyətimizdə qürur hissi doğuran ən qabaqcıl Azərbaycan cərrahları sırasında özünü təsdiq edən görkəmli uşaq cərrahıdır.
Karyerası boyunca o, Kral Cərrahlar Kollecinin (MRCS) üzvü , Avropa Uşaq Cərrahları Şurasının (FEBPS) üzvü və Amerika Cərrahlar Kollecinin (FACS) üzvü kimi nüfuzlu ixtisaslar qazanmışdır.
Hal-hazırda Dr.Cəfərli öz təcrübəsini yeddi tibb jurnalının redaksiya heyətinə təqdim edir, eyni zamanda təhsil və tədrislə fəal məşğul olur, gələcək tibb mütəxəssisləri nəslini formalaşdırır. Onun mentorluğa sadiqliyi onun Böyük Britaniyada Qadın Cərrahlar Proqramında Mentorluğu iştirakı ilə nümunə göstərilir.
Kliniki və mentorluq rollarından əlavə, Dr.Cəfərli Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədqiqatlarla dərindən məşğul olur. Onun fəlsəfə doktoru işi əsas diqqətini uşaqlarda anadan gəlmə qüsurların genlərdə olan mutasiyalarla əlaqəsini öyrənir.
Sadiq bir lider kimi o, vətənindən olan peşəkarlar üçün güclü şəbəkəni inkişaf etdirərək, Böyük Britaniyanın tarixində ilk dəfə olaraq tibb və elm sahəsini əhatə edən Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədridir.
Bundan əlavə, o, öz sahəsində liderlik və ilham vermək qabiliyyətini daha da artıraraq, Liderlik və İdarəetmə ali dərəcəsini alıb.
O, sədaqətli ana və qürurlu vətənpərvərdir.

Hurriyyet.az
 

 

Ardını oxu...
Böyük Britaniyada "EuroMillions" lotereyasının adı açıqlanmayan iştirakçısı 177 milyon funt sterlinq (383 milyon manat) udub.

TEREF lent.az-a istinadən bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, naməlum şəxs 7, 11, 25, 31 və 40 uduş kombinasiyası olan çərşənbə axşamı, noyabrın 26-da baş tutan tiraj zamanı multimilyonçu olub.

177 milyon funt sterlinqlik cekpot Böyük Britaniya lotereya tarixində üçüncü ən böyük cekpot olub. Bununla belə, qalibin anonim qalmaq hüququ var.
 
Ardını oxu...
İstanbulda həyata keçirilən 84 kiloqram (70 kq və 14 kq) qızıl külçə əməliyyatı zamanı keçmiş hərbi attaşe köməkçisi, polkovnik-leytenant Qəhrəman Məmmədov (özünü diplomat kimi təqdim etmişdi) və Anar Qasımovdan (saxlanılan zaman vəkil olduğunu deyib) başqa kontrabandanın əsas təşkilatçısı kimi axtarışda olan üçüncü şəxsin də Azərbaycan vətəndaşı olduğu məlum olub. Onun kimliyi hələ bəlli olmasa da İstanbul prokurorluğunda işadamı kimi tövsif olunub. Hazırda xarici ölkələrin birində gizləndiyi güman olunur. Böyük ehtimalla Birləşmiş Ərəb Əmirliklərində qızıl biznesi var.
Görək arxasından kim çıxacaq.
Cavanşir Həsənli
TEREF
 
Ardını oxu...
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 3 il ötür.
2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb.
Şəhid olan hərbçilərin adları:
1. Polkovnik Cavadov Füzuli Əlibram oğlu;
2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. Mayor Həsənov Elmir Mircəlil oğlu;
4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. Mayor Mayılov Emil Şahid oğlu;
6. Mayor Məmmədov Murad Yaşar oğlu;
7. Mayor Əliyev Emil Elman oğlu;
8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. Leytenant Süleymanov Abdulla Telman oğlu;
13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik).
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
 

Dünyapress TV

Xəbər lenti