“Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi – VİDEO
Qalmaqallı iş adamı, MDB məkannında ən odioz biznesmenlərdən biri kimi tanınan, “İnterpol”un xətti ilə axtarışa verilən İlqar Hacıyevin sorağı artıq ABŞ-dan gəlir.

Yenicag.az-a daxil olan ilginc videomaterialda artıq bir müddətdir, ABŞ-da məskunlaşan İlqar Hacıyevin xaç suyuna salınma mərasimindən görüntülər əks olunub. Həmin görüntülərdə rusdilli keşiş xristianlığı qəbul edən Hacıyevə “xeyir-dua” verir.

Qeyd edək ki, İlqar Hacıyev uzun müddət Azərbaycanın ən iri tikinti şirkətlərindən biri olan, eyni zamanda, təqribən 10 il ərzində əsas dövlət tenderlərinin qalibi olaraq, nəhəng obyektlərin, avtomobil yollarının, tunellərin və yaşayış massivlərinin inşasını həyata keçirən “Akkord” Şirkətlər Qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

“Akkord” vaxtilə inşaat sektorunda hegemonluq etməklə yanaşı, həm də müxtəlif təyinatlı tikinti materiallarının istehsalı ilə məşğul olub. Bundan başqa, “Akkord”un xüsusi təyinatlı texnika ilə təchiz edilmiş avtoparkı MDB məkanında ən böyük parklardan biri sayılırdı. Şirkət həmçinin Rusiya, Qazaxıstan, Moldova və başqa ölkələrdə də irimiqyaslı tikindi sifarişlərini yerinə yetirib.

“Akkord”un inşa etdiyi Bakı-Quba beton yolu ilə əlaqədar yaranmış səs-küylü qalmaqaldan sonra vergi və başqa dövlət qurumları şirkətdə davamlı yaxlamalar apardılar. Yayılan məlumatlara görə, “Akkord” müqavilə öhdəliklərini yerinə yetirməmək, səhlənkarlıq, vergidən yayınma və digər qanun pozuntularına görə bir bir neçə böyük məbləğdə cərimə də olunmuşdu.

Yaşanan qalmaqallardan sonra postunu itirən İlqar Hacıyev ölkəni tərk etdi. Qeyd olunur ki, o, xaricə getdikdən sonra “Akkord”un Qazaxıstan və Moldovada həyata keçirdiyi tikinti layihələrinə rəhbərlik edib, bir müddət sonra isə Moskvaya köçüb.

Maraqlıdır ki, son illərdə Rusiyada İlqar Hacıyevin adı bir neçə dəfə maliyyə fırıldaqlarında və məhkəmə çəkişmələrində hallanıb. 2019-cu il mayın 19-da isə sdi.international saytında İlqar Hacıyevin adından Rusiya prezidenti Vladimir Putinə müraciət yayımlandı. Hacıyev bu müraciətində Rusiyadakı biznesinin “üçüncü şəxslər tərəfindən” ələ keçirildiyini, həmin adamların arxasında isə milyarder Qod Nisanovun dayandığını iddia edirdi.

Lakin bir qədər sonra məlum oldu ki, Hacıyev artıq neçə aydır, Rusiyanı tərk edərək, Avropada gizlənir. Hacıyevin bu müraciətindən o da məlum oldu ki, 2019-cu il aprelin 24-də Rusiya Daxili İşlər Nazirliyi (DİN) Qərb İnzibati Dairəsinin əməkdaşdaşları “SDİ Group” tikinti şirkətinin (İlqar Hacıyevə məxsusdur) Moskvanın Kutuzov prospektində yerləşən ofisində yoxlama aparıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlama zamanı ofisdəki sənədləri, şirkətin möhürünü və avadanlıqları götürərək, şirkətə məxsus bank hesablarını dondurublar. O vaxtdan bəri şirkətin fəaliyyəti demək olar, tam dayandırılıb.

Hacıyev bildirib ki, o və ailəsi hələ 2019-cu ilin yanvarında Moskvanı tərk edib. O, Putinə müraciətində təhdid edildiyini və həyatı üçün narahatlıq keçirdiyini də vurğulayıb.

 
 
 

Bölmənin digər xəbərləri

04 Dekabr 2024 Məktəblərdə növbəti tətillərin vaxtı azaldılacaq? - RƏSMİ
04 Dekabr 2024 Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği…
04 Dekabr 2024 “Özləri 40 hektar yonca əkirlər, biz yonca, taxıl əkəndə su verilmir” - NARAZILIQ VAR...
03 Dekabr 2024 Nəbatat Bağına yeni sədr TƏYİN EDİLDİ
03 Dekabr 2024 İcra Hakimiyyəti 5 750 manata fotoaparat alır - DETALLAR
03 Dekabr 2024 14 yaşlı yeniyetmə intihar etdi
03 Dekabr 2024 Bizi dünyada qürurlandıran öncül cərrahlarımızı tanıyaq
02 Dekabr 2024 SARIKAMIŞ DRAMININ EN ACIKLI HİKAYELERİNDEN BİRİSİ : NARGİN ADASI
02 Dekabr 2024 Lotereyadan 177 milyon qazandı
30 Noyabr 2024 İstambulda tutulan 84 kq (70+14) qızılın arxasındakı 3 məchul azərbaycanlı iş adamı kimdir? TƏFƏRRÜAT
30 Noyabr 2024 Qaraheybətdə helikopter qəzasından 3 il ötür
30 Noyabr 2024 DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI!
29 Noyabr 2024 Köçəryana qarşı yeni ittiham irəli sürülüb
29 Noyabr 2024 "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
29 Noyabr 2024 “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB?
28 Noyabr 2024 MSK sədri qadınlara səsləndi: Namizəd olun!
28 Noyabr 2024 Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur?
28 Noyabr 2024 Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “Dua çiçəyi” və “Pul ağacı” da var
27 Noyabr 2024 70 kilo qızılla saxlanılan hərbi attaşe kimin kimidir? - ARAŞDIRMA
27 Noyabr 2024 "Ərim sağ olsa da, onu itirməyə görə təqaüd almışam" - 6,5 milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ

Dünyapress TV

Xəbər lenti