Ardını oxu...
Şəki Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Elçin Mirzəzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elçin Mirzəzadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2023-cü il sentyabrın 30-da İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Ağamalıyevin müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1979-cu il təvəllüdlü Elçin Mirzəzadənin şəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərindən birində kəsici-deşici alətlə Füzuli Ağamalıyevə xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Elçin Mirzəzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Son zamanlar belə cinayyət hadisələrinin kiçik kafelərdə baş verdiyini görürük. Maraqlıdır, buna səbəb nədir?

Məsələ ilə bağlı fikirlərini bölüşən sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu kimi obyektlərdə daha çox kriminal ünsürlər, normal ailə tərbiyyəsi almayan, qanun sevməyən insanlar toplaşır:

''Beləki, həmin yerlərdə limitsiz içkilər verilir. Onların içərisi kimyəvi tərkibli olduğuna görə də insanda güclü aqressiya, qıcıq yaradır. Belə yerlərdə mənəvi dəyərlərin olmadığı hallar, məsələn, qızlara, ofsiant qadınlaraa sataşmalar üstündə davalar baş verir. Nəticə isə faciəvi sonluqla bitir. Doğrudur, iri obyektlərdən fərqli olaraq belə məkanlarda nəzarət yoxdur. Şəhərin mərkəzində yerləşən səviyyəli məkanların yaxınlığında polislər olduğu üçün xoşagəlməz hadisələrə anında müdaxilə edirlər. Lakin gözdən uzaq kiçik kafelərdə nəzarət yoxdur deyə, bu kimi hadisələrin olması qaçınılmazdır. Çünki minlərlə belə obyektə polis nəzarətini davamlı təşkil etmək mümkün deyil. Həmçinin, kafenin də əlavə olaraq nazərətçini işlətməyə imkanı yoxdur. Bu durum artıq cəmiyyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlıdır. Məsələn, keçmişdə də bu tip çayxana və kafelər var idi. Ancaq ölümlə nəticələnən davalar olmurdu. Nadir hallarda yüngül mübahisələr yaranırdı. Çünki həmin vaxtda cəmiyyətdə stress, gərginlik, psixoloji problemlər, narkomaniya bu səviyyədə deyildi. Əslində, bunların hamısında indiki qidaların da rolu var. Hətta, sübut olunub ki, bir çox məhsullar insanda aqressivlik yaradır. Həmçinin, buna işsizlik də təsir edir. Çünki insanlar enerjilərini işdə sərf edirlər. Bu kimi halların qarşısını almaq istəyiriksə, sosial-iqtisadi vəziyyət yaxşılaşdırılmalı, hüquqi-sosial dövlət qurulmalıdır, mənəvi seqreqasiyanın qarşısı alınmalıdır''.
 
 
 

Ardını oxu...

"Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynli 1 sentyabr Milli Məclisə seçkilərdə iştirak etmək niyyətindədir. O namizədliyini 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən irəli sürməyi planlaşdırır”.

Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub. Qeyd olunur ki, Günhan Hüseynli hazırda YAP Nərimanov rayon təşkilatı İdarə heyətinin üzvüdür. YAP isə 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən Babaşov Nizami Babaş oğlunu vahid namizəd kimi irəli sürüb. İddiaya görə, Günhan Hüseynli buna baxmayaraq,qeyd olunan dairədən bitərəf namizəd kimi seçkilərə qatılmaq və qalib gəlmək iddiasındadır. Onun bu qərarının partiya tərəfindən necə qarşılacağı xeyli maraq doğurur.

İddialarla bağlı Editor.az-a danışan Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli məlumatı təkzib edib: "Ümumiyyətlə, belə bir məsələ yoxdur. Günhan Hüseynli hazırda YAP Nərimanov rayon təşkilatı İdarə heyətinin üzvüdür və seçkilərdə iştirak etməyəcək. Biz seçkilərdə YAP-ın vahid namizədini dəstəkləyirik”.

Qeyd edək ki, gənc prorektor Günhan Hüseynli bir müddət əvvəl medianın gündəminə Gürcüstanda kazinoda böyük miqdarda pul uduzması iddiaları ilə gəlmişdi. O zaman da Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli Günhan Hüseylinin Gürcüstanda kazinoda külli miqdarda pul uduzması ilə bağlı iddiaları rədd etmişdi: "Bu məlumatların heç birinin əsası yoxdur. Günhan Hüseynli 2012-ci ildən Bakı Avrasiya Universitetində ümumi işlər üzrə prorektordur. O, bayram günlərində Gürcüstanda olmayıb. Onun nənəsi ötən günlərdə əməliyyat olunub. Dünən bütün günü Günhan müəllim də orada olublar. Yayılan məlumatlar təxribat xarakterlidir”.
Ardını oxu...
Noyabrda Azərbaycanda COP29 (Tərəflər Konfransı) keçirilməsi ilə əlaqədar müəyyən məhdudiyyətlərin tətbiqi nəzərədə tutulur. İnfrastruktur, nəqliyyat, təhlükəsizlik və digər məhdudiyyətlərin tətbiq olunacağı söylənilir.
Teleqraf.com məsələyə Milli Məclisin deputatı Fazil Mustafanın münasibətini öyrənib.
O deyib ki, COP29-da nəqliyyatla bağlı məhdudiyyətlər olacaq: “Müəyyən müəssisələrin fəaliyyəti 10 gün ərzində dayandırıla bilər. Belə məhdudiyyətlər tədbirin daha sakit şəraitdə keçirilməsi, effektiv olması üçün vacibdir. Nəzərdə tutula bilər ki, insanların müəyyən dərəcədə şəhərdən başqa bölgələrə tətilə getməsi kimi stimullaşdırıcı addımlar atılsın. Məqsəd gələn qonaqlar üçün hansısa sıxlıq yaradılmasını önləməkdir. Bu istiqamətlərdə gözləntilərim var. Başqa daha sərt məhdudiyyətlərin olacağını düşünmürəm”.
 
Ardını oxu...
“SOCAR-AQŞ” MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb.

Məhkəmədən prosesin qapalı keçirildiyi bildirilsə də, səbəbi açıqlanmayıb.

Yalnız onu əldə etdik ki, hazırlıq iclasının predmetinə uyğun olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.

Elektron məhkəmə sistemindən görünür ki, iş üzrə baxış iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Ötən ilin iyulunda həbs edilib. İş üzrə “SOCAR-AQŞ”dən başqa, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı da zərərçəkmiş qismində tanınıb.
 

Ardını oxu...
2013-cü ildən bəri Pirallahı rayonunun icra başçısı vəzifəsini tutan Vasif İmanov və onun sevimli oğlu adanı “işğal” edib. JAMAZ.İNFO xəbər verir ki, bunu rayon sakinləri deyirlər. Və bildirirlər ki, İmanovlar rayonda kənar şəxslərin kiçik biznes qurmasına belə imkan vermilər.

Həmin məlumatda deyilir ki, icra başçısının oğlu Zöhrab İmanov rayonda sahibkarlardan qanunsuz pul yığımında adı hallanır. İddia olunur ki, o, istədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. “Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».

Zöhrab İmanovun adı «Əjdakan LTD» MMC məsələsində də hallanır. Yerli mediada yayılan xəbərlərdən belə məlıum olur ki, icra başçısının oğlu şirkətin yerləşdiyi 33 hektar ərazini yerlə yeksan etdirib. Bu azmış kimi, şirkətin inzibati binaları və həyətindəki bahalı ağacları yoxa çıxarıb. Binanın daşları və digər materialları ilə isə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.

JAMAZ.İNFO xəbər verir ki, Pirallahı icra başçısı Vasif İmanovun sərvəti də az deyil. Bununla bağlı aparılan araşdırma zamanı məlum olub ki, sözügedən şəxs kiçik bir adadan milyonlara sahib olub. Şabranın Gilavar kəndindəki 5 milyon manat dəyəri olan villanın mövcudluğu bunu təsdiq edən faktlardan biridir.

Bizneslə də məşğul olan Vasif İmanov öz adına uyğun VAST MMC şirkəti yaradıb. Həmin şirkət isə Pirallahı rayonunda görülən yenidənqurma və təmir işlərinin hamısında iştirak edir. Onun digər şirkəti isə Tariyel adılı qudası ilə birlikdə yaratdığı “Azərsüvinir” MMC–dir.

Onu da bildirək ki, icra başçısı Pirallahıda “Pirallahi Fihs House” və “Balıq Bazarı” adlı restoranların da sahibidir.

Bundan başqa, icra başçısının böyük oğlunun Çexiyada, Polşada və digər ölkələrdə əmlakları olmasına daier məlumatlar var.

Vasif İmanov bu posta qudasının sayəsində sahiblənib. Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır. Qudası, “Azərsu”nun sabiq rəhbəri Qorxmaz Hüseynov sayəsində Pirallahıya icra başçısı təyin olunan İmanov, indi günlərini saymağa başlayıb.

Həm Qorxmaz Hüseynov yoxdur, durumunun da yaxşı olmadığım bildirilir. Həm də İmanovun bəzi əməlləri haqqında mənfi rəyin yaranmasına səbəb olub.
Ardını oxu...
Daxili İşlər Nazirliyi (DİN) vəkil Toğrul Rzayevin peşə fəaliyyətini yerinə yetirərkən polis tərəfindən təzyiqə məruz qalması iddialarına aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib ki, vəkil Toğrul Rzayevin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə şərait yaradılmadığına dair iddiaları şəxsi mülahizələridir.

"Vətəndaş N.İsrəfilov 23.07.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Cavadxan küçəsi 30 ünvanında yerləşən iş otağından ona məxsus qızıl-zinət əşyalarının tanışı Zəkiyev Asif Şükür oğlu tərəfindən oğurlandığını bildirməklə tədbir görülməsini xahiş edib.

Fakta görə Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılaraq A.Zəkiyev şübhəli şəxs qismində tutulub. Elə həmin gün 23.07.2024-cü il tarixdə vəkil Toğrul Rzayev şübhəli şəxs A.Zəkiyevin hüquqlarının müdafiə olunması məqsədi ilə order təqdim edib və ona şübhəli şəxslə konfidensial şəraitdə görüş üçün şərait yaradılıb. Buna baxmayaraq iyulun 25-də A.Zəkiyev ibtidai araşdırmaya qoşulan digər vəkilin iştirakı ilə ərizə ilə müraciət edərək T.Rzayev tərəfindən hüquqlarının müdafiə olunmasından könüllü imtina edib. Buna görə həmin tarixdə vəkil T.Rzayevin cinayət prosesində iştirakına xitam verilib", - Anar Qafarov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, A.Zəkiyevin ifadəsi yerində yoxlanılıb və yaşadığı ünvandan oğurluq yolu ilə ələ keçirdiyi 2 700 manat dəyərində 1 ədəd qızıl üzük, 8.000 manat dəyərində 1 ədəd qızıl qolbağ və 4 500 manat dəyərində 1 ədəd qızıl qol saatı götürülüb:

"İfadənin yerində yoxlanılması zamanı cinayət prosesində iştirakına xitam verilməsinə baxmayaraq vəkil T. Rzayev hadisə yerinə gələrək istintaq hərəkətinin keçirilməsinə qəsdən müdaxilə etməklə maneçilik göstərib.

Qeyd olunub ki, təqsirləndirilən şəxsin ondan imtina etməsinə baxmayaraq T.Rzayev məqsədli şəkildə əsassız olaraq səs-küy salıb, vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verib.

Vəkil T. Rzayevin fəaliyyətinə polis əməkdaşları tərəfindən müdaxilə edilməyib, təqsirləndirilən şəxsin başqa vəkilə müraciəti nəzərə alınaraq o, prosesdən kənarlaşdırılıb".

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
 
Ardını oxu...
“Azərsun Holdinq”dən makaronla bağlı iddialara cavab: Hüquq-mühafizə orqanlarına müraciət ediləcək
“Azərsun Holdinq” “Saville” makaronunun qablaşdırmasında siçanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Şirkətdən İndex.az-a bildirilib ki, makaron məhsulları çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırılıb.

“Bunu nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media orqanlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək” – şirkətin açıqlamasında bildirilir.
Ardını oxu...
 
Ardını oxu...
Misirşünas-alim, arxeoloq, “Discovery” kanalının aparıcısı Rami Romaninin “fironların lənəti”nə dair təsəvvürləri müəllifi olduğu proqram üçün beş il əvvəl aparılan çəkilişlərdən sonra dəyişdi. Həmin il o, Amarna şəhərində ötən əsrdə tapılmış, lakin o vaxtdan bəri qapalı qalan sərdabənin açılmasında iştirak edib. Sərdabəni ilk açanların başına nə gəldiyi məlum deyil, lakin səhəri gün Raminin hərarəti 42 dərəcəyə yüksəlib, onda halüsinasiyalar və qanlı öskürək başlayıb. Həkimlər Raminin vəziyyətinin qəfil niyə bu qədər pisləşdiyini anlaya bilməyiblər və ona antibiotik yazmaqdan başqa çarələri qalmayıb. Gənc arxeoloq həmin dönəmdə sözün əsl mənasında ölümdən dönüb.

“Fironların lənəti”ndən danışanda Romani artıq gülmür. O, müsahibəsində başına gələnləri belə xatırlayır: “Qədim bir məzara girirsən və bloklarla əhatə olunmuş sarkofaq görürsən. Orada yazılıb ki, bu mumiyaya yaxınlaşsan, boğularsan. Məncə, bir çox lənətlər qədim kimya ilə bağlıdır. Misirlilər böyük kimyaçılar və bioloqlar idilər və onlar min illərlə davam edən mumiyalar düzəldiblər”.

Tarixdə “Fironun lənəti” kimi tanınan bu qəribə olay 1923-cü ildən “Tutanhamon” adlanmağa başlayıb. Həmin il fevralın 17-də ingilis arxeoloqları gənc fironun dəfn kamerasını açıblar. Aprelin 5-də qazıntıların baş sponsoru olan lord Karnarvon qəfildən ölüb. Belə ki, 56 yaşlı lordu təraş zamanı ağcaqanad dişləyib, Karnarvon həmin yeri kəsib, infeksiya inkişaf edib və sonra pnevmoniya başlayıb… Sərdabəyə girənlərdən biri olan amerikalı Corc Qould may ayında eyni diaqnozla vəfat edib. Növbəti on il ərzində ən azı 12 ekspedisiya üzvü və ya onlarla əlaqəli insanlar müxtəlif səbəblərdən həyatlarını itiriblər.
Ardını oxu...
FOTO: Lord Karnarvon, qızı Evelin və arxeoloq Hovard Karter Tutanxamonun sərdabəsində

“Tutanhamonun lənəti”ni inkar etməyə çalışan avstraliyalı alim Mark Nelson əsrin əvvəllərində “Mumiyanın lənətinə məruz qalan insanların sağ qalması” adlı əsər çap etdirib. Müəllif Karnarvonun müasiri, Nyu-Yorkdakı “Metropoliten İncəsənət Muzeyi”nin Misir şöbəsinin müdirindən sitat gətirib. Həmin şəxs deyib ki, sərdabənin açılışında 24 nəfər iştirak edirdi, onlardan yalnız altısının öldüyünü bilir.

Misir heroqliflərini ilk oxuyan və dəfn strukturlarındakı yazıları öyrənməyə illərini sərf edən Şampolyon 41 yaşında apopleksiyadan ölüb. Bundan əvvəl o, insult keçirib. Ailəsi onun xəstəliklərini Misirdə yoluxduğu naməlum infeksiya ilə əlaqələndirib. Şampolyonun dostu və həmkarı İppolito Rosellini 43 yaşında malyariyadan ölüb. Qahirə muzeyinin yaradıcısı Auquste Mariette qəribə xəstəlikdən sonra kor olub və 59 yaşında dünyadan köçüb.

Tutanhamonun sərdabəsinin açılışında iştirak edən, lənətin mif olduğunu təbliğ etməkdə günahlandırılan arxeoloq və jurnalist Artur Veyqal 54 yaşında xərçəngdən ölüb. “Arxaik Misir”in müəllifi Valter Emeri sərdabənin içində huşunu itirmiş və iki gün sonra dünyasını dəyişmişdi. Onun ölüm səbəbi kimi, insult göstərilmişdi. Giza abidələri üzərində işləyən Corc Reisner piramidadan yerə yıxılıb və bir daha ayağa qalxa bilməyib. Həmin vaxt bunu zəhərlənmə kimi qələmə veriblər.
Ardını oxu...
Napaleon Sfinksin yanında

Və ən əsası, Napoleonun taleyi. Onun Misirdə Xeops piramidasında gecələdiyi barədə məlumat var. Bonapart öldüyü zaman cəmi 51 yaşı vardı. Ürəkbulanma, qusma, qarın ağrısı, qan laxtalanması və nəticədə mədə xərçəngi diaqnozu…

Statistikaya görə, 505 misirşünas və onlarla olan 119 insan qəfil, çox erkən və ya birmənalı olmayan diaqnozlarla ölüb.

Onlara belə ölümcül şəkildə nə təsir edə bilərdi? Öldürücü göbələklər və mikroorqanizmlər?

Tədqiqatçı Ross Fellouz “Journal of Science Exploration”da bununla bağlı maraqlı bir məqalə dərc edib. Fellouz qədim Misir mətnlərini xatırlayır: “İnsanlara əvəzolunmaz biliklər bəxş edən – əkinçilik, sənət, sənətkarlıq, tanrılara sitayiş öyrədən yaşıl dərili tanrı Osiris ölümdən sonra yenidən dirildi. Əfsanəyə görə, ilk mumiya Osirisin cəsədindən hazırlanıb. Tanrını diriltmək üçün onlar sehrli yeməklərdən istifadə edirdilər. Bu yeməklər “zəfəranlı bişintilər” adlanırdı və görünməz gücə sahib idilər”.

Müəllifi hesab edir ki, zəfəranlı bişintilər uran konsentratıdır. Sehrli yeməyin hazırlanması proseduru və istifadə olunan qurğular müasir uranın zənginləşdirilməsi təcrübələrini xatırladır. Fellouz belə qənaətə gəlir ki, Misir sivilizasiyasının baniləri nüvə texnologiyasından istifadə edirdilər. Nüvə texnologiyası olan yerdə isə radioaktiv tullantılar var.

Tədqiqatçı yenə də miflərə diqqət çəkir: “Osirisin göyə yüksəlməsindən sonra onun “zəhərli ifrazatı” və ya “zərərli ruhlar” yerin altında gizli qalmışdır”. Mastabalar on metrlərlə dərinlikdə şaxtalar tikilib, sarkofaqlar isə dibinə endirilib. Ancaq freskalar misirlilərin hələ heç kimin cənazəsinin qoyulmadığı mastabada, çoxlu sayda daş qablarda dəfn edildiyini göstərir. Arxeoloqlar bu qabların məlhəm və ya pivə ilə doldurulduğunu güman edirdilər. Lakin onlar sonradan gips, kül, kir izləri tapdılar. Sonra bu sirli qabların təxminən 40 min dənəsi Osiris ibadətinin əsas mərkəzlərindən biri olan Abidosdan müasir Qahirə yaxınlığındakı nekropol olan Sakkaraya aparıldı.

Ross Fellouz yazır ki, qablar Misir piramidalarının ən qədimi olan “Coser piramidası”nın altında yenidən basdırıldı. Abidosda isə naməlum xəstəlikdən dünyasını dəyişən adi misirlilərin on minlərlə məzarı var idi. Ölənlərin əksəriyyəti yaşı 25-dən az olan gənclər idi.

Misir sardabələrində radiasiya səviyyəsinin yüksək olması məlum faktdır. Bu, təbii olaraq yerin süxurlarından çıxan radon qazı (uranın parçalanması nəticəsində əmələ gəlir) ilə əlaqələndirilir. Yaxşı havalandırma olmasa bu qaz sağlamlığa zərər verə, hətta ağciyər xərçənginə səbəb ola bilər.


1999-cu ildə “Nyu Scientist” jurnalı “Fironlar özlərindən sonra radioaktiv lənəti miras qoyublar” adlı icmal dərc edir. Müəllif Kanadanın Ontario şəhərindəki universitetdən bir alim və Qahirə Atom Enerjisi İdarəsindən olan həmkarları tərəfindən aparılan araşdırmaya istinad edir. Saqqaradakı “Sehemhet piramidası”nda radon konsentrasiyasının səviyyəsi hər kubmetrə 5809 bekerel, yaxınlıqdakı Serapeumun yeraltı tunellərində 1202 bekerelə çatıb. Müqayisə üçün deyək ki, yaşayış binasında 400 bq/kub qeydə alınarsa, o, mütləq sökülməlidir.

Bir sıra ekspertlər əmindirlər ki, bu cür göstəriciləri yer qabığından radonun təbii şəkildə buraxılması ilə əlaqələndirmək olmaz. Haradasa başqa radiasiya mənbələri də gizlənir. Yeri gəlmişkən, müasir Misirdə xərçəng xəstəliyi çox yüksəkdir. Ancaq qədim misirlilərdə də bu göstərici aşağı deyildi. Yaxşı, yekun qənaət nədir? Osiris və arvadı İsida nüvə raket mühərrikini işə salıblar? Qullar da uran mədənlərində ölüblər? Yaxud Napoleon piramidada yatmasaydı, 51 yox, 101 yaşında öləcəkdi? ABŞ-ın ən böyük əczaçılıq şirkətinin toksikoloqu Ross Fellouz məsələni təxminən buna gətirib çıxarır. Bəs, sonuncu dəfə Tutanhamonun sərdabəsinə kim baş çəkib, bu qədər radon hara uçur? Cavab yoxdur…

Arxeoloq Rami Romani Misir abidələrinin 90 faizinin hələ də qumun altında qalıb aşkarlanmadığını deyir. Lord Karnarvon dövrümüzdə yaşasaydı, bəlkə də yeni bir araşdırma üçün sponsorluq edərdi. Təbii ki, Misir hakimiyyəti buna razı olmazdı. Turistləri radiasiya ilə niyə qorxutsunlar ki?

Azpost.info
 
 
 
Ardını oxu...
Daşkəsəndə qadın baltalanıb.

Hadisə rayonun ucqar kəndinlərinin qeydə alınıb.

Belə ki 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətini ağır olduğu bildirilib.

Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlin qaçıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Göyçay rayonu Ərəbcəbirli kənd sakini Xasıyev Sadəddin Nizam oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:
"Üzləşdiyimiz problemin aradan qalıdırlması üçün Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Natiq Ağayevə dəfələrlə müraciət etsəkdə heç bir tədbir görmək istəmir.Həttda bir dəfə icra başçısı ərazidə olub baxış keçirib yaranmış acınacaqlı mənzərəni gözləri ilə görmüşdür.
Belə ki, bizim yaşadığımız küçənin yoluna bir neçə il bundan əvvəl yəhudilər öz vəsaitləri hesabına asfalt çəkdirdilər.Çünki bizim küçənin sonunda yəhudi qəbirstanlığ var. Bundan az sonra su çəkilməsi adı ilə Su-kanal İdarəsi orada qazıntı ilşəri aparıb yolu tamamilə dağıdıb bərbad vəziyyətə saldılar. Həmçinin yaxınlıqda olan dərəyə görə yağan yağışın suları məni və qonşuların həyətinə dolur küçə tamam lilə-palçığa bürünür deyə hərəkət etmək olmur.Bununla bağlı dəfələrlə icra başçısı Natiq Ağayevin qəbulunda olmuşuq müraciətlər etmişik hər dəfə problemin həll ediləcəyinə söz versədə heç bir tədbir görməyib.Kənd icra nümayəndliyi və bələdiyyəsi isə vəsaitlərinin olmadığını bildirirlər".



Narazı vətəndaşın dia-az.info-ya daxil olan müraciətində daha sonra deyilir: "Hazırda yağan yağışlar mənim, qonşuların həyətinə və evlərin altına dolub deyə uçma təhlükəsi ilə üz-üzə qalmışıq.Həyat və sağlamlığımız ciddi təhlükə altındadır.
Bizim kənddə yəhudilər əvvəllər yaşayıblar orada onların qəbirstanlıqları var. Ancaq uzun illərdi yəhudilər Göyçayda yaşmırlar. Buna baxmayaraq onlar bir neçə il əvvəl Göyçaya gəlib qəbirstanlıqlarının yoluna asfalt çəkdiriblər. Bizim vəzifəli məmurlarımız isə həmin yolu dağıdıb pis günə qoyublar.Azərbaycan tolerant ölkə olsada Göyçayda vəzifəli şəxslər buna əməl etmirlər.
Mən Prezident cənab İlham Əliyevdən xahiş edirəm şikayətimi yerində araşdırıb təcili tədbirlər görülməsinə tapşırıq verəsiniz...."
 

Dünyapress TV

Xəbər lenti