Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq Hüseyn oğlu İbrahimovu vəzifəsindən azad edib.
T.İbrahimovun vəzifədən azad olunması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusən də Ağdaş sakinləri onun vəzifədən azad edilməsinə sevindiklərini gizlətməyiblər.
Tribunainfo.az Bakupost.az-a istinadən xəbər verir ki, T.Hüseynovun Ağdaşdakı fəaliyyəti ilə bağlı qısa bir araşdırma aparılıb. Məlum olub ki, o, vəzifədə işlədiyi müddətdə xeyli obyekt və mülklər əldə edib.
Rayon sakinlərinin mətbuata ünvanladıqları şikayət məktublarından belə məlum olur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan T.Hüseynov əksər kəndlərdə torpaq sahələrinə əl qoyub. Kəndlərin örüş yerlərini zəbt edərək qanunsuz olaraq əkin işləri apartdırıb.
T.Hüseynovun vəzifədə işlədiyi dövrdə əldə etdiyi obyektlərin siyahısı ilə belədir:
– Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı;
– Şor Dəhnə kəndində 31 hektar meyvə bağı;
– Şəmsabad kəndində 200 hektar yonca sahəsi;
– Tofiqi kəndində 250 hetar arpa sahəsi, balıq vətəgələri;
– Mürsəl kəndində 200 hektar çəltik sahəsi;
– Türyançayın Ağdaş ərazisindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası;
– Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı;
– Rayonun mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd yük maşını;
– Ağdaş şəhərində 2 yerdə möhtəşəm villa;
– Bakı şəhərində 21 yerdə villa və mənzillər;
– Qəbələ rayonunda 3 villa, 1 şadlıq evi, 3 restoran, 1 yanacaqdoldurma məntəqəsi, 2 istirahət güşəsi, 100 hektarlıq fındıq bağları,
– Londonda övladlarının adına sənədləşdirilmiş mülklər;
– Türkiyədə otel, villa və mənzillər…
T.Hüseynovun icra başçısı olduğu müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərə də gün verib, işıq vermədiyi deyilir. Sabiq icra başçısının onlara aylıq haqq qoyduğu iddia edilir.
Onun biznesini isə bələdiyyələr, idarə müdirləri və icra nümayəndələrinin idarə etdiyi bildirilir.
Qeyd edək ki, Tofiq İbrahimov 2004-2010-cu il illərdə Qəbələ, 2010-2012-ci illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
 
 
 

Bakı şəhərinin mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb qeyri-adekvat "şou" göstərən sərnişin ətrafdakı insanların narahatlığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
 Belə ki, şəhərin mərkəzində "Ford Tranzit" markalı 07-BH-637 dövlət nömrə nişanlı mikroavtobusda hərəkət zamanı sərnişin nəqliyyat vasitəsinin qapısını açaraq əlindəki "silah"ı sağa-sola tuşlayıb. Onun hansı səbəbdən belə bir hərəkət etdiyi və əlindəki "silah"ın həqiqi, yaxud oyuncaq olduğu məlum deyil. Əzizə İsmayılova
Ardını oxu...
Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə (Bolqarıstan )qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib: "Məğlub olmuşuq. O demək deyil ki hər şey bitib. Səfərdə daha səliqəli oynamaq lazımdır. "Ludoqorets"in keyfiyyətli oyunçuları var. Öz komandamı da zəif saymıram. İndi rəqibi daha yaxından tanıdıq".

Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasındakı cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.
Ardını oxu...
Bakıda qanunsuz parklanma yerlərini təşkil edən şəxslər müəyyən olunaraq tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN)məlumat verilib. Bildirilib ki, qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində 216 nöqtədə həyata keçirilən monitorinqlər və profilaktik tədbirlər zamanı bu qeyri-qanuni hallara yol verən 159 şəxs müəyyən olunaraq saxlanılıblar. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbirlər görülüb.

Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib ki, qanunsuz parklanma xidmətinin göstərilməsi ilə bağlı indiyyə qədər hər hansısa bir inzibati məsuliyyət yox idi:

“Qanunsuz parklanma xidmətinin göstərilməsi, qanunsuz parklanma yerinin təşkili və digər məsələlərə görə əvvəllər “parkovşiklər”i cərimə etmək olmurdu. Maksimum 80 manat qanunsuz küçə ticarətinə görə cərimə etmək olurdu. Ancaq hazırda sözügedən şəxslərlə bağlı çox ciddi şəkildə mübarizə aparılır. Belə ki, qanunsuz parklanma yerinin təşkilinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilirlər”.

Onun sözlərinə görə, qanunsuz parklanma yerinin təşkilinə görə cərimələnmə üsülü özünü tam doğrulda bilməyəcək:

“Qanunsuz fəaliyyət göstərən “parkovşiklər”lə bağlı nə qədər mübarizə aparılsa da, onun sayının azalmasına zəmin yaratsa da, ancaq ümümilikdə sayının tamamən azaldılmasına nail olmaq qeyri-mümkündür. Buna səbəb qanunsuz fəaliyyət göstərən “parkovşiklər”ə qarşı polis və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əməkdaşları nisbətən humanist davranmağa çalışmasıdır.

Buna görə də qanunsuz parklanma yerinin təşkil edənlərin kökünü kəsmək çox çətin məsələdir”.

Ekspert qeyd edib ki, bəzi “parkovşiklər” sarı jiletdən istifadə etmirlər:

“Qanunsuz parklanma yeri təşkil edən şəxslərə qarşı ciddi reydlər keçirildiyindən, onlar müxtəlif üsüllardan istifadə etməklə yenidən fəaliyyət göstərməyə çalışırlar. Belə ki, əvvəllər “parkovşiklər”in əlində qırmızı çubuq və sarı jilet var idisə, hazırda sıradan mülki şəxs geymində fəaliyyət göstərməyə çalışırlar. Ancaq bildirim ki, bu üsülla belə onlar fəaliyyət göstərə bilməyəcəklər. Çünki qanunlar sərtləşir. Hətta təkrar belə hallar baş verərsə, o zaman inzibati qaydada həbs qəti imkan tədbiri belə seçilə bilər”.

(cebheinfo)
 
Ardını oxu...
"İndiyə qədər 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Bundan əlavə MSK sədri bugünki iclasda parlament seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınan partiya nümayəndələrinin sayını açıqlayıb.

"İndiyə qədər 24 partiyanın 287 nümayəndəsinin namizədliyi qeydə alınıb", o qeyd edib.

Pənahovun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 27 ölkə və 9 qurumdan 101 beynəlxalq müşahidəçi qeydə alınıb.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar ümumilikdə 18 467 yerli müşahidəçi qeydə alınıb. Onlardan 5588 müşahidəçi MSK-da, 12879 DSK-larda qeydə alınıb.

Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
 
 
 
Ardını oxu...
Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Artıq namizəd olmaq istəyənlərin müraciəti üçün nəzərdə tutulan müddət başa çatıb.

Gələn həftədən ölkədə seçkiqabağı təşviqat başlayır. Qanunvericilikdə seçkiqabağı təşviqata səsvermə gününə 23 gün qalmış icazə verilir. Seçkidən bir gün əvvəl və seçki günü isə təbliğat-təşviqat aparılması qadağandır.

Amma qeydə alınmış namizədlər içərisində Seçki Məcəlləsinin tələblərini pozaraq, vaxtından əvvəl təbliğat işlərinə başlayanlar var. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da xəbərdarlıq edib.

O bildirib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamalı deyillər: “Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”.

Belə olan halda qanunu pozan namizədləri hansı cəza tədbirləri gözləyir? Onların namizədliyi ləğv oluna bilərmi?

Modern.az-ın məlumatına görə, cəza tədbirləri qanun pozuntusunun növündən asılı olaraq dəyişə bilər.

Təşviqat qaydalarının pozulması hər bir hala uyğun özünəməxsus cəza tədbiri ilə nəticələnə bilər. Namizəd bilmədən hansısa qanun pozuntusuna yol verdikdə Dairə Seçki Komissiyası ona xəbərdarlıq edə bilər.

Amma həmin namizəd və ya onun səlahiyyətli nümayəndələri pozuntulara əhəmiyyət verməyib yenidən davam edirsə, DSK onun namizədliyinin ləğvinə belə qərar verə bilər.

Qanunu pozan namizədlər cinayət məsuliyyətinə belə cəlb oluna bilər.

Təşviqat Konstitusiya və digər qanunvericilikdə, həmçinin Seçki Məcəlləsində göstərilən qanun pozuntularını özündə əhatə edirsə, yəni zorakılığa, hər hansı dini, cinsi, irqi ayrıseçkiliyə yol verirsə, bu cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər.
 
Ardını oxu...
Naxçıvanda fəaliyyət göstərən bütün xəstəxanalarda tibb işçilərinin maaşı kəsilir. Buna səbəb Hesablama Palatasının yerli Səhiyyə Nazirliyində milyonlarla manat yeyinti aşkarlamasıdır. Yəni, nazirlik üzə çıxan yeyintinin yerini işçilərin maaşı ilə doldurmaq istəyir. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup tibb işçisi məlumat verib.
Təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasının həkimlərindən biri deyir ki, göstəriş nazirlikdən gəldiyindən heç yerə şikayət edə bilmirlər:
“Maaşları kəsilməsini Hesablama Palatasının üstünə atırlar. Güya palata deyib ki, bizə yazılan mükafat və bayram pulları qanuni deyil. Biz buna inanmırıq. Bu necə ola bilər? Azərbaycanın hər yerində bütün işçilərə mükafat və bayram pulları yazılır. Hesablama Palatası bunu niyə qeyri-qanuni hesab etsin. Bizdə olan məlumata görə, palata başqa qanunsuz yeyintilər üzə çıxarıb, həm də milyonlarla manat dəyərində. Həmin pulun yerini doldurmaq üçün tibb heyətinin maaşından kəsəcəklər. Aidiyyəti qurumlara müraciət edirik, onlardan tələb edirik ki, bu qanunsuzluq dayandırılsın”.
Naxçıvan MR Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən D.M. (ad şərtidir) da maaşların kəsilməsindən narazıdır:
“Biz kasıb adamlarıq. Onsuz da artıq saatlar işlətməklə bizi istismar edirlər. İndi də kimsə milyonlar yeyib deyə, bizim maaşımız kəsilir. Bu qədər haqsızlıq olmaz axı, biz də insanıq. İlk dəfə olaraq, bu ildən bizə mükafat və bayram pulu verməyə başlamışdılar, onu da burnumuzdan gətirdilər. Cəmi 400 manat maaş alıram, onu 120 manatı kəsiləcək. Bu pul neçə ay kəsiləcək ki, yeyintinin yeri dolsun, bilmirik. Naxıvandakı tibb işçilərinə qarşı bu haqsızlıqlar nə vaxt bitəcək?”
 
Ardını oxu...
"Bu vaxtı keçmiş cirələri (mənşəyi də bəlli deyil!) "Bazar store" NİYƏ satışdan çıxarmır?!" Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əfəndi Abdullrəhim adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra əlavə edir: "Üstündə güclə görüləcək şəkildə 13.07.22 istehsal tarixi yazılıb, saxlama müddəti 18 ay...

Belə çıxır ki 13.01.24 tarixində bu məhsulun vaxtı bitib.

Hazırda 05.08.24-dür!!! Piştaxtalarda niyə vaxtı keçmiş məhsullar var?!"

Ardını oxu...
 
Ardını oxu...
Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədov öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Qaradağ Rayon Prokurorluğunun məlumatında deyilir.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
 
Ardını oxu...
Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.

Yaralıların olduğu ehtimal edilir.

Həmin görüntüləri təqdim edirik:

Dünyapress TV

Xəbər lenti