Ardını oxu...
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) Yaşıllaşdırma İdarəsi yenə də yaşıllıqların salınması ilə bağlı tender elan edib.

Qaynarinfo xəbər verir ki, bu dəfə də tenderin qalibi "Saffari Plus" MMC seçilib. Şirkətin qiymət təklifi 294 292 manat olub.

"Saffari Plus" MMC cari ilin avqust ayının 12-də də Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin eyni tenderi üzrə qalib seçilmişdi. Şirkətin həmin tender üzrə qiymət təklifi 293 230 manat olmuşdu.

Ötən il isə "Sffari Plus" MMC Sumqayıt MKTİB-nin 3 tenderinin qalibi seçilib. Bu tenderlər də yaşıllıqların salınması ilə bağlı elan edib. Satınalma müqavilələrin ümumi maliyyə dəyəri 855 382 manatdır.

"Sffari Plus" MMC 26 yanvar 2023-cü ildə vergi qeydiyyatına alınıb. Aydın olur ki, şirkət bir neçə ay sonra tenderlərdə iştirak etməyə başlayıb və əsasən Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi seçilib. Bu da şirkətlə bağlı müəyyən şübhələrə yol açır.

"Saffari Plus" MMC-nin qanuni təmsilçisi Zeynalova Nuranə Şahin qızıdır. Araşdırmalarımız zamanı məlum olub ki, o, həm də "4 MM Aqro" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də "Saffari Plus" MMC ilə eyni gündə vergi qeydiyyatına alınıb.

Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında adıçəkilən şirkətlərin hüquqi ünvanı qeyd edilməyib.

Açıq mənbələrdə "Saffari Plus" MMC və "4 MM Aqro" MMC barəsində heç bir məlumata rast gəlinmir. Nuranə Zeynalova haqqında hər hansı məlumat yoxdur. Bu isə şirkətlərin sadəcə tender əməliyyatları üçün yaradıldığını, Nuranə Zeynalovanın isə təmsilçiliyinin formal olduğuna aair şübhələri artırır.

Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, Qaqçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənovun qardaşıdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı isə Zakir Fərəcovdur.


Ardını oxu...
Yevlaxda əməliyyat zamanı 14 yaşlı yeniyetmə qız həyatını itirib.

Hadisə rayon xəstəxanasında baş verib.

2010-cu il təvəllüdlü Nərminə Vüsal qızı Kazımova cərrahi əməliyyat zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Unikal)
 

Ardını oxu...
Məlum olduğu kimi, bu gün sosial şəbəkələrdə "Sədərək"də Ticarət Mərkəzində şəhid ailəsi olduğunu bildirən bir qrup şəxsin guya girov götürülməsi ilə bağlı video yayıldı və geniş müzakirələrə səbəb oldu. Videoda Sədərək TM rəhbərliyinin də adlarının çəkilməsi isə məsələni medianın da gündəminə daşıdı. Ardınca Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayaraq videoda səsləndirilən iddiaların əsassız olduğunu bildirdi.

Bəs əslində, "Sədərək"də nə baş verir? Necə olub ki, bu görüntülər ortaya çıxıb? Mübahisə tərəfi kimlərdir?
Bütün bu suallara “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Sitat.info-ya açıqlamasında ayındlıq gətirib.

Ardını oxu...


Ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.


 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

Yenicag.az-ın əldə etdii məlumata görə, məcburi qiymət artımı edən internet provayderləri bölgələrdə infrastruktur işlərinə aylar əvvəldən başlayıb.

Belə ki, çox bölgədə vətəndaşlar digər provayderlərlə müqavilə əsasında ödəniş edərək internet xətti çəkdirib və münasib qiymətə internetə çıxış əldə ediblər. Qiymət artımı ilə bağlı heç bir açıqlama verilməmişdən aylar əvvəl isə “Aztelekom” başda olmaqla, digər provayderlər yeni xətlərin çəkilişinə başlayıblar. Vətəndaşlara isə onların istifadə etdiyi provayderlərin bölgədən çəkiləcəyi, xətlərin ləğv olunacağı bildirilib.

Maraqlısı isə budur ki, məsul şəxslər insanlara müqavilə bağladıqları provayderlə müqaviləni ləğv etməyi təklif ediblər. Bir çox insan “15 manat ödəyirəm, 3 manat artıq ödəyə bilərəm” düşüncəsi ilə müqaviləsini ləğv edib sözügedən şirkətlərlə yeni müqavilə bağlayıb. Bir neçə ay sonra isə internet qiymətləri artırılıb.

Müxtəlif bölgələrdən gələn bənzər şikayətlər bunun provayderlər tərəfindən düşünülərək həyata keçirildiyini sübut edir.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.
 
Ardını oxu...
"Azay Quliyev Əli Həsənovun Azərbaycan parlamentində sonuncu nümayəndəsidir. O qədər yaxın olublar ki, Azay Quliyevin rəhbərlik etdiyi QHT Şurası illərlə Əli Həsənovun ailəsinə məxsus ofisdə (Fikrət Əmirov küçəsi 1) yerləşib və ona milyonlarla pul ödəyib.

Bunu 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Mustafa Hacıbəyli bildirib.

Onun sözlərinə görə, 8 saylı dairədə Azay Quliyevin zərrə qədər nüfuzu yoxdur: "İmza toplayarkən seçicilər mənə "Əvvəlki deputatın bir dəfə də üzünü görmədik, siz də beləmi olacaqsınız?" - deyə, sual verirdilər. Sentyabrın 1-də Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək".

Bu və digər iddialarla bağlı Azay Quliyevin mövqeyini dərc etməyə hazırıq.

Xatırlatma: Bir neçə gün öncə, A.Quliyevə məxsus olduğu bildirilən Bakıdakı villa ilə bağlı onun köməkçisi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik. Bildirildi ki, hazırda seçkiqabağı təşviqatla məşğuldurlar. \\Pravda.az
 
Ardını oxu...
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonrakı dövrdə elə bir seçki, mühüm beynəlxalq tədbir olmayıb ki, Qərbin müdaxiləsi şəraitində keçməsin. Yaxın tarixi səthi təftiş etmək kifayətdir ki, ölkəmizdə formalaşdırılmış və xaricdən idarə olunan şəbəkələrin pozuculuq fəaliyyəti, qarşıdurma yaratmaq, sabitliyi pozmaq cəhdləri özünü büruzə verməsin.

Siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media, müstəqil kimi qələmə verilən ekspertlər ölkəmizdə baş verən az və ya çox əhəmiyyətli məsələləri hədəfə götürərək beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanı mümkün qədər qara rəngdə göstərmək üçün sıraya düzülüblər. Özlərini müxalifətin liderləri kimi qələmə verən şəxslərin ermənipərəst konqressmenlərin Azərbaycana qarşı odlu-alovlu nitqlərini ayaq üstə alqışlamasından tutmuş beynəlxalq tədbirlərdə ölkəmizə total müharibə elan edən hüquq müdafiəçilərinə, cəmiyyətimizdə baş verən istənilən hadisəni siyasiləşdirməyə çalışan jurnalistlərə qədər hər şeyi görə-görə gəlmişik.

Bu gün biz 1990-cı illərin Azərbaycanında yaşamırıq və o dövrün reallıqları da artıq tarixçilərin ixtiyarına buraxılmış bir mərhələdir. Dövlətimizə meydan oxuya biləcək xəyanətkar siyasətçilər, vətəndaş cəmiyyətini dövlətlə üz-üzə qoymağa çalışan QHT-lər, qələmini milli maraqlarımıza qarşı çevirən mirzələr dövrü artıq geridə qalıb. Çünki dövlətimiz ayaq üstədir, öz sözünü demək, mövqeyini müdafiə etmək iqtidarındadır. Qərbdən, Şimaldan, Cənubdan idarə olunan və dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilən şəbəkələr dağıdılıb. Qərbin Azərbaycanda sonuncu böyük şəbəkəsi bu ilin əvvəlində ifşa olundu, onun maliyyə təminatı dayandırıldı, bu prosesdə iştirak edən şəxslər həbs edildi. Bu şəbəkənin əsas avanqardı qismində Abzas Media, Toplum TV və III Respublika platforması artıq məntiqi sonluqları ilə üzləşsələr də, onların xaricdə reanimasiyası istiqamətində iş aparılır. Ümumilikdə, xaricdə reanimasiya prosesi təkcə adları çəkilən media və qurumları əhatə etmir, daha geniş və əhatəli xarakter daşıyır.

Artıq mediada gedən çoxsaylı məlumatlartdan da göründüyü kimi, Qərb dairələri parlament seçkiləri dövründə Azərbaycanda vəziyyəti qarışdırmaq üçün bütün vasitələrdən istifadə edirlər və son desant qüvvələrini cəbhəyə atırlar. Bir tərəfdən BMT-nin İnsan Hüquqları Şurası ABŞ başda olmaqla Qərbin təzyiqi ilə seçki öncəsi istintaqda olan bir sıra şəxslərin hüquqları məsələsini qaldırıb. Digər tərəfdən son günlər Qərb diplomatlarının Azərbaycanın müxalifəti ilə təmasları artıb. Eləcə də Balkan ölkələrində Azərbaycan gənclərindən ibarət xüsusi qruplar formalaşdırılır, onlara təlimlər keçirilir və yaxın zamanlarda bu qrupların müxtəlif yollarla ölkəmizə göndərilməsi planlaşdırılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maraq kəsb edən daha bir məqam Qərbin anti-Azərbaycan şəbəkəsinin tərkib hissəsi olaraq keçmiş diplomatların da aktiv şəkildə prosesə cəlb edilməsidir. Emin İbrahimov adlı keçmiş diplomat məişət zəminində baş vermiş cinayət əməli nəticəsində istintaqa cəlb edilib və istintaq prosesində onun dövlətin əleyhinə fəaliyyət göstərməsinə dair ciddi faktlar ortaya çıxıb.

Açıq mənbələrdə olan məlumata görə, Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. 2012-2016-cı illərdə ABŞ-dakı səfirliyimizdə, 2016-2019-cu illərdə isə Uruqvaydakı diplomatik nümayəndəliyimizdə çalışıb. Ermənilərin ciddi kök saldığı və işğal dövründə Qarabağda hava limanının tikintisini həyata keçirmiş erməni milyarder Ernest Ernukyanın vətəni olan Uruqvayda diplomat kimi işləmiş Emin İbrahimov 2020-ci ilin martında Azərbaycanda siyasi sisteminə etiraz edərək işdən çıxıb.

Həmin dövrdə E.İbrahimovun fəaliyyəti ilə bağlı başlanmış araşdırmalar nəticəsində onun bəzi əməlləri, xüsusilə Uruqvayda olan Qərb xüsusi xidmət orqanlarının rezidenturası ilə təmasları ciddi şübhə doğurub. E.İbrahimov 4 il ərzində Bakıda heç yerdə işləməyib, xüsusi xidmət orqanlarının dili ilə desək “gizli hüceyrə” kimi fəaliyyət göstərib və daha çox sosial media üzərindən ictimai dəstək toplamağa çalışıb. Onunla bağlı əsas hədəf isə parlament seçkiləri və COP29 olub. Əldə edilmiş dəlillər onu deməyə əsas verir ki, E.İbrahimov məhz bu dövrdə fəallaşmalı və radikal addımlar atmağa başlamalıydı.

Araşdırmalar onu da göstərir ki, E.İbrahimov tək olmayıb, onun fəaliyyətini və addımlarını gücləndirmək üçün başqa keçmiş diplomat da bu yaxınlarda Azərbaycana göndərilib. Həmin şəxsin adı bizə bəllidir, lakin hazırda rəsmi təsdiq olmadığına görə açıqlamırıq. 2015-ci ildə Rumınıyada işləyən zaman bu şəxsin Qərbin xüsusi xidmət orqanları ilə şübhəli əlaqələri müəyyən edilib və buna görə də o, XİN sistemindən xaric edilib. Həmin şəxs diplomatik xidmətdə olan zaman səfirliyin bütün diplomatik yazışmalarını açıq mənbələrə tam şəkildə sızdırmışdı. Ölkə xaricində fəaliyyəti müddətində yüksək peşəkarlıq və kibertəhlükəsizlik qaydalarına riayət edərək ingilis dilində Azeri Herald internet resursu yaradıb və məqsədli şəkildə ölkəmizin daxili və xarici siyasətini hədəfə alıb. Mütəxəssislərin fikrincə, bu cür təhlükəsizlik parametrləri olan internet resursunun yaradılması hətta ən öncül kibertəhlükəsizlik şirkətlərinin imkanları xaricindədir. Onun Xarici İşlər Nazirliyi sistemində hazırda işləyən şəxslərlə vahid şəbəkə formasında əlaqələri müəyyən olunub.

Göründüyü kimi Qərbin xüsusi xidmət orqanları tərəfindən “verbovka” olunmuş keçmiş diplomatlar vardır ki, onların parlament seçkiləri və COP29 öncəsi ölkəmizə qarşı ciddi təxribatlar həyata keçirilməsi hədəflənibmiş. Demək olar ki, bu da Qərbin formalaşdırdığı anti-Azərbaycan şəbəkəsinin bir qoludur desək, yəqin ki yanılmarıq.

Əldə olunan məlumatlara görə, bu, “hekayənin” sonu deyil. Yaxın zamanlarda yeni faktların ortaya çıxacağı və yeni xəbərlərin olacağı istisna edilmir.
 
Ardını oxu...
Türkiyənin Van bölgəsində Burukilər nəslinin möhtəşəm toy mərasimi keçirilib.
İş adamı Gökhan Bayramoğlunun qardaşı Özgür Bayramoğlu iş adamı Abidin Anteroğlunun qızı Elif Anteroğlu ilə ailə qurub.
7 min adamın qatıldığı toyda 100-ə yaxın xırdabuynuzlu heyvan kəsilib. Mərasimdə aşirət liderləri, QHT rəhbərləri, iş adamları iştirak edib.
Toyda bəyə 12 milyon lirə ( təxminən 605 min manat) nağd pul, gəlinə isə 3 kilo qızıl verilib. 15 nəfər süfrəyə qoyulan pulları sayıb. Toy mərasiminin sonunda açıqlama verən ağsaqqallar Yasin Ertaş və Yunus Dəmirəl toyda iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.

/Publika.az
Ardını oxu...
 
Ardını oxu...
Bakıda yararsız vəziyyətə düşmüş kağız pul əskinasları zibilliyə atılıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkdə paylaşılıb.

Kadrlarda, zibil qutsunun içində 1 və 50 matatlıq əskinasların yararsız vəziyyətdə olduğu görülür.

Pulların zibilliyə kimlər tərəfindən atıldığı və ya saxta olub-olmaması isə məlum deyil.

Həmin kadrları təqdim edirik:

 
 
 
Ardını oxu...
97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov seçki kampaniyası çərçivəsində pirlərdən birini ziyarət edib.

Tribunainfo.az xəbər verir ki, deputatlığa namizədin piri ziyarət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun seçicilərlə görüşməli olduğu vurğulanıb. Amma görünür ki, Anar Məmmədov mandat üçün seçicilərdən səs istəmək əvəzinə, pirdə dua edir. Bildirək ki, dairədə namizədlərin sayı 6 nəfər olsa da, əsas mübarizə 3 namizəd arasında gedir. Bu dairədən namizədlərdən üçü – Tərtər şəhər İcra Nümayəndəsinin işçisi Gülşən Əlizadə, işsiz Şahpələng Əzimli və Kəlbəcərin 94 saylı məktəbinin direktoru Tapdıq Həsənov sadəcə, say çoxluğu üçün ortalıqda vardırlar. Realda isə onların nə səs toplamaq, nə də seçki təşviqatı aparmaq gücü var. Elə bu səbəbdəndir ki, 97 saylı seçki dairəsində üç əsas namizəd arasında “savaş” gedir. Belə ki, Şəhriyar Məcidzadə, Anar Məmmədov və Qələndər Muxtarlı arasında mübarizə elə təbliğatdan da məlumdur.

Anar Məmmədovun rəqibləri arasında Məcidzadə məşhur batalyon komandiri, Tərtərin müdafiəsini təşkil edən mərhum Sərdar Həmidovun oğludur. Digər şəxs Bozqurdlar Partiyasının qurucularından olan Qələndər Muxtarlıdır.
 
 
 
Ardını oxu...
Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov deputatlığa namizədliyini irəli sürməklə yenidən siyasətə qayıtmağa çalışır.

H.Əsədov hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. O, bu vəzifəyə 2019-cu ilin aprelində təyin edilib.

Əsədov rektor vəzifəsinə təyin edilənə qədər beş il (2013-2018) kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Etimadı doğrultmadığından o, 2018-ci ilin aprelində nazir vəzifədən azad edilməklə siyasətdən uzaqlaşdırılıb.
H.Əsədovun yenidən siyasətə qayıtmaq istəyi maraqlıdır. Əsədovun hökumətdə vaxtilə yüksək vəzifələr tutan şəxslərlə qohumluq əlaqəsi olub. Həmin şəxslər də işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən uzaqlaşdırılıblar.

H.Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovla və uzun müddət Dövlət Gömrük Komitəsinin sədr müavini olmuş Əsgər Abdullayevlə (2006-2022) qudadır.

Bunlardan başqa Əsədovun əmək və əhalinin sosial müadafiəsi naziri işləmiş Səlim Müslümovla kirvə olduğu da bildirilir. Əsədovun qohumluq əlaqəsində olduğu bütün yüksək vəzifəli şəxslər “pensiya”ya göndərilib. Elə H.Əsədovun özü də yüksək vəzifəyə layiq olmadığından nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Əsədov və yaxınlarının mühüm dövlət vəzifələrindən uzaqlaşdırılmasının əsas səbəbi onların adının ciddi korrupsiya əməllərində çəkilməsi, eləcə də övladlarının özlərini dövlət adamının adına yaraşmayan şəkildə aparması olub.

H.Əsədovun iki oğlu və bir qızı var. Əsədovun oğulları dəbdəbəli həyat sürmələrinə görə dəfələrlə gündəmə gəliblər. Keçmiş kənd təsərrüfatı nazirinin kiçik oğlu Asif Əsədzadənin sorağı İngiltərədən gəlirdi. Nazir oğlu atasının hesabına İngiltərədə çoxlu mülklərə, bahalı avtomobillərə sahib olmaqla özünü ərəb şeyxləri kimi aparırdı. Xarici media vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı (90 HO 505) bahalı avtomobillə (“Porşe”) şütüməsindən yazırdı.

Əsədovun digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir. H.Əsədov hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən böyük oğlu Beşiktaş, Seba Kompleksi “Selenium-Twins” B BL.D.244 ünvanında mülk almışdı.V.Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva "VAGU (VAGU - VAqif və GUnay) Turizm Sanayi ve Ticaret Limited Şirketi"ni 2012-ci il fevralın 1-də İstanbul Ticarət Müdirliyində öncə 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə qaldırılıb. Bu məbləğ lirənin o zamankı kursu ilə 650 min dollar idi.

Əsədovun oğulları ilə yanaşı qızı da dəbdəbəli həyat yaşayır.

Qızının həyat yoldaşı keçmiş nəqliyyat naziri Z.Məmmədovun oğlu Anar Məmmədovdur. A.Məmmədovu Azərbaycan ictimaiyyətinə xüsusi təqdim etməyə ehtiyac yoxdur. O, atasının nazir işlədiyi dövrdə Azərbaycanda populyar idi və demək olar ki, onun adı gündəmdən düşmürdü. İctimaiyyət Anar Məmmədovun bir milyon manat qarşılığında Qəbələdə ayı kəsdirməsini isə yəqin ki, heç bir zaman unutmayacaq.

H.Əsədovla kirvə olduğu deyilən S.Müslümov da “bacarıqlı” korrupsionerlərdən olub. S.Müslümovun korrupsiya və maliyyə fırıldaqçılığına görə ayrı-ayrı vaxtlarda 2 dəfə həbsə düşməsi də onun hansı vərdişlərə sahib olduğunu göstərir.

Korrupsioner ətrafı olan Əsədov deputat olarsa, yenidən siyasətə qayıtmış olacaq. Görünür, keçmiş kənd təsərrüfatı naziri Ucarda fermerliklə məşğul olan qudası, sabiq nəqliyyat naziri Z.Məmmədovla məsləhətləşmələr apardıqdan sonra siyasətə qayıtmaq qərarına gəlib.

Sfera.az
 

Dünyapress TV

Xəbər lenti