Ardını oxu...
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi seçki rəqabətinin ən gərgin keçdiyi dairələrdən biridir.

Editor.az xəbər verir ki, dairədə bu bölgəni 30 ildir təmsil edən İmamverdi İsmayılovun əsas rəqibi tanınmış jurnalist- blogger İntiqam Valehoğludur. Müşahidələr göstərir ki, tanınmış jurnalistin apardığı təbliğat 30 illik deputatın işini çətinə salıb. Jurnalistin sosial şəbəkələr üzərindən apardığı yayımlara qoşulan çox sayda bölgə seçicisi bu dairədən 25 ildir mandat daşıyan İmamverdi İsmayılovun ötən illər ərzində heç bir ciddi fəaliyyətlə yadda qalmadığını, mandatdan yalnız öz biznesini genişləndirmək üçün istifadə etdiyini bildirirlər. Seçicilər qeyd edirlər ki, onlar İmamverdi İsmayılovun yadına yalnız seçkidən-seçkiyə düşürlər. Bildirilir ki, artıq seçicilər 25 ildir bu dairəni təmsil edən İmamverdi İsmayılovun növbəti dəfə deputat seçilməsinə qəti şəkildə etiraz edirlər və artıq həmin şəxsin onları millət vəkili kimi təmsil etməsini istəmirlər.

Ardını oxu...

Qeyd olunur ki, deputatlığa namizəd İntiqam Valehoğlunun namizədliyi bölgə seçiciləri arasında böyük rəğbətlə qarşılanıb və sosial şəbəkələr üzərindən seçicilər ona böyük dəstəyini ifadə edirlər.
 
Ardını oxu...
Jurnalist, sabiq deputat Etibar Hüseynovun bir neçə gündür Bakı Sağlamlıq Mərkəzində müalicə alan qardaşı Rüstəm Hüseynov hazırda komadadır.

Artıq onun yaşaması üçün ümid qalmadığından, ailəsi xəstənin süni tənəffüs aparatından ayrılmasını və cənazəsinin təhvil verilməsini istəyir.
Cənazə maşını ilə Bakı Sağlamlıq Mərkəzinə gələn ailəyə klinikadan rədd cavabı verilib.

Hazırda xəstəxanada olan ailə üzvləri bu barədə Sitat.info-ya danışıblar.

Bildiriblər ki, mərkəzə müraciət edərkən xəstənin vəziyyəti ağır olub. 1 saylı Kliniki Tibbi Mərkəz xəstəni qəbul etməsə də, Bakı Sağlamlıq Mərkəzi qəbul edib, müalicəsini üzərinə götürüb.

Qeyd edək ki, R. Hüseynova qara ciyərində tromb diaqnozu qoyulub, müalicə nəticəsində isə bağırsaq çürüməsi meydana gəlib.

Xəstəni xilas etmək mümkün olmayıb və son nəticədə süni tənəffüs aparatına qoşulub.

Hazırda Bakı Sağlamlıq Mərkəzi prosesi uzatmaga çalışır.

Ailədən bildirilib ki, Bakı Sağlamlıq Mərkəzi bunu ölümün burada qeydə alınmaması üçün edir.

Hər nə qədər qəribə səslənsə də, klinika ölüm statistikasının artmamasına çalışır. Bu səbəbdən də heç bir həyat əlaməti qalmayan xəstəni süni tənəffüs aparatından ayırmaqdan imtina edirlər.

Ailə isə bir klinikadan alınan cənazənin başqa bir xəstəxanada qəbul edilməyəcəyini bildirir.

Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verilmədi.

Məğrur Salmanov,

Sitat.info
 
Ardını oxu...
Statistikalar göstərir ki, okeanların cəmi 5%-i öyrənilib. Təəssüf ki, bu ecazkar aləmin kəşfinə və öyrənilməsinə kifayət qədər vaxt və maliyyə ayrılmır.

Hansısa təsadüf və ya həvəskar alimlərin araşdırmaları nəticəsində əldə olunan yeni məlumatlar insanı hər dəfə valeh edir.

Meksika körfəzi deyəndə ağlımıza ilk oraya tonlarla neftin axıdılması və həyatın canlılar üçün iflic edilməsi təsəvvürü gəlir. Üstəlik bu sızma dəfələrlə baş verib və tarixin ən iri həcmli neft sızması hesab olunub. Uğursuz və uzun-uzadı cəhdlərdən sonra ABŞ hökuməti guya, 2010-cu ildə sızmanı dayandırıldığını iddia etsə də, 2012-ci il araşdırması sızmanın hələ də davam etdiyini göstərir.

Körfəzin bəlası təkcə oraya milyonlarla barel neft sızması ilə bağlı deyil. Sən demə, suyun dərinliklərində başqa bir ölümcül “qatil” də yatırmış.

2014-cü ildə körfəzdə araşdırma aparan alimlər qəribə bir mənzərənin şahidi olublar. Körfəzin təxminən min metr dərinliyindən aşağıda yerləşən, dərinliyi 3,5 olan və hövzəsi 30 metr səthi əhatə edən kiçik bir göl kəşf olunub. Lakin qeyd olunan ərazidə nədənsə bircə canlıya da rast gəlməyiblər. Araşdırmalar zamanı bəlli olub ki, qeyd olunan ərazidə çox kiçik mikroorqanizmlər yaşayırlar. Müxtəlif versiyalar irəli sürülsə də, axırda kəşf olunan “sualtı göl”ün duzluluq faizinin ölçülməsi qərara alınır. Bəlli olur ki, “sualtı qatil”in duzluluq dərəcəsi o qədər yüksəkdir ki, nəinki canlılara yaşamağa imkan vermir, hətta hövzəyə daxil olan canlılar üçün də ölüm saçır.

Elm dünyasına səs salan bu hövzəyə “Ölüm cakkuzisi” adı verilir. Dəfələrlə su heyvanlarının sakitcə daxil olduqları bu “cakkuzi”də saniyələr içində məhv olduqları müşahidə olunub.

Bu kəşf kosmosda başqa qalaktikalarda həyat axtarışında olan alimlərin diqqətini çəkib. İki ildən sonra böyük maliyyələr hesabına “qatil göl”ə robotla dalış həyata keçirilib. Göndərilən robot həm ərazinin xəritəsini tərtib etməli, həm də araşdırmalar edib məlumatlar göndərməli idi. Robot bütün missiyaları uğurla həyata keçirib və olduqca qiymətli məlumatlar göndərib.

“Ölüm cakkuzisi”nin kəşfi Templ Universitetinin bioloqu Erik Kardesin adına yazılır. Kardes hövzə ilə bağlı təəssüratlarını bölüşərkən bunları deyib: “Ora okeanın altında bir göl və çay kimidir. Oranı görəndə sanki bu dünyaya aid olmayan bir yer deyilmiş kimi hiss edirsən”.

Kardes bu ölümcül hövzədə mikroorqanizmlərin yaşama sirrini də izah edir. O, bunu yüksək duzluluq faizinə və oksigenə az adaptasiya ilə izah edir.

Canlıların adaptasiya xüsusiyyəti məhz bu “ölüm cakkuzisi”ndə kəşf olunur və gələcəkdə belə çətin şəraiti olan planetlərdə də həyat axtarmaq üçün bir stimul yaradır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmaması) maddəsi ilə ittiham edilir.


İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Babək Pənaov iş üzrə hakim təyin edilib.
487-ci maddədə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə nəzərdə tutulur.
 
Ardını oxu...
Seçki kampaniyasının başlamasından cəmi bir neçə gün keçib, lakin bir qəribəliyin şahidi olmuşam. Məlum olub ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.

Tribunainfo.az xəbər verir ki, bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd memat Elçin Əliyev bildirib. O qeyd edib ki, iki məntəqədə də seçki onun rəqibi, “Bakı Tikiş Evi”nin sahibi Fidail Rəhimovun oğlu Elnur Rəhimovun ailəsinə məxsus mülklətdə keçiriləcək:

“Mənim kimi Elnur Fidail oğlu Rəhimov da 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürür. Çox yaxşı. O, atası Fidail Rəhimovun sahibi olduğu “Bakı Tikiş Evində” maliyyə üzrə direktor müavini vəzifəsində çalışır. Çox yaxşı və Allah onlara rifah və daha böyük sifarişlər versin. Lakin məni çaşdıran odur ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.
Təsəvvür edirsiniz?! İki məntəqədə seçkilər namizədin ailəsinə aid mülkiyyətdə keçiriləcək!
Amma narahat olmayın, dostlar və diqqət yetirin – mən yenə də qazanacağam”.
 
 
 
Ardını oxu...
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli Xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma davam etdirilir.
 
Ardını oxu...
Maştağa ərazisini gəzərkən gördüm ki, bu ərazinin illərdir həll olmayan problemləri çoxdur. Sakinlərlə söhbət zamanı məlum oldu ki, illərlə yığılıb qalan sosial məsələlər-işsizlik, yol, işıq, qaz, su, kanalizasiya problemləri Maştağanın əzəli çətinliklərinə çevrilib. Maştağanın bəzi yerində həyat şəraiti heç də ürəkaçan deyil. Sakinlərin çoxu quyu suyundan istifadə edir. Bakının bir çox kəndləri kimi Maştağanın da böyük bir hissəsində kanalizasiya xətti yoxdur. Kəndin bəzi yerində ötən əsrin 50-60-ci illərində çəkilən xətlər isə çoxdan sıradan çıxıb. Kəndin mərkəzində yollar asfalt olsa da, qıraq məhəllələrin küçələri bərbad vəziyyətdədir.

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Aslan Həmidli bildirib.
Ardını oxu...
O qeyd edib ki, ərazinin deputatı hazırda Eldar Quliyevdir: “Eldar Quliyevi Azərbaycan cəmiyyətinə tanıtmağa zənnimizcə ehtiyac yoxdur. Quliyevi deputatdan çox Azərbaycan Kooperasiya Universitetinin rektoru olaraq tanıyırlar. Bilirsiniz, Eldar Quliyevin daha çox tanınmasına bir səbəb də, Fransada gördüyü fahişələrdir. Görün Maştağa, Savalan və Bilgəh sakinlərinin vəkili kimdir. Görün onlara vəkillik kim edir. Eldar Quliyevin artıq 73 yaşı var. 2000-ci ildən bəri parlamentdə oturan və seçiciləri üçün heç bir xidmət göstərə bilməyən bir deputat bundan sonra millətə, seçicilərinə nə xidmət edə bilərki?!”
 
 
 
Ardını oxu...
Avqustun 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

TEREF Modern.az-a istinadən xəbər verir ki, əvvəlcə Komissiyanın avqustun 8-də keçirilən iclasının protokolu təsdiq edilib. Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda avqustun 9-dan start götürən seçkiqabağı təşviqatla bağlı proseslərin gedişi, təşviqat subyektləri üçün yaradılmış hərtərəfli geniş imkanlar və Mərkəzi Seçki Komissiyası tərəfindən ardıcıl, sistemli şəkildə reallaşdırılan layihələr diqqətə çatdırılıb, deputatlığa namizədlər və müşahidəçilərə dair statistik göstəricilər elan olunub, həmçinin cari məsələlərə baxılıb.
 
Ardını oxu...
51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olan sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun bu seçimlərdə önü açıq buraxılıb və rahatlıqla parlamentə üzvlük mandatı əldə edəcək.
Tribunainfo.az xəbər verir ki, onun rəqibləri fəhlə, işsiz, işıqçı kimi statuslara malik şəxslərdir.
Bəzi namizədlər isə neft-qaz idarələrinin sıravi işçiləridir. Siyahı ilə MSK-nın saytında tanış olmaq mümkündür.
 

Dünyapress TV

Xəbər lenti