Ardını oxu...
Gədəbəy rayonu, Qari kənd sakini Qayıbov Natiq Siyaş oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, həyat yoldaşını aldadaraq, “DOST” İş Mərkəzindən çıxarıblar:

“Mən, Qayıbov Natiq Siyaş oğlu, yazaraq sizdən xahiş edirəm ki, səsimi lazımi yerlərə çatdırasınız.

1993-1996-cı illərdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Ayaqlarımı həmin vaxt soyuq zədələyib, hazırda 1-ci qrup əlilliyim var. Aldığım təqaüd iynə-dərmanımı ödəmir.

Həyat yoldaşım Qayıbova Zərqələm Esnaf qızı “DOST” İş Mərkəzində abadlıq işinə baxırdı. Gərgər kənd icra nümayəndəsi ona deyib ki, iyun ayının 28-də sənin işinə xitam veriləcək. Beləliklə, öz ərizəsi ilə yoldaşım qanunsuz yerə işdən çıxarıldı.

3 qız övladım var, dolanmaq çox çətindir. Kənd icra nümayəndəsi bildirir ki, “DOST” İş Mərkəzi tezliklə bağlanacaq. Amma yalan deyir, bağlanmayacaq. Mənim yoldaşımı aldadıb, öz ərizəsi ilə işdən çıxardılar.

Mən, sizin sayt vasitəsilə “DOST” İş Mərkəzinin rəhbərliyindən xahiş edirəm, yoldaşım yenidən işə götürülsün”.
Ardını oxu...
Paytaxt Bakıda fəaliyyət göstərən iş adamanın bahalı “Land Rover Defender” markalı avtomobilini Naxçıvanda əlindən alıb “həbs ediblər”.

Bu barədə TNS-ə özəl mənbədən məlumat daxil olub.

Məlumata görə, avtomobili Naxçıvanda yüksək vəzifəli şəxs istifadə edir.

Təhlükəsizliyini təmin etmək məqsədilə iş adamının adını hələlik açıqlamırıq.

Sahibkar avtomobilinin geri qaytarılması üçün Naxçıvan rəhbərliyinə müraciət etsə də, nəticəsi olmayıb.

TNS həmin avtomobilin Naxçıvanda hansı vəzifəli şəxs tərəfindən iş adamının əlindən alındığını öyrənib.

Ancaq hələlik həmin vəzifəli şəxsin də adını açıqlamırıq. Mənbə deyir ki, iş admını külli miqdarda ziyana salan, avtomobilini alindən alan vəzifəli şəxsə Naxçıvan əhalisi arasında “canişin” deyirlər.

Hesab edirik ki, bu, çox ciddi məsələdir. Muxtar respublika rəhbərliyi, hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır. Redaksiyaya göndərilən faktları, həmin şəxslərin kimliyini aid dövlət orqanlarına təqim edə bilərik.

Həmin vəzifəli şəxslə bağlı redaksiyaya şok məlumatlar göndərilib. Bir sıra dəqiqləşdirmələrdən sonra onun əməllərini, qısa zaman ərzində əldə etdiyi mülklərin siyahısını ictimaiyyətə açıqlayacağıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
“Bravo”da çalışan kassirlərdən biri müştərinin “Umico” hesabından gizli bonus çəkərək özünə alış-veriş edib.

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət ünvanlayan Sinəm Qəhrəmanlı adlı müştəri hadisənin “İnşaatçılar” metrostansiyası, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən “Bravo”da baş verdiyini bildirib.

“6 iyun saat 20:04 radələrində “Bravo”nun “İnşaatçılar” metrostansiyası, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən filialından su aldım və ödənişi kartla etdim. Həmin an “Umico” kartı təqdim etdikdə mənə kassadakı oğlan dedi ki, xanım, aparat işləmir, mümkünsə kodu yazın. Bonusu adətən tətbiq üzərindən yüklədirəm, ilk dəfə belə alındı. Razılaşdım. Oğlan yüklədi, ödəniş edib çıxdım. Bonus da yükləndi. 7 iyun tarixində isə baxdım ki, bonusdan 17 azn 37 qəpik xərclənib. Zəng edib “Umico” əməkdaşı ilə danışdım. Dedilər ki, 7 iyun gecə saatlarında alış-veriş edilib. Təkzib etdim və elə 7 iyun günü “Bravo”ya yaxınlaşdım. Mənə menecer nə desə yaxşıdır? “Xanım, kassir kodu yadında saxlayıb və sizdən sonra bonusla ödəniş edib. 17 manat 40 qəpik biz sizə kompensasiya edərik”. Neçə ildir, istifadə etdiyim kart bloklanıb. Hirs, əsəb məni bürüyüb, amma bunlar üçün bunu açıqlamaq bu qədər rahatdır? Heç kəsə güvənməyək indi? Təsəvvür edin, kassir özünə içkilər, siqaret, hətta çərəz və çipslər alıb. Adamda rahatlığa bax. Və “Bravo” bunun qarşılığında xüsusi heç nə etmədi. Mənə 17 manat, 30+5+2 qəpik xərclənən pulu verdilər. Nə üzr istəyən oldu nə də heç nə. Mənə qalan əsəb və illərdir istifadə etdiyim kartın bloklanmağı oldu. Heçkəsə etibar etməyin kartlarınızı dostlar.Deməyim budur ki, siz siz olun, “Umico” istifadəçiləri, belə hal ilə rastlaşmamaq üçün kartı etibar etməyin!”, – S.Qəhrəmanlı deyib.

Müştərinin şikayətinə “Bravo” Müştəri Xidmətləri tərəfindən belə mövqe bildirilib:

““Bravo”da qarşılaşdığınız xoşagəlməz hal üçün sizdən üzr istəyirik. Sizə şəxsi mesajlarda müraciət olunmuşdur. Xahiş edirik, nəzər yetirəsiniz…”
 
Ardını oxu...
Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Ardını oxu...
Dövlət Ekoloji Ekpertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin aparıcı mütəxəssisi Hicran Babayeva adından

Bakı şəhəri, Tofiq Abbasov, 40 ünvanında qurumuş ağacın vətəndaşın avtomobilinin üzərinə aşması hadisəsi ilə bağlı təəssüf hissi keçririr və bildiririk ki, adıçəkilən ünvandan qurumuş ağacın götürülməsi ilə bağlı Agentliyimizə hər hansı müraciət daxil olmamışdır.
“Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə - yəni müvafiq olaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməlidir. Onlar da öz növbəsində rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidirlər. Nazirliyin müvafiq əməkdaşları tərəfindən sözügedən ağaclara baxış keçirilir və onların götürülməsinə müsbət rəy verildikdə mərkəzi, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən müvafiq qərar və yaşıllığın götürülməsi vərəqi əsasında ağacların götürülməsi həyata keçirilir. Buna götürülən hər bir ağacın əvəzinə dərhal yenisinin əkilməsi şərti ilə icazə verilir.
Ağacların budanması üçün isə rəy alınmasına ehtiyac yoxdur. Belə ki, torpaq mülkiyyətçiləri mütəmadi olaraq ərazilərində ağacların vəziyyətini yoxlamalı, yaşıllığa zərər vurmamaq şərti ilə aqro-texniki qulluq göstərməli, gövdə ətrafı bərkitmə işləri aparmalı, eyni zamanda qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağac və kolların götürülməsinə rəy alınması üçün isə Agentliyə müraciət etməlidirlər. Çünki ağac 1 həftəyə, 1 aya qurumur, odur ki, mütəmadi aqrotexniki qulluq göstərilməsi sayəsində həm yaşıllıqların ömrünü uzatmaq, həm də onları təhlükəsiz vəziyyətə gətirmək olar.
TEREF
 

Ardını oxu...
1 Sentyabr- Parlament seçkilərinə sayılı günlər qalır.

Qanunverici orqanımıza keçirilən bu seçkilər ilk dəfə ölkənin bütün inzibati ərazi vahidlərini əhatə edir.

Bu seçkilərin özəlliklərindən biri də həm də millətin qəhrəmanı olan igid hərbçilərimizin indi də millətin vəkili olmaq istəkləridir.

Seçkilərdə iştirak edən namizədlər arasında torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid hərbçilərimizin adı xüsusi yer tutur.

Bu cəsur zabitlərdən biri, Qusardan deputatlığa namizəd olan Rəşad Aslanovdur.

Vətən Müharibəsində Şuşa şəhərinə daxil olub Azərbaycan bayrağını qürurla sancan bu igid zabitimizin adı xalqımızın yaddaşında əbədi olaraq qalacaq.

Qarabağ ordenli Rəşad Aslanov 44 Günlük Vətən müharibəsində həm də öz sağlamlığını itirib.

Onun qəhrəmanlığı haqqında Şuşanın azad olunmasından sonra eşitdik, lakin seçkilərə qatılması Rəşad Aslanovun şərəfli keçmişini də bizə tanıtdı.

Rəşad Aslanovun həyatı vətənə olan sadiqliyin və humanizm dəyərlərinin ən ali nümunəsidir.

Müstəqilliyimizin ilk illərində Türkiyənin Orta Doğu Universitetinə qəbul qazanan Rəşad Aslanov xaricdə təhsil şansından imtina edərək, Bakı Ali Hərbi Məktəbini seçib.

Kursant olduğu dövrdən öz intizamı və xidmətə bağlılığı ilə seçilib.

Bu, mərhum Heydər Əliyevin də diqqətindən qaçmayıb və Rəşad Aslanovun uğurlarını şəxsən təqdir edib, ona qırmızı diplom və dövlət bayrağını şəxsən təqdim edib.

Ardını oxu...

44 Günlük Vətən Müharibəsinə Naxçıvandan qoşulan Rəşad Aslanov, Şuşa kimi alınması qeyri-mümkün kimi görünən bir qalaya hücum edən hərbçilərdən olub. Həyatının ən xoşbəxt anını Şuşaya bayrağımızı sancmaqla yaşayan Rəşad, bu gün də xalqın böyük dəstəyini qazanır.

Ardını oxu...

Lakin bu böyük dəstəyi qısqanclıqla qarşılayanlar da var. YAP-dan olan rəqibi Azər Badamov, Rəşad Aslanovun gözlənilən qələbəsi qarşısında maneələr yaratmağa çalışır.

Lakin Azər Badamovun bu cür hərəkətləri onun öz nüfuzunu zədələyir və xalqın gözü qarşısında onun siyasi mədəniyyətinə xələl gətirir.

Qusarlılar da bunu görür. Azər Badamovun deputat kimi fəaliyyətsizliyi isə qusarlıları çoxdan ondan üz döndərib.

İna görə də bu məqamda Azər Badamov üçün daha doğru bir addım- Raşad Aslanovun vətənə xidməti qarşısında namizədliyini geri götürmək və bu cəsur zabitin qələbəsini qəbul etmək olardı. Bu addım həm humanist dəyərlərə sadiqliyi, həm də xalqın iradəsinə hörməti əks etdirərdi.

Ardını oxu...

Raşad Aslanov isə bu cür maneələrə önəm vermir və öz yoluna inamla davam edir. Şuşaya bayraq sancmağa gedərkən necə əmin idisə, parlamentə də o əminliklə gedir. Xalqın bu cəsur qəhrəmanına dəstək olacağına heç bir şübhə yoxdur.

Gununsesi.info
Ardını oxu...
Piyadaların səhlənkarlığı səbəbindən baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücüyə dəyən ziyanın ödənilməməsi müzakirə mövzusu olub.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə sözügedən məsələyə münasibət bildirən müzakirə iştirakçılarının əksəriyyəti yol-nəqliyyat hadisəsi baş verən istənilən halda sürücünün ziyanlı çıxmasını qanundakı boşluq və ədalətsizlik kimi qiymətləndiriblər.

"Piyada yolun ona aid olmayan hissəsində qəfildən özünü yolun hərəkət hissəsinə atırsa, nə üçün sürücü günahkar hesab edilməli və üstəlik avtomobilinə dəyən ziyana görə də əlavə xərcə düşməlidir?" - deyə istifadəçilərdən biri yazıb.

Maraqlıdır, əgər piyadavurma hadisəsi məhz piyadanın diqqətsizliyi səbəbindən baş veribsə, sürücü hadisə nəticəsində avtomobilinə dəyən ziyanı piyadadan tələb edə bilərmi?

Tanınmış hüquqşünas Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, sürücü ona dəymiş ziyanı piyadadan tələb edə bilər.

"Burada ziyan vuranın kim olmasının heç bir fərqi yoxdur. Kim kimə zərər vurursa və zərər vurarkən haqsız olubsa, təbii ki, vurduğu zərərin dəyərini digər tərəfə ödəməlidir.

Bəli, bu, bir az qeyri-adi görünə bilər, amma piyada da avtomobilə zərər vura bilər.

Əgər piyada qanunsuz yerdən yol keçib və nəticədə sürücüyə ziyan vurubsa, əlbəttə ki, məhkəmə yolu ilə ondan dəyən ziyan tələb oluna bilər.

Bir şərtlə ki, sürücü məhkəmədə həqiqətən onun avtomobilinə həmin piyadanın ziyan vurduğunu sübut edə bilsin. Yəni sürücü məhkəmədə hadisənin baş verməsini, avtomobilə dəyən zərərin ölçülməsini (zərəri ekspert qiymətləndirməlidir) və ən əsası, hadisə ilə zərərin arasındakı əlaqəni sübut etməlidir.

Sübut olunmalıdır ki, doğrudan da, həmin zərər məhz həmin hadisə zamanı və məhz həmin şəxs tərəfindən vurulub. Belə olan halda dəyən zərəri piyadadan tələb etməkdə heç bir problem yoxdur", - deyə hüquqşünas vurğulayıb.
Ardını oxu...
Amerikalı milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask bildirib ki, Pavel Durovdan fərqli olaraq, "Meta" korporasiyasının təsisçisi Mark Zukerberqin həbs olunmaq təhlükəsi yoxdur.

Oxu.Az xəbər verir ki, İlon Mask bu barədə mətbuata açıqlamasında qeyd edib.

O vurğulayıb ki, Pavel Durovdan fərqli olaraq, Mark Zukerberq söz azadlığını məhdudlaşdırır və hökumətlərə istifadəçilərin məlumatlarına məxfi giriş imkanı yaradır.

İlon Mask hesab edir ki, bütün bu məqamlar M. Zukerberqin Pavel Durovun taleyini yaşamayacağına əsas verir.
 
Ardını oxu...
İmişli rayonu Aranlı kəndi Yusif Sadatxanov adına 1 saylı məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva TV Musavat-ın redaksiyasına gələrək, şikayətlənib.

O, 2023 və 2024-cü illərdə keçirilən müəllimlərin sertifikasiya imtahanları zamanı saxtakarlığa yol verildiyini iddia edib.

Onu da xatırladaq ki, ölkədə 4 mindən çox müəllim sertifikasiya imtahanında keçid balını toplaya bilməyib. Həmin müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.

Leyla Nəcəfquliyevanın ittihamları ilə bağlı Elm və Təhsil Nazirliyi açıqlama verib.

 

Ardını oxu...
Sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. 125 dairədə 1000-dən çox namizəd deputat mandatı uğrunda mübarizə aparır. İddialılar arasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri ilə yanaşı, müxalifəti və bitərəfləri təmsil edən namizədlər də var.

Ötən seçkilərə olduğu kimi, bu dəfə də YAP-çı namizədlərin təxminən üçdə ikisi mandatsız qalacaq. Həmin şəxslərin bəzilərinin adları artıq məlumdur.

“Yeni Sabah” sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament sçekilərində qələbə şansı olmayan YAP-çı namizədlərdən bir neçəsinin adını dəqiqləşdirə bilib. Məlum olub ki, hakim partiyanın 10 saylı Binəqədi üçüncü seçki dairəsindəki namizədi Hümbət Hüseynovun qanunverici orqanda təmsil olunmaq şansı çox aşağıdır. Bu dairədə Müsavat başqanının müavini Razim Əmiraslanlının və ya Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin qalib gələcəyi gözlənilir.

İqtidar partiyasının 26 saylı Sabunçu birinci seçki dairəsindəki namizədi Afaq Hacıyevanın da qalib gəlməsi qeyri-mümkün sayılır. Bu dairənin seçicilərini növbəti 5 il ərzində parlamentdə yenə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın təmsil edəcəyi ehtimal olunur.

36 saylı Xətai-Suraxanı seçki dairəsində YAP-ı təmsil edən Nərminə Hacıyevanın da mübarizədən məğlub ayrılacağı şübhə doğurmur. Həmin dairədə seçkinin qalibinin millət vəklili Qüdrət Həsənquliyev olacağı bildirilir.

YAP-ın 81 saylı İmişli seçki dairəsindəki namizədi İsrafil Məmmədov da “qurbanlıq” sayılır. Bu dairədə deputat Razi Nurullayevin qalib gəlmək şansı yüksək qiymətləndirilir.

16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş YAP üzvü Həbib Mirzəyevin də qalib gəlmək şansı aşağıdır. Bu dairənin seçicilərini qanunverici orqanda növbəti 5 illikdə yenə ReAL Partiyasının üzvü Erkin Qədirlinin təmsil edəcəyi iddia olunur.

Hakim partiyanın 70 saylı Neftaçala seçki dairəsindən irəli sürdüyü namizəd Fərhad Baxışov da mandatsız qalacaq. Həmin dairədən VHP-nin namizədi, Xalq şairi Sabir Rüstəmxanlının həyat yoldaşı, tanınmış ictimai xadim Tənzilə Rüstəmxanlının qalib gələcəyi artıq dəqiqləşib.

Əldə etdiyimiz məlumata görə, yaşı 70- çatmış və 70-i ötmüş YAP-çı namizədlərin də qələbə şansı aşağı qiymətləndirilir. Bu sırada namizədliyi 82 saylı İmişli seçki dairəsindən irəli sürülmüş 72 yaşlı Səyyad Salahlının və namizədliyi 101 saylı Samux-Şəmkir seçki dairəsindən irəli sürülmüş 70 yaşlı mübariz qurbanlının adları öndə çəkilir. YAP-ın 2 qocaman namizədini sentyabrın 1-də “qurban verəcəyi”istisna olunmur.

Dünyapress TV

Xəbər lenti