Ardını oxu...
Nəsimi Rayon Məhkəməsində “Med Corporation” MMC-yə yazılan inzibati protokola baxılıb.

XALQ.AZ -ın məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

Qərara əsasən, “Med Corporation” MMC cərimələnib.

Məlumat üçün bildirir ki, Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd edək ki, “Med Corporation” MMC-nin nəzdində “Avrasiya” Hospitalı fəaliyyət göstərir.
 
 
 
Ardını oxu...
Son illər xaricdə, xüsusilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artıb. Bunun əsas səbəbləri sırasında bəzi ixtisaslara asan qəbul şərtləri və təhsilhaqqının bir çox Avropa ölkəsi ilə müqayisədə daha münasib olması göstərilir. Lakin bu məqsədlə xaricə üz tutanlar ciddi problemlə qarşılaşırlar: Diplomları Azərbaycanda tanınmır.

Türkiyədə təhsil almış, lakin diplomunu ölkəmizdə tanıda bilməyən bir neçə məzun “Qafqazinfo”ya müraciət edib.

Onlar bildirirlər ki, indi nə təhsillərinə davam edə bilirlər, nə də işləyə: “Təhsilimizi Türkiyənin mövcud təhsil sisteminə uyğun olaraq “açık öğretim” (red. - distant təhsil) təhsilalma formasında bitirmiş və diplom əldə etmişik. Lakin indi diplomlarımızı tanıda bilmirik. Bunun üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişik. Agentlik “açık öğretim” təhsilalma formasının ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid olmadığını bildirərək diplom tanınmasından imtina qərarı verib”.

Məzunların sözlərinə görə, agentliyin saytında yayımlanan tanınmayan universitetlərin sırasında onların təhsil aldıqları Atatürk və Anadolu universitetlərinin adı yoxdur:

“Oxuduğumuz dövrdə və hətta bu günün özündə belə, agentliyin internet səhifəsində tanınmayan universitetlər və diplomlar siyahısı var ki, orada “açık öğretim”lə bağlı heç bir məlumat əks olunmayıb. Biz məcbur qalaraq Azərbaycan məhkəmələrinə üz tutmuşuq. Hazırda məhkəmələrin icraatında xeyli belə iş var.

Son dövrə qədər Azərbaycan məhkəmələri tərəfindən məsələyə düzgün qiymət verilərək Türkiyədə “açıq öğretim” növündə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı səlahiyyətli qurum olan TKTA-nın üzərinə öhdəlik qoyulmuşdu. Bununla bağlı Ali Məhkəmənin internet saytında yerləşdirilmiş bir çox nümunə qərarlar da mövcuddur. Həmin qərarlarda Ali Məhkəmənin hakimləri düzgün mövqedən çıxış edərək “açık öğretim” təhsil növünün Azərbaycanda mövcud “distant” təhsil forması ilə uzlaşdığını qeyd edib və bildiriblər ki, distant (“uzaktan öğretim”) təhsil tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən müasir təcrübədir. Həmçinin bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə yaşı, gəliri və ya peşəsindən asılı olmadan insanların öz imkanlarına uyğun şəkildə öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan qanunvericiliyində mövcud olan distant təhsilalma formasının təşkili qaydaları və müddəti ilə bağlı aktların qəbul olunmaması səlahiyyətli qurumun diplomların tanınmasından imtinası üçün əsas ola bilməz”.

Onlar qeyd edirlər ki, 2024-cü ilin oktyabr ayından etibarən məhkəmələr əvvəlki qərarların əksinə, diplomların tanınmamasına dair bir neçə qərar qəbul edib:

“Bunun nəticəsində ölkəmizdə magistratura səviyyəsində təhsilimizi davam etdirə, eləcə də bəzi qurumlarda öz ixtisasımız üzrə fəaliyyət göstərə bilmirik. Habelə, 4-5 il ərzində müəyyən xərclər çəkməklə, əziyyətli təhsil alma hesabına başa gələn diplomlarımız əhəmiyyətsiz olur.

Diplomların tanınmasından imtinaya əsas kimi “açık öğretim” təhsilalma formasının Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmadığı göstərilir. Lakin “Təhsil haqqında” Qanuna əsasən, ölkəmizdə təhsilalmanın əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) formaları müəyyən edilib. Həmin qanuna əsasən, zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Göründüyü kimi, “açık öğretim” təhsilalma forması qanunvericiliyimizdə mövcud distant təhsil forması ilə uzlaşır, həm də qanunda qeyd edildiyi kimi müasir təhsil texnologiyalarından istifadə etməklə təşkil olunmuş təhsilalma formasıdır”.

Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

“Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Buna qarşılıq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, 13.1-ci bəndində əks olunmuş təhsilalma formaları arasında “açıköğretim” forması yer almır və Azərbaycan Respublikasında bu formada tədrisin təşkili ümumiyyətlə nəzərdə tutulmayıb”.

Qurumdan əlavə olaraq qeyd edilib ki, Türkiyə qanunvericiliyində bu təhsil forması müəllim və tələbə arasında qarşılıqlı əlaqənin olmadığı bir sistem kimi qəbul edilir:

“İnzibati icraat zamanı araşdırma əsasında məlum olub ki, Türkiyə Respublikasının “Xarici dövlətlərin ali təhsil diplomlarının tanınması və ekvivalentliyinin müəyyən olunması Qaydası”nın 3-cü maddəsinin “a” bəndinə əsasən “açıköğretim” təhsilalma forması təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə əsaslanmayan təhsilalma növüdür.

Buna qarşılıq, “Təhsil haqqında” Qanunun 31-ci maddəsinə əsasən təhsilverənlər və təhsilalanlar təhsil prosesinin mütləq iştirakçıları kimi nəzərdə tutulub. Beləliklə, “açıköğretim” təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunub.

Nəticə etibarilə, bu forma Azərbaycanda təhsilin təşkili və tədris prosesini tənzimləyən normalara əsasən müəyyən olunmuş zəruri elementləri özündə ehtiva etmir və ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz.

Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilib.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, bu forma üzrə tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz”.

Mövzu ilə bağlı saytımıza danışan təhsil eksperti Elşən Qafarov isə bildirir ki, distant təhsil alma forması Azərbaycanda mövcud olmadığı üçün tanınmır:

“Ümumiyyətlə, xaricdə verilmiş diplomların, yəni dərəcələrin, kvalifikasiyaların tanınması Lissabon Konvensiyasına uyğun olaraq aparılır. Bununla da dövlətlər arasında vətəndaşların bir-birinin ölkəsində təhsil alması, həmin ölkədə əldə etdikləri təhsil sənədlərinin, dərəcələrinin tanınması prosedurunu təsdiq edəcəklər.

2001-ci ildə nostrifikasiya qaydaları təsdiq edilmişdi və həmin qaydalar Lissabon Konvensiyasına zidd idi. Lakin 2023-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə xaricdə verilmiş kvalifikasiyaların tanınması qaydaları təsdiq olunduqdan sonra yeni qaydalar tam şəkildə Lissabon Konvensiyasına uyğunlaşdırıldı. Bu məsələ isə tələbələrin distant təhsil formasında xaricdə təhsil almasıdır. Problem xaricdə verilmiş təhsilin keyfiyyəti ilə bağlı deyil.

Sadəcə Azərbaycan Respublikası distant təhsili tanımır. Halbuki keçmiş post-sovet məkanına daxil olan bir çox respublikalar artıq distant təhsil formasını tanıyır. Lakin biz bu məsələdə çox gecikirik. Halbuki “Təhsil haqqında” Qanunun 14-cü maddəsində distant təhsil forması qeyd olunub. Ancaq bunun icra mexanizmi yoxdur, yəni qəbul edilməyib. Buna görə də distant təhsil alan şəxslərin diplomları tanınmır. Bu da ayrı-ayrı insanların narazılığına səbəb olur”.

Ekspertin sözlərinə görə, dünyada distant təhsilə keçid artır və biz də bu sistemi qəbul etməli olacağıq:

“Problemin kökü ondadır ki, məsul qurumlar distant təhsili tanımaq istəmirlər. Bunun səbəbi isə Azərbaycanın ali təhsil sisteminin bugünkü vəziyyətinin kifayət qədər bərbad olmasıdır. Əgər Təhsil Nazirliyi distant təhsil formasını tanısa, o zaman Azərbaycan universitetlərində yüksək ödənişlər etməklə təhsil alan, amma yetərli bilik və bacarıqlara yiyələnməyən şəxslər, daha aşağı qiymətə xarici universitetlərdə təhsil alaraq lazımi bilik və bacarıqları qazana bilərlər. Nəticədə Azərbaycan universitetlərinə müraciət edənlərin sayı azalacaq, universitetlər boş qalacaq və ya çox az sayda tələbə cəlb edə biləcəklər”.

Vəkil Orxan Əhmədov isə deyir ki, Nazirlər Kabineti 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarında bakalavr təhsili məzmunu və təşkili qaydalarında distant və eksternat formada bakalavr hazırlığı müəyyən olunsa da, bu günə qədər həmin əsasnamələr təsdiq edilməyib:

“Nəticə etibarilə məsləhət görülərdi ki, tələbələr nəinki universitetlərinin dövlət tərəfindən tanınmasına, həm də həmin təhsil formasına da fikir versinlər. Xaricdə təhsil almaq istəyən tələbələr universitetlərin dövlət tərəfindən tanınıb-tanınmadığını yoxlayırlar, amma təhsil formasına xüsusi diqqət yetirmirlər. Əgər tələbə xaricdə qiyabi və ya distant formatda təhsil alırsa, lakin Azərbaycanda bu ixtisas yalnız əyani formada mövcuddursa, diplom tanınmaya bilər. Tələbələr ixtisas və təhsil formatı barədə öncədən araşdırma aparmalıdırlar ki, diplomlarını tanıtmaqda çətinliklə qarşılaşmasınlar”.

O. Əhmədov bunun iki həll yolu olduğunu sözlərinə əlavə edib:

“Təhsil haqqında” Qanunun 13-cü maddəsində distant və eksternat təhsil forması nəzərdə tutulsa da, Nazirlər Kabineti tərəfindən distant təhsilin aparılması ilə bağlı əsasnamələr bu günə qədər təsdiq edilməyib. Nəticədə təhsilini tamamlayan məzunlar öz diplomlarını tanıtmaqda əziyyət çəkirlər. Əgər bu təhsil formaları qanunda olsa da, icrası mümkün deyilsə, o zaman qanundan çıxarılmalıdır ki, tələbələr də bu formatlarda təhsil alıb sonradan diplom problemi yaşamasınlar. Əgər qanunda distant və eksternat təhsili nəzərdə tutulubsa, o zaman Nazirlər Kabineti onların icra mexanizmini müəyyən edən əsasnamələri təsdiq etməlidir”.
 
Ardını oxu...
Azərbaycanın tanınmış vəkili Aslan İsmayılov Ali Məhkəmənin, Məhkəmə Hüquq-Şurasının sədri İnam Kərimova müraciət edib.

Günunsesi.info-nun xəbərinə görə, “Azərbaycanda hüquqi dövlət quruculuğunu arzulayan hər kəsdən bu müraciəti paylaşmalarını xahiş edirəm” deyə Aslan İsmayılov bunu yazıb.

“Sizə ünvanlanmış bu müraciətim tək bir vəkilin müqavilə əsasında apardığı işlər zamanı gördükləri qanunsuzluqlarla bağlı deyil. Bu müraciətdə sadaladığım konkret işlərdə gördüklərim qanunsuzluqlar bütün ölkə boyu geniş yayılıb, insanlarda artıq kütləvi narazılıq doğurur və əminəm ki, bu cür davam edərsə çox acı nəticələrə gətirib çıxara bilər. Buradan bir daha təkrar edirəm ki, İmişlidə baş vermiş bəzi vətəndaşların qanunsuz əməlləri ilə müşayiət olunan kütləvi narazılıqlar bir avtonəqliyyat hadisəsi zamanı baş vermiş faciə ilə bağlı deyildi. Baş vermiş hadisə vətəndaşların hər gün məhkəmələrdə, hüquq-mühafizə orqanlarının hərəkətlərində gördükləri qanunsuzluqlara, özbaşnalıqlara, geniş yayılmış, bütün hədləri aşmış korrupsiya hallarına etirazı idi. Belə davam edərsə bu cür halların təkrarlanmasını istisna etmirəm. 44 günlük Vətən Müharibəsindən sonra sadaladığım halların baş verməsi yolverilməzdir, çünki bu vətəndaşlarımızda olan vətən sevgisinə zərər yetirməklə bərabər hakimiyyətə olan inama da ciddi xələl gətirir. Bu isə bu gün ölkəmiz ətrafında baş verən prosesləri nəzərə alsaq çox təhlükəlidir.

Hörmətli İnam müəllim!

Asan Xidmətdə nail olduqlarınız mənim kimi bir çoxlarında məhkəmə sistemində olan biabırçılıqlara son qoyacağınıza böyük ümid yaratdı və çoxlarımız uzun müddət məhkəmə sistemində baş verən qanunsuzluqlara müvəqqəti də olsa susduq. Çox təəssüf edirəm ki, bu gün artıq baş verən biabırçılıqlara susmaq mümkün deyil. Qısa da olsa bəzi xarakterik halları diqqətinizə çatdırıram.

– İstisnasız bütün məhkəmələrdə işlərə baxış təyin oldunduğu vaxtdan saatlarla gec başlayır, prosesə gəlmiş vəkillər saatlarla zalda gözləməli olurlar və nəticədə iştirak edəcəkləri məhkəmə proseslərinə çatmırlar. Bu halın işin çoxluğu ilə əsaslandırılması doğru deyil, çünki əksər hallarda, xüsusən rayon məhkəmələrində işlər 10-15 dəqiqə fasilələrlə təyin edilir. Bəllidir ki, heç hazırlıq iclasını da 10-15 dəqiqəyə başlayıb yekunlaşdırmaq mümkün deyil. Əksər hallarda işin mahiyyəti ilə baxışları da bu qaydada təyin edilir.

– Hakimlərin əksəriyyəti işə hazırlıq mərhələsini lazımi qaydada qurmurlar, prosesə gələcək şahidlər, zərərçəkənlər lazımi qaydada əvvəlcədən xəbərdar olunmurlar. Bir çox işlər sadəcə baxılması mümkün olmadığı halda da təyin edilirlər.

– Bəzi hallarda hakimlər vəkilləri “doğma”larına və “ögey”lərinə bölürlər (bu bölgü də bəzi vəkillərin hakimlərlə sıx əlaqələrinin olub-olmamasından asılıdır). “Doğma”ların yersiz hərəkətlərinə, kobudluğuna, qarşı tərəfə hörmətsizlik göstərməsinə susur, “ögey”lərin isə işin bütün hallarını araşdırmağa yönəlmiş sualları verməyə belə imkan vermirlər.

– Çəkinmədən qeyd edirəm ki, işlərin uzanması bir çox hallarda korrupsiya maraqları ilə bağlıdır.

Yazdıqlarımın nə qədər doğru olub-olmamasını aşağıda qeyd edəcəyim, şəxsən iştirak etdiyim məhkəmə proseslərini yoxlamaqla müəyyən edə bilərsiniz. Xahiş edirəm, nəzərə alasınız ki, 1983-cü ildən hakim, məhkəmə sədri, prokuror, vəkil işləyirəm və məhkəmə prosesinin necə keçirilməsini ən azından pis bilmirəm. Qeyd edəcəyim hər 4 iş üzrə zərərçəkənləri müdafiə edirəm:

– 15.02.2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər Nadir Əliyev və Alik Həsənovun Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə hazırlıq iclası keçirilib. İş üzrə cəmi 5 zərərçəkən və 6 şahid olub, heç bir əlavə ekspertiza, yaxud digər əlavə hərəkət keçirilməyib. Söhbət 3 dələduzluq epizodundan – 3 stadionun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vəzifəli şəxsləri tərəfindən satılmasından gedir. İş üzrə 40 məhkəmə iclası keçirilib və 1 il 7 aydan sonra 23.09.2024-cü ildə hökm elan edilib. Ən maraqlısı isə iş üzrə çıxarılmış hökmdür. Törədilmiş cinayətlərə, elə məhkəmənin gəldiyi qənaətə görə, N.Əliyev başçılıq edib. A.Həsənov isə tək 1 stadionun satışında əlaqəli şəxs olub. İş üzrə 2 milyon 584 min manat ziyan dəyib, cəmi 100 min manat ödənilib və həmin ödənişi də A.Həsənov edib. N.Əliyev bir manat belə ödəməyib. Həmin maddə ilə cəza 10 ildən 14 ilə qədər nəzərdə tutulub. Məhkəmə hər iki şəxsə heç bir əsas olmadan ən aşağı həddə, yəni 7 il azadlıqdan məhrum etmə təyin edir və sonda cinayət işinə başçılıq edən, bir manat da ziyandan ödəməyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini N.Əliyevi məhkəmə zalından azad edib ona şərti cəza təyin edir, A.Həsənovu isə cəzaçəkmə müəssisəsinə göndərir. İndi çox istərdim ki, kimsə, bir balaca hüquqi təhsili olan demirəm, məntiqi və savadı olan şəxs bu cəza təyinatında əsas götürülən amili mənə izah etsin. Şəxsən mənə hər şey aydındır. Ancaq bunu səlahiyyət sahibi olanlar müəyyən edib tədbir görsələr daha yaxşı olar.

– 17.05.2024-cü ildə Bakı Ağır Cinayətlər məhkəməsində təqsirləndirilən şəxslər Şahin Hüseynov, Abbas Sadıqov və Mahir Sadıqovun 178.4-cü maddəsi ilə hazırlıq iclası keçirilib. İş üzrə cəmi 3 zərərçəkən və 3 qısa dələduzluq epizodu var. Bu günə qədər 13 iclas keçirilib, 3 təqsirkar dindirilib və 2 zərərçəkənin dindirilməsi davam edir. Növbəti iclas 14.02.2025-ci ilə təyin edilib. Bu cür balaca həcmli bir iş artıq 9 aydır ki, davam edir və məhkəmə prosesində baş verən biabırçılıqları, qanun pozuntularını görmək üçün bir neçə məhkəmə videogörüntüsünə baxmaq kifayətdir. Əminəm ki, heç bir müdaxilə olmasa sədrlik edən hakim Cavid Hüseynov bu işə təqaüdə çıxana kimi baxıb istədiyi hökmü elan edəcək.

– Məhz məhkəmə və digər hüquq-mühafizə orqanlarının korrupsiya əməllərinə görə müdafiə etdiyim Humay Hüseynovanın Nəsimi rayonunda 2010-cu ildə başlanmış əmlakın bölgü işinə cürbəcür instansiyalarda bu gün də baxılır. Tək bu işin analizi həmin sistemin nə qədər biabırçı vəziyyətdə olduğunu göstərir. Hal-hazırda Nəsimi rayon məhkəməsində Vəliyev Hüseyn Vəli oğlunun 186.1-ci maddəsi ilə işə baxılır. Bu işdə də zərərçəkmiş H.Hüseynovanı müdafiə edirəm. İşin fabulası ondan ibarətdir ki, zərərçəkənə çatacaq əmlak icra zamanı H.Vəliyev tərəfindən yararsız hala salınmaqla 20 min manatdan artıq ziyan vurulub. Əmlakın yararsız hala salınması video və fotoşəkillərlə təsdiq olunub. İş üzrə bir təqsirkar, bir zərərçəkən və 3 şahid var. Məhkəmə hökm elan etməsi üçün ancaq bu şəxslər dindirilməlidir. Bu günə qədər də heç bir əlavə hərəkət edilməyib. 15.10.2024-cü ildə hazırlıq iclası keçirilib. Bu günə qədər 9 iclas keçirilib və iş yenə 18 fevrala təyin edilib. Normalda bu iş uzaqbaşı 2 həftəyə və 2 iclasa yekunlaşmalı idi. Artıq 4 aydır ki, bu işin baxışı davam edir. Heç bir səbəb də yoxdur.

– Sonda Bakı Apellyasiya məhkəməsinin 29.12.2024-cü il qərarını diqqətinizə (sədrlik edən hakim Elmar Rəhimov) çatdırıram. Həmin qərarla 27.12.2024-cü il tarixdə Xətai rayon məhkəməsi tərəfindən haqqında qətimkan tədbiri seçilmiş Çin vətəndaşı V.Tianbao məhkəmə zalında həbsdən dərhal azad edilib. Söhbət Azərbaycan vətəndaşlarına qarşı 2 milyon manatdan artıq dələduzluq edib pullarını mənimsəmiş şəxs barəsində gedir. Bu işdə də zərərçəkəni müdafiə edirəm və qəbul edilmiş qərarı nə qədər istəsəm də heç cür izah edə bilmirəm. 10 min manat həcmində dələduzluq etmiş Azərbaycan vətəndaşları haqqında tələm-tələsik həbs qətimkan tədbiri seçən məhkəmə hər dəqiqə ölkədən qaçıb Çində gizlənə biləcək şəxsi necə azad edib? Bundan sonra hansı Azərbaycan dövlətinə qoyulacaq hörmətdən danışıla bilər?

Hörmətli İnam müəllim, bu yazım heç də ölkədə olan bütün korrupsiya və qanunsuzluqların başında məhkəmələrin durması anlamına gəlməməlidir. Çox yaxşı bilirəm ki, digər hüquq-mühafizə orqanlarında vəziyyət daha pisdir. Ancaq onu dəqiq bilirəm ki, ədalətli, qanuni məhkəmə olan yerdə digər orqanlar bu qədər qanunsuzluqlar heç vaxt edə bilməzlər! Ona görə də bir daha müraciət edib göstərdiyim konkret faktları araşdırmağınızı xahiş edirəm, çünki sadaladığım konkret faktlarla bağlı şəxsən Sizə yaxın, bu problemləri çatdıra biləcək bir neçə vəzifəli şəxslərə müraciət etsəm də, geri dönüş almadım və artıq bu qanunsuzluqları ictimailəşdirməkdən başqa heç bir həll yolu görmədim”.
 
Ardını oxu...
AZAL-ın Rusiya ərazisində vurulan təyyarəsində oksigen balonunun partlaması ilə bağlı iddia təsdiqini tapmayıb

"AzPolitika" xəbər verir ki, bu barədə AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda məlumat verilir.

“Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır”, - hesabatda deyilir.

Qeyd edək ki, Rusiya tərəfi AZAL-ın təyyarəsinin oksigen balonunun partlaması nəticəsində qəzaya uğraya biləcəyini iddia edirdi.
 
"Bu gün səhiyyə 1000 manat maaş alan həkimlərin çiyinlərindədir, onların yox"

"Bu gün səhiyyədə ciddi problemlər mövcuddur. Bunu hamımız bilirik. Vəziyyətin düzəlməsi, həlli hansısa qadağa ilə olmur".

Bunu Qaynarinfo-ya açıqlamasında radioloq Aydın Əliyev həkimlərin reklamının qadağan olunması ilə bağlı deputat Musa Quliyevin təklifinə münasibət bildirərkən deyib.

Aydın Əliyev hesab edir ki, ilk növbədə həkimin maddi rifah halı düzəlməlidir:

"Həkim niyə özəl klinikalara üz tutur? Məcburdur, çünki dövlət xəstəxanalarında həkimə 1000 manat maaş veririlir, 300-500 manat da bonus əlavə edilir. Heç bir həkim bu maaşa işləmək istəməz. Mən geridə qalan ölkələri nəzərdə tutmuram. Bunu deyən kimi "Semaşko"dan bir həkim çıxarırlar ki, "filankəs 10 min bonus alır". 10 min bonus alan həkim bir, yaxud da iki nəfərdir. Ölkənin səhiyyəsi onların çiyinlərində deyil. Bu gün ölkənin səhiyyəsi 1000 manat maaş alan həkimlərin çiyinlərindədir. O biri də baxır, olanlarla qane olmur, demirəm ey, milyonçu olmaq istəyir. Normal həyat yaşamaq istəyir. Məcbur olub işini reklam edir, kefindən etmir ki? Deyiləsi problemlərimiz çoxdur".

Həkim bildirib ki, hər şeyi qadağan etməyin sonu yaxşı olmayacaq:

"İndi hansı zəmanədir? Ona qadağa, buna qadağa? Məlum verilişlərə çıxan həkimlərdən biz özümüz də razı deyilik, əksəriyyət də narazıdır. Onlar məlum verilişlərə 10-15 min manat verirlər, sonra da gəlib həmin pulu xəstələrdən çıxarırlar. Bütün bunları ümumiləşdirib həkimləri qaralamaq olmaz. Mən normal həkimlərdən danışıram, hansı ki, ölkənin səhiyyə yükünü çiyinlərində çəkir. Onlar bu sahəyə illərini verib. Bunların hamısını bir yerə qatıb qaralamaq, pis gözlə baxmaq yalnış addımdır".

Aydın Əliyev bu gün tibb sahəsinə üz tutan abituriyentlərin sayının azaldığını diqqətə çatdırıb:

"Çox gənclər bu sahəyə getmək istəmir. Tanıdığım adamlar var, deyirlər ki, "sizin əziyyətə baxırıq, biz həkim olmaq istəmirik". Onsuz da sahədə kadr çatışmazlığı var. Bölgələrdə 20-30 sayda həkim çatışmazlığı var. Bu problem getdikcə artacaq. Çünkü normal həkimlərdən söhbət gedir. Onlar intelektual çəhətdən üstün insanlardır, bütün ölkələrdən xəbardardırlar. Harada yaxşı vəziyyət var ora üz tutacaqlar. Onsuz da bir hissəsi gedib, yerdə qalanlar da getməyi planlaşdırırlar. Hərə əlinə bir silah alıb düşüb həkimlərin üstünə. Sonra kim müalicə edəcək insanları? Deputat danışanda məsuliyyətli olmalıdır. Məsələnin kökündən danışmırlar. Demirlər ki, həkim saxtadırsa, buna diplomu kim verib? Cəsarətin çatırsa, get ona diplom verəndən soruş. Ona sertifikatı kim verib, get onu araşdır. İşin həmişə kökü qalır, amma başqa səmtə üz tuturlar, yalandan pafosla danışmaqla deyil. Guya bunlar millətin adından danışırlar".
 
Ardını oxu...
"Məktəblərdə KSQ (Kiçik Summativ Qiymətləndirmə) və BSQ (Böyük Summativ Qiymətləndirmə) sistemi tətbiq edildiyi gündən bəri müxtəlif problemlərlə üzləşmişdir. Bu qiymətləndirmə üsulunun əsas məqsədi şagirdlərin bilik səviyyəsini ölçmək və onların inkişafını təmin etmək olsa da, bir çox hallarda bu metodun effektivliyi sual altına düşür. Xüsusilə, davamiyyəti zəif olan, dərslərə gəlməyən, lakin test yazılan zaman köçürmə yolu ilə yüksək bal toplayan şagirdlər bu sistemin düzgün işləmədiyini göstərir. Bu kimi hallar məktəbdə tədrisin keyfiyyətini aşağı salır və şagirdlər arasında qeyri-bərabərlik yaradır".

Bunu Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.

O, açıqlamasında qeyd edib ki, hazırkı sistemdə problemlərin əsas səbəbi, qiymətləndirmənin daha çox testlər və yazılı imtahanlar üzərində qurulmasıdır:

Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA"Mövcud qiymətləndirmə sistemi şagirdlərin real bilik səviyyəsini əks etdirmədiyi üçün onun dəyişdirilməsinə ehtiyac var. Statistik göstəricilərə görə, Azərbaycanın müxtəlif məktəblərində şagirdlərin 40%-ə qədəri summativ qiymətləndirmələr zamanı qeyri-rəsmi yollarla yüksək nəticə əldə edir. Bu, onların əsl bilik səviyyəsini əks etdirmir və gələcəkdə ali təhsil və ya əmək bazarında problemlər yaratmağa başlayır. Əgər bir şagird ilboyu dərslərə gəlmədən və tədris prosesində iştirak etmədən yüksək qiymət alırsa, bu, təhsil sistemində ciddi boşluqların mövcud olduğunu göstərir.

Dünya təcrübəsinə nəzər saldıqda, müxtəlif ölkələrdə şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi fərqli metodlarla həyata keçirilir. Məsələn, Finlandiyada qiymətləndirmə sistemi fərqli yanaşma üzərində qurulub. Bu ölkədə summativ qiymətləndirmə anlayışı mövcud deyil. Əvəzində müəllimlər şagirdlərin inkişafını dərs boyu müşahidə edir, onların fənnə marağını, dərsdə aktivliyini və praktik tapşırıqları necə yerinə yetirdiyini əsas götürərək qiymətləndirirlər. Bu, şagirdlərin yalnız testlərə fokuslanmasını yox, həm də real bilik və bacarıqlar qazanmasını təmin edir.

Estoniya və Kanada kimi ölkələrdə qiymətləndirmə yalnız yazılı testlərlə məhdudlaşmır. Şagirdlər dərs müddətində iştirakına, layihələr hazırlamasına, tədqiqat işlərinə və yaradıcılıq bacarıqlarına görə də qiymətləndirilir. Bu ölkələrdə tətbiq edilən "portfolyo qiymətləndirməsi" adlanan sistemdə şagirdlər öz inkişaf prosesini əks etdirən tapşırıqlar toplusu təqdim edir və bu, onların yekun qiymətləndirməsinə daxil edilir. Bu metod Azərbaycanda da tətbiq edilə bilər və yalnız test yazmaqla yüksək bal almağın qarşısını ala bilər.

Hazırkı sistemdə problemlərin əsas səbəbi, qiymətləndirmənin daha çox testlər və yazılı imtahanlar üzərində qurulmasıdır. Şagirdlərin bacarıqları çox zaman nəzərə alınmır və onların yalnız müəyyən qaydalara uyğun testlərə cavab verməsi əsas götürülür. Köçürmə yolu ilə yüksək qiymət alan şagirdlər isə real biliklər əldə etmədən, yalnız nəticəyə yönəlik bir sistemdən faydalanmış olurlar. Müəllimlər bu cür halların qarşısını almaq üçün test suallarını çətinləşdirsə də, bu, problemi həll etmir, əksinə, köçürmə hallarının artmasına gətirib çıxarır.

Qiymətləndirmə sisteminin daha obyektiv olması üçün alternativ metodlar tətbiq edilməlidir. Şagirdlərin real bilik səviyyəsini ölçmək üçün onların dərsdə iştirak səviyyəsi, praktik və laboratoriya işləri, məqalə və layihə hazırlama bacarıqları, şifahi təqdimatlar etməsi nəzərə alınmalıdır. Şagirdlərin yalnız testlərə yönəlməsi onların düşüncə bacarıqlarını inkişaf etdirmir və gələcəkdə problemlərin həllində çətinlik çəkmələrinə səbəb olur. ABŞ və Böyük Britaniya məktəblərində tətbiq olunan "formativ qiymətləndirmə" modeli bu problemi həll etməyə kömək edir. Bu sistemdə müəllimlər şagirdlərin dərs müddətində aktiv iştirakına və müzakirələrdə nə qədər fəal olmasına əsasən qiymətləndirmə aparır. Bu, şagirdlərin yalnız imtahana hazırlaşaraq qiymət almasını yox, bilik və bacarıqlarının real ölçülməsini təmin edir".

Təhsil eksperti onu da vurğuladı ki, KSQ və BSQ sisteminin tamamilə ləğv edilməsi yox, onun daha effektiv metodlarla əvəz olunması məqsədəuyğundur. Əks halda şagirdlərin bilik səviyyəsini ölçmək daha da çətinləşəcək:

"Davamiyyət və aktiv iştirak qiymətləndirmə sisteminə daxil edilməlidir. Hal-hazırda bəzi məktəblərdə şagirdlərin davamiyyəti yalnız formal olaraq qeyd olunur, lakin onların qiymətlərinə ciddi təsir etmir. Əgər bir şagird il ərzində davamiyyət göstəricisini müəyyən səviyyədə saxlamırsa, onun qiymətləndirilməsinə yenidən baxılmalıdır. Bu, məktəbə gəlməyən, amma imtahan zamanı yüksək nəticə göstərən şagirdlərin qarşısını almağa kömək edə bilər. Yaponiya və Cənubi Koreyada davamiyyət və dərs aktivliyi şagirdlərin yekun qiymətlərinə ciddi təsir göstərir və bu, məktəbə davamiyyəti artırmağa xidmət edir.

İmtahanların təşkil olunması zamanı şəffaflıq artırılmalıdır. Mövcud sistemdə bəzi məktəblərdə müəllimlər şagirdlərə əlavə imkanlar yaradır və nəticədə real biliklər ölçülmür. Köçürmənin qarşısını almaq üçün imtahanlar fərqli formatda keçirilməli, nəzarət gücləndirilməlidir. Əgər bir şagird il ərzində heç bir fənn üzrə yüksək nəticə göstərməyibsə, lakin summativ qiymətləndirmə zamanı 10 bal alırsa, bu nəticənin nə qədər obyektiv olduğu sual altına düşməlidir.

KSQ və BSQ sisteminin tamamilə ləğv edilməsi yox, onun daha effektiv metodlarla əvəz olunması məqsədəuyğundur. Əgər bu qiymətləndirmə üsulları düzgün təşkil edilməzsə, təhsildə xaos yaranacaq və şagirdlərin bilik səviyyəsini ölçmək daha da çətinləşəcək. Qiymətləndirmə metodları yenilənməli, biliklər yalnız testlərlə yox, praktik və interaktiv üsullarla yoxlanılmalıdır. Əgər bu dəyişikliklər həyata keçirilsə, şagirdlərin bilik səviyyəsinin daha obyektiv qiymətləndirilməsi mümkün olacaq və nəticədə təhsilin keyfiyyəti yüksələcək.

Azərbaycan təhsil sistemində köklü dəyişikliklər edilmədiyi təqdirdə, KSQ və BSQ sistemi təhsilin keyfiyyətini artırmaq əvəzinə, daha çox problemlərə səbəb olacaq. Bu qiymətləndirmə üsulları şagirdlərin real bilik səviyyəsini əks etdirməli və onların dərs prosesində aktiv iştirakına əsaslanmalıdır. Əgər şagirdlər yalnız imtahan zamanı yüksək nəticə göstərməklə qiymət alırsa, bu, təhsilin keyfiyyətsiz olduğunu göstərir. Ona görə də, qiymətləndirmə sistemi köklü şəkildə yenilənməli, beynəlxalq təcrübəyə uyğun daha effektiv və şəffaf mexanizmlər tətbiq olunmalıdır. Əks halda, təhsil sistemi yalnız formal nəticələrə əsaslanacaq və gələcək nəsillərin bilik və bacarıqları zəif olacaq".
 
Ardını oxu...
Deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı İmişli hadisələrinə toxunub. Belə ki, o, rayon icra başçısını, deputatları, polis rəisini və bir sıra rəsmiləri hadisə yerinə getməməkdə günahlandırıb.

Sitat: “Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadı, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər?”

Globalinfo.az-a danışan İmişlidən seçilən deputat Səyyad Salahlı hadisə baş verdiyi gündən İmişli rayonunda olduğunu bildirib.

O, hətta dəfndə də iştirak etdiyini deyib:

“7 gün rayonda oldum. Vəzifəli şəxslərlə, eləcə də rayon başçısı ilə birlikdə dəfn mərasimlərinin hamısında iştirak etdik. Hətta uşaqlardan biri Mərkəzi Klinikada olanda da ziyarət etmişəm. 2-ci və 3-cü günlərində ailələrdə olduq, daha sonra 7 mərasimində iştirak etdik. Uşaqlardan birinin 7 mərasimi Ağdamda keçirildiyi üçün başçı Heydər Əliyev Fondunun nümayəndələri ilə ora getdi. Hamı məclislərdə iştirak edib, məsələ də araşdırılır. Kimin günahkar olduğu da araşdırılacaq. Siyavuş Novruzovun hardan və necə məlumat aldığını bilmirəm”.

İmişli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov deyilənlərin həqiqətə uyğun olmadığını bildirib:

“18 yanvar 2025-ci il tarixdə hadisə baş verdikdən dərhal sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, müavinlər və aparatın digər əməkdaşları prokurorluqla birlikdə hadisə yerində olub. Bundan başqa, yaralıları və həlak olan uşağı xəstəxanaya aparan zaman başçı da onlarla birlikdə ora getdi. Saat 15:30-a qədər reanimasiyada olan uşağa baş çəkdi, sonra orada yaralıların valideyinləri ilə söhbət apardı, ürək sözlərini dedi. Bunun ardınca hadisə baş verən yerə gediblər. Orada da toplaşan insanlarla görüşdülər, söhbət apardılar. Həmin şəxslər də öz sözlərini dedilər”.

R.Muradov dövlət və dövlətçiliyə qarşı heç bir şüar, aksiya olmadığını qeyd edib:

“Hadisə zamanı həlak olan və xəsarət alanlar azyaşlı uşaqlar idi. Buna görə də toplaşan şəxslər aqressivlik göstərmişdilər. Hətta xəbər gəldi ki, insanlar polis idarəsinin qarşısına yürüş etmək istəyirlər. Dərhal polis rəisi, başçı və prokuror kütlənin qarşısına gəldilər, onları dinlədilər və həmin şəxslərə qanunvericilik izah olundu. Bundan sonra da aksiya sonlandırıldı”.

Rüfət Muradov deyib ki, Elçin Rzayev azyaşlıların dəfn, 3 və 7 mərasimində də iştirak edib, ailələrdə olub, başsağlığı verib.
 
Ardını oxu...
Ötən il xarici ölkələrə 2 milyon 158 min 938 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşlarının 63,3%-i və ya 1 milyon 365 min 589 nəfəri ölkəni turizm məqsədilə, 36,7%-i və ya 793 min 349 nəfəri digər məqsədlərlə tərk edib.
Turizm məqsədilə xaricə səfər edənlərin böyük əksəriyyəti – 98%-i və ya 1 milyon 337 min 88 nəfəri ölkədən hava yolu ilə çıxıb. Turistlərin yalnız 2%-i və ya 28 min 501 nəfəri ölkəni dəniz yolu ilə tərk edib. Quru yolla ölkəni tərk edən turist olmayıb.
Açıqlanan rəsmi məlumatlarda bildirilir ki, ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,4%-i hava, 28,5%i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.
Qeyd edilən bu məlumatlara istinadən apardığımız hesablama göstərir ki, hava yolu ilə (təyyarə) ölkəni tərk edənlərin sayı ümumilkdə 1 milyon 498 min 303 nəfər (2 158 938 x 69,4 / 100) olub. Bunların 1 milyon 337 min 88 nəfərini turistlər təşkil etdiyi üçün ölkəni hava yolu ilə tərk edənlərin 161 min 215 nəfəri (1 498 303 – 1 337 088) xaricə digər məqsədlərlə gedənlər olub.
Rəsmi məlumatlarda həmçinin qeyd olunur ki, ötən 793 min 349 nəfər digər məqsədlərlə xaicə səfər edib. Digər məqsədlərlə xaricə gedənlərin 161 min 215 nəfəri hava yolundan istifadə ediblərsə, onda 632 min 134 nəfər (793 349 – 161 215) xaricə quru və dəniz yolu ilə gedib.
Xaricə dəniz yolu ilə gedənlərin ümumi sayının 45 min 338 nəfər (2 158 938 x 2,1 / 100) olduğunu və bununların da 28 min 501 nəfərinin turist olduğunu nəzərə alsaq, o zaman, digər məqsədlə ölkədən çıxan 16 min 837 nəfər (45 338 28 501) dəniz yolundan istifadə edb.
Apardığımız hesablamadan da görünür ki, xaricə səfər edən 615 min 297 nəfər (623 134 – 16 837) ölkədən quru yolla çıxıb.
Qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda ölkədən quru yolla çıxanların kimlər olduğu barədə məlmat verilmir. Lakin bildirilir ki, digər məqsədlə xaricə gedənlər mövsümi, qısa və ya uzun müddətə işləməyə gedənlər, ictimai nəqliyyat vasitələrinin heyəti, ixrac yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslər, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında, beynəlxalq təşkilatların nümayəndəliklərində işləyənlər və onlarla birlikdə yaşayan ailə üzvləri, təhsil müəssisələrində təhsil alanlar və s. şəxslər ola bilər.
 
Ardını oxu...
İnternet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.

DİN-in Mətbuat Xidmətindən "DogruXeber.az"a bildirilib ki, "Sərhəd-Sipər” şərti adı altında sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.

Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır.
Ardını oxu...
İsmət İnönü rayonunda özəl xəstəxananın reanimasiya şöbəsində naməlum səbəbdən yanğın baş verib.

NTV xəbər verir ki, 112 Təcili Tibbi Yardım, polis və yanğınsöndürmə briqadaları əraziyə yönəldilib.

Ətrafda tədbir gördükdən sonra yanğına müdaxilə edən qruplar xəstəxana işçilərini və xəstələri təxliyə etməyə başlayıb.

Yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.
 

Dünyapress TV

Xəbər lenti