Ardını oxu...
"2024-2025-ci tədris ilində təhsildə ciddi inkişaf dinamikası gözlənilir. Yəni müəyyən dəyişikliklər ola bilər".

Bu sözləri demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

O bildirib ki, təhsil sistemində bu il daha yaxşı nəticələr gözlənilir.

"Dəyişikliklərdən biri də universitetlərin elmi araşdırması və istinadlarla bağlı keyfiyyət göstəricilərinin ölçülməsidir. Bu göstəricilərlə bağlı işlərin aparılması məsələsi gündəmə gələcək. Reytinqlərdə iştirak edən universitetlərin sayı və universitetlərin beynəlxalq reytinqlərdə yüksəlməsi gözlənilir. Düşünürəm ki, bu istiqamətdə xeyli işlər görülüb. Bu il daha yaxşı nəticələr görəcəyik. Eyni zamanda, bu il distant təhsilin başlanması ilə bağlı müəyyən işlər görüləcək. Daha doğrusu, mövcud vəziyyəti yaxşılaşdırmaq üçün qiymətləndirmə kriteriyaları üzərində işlər aparılacaq. Düşünürəm ki, 12 illik təhsil və bakalavriat pilləsinin 3 ilə keçilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq".
 
Ardını oxu...
“O qadın kimdirsə, yoldaşımı öyrədib ki, get boşan, öz həyatını yaşa”

Astara rayonu, Ərcivan kənd sakini Feyziyev Eldar Camal oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi 3 uşaq anası olan həyat yoldaşının tapılması üçün kömək istəyir:

“Yazaraq bildirirəm ki, 3 uşaq atasıyam. İşsizlikdən heç yerdə işləmirəm. Yoldaşım da işləmir, bu səbəbdən də bizə ünvanlı sosial yardım vermirlər. Hara gedirəm müraciətimə baxılmır.

Hazırda Bakı şəhərində qohumların birinin evinə sığınmışıq. Çarəsiz vəziyyətdəyik. Keçən ilin noyabr ayında yoldaşım uşaqları aldadıb, “atana paltar aparıram” deyərək evdən qaçıb. Həmin gündən uşaqlarım anasız qalıb. Feyziyev Nəzakət Nəcəbəli qızı 3 uşağını atıb, “qohumumdur” dediyi qadına qoşulub, evdən qaçıb. 1 ildən çoxdur ki, polis uşaqların anasını tapa bilmir.

Mən sizin qəzet və sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm, yoldaşımı tapıb uşaqlarıma qovuşdursunlar. O qadın yoldaşımı aldadaraq, evdən aparıb. Narkomandır, xəstədir, hansı yoldadır bilmirəm, amma uşaqlarıma görə narahatam.

Məktəb açılıb, uşaqları məktəbə yola salmaq lazımdır. Dövlət tərəfindən heç bir yardım da almıram.

O qadın kimdirsə, yoldaşımı öyrədib ki, get boşan, öz həyatını yaşa. Polis əməkdaşlarından xahiş edirəm ki, yoldaşımın tapılmasında mənə kömək göstərsinlər. Polisə müraciət etmişəm, amma tapa bilmirlər. Mən uşaqlarımın analarına qovuşmasını istəyirəm”.

LALƏ

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi idarəsi tərəfindən optimallaşdırılmış nəqliyyat sxeminin tətbiqi üzrə müvafiq işlər davam etdirilir.

Modern.az-ın məlumatına görə, COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib ki, böyük ziyarətçi axının effektiv şəkildə idarə edilməsi, eləcə də konfrans tarixlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.

COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb.

Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək. Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər.

Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb. Tədbir məkanı olan Bakı Stadionunun yerləşməsi, şəhərin metrostansiya xəritəsi, otel və yaşayış komplekslərinin sıx yerləşdiyi ərazilər və digər amillər nəzərə alınaraq planlaşdırılan nəqliyyat qovşaqları şəbəkəsi müxtəlif marşrut və nəqliyyat sxemlərini özündə ehtiva edəcək. Sxemlər barədə hərəkət iştirakçıları davamlı olaraq məlumatlandırılacaq. Belə ki, bu qovşaqların strateji yerləşməsi istər qonaqların, istərsə də şəhər sakinlərinin müxtəlif növ nəqliyyat vasitələrinə rahat və maneəsiz çıxışını və təyinat nöqtəsinə rahat çatmaları üçün sərf edilən zamanı minimallaşdıracaq. Təyin olunacaq əhatəli nəqliyyat marşrutları üzrə tədbir əməliyyatlarının səmərəli təşkili üçün yüzlərlə taksi və 400-ə yaxın avtobus, o cümlədən ekspress ictimai avtobuslar, xüsusi “konfrans avtobusları” və “hava limanı avtobusları”nın hərəkəti təşkil edilərək müntəzəm sərnişindaşıma xidməti icra olunacaq. Nəqliyyat sxeminin tətbiqində əsas amillərdən biri də tədbirin keçiriləcəyi tarixlərdə vətəndaşların şəxsi avtomobillərindən istifadəni minimuma endirilməsi məqsədilə əlçatan və rahat alternativlərin təmin edilməsidir.
 
Ardını oxu...
- Uşaqlarıma işimin nə olduğunu heç vaxt demədim.
Mənə görə utanmalarını istəmirdim.
Ən kiçik qızım nə iş gördüyümü soruşanda ona işçi olduğumu deyərdim.
İşdən evə qayıtmamışdan əvvəl ictimai tualetdə yuyunardım. Etdiyim işin nə olduğu barədə heç vaxt ipucu tapa bilməmişdilər. Qızlarımı məktəbə göndərmək, onları oxutmaq istəyirdim. İnsanların qarşısında qürurla durmalarını istəyirdim. Hamının mənə baxdığı kimi heç kimin onlara baxmağını istəmirdim. Çünki insanlar həmişə məni aşağı görürdü... Qazancımın hər qəpiyini qızlarımın təhsilinə xərclədim. Heç vaxt təzə köynək almadım. O pula qızlarıma kitab aldım. Hörməti mənim üçün qazanmaqlarını istədim. Mən süpürgəçiyəm.
Qızımın universitetə qəbulunun son tarixindən əvvəlki gün qəbul qiymətlərini ala bilmədim. O gün işləyə bilmədim. Zibilin yanında oturub göz yaşlarımı tutmağa çalışırdım. Bütün iş yoldaşlarım mənə baxırdı, amma heç kim danışmırdı. Uğursuz olmuşdum, incinmişdim və evə qayıdanda məndən giriş məbləğini soruşacaq qızıma nə deyəcəyimi bilmirdim. Mən kasıbam. Kasıb adamla bağlı yaxşı nəsə olmayacağına inanırdım.
İş qurtardıqdan sonra bütün iş yoldaşlarım mənə yaxınlaşdılar və yanımda oturub onları öz qardaşım kimi görüb-görmədiyimi soruşdular. Cavabımı gözləmədən bir günlük gəlirlərini ovcuma basdılar. Qəbul etmək istəməyəndə "Lazım olsa acından ölərik, amma qızımızı kollecə göndərərik" deyib, qarşı çıxdılar. Onlara cavab verə bilmədim. O gün yuyunmadım, amma evə daha təmiz getdim...
Hal-hazırda qızlarım üçü də təhsil alır və artıq işləməyimə icazə vermir. Həmin qızım isə bu yaxınlarda universiteti bitirəcək. Yarım günlük işi də var. Çox vaxt məni köhnə iş yerimə aparıb dostlarıma və mənə yemək yedirdir. Dostlarım gülüb niyə bizə tez-tez yemək yedirtdiyini soruşanda qızım "Həmin gün hamınız mənə görə ac qaldınız. Bunun sayəsində bugünkü yerimə gələ bildim. Hamınızı hər gün yedirdə bilməyim üçün Allaha dua etmişdim" dedi.
Artıq özümü yoxsul biri kimi hiss etmirəm. Belə övladı olan ata necə kasıb ola bilər?
Banqladeşli İdris
TEREF
 
Ardını oxu...
Amerikada fəaliyyət göstərən Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) yayımladığı «National Geographic» dərgisində boz qurdlarla bağlı maraqlı bir yazı (Qaynaq: http://turktarihivegercekler.blogcu.com/turkler.../14588787) dərc edilib;
«…Dünyanın hər yerində ov etmiş, ölənə yaxın başına gələnlərdən kitab yazmış bir ovçunun anlatdıqlarından bəhs etmək istəyirəm. Əslində kitabı iki nəfər yazır və Ural dağlarında etdikləri bir ovdan bəhs edirlər.
Yeddi nəfərlik ovçu dəstəsi ov edərkən boz qurd sürüsü ilə rastlaşır. Ovçular sürüdəki bütün qurdları ovlamaq istəyir. Ovçuların olduğunu fərq edən qurd sürüsü lider qurdun ardınca meşəyə girir. Bütün sürü meşəyə girəndən sonra ovçular üç qurdun geri döndüyünü görürlər. Vurulmaqlarını gözləyirlərmiş kimi dayanıb dururlar. Qəzəblənəndə güclü çənəsinə arxalanaraq ayıya belə saldıran üç boz qurd doğal olaraq tüfənglərin qarşısında acizdilər. Ovçular qurdun üçünü də vurur. Sürünü əldən qaçırmaq istəməyən ovçular meşənin çox sıx və təhlükəli olduğunu bilsələr də sürünün ardınca düşürlər. Ovçulardan birini zəhərli ilan vurur və ovçular meşənin düşündüklərindən daha təhlükəli olduğunun fərqinə vararaq meşədən çıxırlar. Sürüyə yetişə bilmirlər yəni. Geriyə – vurduqları üç qurdu götürməyə gəlirlər. Bu zaman olayın yazarı ömür boyu unuda bilməyəcəyi bir olayla qarşılaşır; Qurdlardan biri ölmüş, digəri isə ağır yaralı olduğu üçün əzab çəkir. Digər qurd isə ağır yara almasına və ayaq üstə çox çətinliklə durmasına baxmayaraq, ölmüş və ölməkdə olan qurdları yemək üçün gələn dörd qara qurda diş qıcayır və onların ölmüş qurda yaxın düşməsinə imkan vermir. Ovçuları görən qara qurdlar qaçırlar. Onların uzaqlaşdığını görən yaralı boz qurd digər ağır yaralı olan boz qurda yaxınlaşır, boğazından yapışaraq öldürür və onun əzab çəkməsinə imkan vermir. Sonra özü də yıxılır və ölür. ölən digər boz qurdun da boğazındakı diş izi, əzab çəkməməsi üçün öldürüldüyünü dərhal bəlli edirdi. Boz qurdun bu xarakteri bütün ovçuları heyran qoyur və onların – mərdlik simvolu olan boz qurdların dərisini soymağı yox, basdırmağı qərara alırlar. Boz qurdları basdırandan sonra -olayı yazan adam – dəqiqələrlə onların yerdə qalmış qanlarına baxır. Sonra bıçaqla qolunu kəsir və axan qanı ilə onların basdırıldığı torpaq üzərinə tək bircə söz yazır:
«SORRY»!
TEREF
Ardını oxu...
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 1-nə qədər uzadılıb. Yeni qərar olmasa, oktyabrın 1-dən etibarən ölkədə xüsusi karantin rejimi ləğv ediləcək və Azərbaycanın bütün quru sərhədləri açılacaq.

İctimaiyyət arasında yayılan məlumatlara görə, Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbiri ilə əlaqədar quru sərhədlərin açılması gözlənilir.

Məsələ ilə bağlı TNS-ın sorğusunu cavablandıran Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi bildirib ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı dəqiq məlumatı yoxdur: "Bu barədə məlumatım yoxdur. Bir məlumat olarsa, ictimaiyyətə bildiriləcək".
 
Ardını oxu...
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, ev 51-də yaşayan Ağasalayev Vüsal Yağenali oğlu prezident İlham Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Mərkəzi Banka müraciət edib. Tribunainfo.az-a da göndərilən məktubu təqdim edirik:

1993-cü ildən 2014-cü ilədək Silahlı Qüvvələrdə zabit kimi hərbi xidmət keçmişəm, hərbi xidmətimin çox hissəsini düşmənlə təmas ərazilərdə keçirmişəm. 2014-cü ildə xəstəliklə əlaqədar ehtiyata buraxılmışam və mənə 2-ci dərəcə əlillik təyin edilib.
Xüsusi ilə qeyd etmək istəyirəm ki, əvvələr tanıdığım zabit Mustafayev Azər Sabir oğlu bir neçə dəfə etibarımdan sui istifadə edərək məni 2014-cü ildə aldadaraq, “xəstəm var” deyərək, “bankdan 4000 manat pul götür, mən ödəyəcəyəm” deyib, mən isə krediti götürüb verdim, lakin ödəmədi, həmin pulu tam şəkildə mən xəstə insan pensiyamdan ödədim, hazırda mənə vurduğu zərəri ödəməmişdir.
Eyni zamanda, həmin ərəfədə, yəni 2014-cü ildə məndən xahiş etdi ki, keçmiş zabit Rəcəbov Heydər Zahid (070-200-90-11) oğluna da hər ikimiz zamin duraq, kredit götürüb özü ödəyəcək, lakin bir müddət keçdikdən sonra gördüm ki, mənim pensiyamdan 800 manat məbləğ tutulur, bu zaman bir çox aidiyyatı orqanlara müraciət etdikdən sonra 14.08.2024-cü il tarixdə mənə məlum oldu ki, zamin durduğum Rəcəbov Heydər Zahid oğlu krediti ödəməyib, Xətai rayon Məhkəməsi qətnamə qəbul edib, məhkəmə saxtakarlığa yol verərək dələduz Ata Bank işçisi ilə əlbir olaraq Mustafayev Azər Sabir oğlunu zaminlikdən çıxarıb və tək məni saxlayıb.
Hazırda Ali Baş Komandan, digər bütün hüquq mühafizə və mətbuat orqanlarına müraciətim ondan ibarətdir ki, Xətai rayon Məhkəməsinin saxta qətnaməsinin ləğv edilməsi, cinayətkar, dələduz Mustafayev Azər Sabir oğlu və Rəcəbov Heydər Zahid oğlu barədə ciddi tədbir görülməsi və mənə dəymiş maddi və mənəvi zərərin ödənilməsidir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, cinayətkar, dələduz Mustafayev Azər Sabir oğlu yüzlərlə zabit, gizirlərə bu kimi əməlləri ilə problemlər yaradıb.
 
Ardını oxu...
Türkiyənin Konya şəhərində iki yaşlı körpə ailəsi tərəfindən tarlada ölü tapılıb.

Bu barədə Sondakika.com xəbər verir.

Konyanın Kulu rayonunun Karapınar məhəlləsində soğan tarlasında çalışan mövsümi fəhlə ailəsi iki yaşlı körpələri Yusuf Ç-ni çadırda hərəkətsiz görüb. Ailəsi tərəfindən xəstəxanaya aparılan körpənin öldüyü müəyyən edilib.

Ölüm hadisəsində şübhəli məqamlar olduğu üçün məsələ ilə bağlı istintaq başlanıb.

Xatırladaq ki, Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

Həmçinin, Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda iki yaşlı körpə qız uşağının qonşularının 13 və 14 yaşlı oğulları tərəfindən döyülərək cinsi istismara məruz qalması ilə bağlı istintaq davam edir.
 
Ardını oxu...
“Adamı öldürən siqaret deyil. Adamı öldürən borclar, xərclər, banklardan götürdükləri kreditlərdir. Bu o anlama gəlmir ki, pulun nə qədər çoxdursa o qədər yaşayırsan. Pulun çox olmağının da bəlası ayrıdır. İnsanların çoxundan soruşun ki, xoşbəxtsənmi? Hamısı yalandan “hə” deyəcək. Bir insanı görüb soruşursan ki, necəsən? Deyir ki, yaxşıyam. Ən yalan danışılan söz “yaxşıyam”-dır. Min dənə dərdi var, problemi var, amma yenə də yalandan “yaxşıyam” deyir. Dərd çoxaldıqca insan tez ölür. Psixoloji olaraq ölürlər. Mənim kimi insanlar ruh üçün yaşayır, qarın üçün yox. Bəzi adamlar isə ona pul atır, buna pul atır, sonra qapısını kəsdirəndə infarkt olub ölür” Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. Rəşid Mahmudov bildirib ki, insanlar azad fikirli olmalıdırlar.

“Arzum budur ki, yaxşı cəmiyyət quraq. Cəmiyyət qura bilmədik. Bizimkilər sevib evlənmirlər. Elə deyirlər ki, filankəsin qızıdır, pulu var, maşını var gedib evlənim. Sonra da boşanırlar, qırğın düşür. Deyirlər ki, xarakterlərimiz uyğun deyil. Mən istəyirəm insanlar tam azad olsunlar. Azad yaşasın, azad işlə məşğul olsunlar. Mən təyyarə hazırlamaq istəyirəmsə onu hazırlayım. Nə qadınlarda azadlıq var, nə də kişilərdə. Azadlıqdan da sui-istifadə etmək olmaz. Buna görə qanun olmalıdır” deyə Rəşid Mahmudov bildirib.

Rəşid Mahmudov bildirib ki, insanlarda ölüm qorxusu var.

“Allah nə veribsə onu yaşayacam. Artıq yaşamaq istəmirəm. Onu Alllah bilir. Mənim əzraillə tanışlığım yoxdur. O biri tərəfdə mənə artıq qayıb yazırlar (gülür). İnsanlar ölümdən çox qorxurlar. Ölüm də bir xoşbəxtlikdir, o da gözəllikdir. Yalandan yaşamağın nə mənası var? Mənim dostum var, Tariyel müəllim. Ona deyirəm ki, bəsdir də yaşadım, onsuz da hamı öləcək. Dostlar, tanışlar, qohumlar yeyib-içək, sonra da mənə bir az hava vur ölüm. İnsanlar sonra yalandan ağlaşma qurmasınlar ki, Rəşidim vay (gülür). Həyat yoldaşım qəşəng mürəbbələr hazırlayıb. Deyirəm ki, ver yeyim də, mən öləndən sonra baş daşına sarılıb ağlayacaqsan (gülür)” deyə Rəşid Mahmudov bildirib.
Ardını oxu...
Qubada iki aydan çoxdur ki, selin dağıtdığı körpü hələ də bərpa edilməyib.

Xezerxeber.az-ın məlumatına görə, Qubanın Bad kəndində 80 yaşayış evi var.

Məktəb isə qonşu Məccə Xacə kəndindədir və 200-ə yaxın şagird bu kəndə gedir. İki ay öncə Cağacuqçaya gələn sel hər iki kəndin arasından keçən piyada körpüsünü sıradan çıxardıb. Sabahdan tədris başlayır, valideynlər də buna görə narahatdırlar.

Sakinlər bildiriblər ki, sel aparan körpüyə görə dəfələrlə müraciət ediblər, ancaq bir faydası olmayıb.

Məsələ ilə bağlı Bad bələdiyyəsinin sədri Aydın Kazımov qeyd edib ki, vergilərin tam yığımı başa çatandan sonra körpünün təmirinə başlanılacaq:

"Uşaqların məktəbə getməyi üçün alternativ yollar mövcuddur".

Ətraflı süjetdə:

 
 
 

Dünyapress TV

Xəbər lenti