Ardını oxu...
  

Haqqında danışacağımız hekayə cavabdan daha çox sual ehtiva edir. Hər şey 1954-cü ildə baş verib. Adi bir gündə heç bir fərqi olmayan bir təyyarə Tokio hava limanına eniş edib. Sərnişinlər həmişəki kimi gömrük yoxlamasına gediblər. Amma camaatın arasından bir nəfər fərqlənib - orta yaşlı, saqqallı, həddindən artıq səliqəli geyinib ətrafa baxan kişi.

O, növbəsi çatanda iş üçün Yaponiyaya uçub və bunun onun bir ildə üçüncü işgüzar səfəri olduğunu deyib.

Aeroport əməkdaşlarının diqqətini çəkən sənədlərdəki qəribəliklər olmasaydı, o, daha da irəli gedə bilərdi. Məsələn, "Yaşayış ölkəsi" sütununda Taured adlı bir yer göstərilib. Gömrük işçilərinin təəccüblü ifadəsinə cavab olaraq həmin şəxs həqiqətən də Taureddə yaşadığını bildirib və ölkənin xəritədə - hazırda kiçik Andorra dövlətinin yerləşdiyi Fransa ilə İspaniya arasında yerini göstərib. Tauredin dünya xəritəsində olmadığını görən qəribə adam xəritənin təhrif olunduğunu bildirib. Onun sözlərinə görə, bu dövlət 1000 ilə yaxındır ki, mövcuddur.

Və ən qəribəsi odur ki, onun sözlərini təsdiq edən sənədlər var idi: başqa ölkələrin viza möhürləri olan mövcud olmayan ölkənin pasportu, Taured vətəndaşının sürücülük vəsiqəsi və Avropa əskinasları. Adam bir neçə dildə, o cümlədən fransız və yapon dillərində danışırdı. Amma onun başqa sübutu yox idi.

Ardını oxu...

O, hava limanının işçilərini əmin edib ki, Yaponiya şirkətlərindən biri ilə görüşə gecikib. Və belə bir şirkət həqiqətən tapılıb. Yalnız onun işçiləri o, şəxsin varlığından xəbərsiz idilər. İddiaya görə, otaq sifariş etdiyi yerli oteldə onun şəxsiyyətinə dair heç bir qeyd yox idi. Şəxsi identifikasiya üçün son ümid - çek kitabçası da uğursuz olub: bank mövcud deyil.

Onlar naməlum ölkə vətəndaşını saxlamağa qərar veriblər və onu hava limanının yaxınlığında yerləşən otelə aparıblar. Həmin şəxs otaqda immiqrasiya rəsmilərinin nəzarəti altında olub. Səhər onu yoxlamaq qərarına gəlib otağa girəndə otaqda nə sərnişini, nə də əşyalarını tapıblar. O, göründüyü kimi gözlənilmədən yoxa çıxıb.

Ondan yalnız internetdə gəzən, heç kimin həqiqiliyini təsdiq etmədiyi pasport fotoşəkili qalıb./Lent.az


Ardını oxu...
Sentyabrın 21-də Gəncə şəhərində "VMR Estetik" klinikasında mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramovanın sentyabrın 28-də öldüyü bildirilir.

Məsələ ilə bağlı “VMR” estetik klinikasının rəhbəri Vüsal Həsənov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Gəncə filialında mədəkiçiltmə əməliyyatı olmayıb:

“Mediada yayılan məlumata görə, bizim klinikamızda Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramova adlı xəstə əməliyyatdan 1 həftə sonra vəfat edib.

Lakin bizim klinikamızda mədəkiçilitmə əməliyyatı olmayıb. Ümumiyyətlə, mədəkiçiltmə əməliyyatı etmək üçün 180 kvm sahə, lazımı avadanlıqlar və şərait olmalıdır. Bizim klinikamızda bunları etmək üçün lazımi imkanlar yoxdur. Bu səbəbdən də mədəkiçiltmə əməliyyatının olması mümkün deyil”.

O qeyd edib ki, məsələ ilə bağlı əlaqədar qurumlara da müraciət edib:

“Klinikamınızla bağlı həqiqəti əks etdirməyən məlumatlara görə bu gün səhər saatlarında (dünən) prokurorluğa getməli oldum. Məsələ barəsində hüquqi tədbir görülməsini tələb edəcəyəm”.

Qeyd edək ki, sözügedən xəbəri İlk olaraq "unikal.org" saytı yayıb.
 
 
 
Ardını oxu...
"İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir".

"Report" xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, bu, prosessual məsələdir: "İndi qarşı tərəfin qərarı təsdiqləməsi gözlənilir".

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
 
Ardını oxu...
Azərbaycanda yüksək vəzifədə işləyən 70 yaş və yuxarı ən yaşlı İcra başçılarının siyahısı:

1) Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 77 yaş
2) Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 73 yaş
3) Qobustan rayonunun icra başçısı Adil Məmmədov – 72 yaş
4) Xocalı rayonunun icra başçısı Şahmar Usubov – 71 yaş
5) Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 71 yaş
6) Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov - 71 yaş
7) Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 70 yaş
8) Füzuli rayonunun icra başçısı Alı Alıyev - 70 yaş
9) Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 70 yaş

Azərbaycanda yüksək vəzifədə işləyən 70 yaş və yuxarı ən yaşlı məmurların siyahısı:

1) Baş nazirin müavini Yaqub Eyyubov - 79 yaş
2) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov - 78 yaş
3) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova - 75 yaş
4) Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev - 75 yaş
5) Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov - 75 yaş
6)BDYPİ-nin rəisi general-mayor Ramiz Zeynalov - 73 yaş
7)Fövqaladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə - 72 yaş
8) İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov - 72 yaş
9) Elm və təhsil nazirinin müavini Firudin Qurbanov - 72 yaş
10) DİM-in sədri Məleykə Abbaszadə - 71 yaş
TEREF
 
Ardını oxu...
Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.

İqtisadiyyat.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sakinlər binadan təxliyə edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir. Araşdırma aparılır.
 
Ardını oxu...
Livanda Hizbullah Hərəkatının Mərkəzi Şurasının üzvü Nabil Kauk öldürülüb.

Tribunainfo.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Nabil Kauk İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 28-də hədəfə yönəlik dəqiq aviazərbəsi nəticəsində öldürülüb.
 
Ardını oxu...
“Mətanət – A” şirkəti məhkəməyə üz tutdu

“Mətanət – A” şirkəti vətəndaşa qarşı alqı-satqı müqaviləsi ilə bağlı iddia qaldırıb. Tribunainfo.az məlumat verir ki, Bakı Kommersiya Məhkəməsində Yusif Allahverdiyev barəsində işə baxılıb. Prosesə hakim Günay Həşimova sədrlik edib.
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar yolu" adlı bugünkü buraxılış Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu ərazisində yerləşən Zərkəndin tarixi, irsi, abidələri və mədəni nümumələri araşdırılıb.

Bildirilib ki, kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin əvvəlinə (1510) təsadüf edir. Kəndin ilk adı 1890-1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır.

Süjetdə Qədim Kalafalar kəndinin yerində 1480-ci ildə salınmış Zərkəndin adı ilə bağlı əhvalata toxunulur: "Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirib ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır. Hadisə ilə əlaqədar kəndin adı Qamışlı bulaqla bərabər Zərzibil adlandırılmağa başlanıb. Kəndin ikinci adı 1890-1892-ci illərdən 1935-ci ilin yanvarın 3-nə qədər Zərzibil olub. Kəndin üçüncü adı olan Zərkənd sözünün mənası "Zər" "Qızıl" "Kənd" isə "Oba" və yaxud da "El" mənasını bildirir. 1935-ci ilin yanvarın 3-dən 1988-ci ilin dekabrına qədər Zərkənd olub".

Qeyd olunur ki, kənddə 1831-ci ildən 1988-ci ilədək azərbaycanlılar yaşayıb. Kənd rayon mərkəzi Basarkeçərdən 17 kilometr məsafədə yerləşir. 1935-ci il yanvarın 3-də kəndin adı Zərkənd, 1991-ci il aprelin 19-da isə kəndin adı Kut qoyulub.

Süjetdə 1800 il əvvəl şaxta üsulu ilə çıxarılan qızılın fılizdən təmizlənib emal olunduğuna, bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar yoluna, Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yerinin qalıqlarına aydınlıq gətirilir.

Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 
Ardını oxu...
İnsanlıq nə zaman vəhşiliyə çevrildi?
Ailə Məcəlləsinə mütləq dəyişiklik edilməlidir...
TEREF yazır ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz sosial şəbəkə səhifəsində yazıb. Kəmalə xanım daha sonra yazır:
Rəsmi məlumat:
"Göygöl şəhərində müvəqqəti yaşayan, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Kərimova Kəmalə Azər qızı, polisə müraciət edərək, azyaşlı övladı, 2022-ci il təvəllüdlü Kərimov Turqut Ehtiram oğlunu qeyri-rəsmi yaşadığı, Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüdlü Qasımov Şirin İlqar oğlu spirtli içki təsiri altında döyərək xəsarət yetirdiyini bildirmişdir. Azyaşlıya Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilmiş və Gəncə şəhər Uşaq cərrahiyə şöbəsinə göndərilmişdir. Faktla bağlı Göygöl Rayon Polis şöbəsində cinayət işi başlanılıb, hadisəni törədən şəxs həbs olunub."
Ardını oxu...
TEREF
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 2025-ci il yanvarın 1-nə qədər uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Karantin rejiminin olması isə quru sərhədlərinin bağlı qalması deməkdir.

Bizim xarici ölkələrdə təhsil olan minlərlə tələbəmizin olduğunu nəzərə alsaq, quru yollar müəyyən şərtlər daxilində onlar üçün açıla bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, xaricdə təhsil alan tələbələr üçün bütövlükdə təyyarə biletlərində güzəştlər edilməsi daha məqsədəuyğundur.

Onun sözlərinə görə, bir sıra şirkətlərdə tələbə vətəndaşlara güzəştlərin tətbiq edilməsi praktikası var ki, Azərbaycanda da Azərbaycan Hava Yolları tərəfindən tələbə güzəştlərinin tətbiqi həyata keçirilməsi daha uyğun olardı:

“Bu, nəticə etibarilə tələbələrimizin daha ucuz qiymətə bilet alması və həmin bilet vasitəsilə təhsillə bağlı səfərlər etməsinə imkan yarada bilər. Bununla bağlı hətta bəzi şirkətlərdə limitlər müəyyənləşir. Məsələn, il ərzində iki dəfə ikitərəfli, yəni 4 biletin alınması zamanı güzəştlər tətbiq olunur. Belə güzəştlərin tətbiqi daha məqsədəuyğun olardı”.

Deputat Fazil Mustafa isə bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Dediyinə görə, sərhədlər bağlı olduğu təqdirdə müəyyən həssas kateqoriyada olan şəxslərə, xüsusilə də tələbələrə və xəstələrə bu güzəştləri etmək yerində olar:

“Əgər bir insan xəstədirsə, rəsmi xəstəliklə bağlı kağız verilibsə və onun müalicəsi xaricdə davam etməlidirsə, o şəxslərə bu güzəşti etməlidirlər”.

Bu məsələyə bir daha baxılacağına ümid etdiyini deyən həmsöhbətimiz nəzərə çatdırıb ki, bununla da tələbələrin tələbə bileti ilə rahatlıqla gəlib-getməsi təmin olunacaq.
 

Dünyapress TV

Xəbər lenti