Ardını oxu...
Rusiyanın Moskva şəhərində əslən Azərbaycandan olan qohumlar arasında münaqişə hüquq-mühafizə orqanları çərçivəsində həll ediləcək.

"DogruXeber.az"ın "Unikal"a istinadən məlumatına görə, Moskvada yerləşən "Çestnaya stomatologiya" klinikasının həkimi Əliyev Kabil Qalib oğlu yaxın qohumu Sabit Əliyevi öldürmək üçün əslən azərbaycanlı olan, Hacıqabul rayon sakini Pənahov Elsevər Pənah oğluna sifariş verib və bunun qarşılığında hətta ona külli miqdarda pul da vəd verib. Ancaq təsadüf nəticəsində sifarişi verilən Sabit Əliyevə bu il yanvarın 3-də məlum olub ki, onu öldürmək istəyirlər.

Belə ki, tanımadığı bir azərbaycanlı yol gedən zaman Sabit Əliyevə yaxınlaşaraq onun qətlinin yaxın qohumu tərəfindən sifariş verildiyini bildirib. Bununla bağlı "Estet" Stomotoloji Klinikalarının baş həkimi olan Sabit Əliyev müəyyən araşdırmalar apardıqdan sonra Preobrazhenski Rayonlararası İstintaq İdarəsinə rəsmi qayda da həyatının təhlükədə olması barədə ərizə verib. Araşdırmalarımız zamanı məlum oldu ki, Kabil Əliyev Sabit Əliyevin klinikalarının daha nüfuzlu olmasına, ora gələn pasiyentlərin çoxluğunu qəbul etmədiyindən ondan qisas almaq niyyətinə düşüb. Hətta bundan öncə də bir neçə dəfə müxtəlif formalarda Sabit Əliyevin nüfuzunu aşağı salmaq üçün müəyyən addımlar atıb, onun klinikasına sifarişlə xəstələr göndərib və sonra həmin müalicə həkimlərindən müəyyən hüquq-mühafizə orqanlarına qondarma şikayətlər yazdırıb.

Ardını oxu...

Kabil Əliyev isə qohumunun onun ölümünü sifariş verməyindən məlumatı olduqdan sonra adıçəkilən rayonda "Parus" restoranın sahibi olan Elsevər Pənahovu yanına çağıraraq vəd verdiyi 30 min dollar pulu ona verib və onun sifarişçi olması barədə hər hansı hüquq-mühafizə orqanına məlumat verməməsini tapşırıb.

Ardını oxu...

Hazırda Sabit Əliyevin ərizəsi əsasında Preobrazhenski İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Ardını oxu...
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən tanınmış filosof-kulturoloq, professor Niyazi Mehdi evə buraxılıb.

Bu barədə onun dostu, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib.

Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

"Dünən xəstəxanadan çıxarıblar, axşam evinə gətiriblər. Müasir fəlsəfi fikrin ən qabaqcıl imzalarından biridir. 20-dən çox kitabı nəşr edilib, yüzlərlə elmi yazısı var. Çoxlu tələbə yetişdirib, saysız hesabsız dostlar qazanıb. Bu gün o, biçarə durumda evində oğlanlarının himayəsinə sığınıb",- N.Mehdinin dostu, naşir Şahbaz Xuduoğlu bildirib.

Qeyd edək ki, N.Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub.
 
Ardını oxu...
Sankt-Peterburqda (Rusiya) azyaşlı yeni dostunun xahişi ilə yüzlərlə məktəbi "minalayıb".

Bu barədə TEREF Oxu.Az-a istinadən xəbər verir.

Ötən gün naməlum şəxs üç nömrədən polisə zəng edib və uşaq səsi ilə şəhər daxilində 709 məktəbin minalanmış olduğunu bildirib.

Təhsil müəssisələrinə əməkdaşlar göndərilib və onlar heç bir yerdə partlayıcı qurğu aşkar etməyiblər.

Əvəzində polis zəng vuran şəxsin kimliyini müəyyən edib və o, Kronştadtdan olan 10 yaşlı Vladislav adlı məktəbli olub.

Uşaq etiraf edib ki, bu yaxınlarda "Telegram"da həmyaşıdı ilə tanış olub və sonuncu ondan bir xahişi yerinə yetirməsini istəyib. Dostluq naminə uşaq terror aktı təhlükəsi barədə məlumat verib.

Hazırda iş üzrə istintaq materialları İstintaq Komitəsinə təhvil verilib.
Ardını oxu...
“Taliban” BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.

Bu barədə “Amu TV” məlumat yayıb.

Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.

Qeyd edək ki, bu, “Taliban”ın ölkələrindəki BMT nümayəndələrinə qarşı gördüyü ilk tədbirlər deyil. Belə ki, 2023-cü ilin aprelində qadınların təşkilatda işləməsini qadağan ediblər.
 
Ardını oxu...
Polisə müraciət edən G.K. dini nikahlı əri Serdar Arslanın yoxa çıxdığını deyərək, itkin düşdüyünü bildirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, polis əməkdaşları hadisə ilə bağlı araşdırma başlatarkən, şübhəlinin evindən çıxan zaman stifadə etdiyi avtomobilinin Ümraniyedə qapıları açıq tərk edilmiş halda tapılması ilə istintaqın gedişi dəyişib.

İstanbul İtkin Şəxslər Bürosu tərəfindən aparılan araşdırmada avtomobilin başqa bir şəxs tərəfindən Kocaeli, Başiskeleyə gətirildiyi müəyyən edilib. Təhlükəsizlik kamerası görüntülərini araşdıran polislər , avtomobili İstanbula gətirən şəxsin Ümraniyedə avtomobili tərk edərək taksi ilə Kavacığa getdiyini, daha sonra isə onu gözləyən başqa avtomobilə minərək Sefaköyə getdiyini müəyyən edib.

Polis əməkdaşları, avtomobili idarə edən şəxsin Ö.Mahsun olduğunu təyin etdi. Həmin şəxsin itkin düşdüyü üçün axtarışda olan Serdar Arslanın iş ortağı və alabalıq restoranını birlikdə işlətdiyi Ö.Habil qardaşı olduğu müəyyən edilib.

Məlum olub ki, iki şərik bir müddətdir ki, borc üstündə dava ediblər.
 
 
Ardını oxu...
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dağlıq rayonlara qar yağır.

Yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada (Qrız) 19, Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xaltanda 6, Xankəndində 4, Qusar, Şahbuzda 1 sm-dir.

Bəzi yerlərdə isə yağış yağır. Belə ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 13 mm, Daşkəsən, Şəmkir, Gəncə, Zaqatala, Neftçala, Biləsuvar, Tərtər, Zaqatala, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Ölkənin bəzi ərazilərində güclü şimal-qərb küləyi əsir. Küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında arabir 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dək güclənib. Bu narıncı xəbərdarlığa uyğundur.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb.

Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Bərdə, Tərtər, Gəncə, Naftalan, Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.
Ardını oxu...
Gəncə şəhərində uşaq-inkişaf mərkəzi və özəl bağça kimi fəaliyyət göstərən mərkəzlərdən birində müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağlayıb.

Olay "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzində baş verib və müşahidə kameralarına düşüb.

Görüntülərdən məlum olur ki, azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olan qadın müəllim onların ağzını yapışdırıcı lentlə bağlayır. Hadisə otaqda sakitlik olan və uşaqlar bir-biri ilə oynadığı zaman baş verir. Lakin bunun cəza yoxsa, oyun xarakterli olduğu aydınlaşmır.

"Kiçik dahilər" Uşaq-İnkişaf Mərkəzinin nümayəndəsi Pərvanə Muradova açıqlamasında faktı təsdiqləyib.
Ardını oxu...
O bildirib ki, hadisə yanvarın 30-da qeydə alınıb və müəllim artıq işdən çıxarılıb:

“Müəllim oyun niyyəti ilə, uşaqların öz istəyi əsasında onların ağızlarına "skoç" vurub. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bundan istifadə edərək, şikayətləndi və bizim üçün problem yarandı. Məhz bu səbəbdən 2-3 gün sonra həmin müəllimi işdən azad etməli olduq. O, düzgün hərəkət etməsə də, bunu sadəcə, oyun niyyəti ilə edib”.

Mərkəzin rəhbəri Əfsanə Kazımova isə bildirib ki, məsələdən bir neçə gün sonra xəbər tutub və həmin müəllim işdən azad olunub:

"Müəllim bunu uşaqların öz istəyi ilə edib və pis bir niyyəti olmayıb. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bu məsələni qabardıb, digər valideynlərin isə şikayəti olmayıb".

Mərkəz özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərdiyi üçün Elm və Təhsil Nazirliyindən məsələyə münasibət bildirilməyib:

"Mərkəz heç bir qurumun tabeliyində olmadığından nazirlik məsələyə qarışa bilmir".

Qeyd edək ki, "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzi ötən ilin sentyabrından fəaliyyət göstərir.
 
 
Ardını oxu...
Çinin Sıçuan əyalətində torpaq sürüşməsi baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İbin şəhərinin Cinpin kəndində qeydə alınıb.

Təbii fəlakət nəticəsində 30 nəfərin dağıntılar altında qaldığı bildirilir.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
 
Ardını oxu...
Hacıqabulda 3.1 maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Təbiət hadisəsi Bakı vaxtı ilə 18:31-də Şirvan stansiyasından 20 kilometr şimalda qeydə alınıb.

Yeraltı təkanların ocağı 38 kilometr dərinlikdə olub.
 
 
 

Dünyapress TV

Xəbər lenti