Xatırladıram ki, bir neçə ay öncə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti qeydiyyat prosesində kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdir.
Bildirilmişdi ki, ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız rəqəmsal formada, ETN-in Portal.edu.az platforması üzərindən olacaq. Universitetlər tələbələrdən, magistrlərdən və 2-ci ali təhsil alanlardan heç bir kağız sənəd tələb etməməliydi.
Bir daha bildirirəm ki, indiyədək universitetlərə qəbul üzrə qeydiyyat 3 mərhələdə həyata keçirilirdi :
1. Mərkəzləşdirilmiş qaydada, ETN-in Portal.edu.az platforması vasitəısilə
2. Əksər universitetlər paralel olaraq qeydiyyat aparırdı, özləri üçün kağız sənədlər tələb edirdilər
3. Bəzi universitetlər isə paralel olaraq özlərinin elektron resurslarında qeydiyyat tələb edirdilər
Magistarturaya qəbuldan sonra apardığımız monitorinqlər onu deməyə əsas verdi ki, bu istiqamətdə atılan addımlar özünü doğrultmuş, on minlərlə tələbələrdən paralel olaraq kağız sənədlər tələb edilməmişdi.
Görəsən indi, bakalavrlarla bağlı vəziyyət necədir ?
Artıq universitetlərə qeydiyyat başlayıb. Qısa bir araşdırma aparmaqla görmək olar ki, vəziyyət müsbət istiqamətdə xeyli dəyişib. Sosial mediada universitetlərin qəbul elanlarından gorsənir ki, yeni qəbul olunanlar qeydiyyat üçün yalnız ETN-in Portal.edu.az rəqəmsal platformasına yönləndirilir.
Hələlik yalnız bir Universitetin elanında qeyri-adi bir durumla rastlaşdım.
ADPU rəhbərliyi tələbələri qedyiyyatla bağlı Portal.edu.az –a yönəltsə də, maraqlıdır ki, elanda belə bir qeyd də yerləşdiriblər :
“Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər”
Düşünürəm ki, bunlar yolverilməzdir və bu, paralel qeydiyyat, həm də kağız formada yenidən qeydiyyat deməkdir.
ETN-in rəqəmsal platformasında olan sənədləri, bu platformadakı bütün sənədlərə ADPU-nun sərbəst girişi olduğu halda yenidən onları kağız formada tələbələrdən tələb etmək, yumşaq desəm hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır.
Ümid edirəm ADPU rəhbərliyi, paralel qeydiyyata meyl edən digər universitetlər də bunu nəzərə alacaqlar.
Eyni zamanda İRİA və ETN tərəfindən də bu istiqamətdə monitorinqlərin aparılması, universitetlərə bu istiqamətdə bir daha tövsiyələrin verilməsi doğru olardı.
İRİA və ETN-in universitetlərə sənəd qəbulu prosesini tam olaraq rəqəmsallaşdırması, paralelçilikdən imtina edilməsi, kağız formada sənədləşmədən tam imtina edilməsi istiqamətində addımları çox təqdirəlayiqdir.
Osman Gunduz
TEREF