Ardını oxu...
Şəkinin Aşağı Layısqı kəndinin sakinləri yol problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, kəndə bir dəfə də olsun asfalt örtüyü salınmayıb və yolun üç kilometrlik hissəsi yararsız vəziyyətdədir.

Daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. İstər qış, istər yay aylarında kəndə gəlib-getmək demək olar ki, mümkünsüzə çevrilib.

"Xəstəmiz olanda təcili tibbi yardım gəlmir. Həkim çağıranda, deyirlər, maşın gətirin. Maşını yoxdursa, xəstə ölməlidir?! Xeyrə-şərə gələn deyir ki, bu necə kənddir, bu nə yaşayışdır?!" - deyə sakinlər narazılıqlarını bildiriblər.

Daha ətraflı Baku TV-nin materialında:

 
Ardını oxu...
Avqustun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib.

Redaktor.az xəbər verir ki, ATİAHİ-nin sədri Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda Məclisin gündəliyi təsdiq edilib.

İclasda təşkilati məsələyə baxılıb.

Məclisdə çıxış edən S.Möhbalıyev ATİAHİ-yə rəhbərlik etdiyi müddətdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan danışıb. Çıxışının sonunda o, işinin çoxluğunu nəzərə alaraq ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən, Respublika Komitəsinin sədrliyindən istefa verdiyini açıqlayıb. S.Möhbalıyevin istefası Məclis üzvləri tərəfindən qəbul edilib.

Sonra ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.

ATİAHİ-nin yeni sədri A.Paşayev ona etimad göstərən Məclis üzvlərinə təşəkkür edib, rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı səylə çalışacağını vurğulayıb.
 
Ardını oxu...
İnternet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir.

Bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

“Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə, ondan 130 manat cərimə tələb olunur. Həmçinin, vətəndaşlara aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlərin də tezliklə qiymətləri qaldıracağı bildirilir. Normalda isə modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır. Xatırladıram ki, “Aztelekom” son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra “Huavey” şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim edərək minimum tarif 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıb. 15 avqust tarixindən başlayaraq isə bu, 25 manata (100Mbit/s) qaldırıb. Bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla “şərikli internet” seçimi etmələri haqqında sosial mediada məlumatlar yayılıb.

Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti “Aztelekom” təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb”, – deyə ekspert bildirib.
 
Ardını oxu...
"Sənədsiz evlərlə bağlı müəyyən təkliflər var. Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və Ədliyyə Nazirliyinin birgə iştirakı ilə elektron informasiya sisteminin yaradılması istiqamətində xeyli işlər görülüb və bununla bağlı hazırda müzakirələr gedir. Texniki işlər yekunlaşmaq üzrədir. Məsələnin ictimai təqdimatı ilə bağlı addımlar atılır. Düşünürük ki, ilin sonuna qədər texniki işlər yekunlaşdıqdan sonra sözügedən prosesin idarə olunması və eyni zamanda sənədləşmə işlərinin aparılması ilə bağlı mövcud problemlərin həllinə başlanılacaq".

TEREF bildirir ki, bunu Referans. az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sənədsiz evlərlə bağlı danışarkən bildirib. Ekspert deyir ki, yekun qərar qəbul olunduqdan sonra qanunsuz tikililərlə bağlı ciddi mübarizə tədbirləri görüləcək:

"Əvvəl yerli icra hakimiyyəti orqanları prosesə nəzarət edirdisə, indi bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi edir. Həmçinin, məlumatlandırma icraatının razılaşdırma qaydalarında müəyyən dəyişikliklər olunub. Bundan başqa, cənab Prezidentin ötən il kommunal təchizata qoşulma ilə bağlı fərmanı oldu. Həmin fərman çərçivəsində oktyabr ayının 1-dən artıq sənədsiz tikililərin kommunal təchizata qoşulması dayandırıldı. Buna oxşar xeyli qərarlar var ki, ümumi prosesə təsir göstərir, amma, tam şəkildə qarşısını ala bilmir. Sözügedən qərarlar demək olmaz ki, icra olunmur. Bəli, qərarlardan öz məqsədləri üçün sui-istifadə edən ayrı-ayrı məmurlar və ya yerli idarəetmə orqanları var. Amma, bu o demək deyil ki, sözügedən qərarlar ümumiyyətlə, icra olunmur. Sadəcə, hesab edirəm ki, həmin qərarların icrası istiqamətində vəziyyət qənaətbəxş deyil və sözügedən məsələnin həllinə kömək etmir, qarşısnı almır, təkan vermir. Sənədləşmə ilə bağlı yekun qərar qəbul olunduqdan sonra dövlət torpaqlarında, qeyri-təyinatlı ərazilərdə, zəbt olunmuş torpaq sahələrində tikinti aparılması məhdudlaşdırılacaq".

Müsahibin sözlərinə görə, cinayət qanunvericiliyində torpaqların zəbt olunmasına görə maddə var. Prokurorluq və hüquq-mühafizə orqanları həmin maddənin tələbi ilə işə başlasalar, Azərbaycan əhalisinin 15 faizi mühakimə oluna bilər. Buna görə proseslər mərhələli şəkildə aparılmalıdır.

Ekspert qeyd edir ki, torpaq zəbt edib sənədsiz ev tikməyə görə qanunda kifayət qədər sərt cəzalar da var. Hətta, belə şəxsləri 5-6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Bu zəbt olunan ərazinin təyinatına və s. əsasən müəyyənləşir.

"Sənədsiz torpaqda tikili tikməyə, torpağı zəbt etməyə görə inzibati qaydada cərimə növləri var. Bu gün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məlumatlandırma icraatı qaydasına uyğun olmayan şəkildə aparılan tikintiyə görə fiziki şəxsləri 400 manat, hüquqi şəxsləri 1200 manat cərimə gözləyir. Bildirmək istəyirəm ki, təkcə cərimə ilə məsələni yoluna qoymaq mümkün deyil", - deyərək suallarımızı cavablandıran ekspert özbaşına tikililərin sənədləşməsi ilə bağlı qərarın qəbulunu məqsədəuyğun hesab edib.

Şəlalə Babayeva
 
 
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Göyçədəki qalalar urartuluların yox, içoğuzlarındır" adlı veriliş hazırlanıb.

Verilişdə tədqiqatçı Ramin Əlizadə ermənilər tərəfindən dağıdılmış Göyçə mahalının Basarkeçər rayonunun Zağalı kəndində urartu gerçəklərindən və erməni saxtakarlığından söz açıb.

Qeyd olunub ki, Göyçədə yaşayan tayfalar urartuluların hücumlarının qarşısına almaq üçün uzun müddət mübarizə aparıblar: "Göyçənin adı, Geğam, Geğarkunik sözü türklərin Gehu şəhərinin adından götürülüb. Göyçədə olan qalalar urartuluların deyil, İç oğuzlarındır. Aşşurlar Biayin tayfalarının yaratdığı dövlətə Urartu-Dağlıq ölkə deyiblər. Sarduri Zağalı kəndi ətrafında kitabədə yerli tayfalar haqqında mühüm məlumatlar verib. Zağalı yazısında qeyd olunan Urte ölkəsi Yurd mənası verir və türklərə aiddir. Qərbi Azərbaycanın yerli tayfaları Göyçə Ağbaba, Şörəyel, Loru ərazisində Urartuya qarşı ciddi müqavimət göstəriblər".

Sonda vurğulanıb ki, Qərbi Azərbaycanın tarixi mədəni irsi üzərində qondarma Armeniya mifologiyası qurulub: "Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur. Qədim və müasir ermənicənin Urartu dili ilə qrammatika və morfologiya baxımından heç bir bənzərliyi yoxdur. Urartunun tarixini tədqiq edən araşdırmaçılar ermənilərin iddiasını yalan hesab edirlər. Piotrovski Urartu maddi-mədəni irsinin ermənilərlə heç bir əlaqəsinin olmadığını sübut edib".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Tibb üzrə fəlsəfə doktoru Mehriban Əmirova Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidməti İdarəsini məhkəməyə verib.

Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.

Aygün Əhədova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi əmək məsələləri üzrə mübahisələrlə bağlıdır.

Araşdırmalarımız zamanı məlum olub ki, Mehriban Əmirova Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq işləyib. Onun tərcümeyi-halında da 2014-cü ildən sözügedən hospitalda işlədiyi qeyd edilib.

Bəzi məlumatlara görə, o bir müddət əvvəl işdən çıxarılıb. Lakin bu məlumatı nə hospitalla, nə də Mehriban Əmirovanın özü ilə dəqiqləşdirmək mümkün olmayıb./Qaynarinfo
 

Ardını oxu...
Azərbaycanda hər nə qədər kadr kontingentinin yenilənməsi, gəncləşməsi, müasirləşməsi barədə danışılsa da, sanki "toxunulmaz”, "yenilməz” bir klassik məmur tipi yenə də qalmaqdadır – varlı, ədalı, yekəxana, bəzən də mədəniyyətsiz və hətta harınlamış. Təəssüf ki, həmin bu təbəqədə həbslər, "təmizləmələr” və s. aparılsa da, ciddi şəkildə dəyişən bir şey yoxdur – onlar yenə nazir, icra başçısı, rəis, bəzi hallarda isə deputatdırlar. Özü də aralarında elə "qozbel”lər var ki, onları çox vaxt nəinki vəzifədən atılmaları, heç həbsxana da düzəltmir. Məsələn, Akif Çovdarov kimi...

Aşağıda təqdim etdiyimiz fotolar isə Balakənin və Bakının Nəsimi rayonunun üst-üstə 15 il(!) icra başçısı olmuş hazırkı deputat, növbəti seçkidə də Baləkəndən deputat ediləcəyi heç bir şübhə doğurmayan Nəsib Məhəməliyevin rayonun kəndlərinin birində seçicilərlə görüşündə çəkilb. Bu fotoları "icra başçısı-deputat” fəxrlə öz "feysbuk” səhifəsində yerləşdirib.

Göründüyü kimi, zatən çoxu zəhmətdən, əziyyətdən, kasıblıqdan beli bükülmüş kənd sakinləri bir də deputatın qarşısında az qala ikiqat əyilirlər. Bu yazıq adamlar elə Məhəməliyev kimi məmurların, nazirlərin, icra başçılarının, rəislərin və s. "əsəridir”. Bəs onları bir də seçki görüşü adı altında öz qarşısında təzim etdirməyin, sonra da fotolarını paylaşmağın mənası, mesajı nədir?

Normalda deputatlığa namizəd də, deputat da, məmur da vətəndaşın ayağına getməlidir, bu fotolardan isə belə nəticə çıxır ki, əksinə, insanlar Məhəməliyevin ayağına gəlib. Əgər belə olmasaydı, ən azından heç olmasa bu fotoların birində olduğu kimi, deputat oturduğu yerdə ona əl uzadan, özündən yaşca yəqin ki, böyük olan ahıl kişinin əlini sıxarkən öz "müqəddəs vücudunu” bir balaca da olsa qaldırardı. Adama, özü də "millətin vəkili” adını daşıyan adama özündən yaşlı birisi əl uzadırsa, o isə oturduğu yerdən tərpənmirsə, bu, ya sağlamlıq, ya da mədəniyyətlə bağlı problemlərdən xəbər verir. Gördüyümüz mənzərədə ikincisi daha ağlabatandır...

Məsələnin daha bir biabırçı tərəfi sözügedən deputatın belə fotoları yayımlamağın az qala "adam yerinə qoymadığı” seçicilər bir tərəfə, bütünlükdə cəmiyyətə qarşı hörmətsizlik və ayıb olduğunu anlamaması, ya da bunu bilərəkdən etməsidir...

Yəni, doğrudanmı bu ölkədə belə "maneralara” malik məmur-biznesmen-deputatlara layiq olduqları yeri göstərən iradə yoxdur? Var və biz bunu nazirlərin işdən qovulmasında, nazir müavinlərinin, icra başçılarının və s. həbsində şahidi olmuşuq. Amma görünür, bunlar qətiyyən yetərli deyil və sistem problemi həll olunmayıb. Azərbaycanda əvəllər icra başçısı işləmiş şəxslərin az qala 90 faizi, bəlkə də daha çoxu indiyədək rüşvətə, korrupsiyaya görə həbs edilmiş icra başçılarından öz əməllərinə görə nə artıqdır, nə də əskik. Məhəməliyevin də bu sırada olmadığını sübut edəcək heç bir arqument yoxdur. Azərbaycan reallıqları nəzərə alınmaqla, 15 il icra başçısı işləmiş birisinin hansı varidata, bizneslərə, obyektlərə, pullara malik olduğunu təsəvvür etmək çətin deyil. Belə şəxslərin camaata qarşı saymazlığının, özündənrazılığının da kökündə onları "şişirdən” var-dövlət, bir də hakimiyyətdəki əlaqələri durur...

Məhəməliyev 6 il Balakənin icra başçısı, son 9 ildə isə rayonun deputatı olub. Balakən Azərbaycanda əhalinin orta aylıq əmək haqqının(Qaxdan sonra) ən aşağı olduğu rayondur. Elə orta aylıq pensiyaya görə də rayon ən son yerlərdən birini tutur. Bu nəticələrdə sözsüz ki, bir sabiq icra başçısı və millət vəkili kimi onun da "xüsusi xidmətləri” olub. Belə olan halda hansı nailiyyəti ilə fəxr edir bu adam, hardandır sanki Balakəndəki dağları da o yaradıbmış kimi bir əda, özündən razılıq?
Əlbəttə, bir deputat bilsə ki, onu doğrudan da xalq seçir, özünü qətiyyən bu fotolardakı kimi aparmaz. İndiki halda isə hakimiyyətdə kimlərləsə əlaqəsi, kimlərinsə qarşısında "xidmətləri” sayəsində növbəti deputat mandatına təminat alan birinin camaatla "xala xətrin qalmasın” ğörüşü keçirməsində qeyri-adi heç nə yoxdur...
Bütün bunlar bir daha göstərir ki, məmurluqdan deputatlığa gələnlər elə məmur olaraq da qalırlar. Bu adamlar xalqın ayağına getməyə yox, xalqı öz ayağına gətirməyə, onu incitməyə, məillətə məxsus sərvətləri, büdcəni talamağa öyrəşmiş adamlardır. Onlar üçün ümumiyyətlə, klassik millət vəkili statusunun fəlsəfəsi tamamilə yaddır!

Əgər belələrini bundan sonra da deputat düzəltməkdə davam edəcəklərsə, çox təəssüf ki, bu fotolarda görüdüyümüz eybəcər mənzərələri hələ çox görəcəyik...
Ardını oxu...
Ardını oxu...

Mənbə: Azpolitika.info
Ardını oxu...
Bakının Xətai rayonu, Gəncə prospektində piyadaların rahat və təhlükəsiz hərəkəti ilə bağlı ciddi nöqsanlar mövcuddur.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayanlar hər gün bu təhlükə ilə üz-üzədir. Prospektin bir tərəfində səki olmasına baxmayaraq, digər tərəfdə səki yoxdur, bu da piyadaların avtomobil yoluna məcburən çıxmalarına səbəb olur və təhlükəli vəziyyət yaradır.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu məsələ ilə bağlı quruma heç bir vətəndaş müraciəti daxil olmayıb.

Ətraflı süjetdə:

 
 


 

Ardını oxu...
 

Türkiyədə son 4 gündə baş verən bütün meşə yanğınları nəzarət altına alınıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri İbrahim Yumaqlı məlumat verib.

"Cümə axşamı səhərindən indiyədək baş verən 247 meşə yanğınından 241-i nəzarət altına alınıb. Bizi narahat edəcək bir yanğın belə qalmayıb", - deyə o, TRT Haber televiziyasında bildirib.

Yumaklı daha əvvəl Egey sahilində yerləşən İzmir vilayətində 3 böyük yanğının nəzarət altına alındığını bildirmişdi. Bölgədə ümumilikdə 4 mindən çox insan təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Daxili işlər naziri Ali Yerlikaya yanğına səbəb olan 7 nəfərin həbs edildiyini açıqlayıb.

 

Şahanə Rəhimli
Musavat.com

Ardını oxu...
  

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında deyilir.

Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

Dünyapress TV

Xəbər lenti