Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Şabran rayon sakini Ənvər Gülməmməd oğlu Müslümovun itkin düşməsindən 2 ilə yaxın vaxt keçir. Rayonun Qələgah kəndinin sakini olan 1958-ci il təvəllüdlü Ənvər Müslümov 2023-cü il mayın 21-i səhər saat 4 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Məlum olan budur ki, ferma sahibi olan Ənvər Müslümov həmin sübh tezdən yaşadığı evdən onu çağıran şəxslə birgə özünün idarə etdiyi “Mercedes”lə naməlum istiqamətə gedib. Bundan sonra Ənvər Müslümovu gördüm deyən olmayıb. Ailə üzvləri onu xeyli axtarandan sonra kənd ərazisində avtomobilini aşkar ediblər.

O zaman Ənvər Müslümovun oğlu mətbuata atasının itkin düşməsi ilə bağlı bunları demişdi:

“Maşını kəndin giriş hissəsində, yolun kənarında qapıları açıq və işıqları yanılı halda tapıldı. Telefonuna zənglər çatmır. Polisə və aidiyyəti qurumlara müraciət edilib. Atamın heç kimlə ədavəti və problemi olmayıb, ona görə də baş verənlər bizdə şok effekti yaradıb. Bir oğul və vətəndaş kimi aidiyyəti qurumlardan bizə kömək olmağı xahiş edirəm”.

Ənvər Müslümov itkin düşəndən sonra yaxınları hüquq mühafizə orqanlarına müraciət etmişdilər. Daxili İşlər Nazirliyi Ənvər Müslümovun fotosunu yayaraq onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994) 70 233 27 23 mobil nömrəsinə zəng edərək məlumat vermələri istənilirdi. Lakin Ənvər Müslümovdan hələ ki, hər hansı bir xəbər yoxdur.

Maraqlıdır ki, Ənvər Müslümovun müəmmalı şəkildə itkin düşməsindən illər əvvəl onun yaşadığı kəndin qonşuluğundakı Dağbilici kəndində də oxşar müəmmalı olay baş vermişdi. O zaman 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacıları itkin düşüblər.

2007-ci ildə ölkə gündəmini silkələyən bu tükürpərdici olayla bağlı bu gün də ziddiyyətli məlumatlar var. Ortada olan məlumatlardan bilinən odur ki, bacılar 2007-ci ilin avqustunda yaşadıqları kəndin ərazisində itkin düşüblər. Bundan sonra, həmin il avqustun 9-da Samur-Abşeron kanalında meyit tapılıb.

İstintaq belə qənaətə gəlib ki, aşkarlanan Nailə Məcidovanın meyitidir. Lakin Məcidovaların atası Zamir Məcidov aşkar olunan meyitin onun qızı olmadığını iddia edib.

Onun dediklərindən sitat:

“Yazıblar ki, guya Nailənin meyiti tapılanda barmağında üzük olub. Amma həmin meyit çıxarılanda atam orada olub, deyir ki, onun əlində üzük yox idi. Meyitin boyu və çəkisi Nailəyə uyğun gəlmir. Dedilər ki, suda qalıb, şişib və meyit uzanıb. Biz də deyirik ki, şişibsə, dediyiniz üzüyü barmağından necə çıxarmısınız? Deyirlər ki, barmağını kəsib çıxarmışıq. Amma meyit basdırılanda da, ekshumasiya olunanda da gördük ki, barmaq kəsilməyib. O meyit tapılanda tanınmaya təqdim olunmadı, fikrimiz soruşulmadı”.

Məcidovlar ailəsi həmin meyitin Nailəyə məxsus olduğuna inanmır. O ki qaldı 7 yaşlı Reyhanəyə, indiyədək onun nə ölüsündən, nə də dirisindən xəbər var.

Şabranda isə bu işlər arasında əlaqənin olmasına inananlar az deyil. Rayon sakinlərində belə bir fikir var ki, Ənvər Müslümov Məcidova bacılarının itkin düşməsi ilə bağlı hansısa məlumatlara, bilgilərə sahib olub. Müəmmalı şəkildə itkin düşməsini də bununla əlaqələndirirlər.

Hər halda bu versiyanın yoxlanması zərurəti ortadadır. Şabran dağlarında yerləşən kəndlərdən insanların izsiz-tozsuz itməsinin bu istiqamətdə araşdırılması müəyyən ipuclarını ortaya çıxara bilər.

Xatırladaq ki, Məcidova bacılarının oğurlanması epizodu Təvəkkül, Elnur, Elçin İsmayılov qardaşlarının cinayət işində vardı. İsmayılovların cinayət işi üzrə 11 zərərçəkmiş şəxs müəyyən edilsə də, Məcidova bacılarının valideynləri məhkəməyə gəlmirdilər. İttiham aktına əsasən, İsmayılov qardaşları Məcidova bacılarından başqa digər qızları da zorlayaraq qətlə yetiriblər.

Yada salaq ki, Elnur İsmayılov ilə qardaşları Təvəkkül və Elçinə 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxunub. Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov qəsdən adam öldürmə, zorlama, adam oğurluğu və digər maddələrlə təqsirli bilinərək ömürlük, Elnur İsmayılov 144.3 (adam oğurluğu), 29, 149.3.3 (zorlama), 178.2.4 (dələduzluq) maddələri ilə bəraət alaraq, 221.2.1 (xuliqanlıq) maddəsi ilə 6 il həbs cəzası, Elçin İsmayılov isə 149.2.3 (zorlama), 221.2.1 (xuliqanlıq) maddələri ilə bəraət alaraq 221.2.2 (xuliqanlıq) maddəsi ilə 4 il azadlıqdan məhrum edilmişdilər.

Musavat.com

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti