Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR), Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, bina 25, mənzil 8-də yaşayan Qarayev Səxavət Novruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Elm və Təhsil Nazirliyinə müraciət edir:

“Mən, Qarayev Səxavət Novruz oğlu, qeyd etmək istəyirəm ki, övladım 2019-cu il təvəllüdlü Qarayeva Ayan məktəbəqədər təhsil müəssisəsi olan Naxçıvan şəhər 12 saylı uşaq bağçasında təhsil alır. Bağçanın fəaliyyətində heç bir problem və başqa mənfi cəhətlər olmayıb.

Bağça rəhbərliyindən bildirilib ki, 5 yaşı tamam olan uşaqlar Naxçıvan Təhsil Nazirliyindən gələn məktub əsasında bağçadan xaric ediləcəklər və uşaqlar ümumi təhsil müəssisələrində yaradılacaq qruplarda məktəbəqədər hazırlıq keçəcəkdir. Məktəblərdə məktəbəqədər hazırlıq saat 9:00-da başlayıb, saat 11:00-da bitir. Biz, işləyən valideynlər üçün, bu hal çətinlik yaradır.

Belə ki, əvvəllər bağçada məktəbəqədər hazırlıq qrubları təşkil olunurdu və uşaqlar saat 06:00-a qədər bağçada olurdu. Naxçıvan Təhsil Nazirliyi bildirir ki, uşaqların çoxluğu ilə əlaqədar Fuad Nəcəfli ilə razılaşdırılaraq, 5 yaşı tamam olan uşaqların hamısını bağçadan xaric edirik. Hazırda çox-çox yaxınlığında yaşadığım 14 saylı orta məktəbdə məktəbəqədər hazırlıq qrupu açılmayacaq. Bizə bildirilir ki, 10 nömrəli məktəbdə qrup açılacaq, ora müraciət olunmalıdır. Bu məktəb də yaşadığımız yerdən uzaq məsafədədir.

Bilirsiniz, yuxarıda qeyd etdiyim kimi, məktəbəqədər hazırlıq saat 11:00-a qədərdir. Lap uşağı hansısa məktəbəqədər hazırlıq qruplarına yazdırsaq belə, saat 11-də uşağı məktəbdən götürmək lazımdır. Ancaq biz hər iki valideyn o saatda işdə oluruq. Belə çıxır ki, saat 11-dən sonra uşağa sahib çıxan heç kəs olmur. Xahiş edirik, işləyən hər iki valideynləri də nəzərə alın. Bu ərizəni tək öz adımla yazsam da, bu vəziyyədən narazı olan çox insanlar var”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Koroğlu" metrostansiyasının ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradıb.

Məqsəd sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması, rahat gediş-gəlişinin təmin edilməsidir.

Belə ki, metrostansiyanın cənub çıxışında avtobus dayanacağı, metro, dəmiryolu stansiyası, taksi duracağı, fərdi və ictimai nəqliyyat qovşağını (park and ride) əlaqələndirən yeni multimodal nəqliyyat mübadilə mərkəzi (HUB) yaradılıb. Verilən məlumata görə, yenilik sayəsində sərnişinlərin avtobus, dəmir yolu və metro arasında rahat keçidi təmin ediləcək, nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq, habelə avtobusların boş yürüş məsafəsi azaldılmaqla əsas magistrala çıxışı asanlaşacaq.

Ərazidə, həmçinin əhalinin nəqliyyat vasitələrini park edərək ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaradılıb.

Həyata keçirilən işlər çərçivəsində metrostansiyanın cənub çıxışında dəmir yolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb. Minik avtomobilləri üçün “park and ride” tipli 200-ə yaxın parklanma yeri təşkil edilib. Taksi minik avtomobilləri üçün duracaq yaradılıb. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da nəzərdə tutulub.

İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərəcək.

Qeyd edək ki, cəmi bir neçə gündür, istifadəyə verilən yeni nəqliyyat mübadilə mərkəzi ilə bağlı həmin ərazidə hərəkət edən sərnişin və sürücülərin narazılığı yaranıb.

Bununla bağlı sosial şəbəkələrdə də iradlar qeyd olunur. Sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan mərkəzin vəziyyəti çətinləşdirdiyi bildirilir. Metrodan əraziyə qədər məsafənin çox olması, sərnişinlərin şəhərə işləyən taksilərin əksi istiqmətə çıxışı, baş verən dəyişikliklə bağlı lazımınca məlumatın verilməməsi istifadəçiləri narahat edir.

Məsələ ilə bağlı TNS-ə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov yeni yaradılan mərkəzi bu sahədə atılan müsbət addım kimi dəyərləndirib.

O bildirib ki, bu cür HUB-ların sayını artırmaq lazımdır: "Bakının şimal, cənub qapısında da bu cür mübadilə mərkəzləri yaradılmalıdır. Bu HUB-lar sərnişinlərin səyahətini optimallşdırır. HUB-lar avtobus dayanacağı deyil, mübadilə mərkəzidir. Burada tamamilə başqa məqsədlər var. Məlumdur ki, bu da obyektiv səbəblərdən dolayı metro ərazisində ola bilməzdi".

Ekspert bildirib ki, mübadilə mərkəzinin yaradılmasında əsas məqsədlərdən biri sərnişinlərin səfərlərini asanlaşdırmaqdlr: "Bir ekspert kimi bunu alqışlayıram. Çünki burada optimallaşdırma həyata keçirilir. Uzaq məsafələrə səyahət edən sərnişin üçün nəqliyyatın müxtəlif növləri bir yerdə cəmləşib. Şəhər ətrafına səyahət etmək lazım olanda bir məntəqədən rahatlıqla səfər edə bilərik. Eyni zamanda, məqsəd odur ki, nəqliyyat sektorunda tətbiq ediləcək yeni texnologiyalar, innovasiyalar orada testdən keçirilə bilər. Uğurlu alınacağı halda, digər mübadilə mərkəzlərinin yaradılmasında da bu texnologiyalardan istifadə edilə bilər. Digər müsbət tərəfi informasiya təminatı məsələsidir ki, sərnişin ərazidə olan lövhələrdən birbaşa məlumat alır. Komfortlu gözləmə şəraiti var. Həmin ərazi sərnişin üçün daha təhlükəsizdir. Bunlar hamısı düşünülüb".

E. Cəfərov bildirib ki, vətəndaşlar metrodan HUB-a qədər olan məsafəni uzaq sayırlarsa, bu, subyektiv fikir də ola bilər:"Digər tərəfdən məsafənin uzaqlığı ilə bağlı müəyyən dəyişikliklər, yeniliklər həyata keçirmək olar. Onsuz da bu mərkəzlərin yaradılması sırf vətəndaşların rahatlığı üçün həyata keçirilir. Mərkəzin indi istifadəyə verilməsini payıza bir hazırlıq kimi də qiymətləndirirəm. Artıq indidən yeni mövsümün düşünülməsi müsbət haldır".
Ardını oxu...
Xəbər verdiyimiz kimi, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlun həlak olub. Rəsmi məlumata görə, onların zəhərləndiyi ehtimal olunur.
Bəs kükürd qazlı termal sularda çimərkən zəhərlənmə baş verə bilərmi? Bu, hansı hallarda mümkündür?

"Termal sularda dəfələrlə əsgər çimizdirmişəm, qaşınmaya qarşı çox xeyirlidir, amma heç vaxt belə bir hadisə olmayıb"
Bakupost.az -ın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev kükürdlü suda insanın zəhərlənməsi hadisəsinə rast gəlmədiyini bildirib:
“Mən bu hala rast gəlməmişəm. Termal sularda dəfələrlə əsgər çimizdirmişəm, qaşınmaya qarşı çox xeyirlidir, o vaxt bit-birəni öldürməkdən ötrü paltarı da orda yuyurduq. Amma heç vaxt belə bir hadisə olmayıb".
Ə.Verdiyev hadisənin erməni təxribatı olmasını ehtimal etmədiyini də deyib.

"Kükürd qazlı termal sularda zəhərlənmə mümkün deyil"
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov da Bakupost.az -a açıqlamasında praktikada belə bir hadisə ilə üzləşmədiyini bildirib.
O qeyd edib ki, kükürd qazlı termal sularda zəhərlənmə mümkün deyil:
"Bu heç ədəbiyyatda da yoxdur. Mən rast gəlməmişəm. Termal sularda o konsentrasiya olmur ki, onun toksik və boğucu təsiri olsun”.

"Belə bir şey tibbi praktikada yoxdur"
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova da Bakupost.az -a termal kükürdlü sularda zəhərlənmə hadisəsinə rast gəlmədiklərini bildirib:
“Dəri ilə təmasdan perkutal zəhərlənmə ola bilər. Amma o sularda nə ola bilər ki, əsgərləri öldürsün? O əsgərlər sularda nə qədər qalıb ki, belə reaksiya getsin? Bu, mümkün deyil. Əgər belə bir şey olsaydı, o müalicəvi sulara nə qədər insan girir, bu vaxta qədər zəhərlənmə olardı. Belə bir şey tibbi praktikada yoxdur, mənə də təəccüblü gəldi”.

İnternetdə apardığımız qısa araşdırma zamanı isə ötən il Rusiyanın Tümen şəhəri yaxınlığındakı Yar qəsəbəsindəki termal sularda uşaqların kütləvi şəkildə zəhərləndiyi faktı ilə rastalşdıq. Qeyd olunur ki, "Tümenskiy" adlı isti su hovuzunda çimən 16 uşaq özünü piss hiss edib.
Həkimlər uşaqlara baxış keçirdikdən sonra 2012, 2015 və 2016-cı il təvəllüdlü üç uşaq xəstəxanaya yerləşdirilib. İlkin məlumatda zəhərlənməyə suda həddindən artıq xlor olmasnın səbəb olduğu bildirilib. Qeyd olunub ki, bu maddənin yüksək konsentrasiyası bədən üçün ciddi nəticələrə səbəb ola bilir.
Tümen vilayət prokurorluğunun araşdırmasından sonra isə bildirilib ki, istirahət mərkəzində mövcud olan avadanlıqlara düzgün qulluq edilmədiyindən hovuzdakı suyun dezinfeksiya edilməsi üçün istifadə olunan reagentlərin sızması baş verib ki, bu da uşaqların səhhətinin pisləşməsinə səbəb olub. Hadisə nəticəsində ölüm halı baş verməyib. Qeyd olunub ki, termal istirahət mərkəzinin sahibizərər çəkmiş uşaqlara 375 min rubl kompensasiya ödəyib.
 
Ardını oxu...
“Son bir neçə ildir, təəssüf ki, ölkədə dələduzluq halları artıb. Vəziyyət o yerə çatıb ki, artıq 10 nəfərdən ikisi ya dələduzluğa məruz qalıb, ya da son anda dələduzun qurbanı olmaqdan xilas olub. Hətta elələri var ki, toplu formada dələduzluq edib, Azərbaycandan qaçmağı da bacarıb”.

Bu sözləri azərbaycanlı jurnalist KONKRET.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Hüquq-mühafizə orqanlarında 100-lərlə insanın etibarından sui-istifadə edib, onların pullarını mənimsəyənlərlə bağlı kütləvi şikayətlər var. Ən pis hal bilirsiniz nədir? Hazırda dələduzluq edənlərin əksəriyyətində qanunla mühakimə ediləcəkləri qorxusu yoxdur, çünki onlar düşünür ki, mənimsədikləri pullarla özlərinə müəyyən dairələrdə “dost qazanıb” məsuliyyətdən yaxa qurtara biləcəklər.

Bu, qorxunun olmaması məhz onların daha rahat dələduzluq etməsinə, əlləri-qollarını sallayaraq insanları aldatmasına gətirib çıxarır. Dələduzluğun artmasından əbəs yerə danışmıram. Əsas məqsədim bu yolla həm insanları maarifləndirmək, həm dələduzluq edənləri cəmiyyətimizə tanıtmaqdır. İndi haqqında yazacağım Mətin Canbulat oğlu Həsənov 10-dan çox şəxsin etibarından sui-istifadə edərək 100 min manatdan çox pulları mənimsəyərək Birləşmiş Ərəb Əmirliklərinə qaçıb. Daha sonra aldatdığı şəxslərə avqustun 8-də ölkəyə qayıdıb pullarını qaytaracağı vədini versə də, təbii ki, aldadılanların heç biri onun bu sözlərinə güvənmir.

Ona görə ki, M.Həsənov indiyədək də dəfələrlə belə vədlərlə insanları aldatmış və öz pis əməllərini yenə də davam etdirmişdir. Təəssüf ki, aldadılan şəxslərdən biri də elə mən özüməm. Belə ki, adıçəkilən şəxs iyulun 18-də iş görüb, pul qazanmaq adı ilə məndən 2000 manat, eyni gün başqa saatda isə 600 manat da əlavə pul alaraq yoxa çıxıb. Aldadıldığımı, dələduzluğa məruz qaldığımı bildiyim üçün dərhal hüquq-mühafizə orqanlarına şikayət etmişəm. Elə həmin gün M.Həsənovun həyat yoldaşı Elnurə Həsənova adlı xanım mənim “Whatsapp”ıma şikayəti geri götürməyimi, şikayəti geri götürəcəyim təqdirdə pulun avqustun 5-dək yarı hissəsini verəcəyini, avqustun 8-də isə digər hissəsini M.Həsənov tərəfindən qaytarılacağını yazıb. Mən isə qarşı tərəfə pulumu qaytarmayana qədər şikayətimi geri götürməyəcəyimi bildirmişəm. İyulun 30-da M.Həsənovun həyat yoldaşı yenidən mesaj yazaraq avqustun 5-də pulu verməyəcəyini, məsələni M.Həsənovla öz aramızda həll etməli olduğumu bildirib.

Təbii ki, əvvəlcədən bunun belə olacağına əmin olduğum üçün şikayətimi geri götürməmişdim. Çünki bilirdim ki, bu da yeni vədlərdən, sadəcə vaxt qazanıb şikayətdən yayınmaq cəhdlərindən biridir. Ən pisi bilirsiniz nədir? Yuxarıda qeyd etdiyim kimi, belə adamlar əllərini-qollarını sallayaraq rahat şəkildə cəmiyyətdə gəzir, hələ yeri gələndə kənarda-bucaqda düzgünlükdən, dürüstlükdən danışırlar. Ona görə də M.Həsənov kimilərini bütün cəmiyyət tanımalıdır, onlar belə əməllərindən əl çəkməlidir, başqaları da onun bu cür çirkin hərəkətlərinin qurbanına çevrilməməlidir, cəmiyyətimiz sağlamlaşdırılmalıdır. Əks halda, cəmiyyət uçuruma sürüklənir”.
 

Ardını oxu...
Hakim partiyanın 97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsindən namizədi VI çağırış deputat oımuş Məmmədov Anar İlyaz oğludur. Tribunainfo.az bildirir ki, gənc namizəd maraqlı bioqrafiyaya və karyeraya sahibdir.
O, Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində təhsil alıb. 2002–2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. Hərgah, fakültədə YAP sədri necə olunur, çox maraqlı detaldır. Axı partiyanın rayon təşkilatları və gənclər təşkilatları var, fakültə təşkilatı olmur ki, sədri də seçiləsən…
İkinci bir məqam odur ki, Anar Məmmədov 2005–2006-cı illərdə artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. Amma nəqliyyat fakültəsini bitirmiş bir şəxsin MTN-də hərbi xidmətə necə düşməsi maraqlı faktdır. Ardınca 2006–2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2016–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Yəni ATU-dakı Nəqliyyat fakültəsindən əlavə, daha üç universitet bitirib.
Amma bir nüans da var – Anar Məmmədov 2006-cı ildə Nəqliyyat Nazirliyi, “Bakı Sərnişin Nəqliyyatı” Departamentində Nəzarət şöbəsində müfəttiş işləyib. Halbuki 2005-2006 dönəmində MTN-də hərbi xidmət keçib. 2007-ci ildə bölmə rəisi, 2008-ci ildə Avtobuslar xidmətlər şöbəsinin rəisi vəzifəsində çalışıb. 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elə həmin ilin fevralında
96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat olub. Bir sözlə, karyera yüksəlişi də qəribədir. Avtobus Xidmətində şöbə rəisi, sonra Avtonəqliyyatda şöbə rəisi olasan, özün MTN-də hərbi xidmət keçəsən, həm də deputat olasan…
Qeyd edək ki, bir müddət əvvəl onun tikinti manatı olduğu barədə xəbərlər yayılıb. Anar Məmmədovun “Amazon” şirkətinin azad edilən ərazilərdə tenderlərdə iştirak etdiyi vurğulanır. Bundan əlavə, Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir.
Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir.
Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə şirkətin nizamnaməyə kapitalının 30 faizi Anar Məmmədova aiddir.
 

Ardını oxu...
Cəlilabad rayonunun Maşlıq kəndindəki şəhid Nizami Alışanov adına tam orta məktəb qəzalı vəziyyətdədir. Bu haqda kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elçin Xudaverdiyev Moderator.az saytına məlumat verib.
“Məktəb uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Uçduğu hissələri də var. Bu məktəb şəhidin adını daşıyır. Şəhid adını daşımasına baxmayaraq məktəblə heç bir aidiyyatı qurumlar maraqlanmır. Məktəbdə 800-ə yaxın şagird təhsil alır. Onların həyatı təhlükədədir. Hər an uça və şagirdlər altında qala bilər” deyə kənd sakini bildirib.

Elçin Xudaverdiyev deyir ki, aidiyyatı qurumlara kənd sakinləri, məktəb rəhbərliyi tərəfindən dəfələrlə müraciət olunub.
“Hər il deyilir ki, tikiləcək, amma ortada bir şey yoxdur. Özüm də dəfələrlə Regional Təhsil İdarəsinə zəng etmişəm. Təəssüf ki, nəinki gəlib maraqlanan, heç telefona da cavab verən olmayıb. Təhsil millətin gələcəyidir. Amma bu məktəbdə nəinki təhsilin, heç uşaqların gələcəyinə də ümid etmirəm” deyə kənd sakini bildirib.
Qeyd edək ki, Moderator.az olaraq Maşlıq kənd məktəbinin təhlükəli vəziyyətini bir müddət əvvəl də işıqlandırmışdıq. Elm və Təhsil Nazirliyi problemdən xəbərdardır. Onlar bildiriblər ki, yaxın günlərdə məktəblə bağlı məlumat veriləcək. Ümid edirik ki, problem yeni dərs ilinə qədər öz həllini tapacaq.

Ardını oxu...
 

Ardını oxu...
Azərbaycan Autizm Assosiyasının sədri Elnur Məmmədli deputatlığa namizədliyini irəli sürüb.

Bakupost.az xəbər verir ki, o, 81 saylı İmişli Seçki Dairəsidən millət vəkili seçilmək istəyir. E.Məmmədli artıq imza vərəqələrini Dairə Seçki Komissiyasına təqdim edib və onun namizədliyi təsdiqlənib.

O, bu dairədə çox güman ki, Razi Nurullayevlə mübarizə aparacaq.

Qeyd edək ki, E.Məmmədli 2018-ci ildə keçmiş millət vəkili Hüseyn Abdullayevlə aralarındakı qalmaqalla gündəmə gəlmişdi. Onun şikayəti əsasında H.Abdullayevə cinayət işi açılmışdı. Keçmiş millət vəkili vergi cinayətləri ilə yanaşı, bu şikayətə görə də ittiham olundu.
Bununla bağlı istintaq materallarında yazılır:
"H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.
Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib".

Ardını oxu...



Ardını oxu...
Ardını oxu...
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun maraqlı görüntüləri yayılıb.

Bakupost.az xəbər verir ki, videodan nazirin kənddə keçirilən mağar toyunda iştirak etməsi görünür.

Nazirin qəfildən mağara girdiyini görən masabəyi toyu dayandırır. Məclis əhli onu alqışlarla qarşılayırlar.

Videonun nə zaman, harda çəkildiyi məlum olmasa da, saytımız onun maraqla qarşılanacağını nəzərə alıb, görüntüləri təqdim edir:


Ardını oxu...
HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürüldüyünü təsdiqləyib.

Qruplaşmanın yaydığı məlumatda qeyd olunur ki, İ.Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra iqamətgahına qayıdıb. İsrailin raket zərbəsi nəticəsində Haniyə və bir mühafizəçisi ölüblər.

Mənbə: TASS
 
Ardını oxu...
İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul başlanıb.
Qaynarinfo-nun məlumatına görə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılsa da, 4 gün ərzində bütün yerlər dolub.
Xeyli sayda uşaq bağçalara qəbul olmaq hüququndan məhrum edilib. Bunlar arasında jurnalistlərin övladları da var.
Elm və Təhsil Nazirliyi isə bağçada oxumaq hüququndan məhrum olan uşaqlarla bağlı heç bir tədbir görmür.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağçalara qəbul oluna bilməyən uşaqların valideynlərinə “yer yoxdur” deməklə kifayətlənir.
2021-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra paytaxtda bağçalara qəbul planı bir qədər də artıb.
Bağçalarda valideynlərdən əlavə “aylıq ödənişlər” tələbi ləğv edilməsə də, nədənsə qəbulda problemlər yaradılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hər bağçada qəbul proseduruna uyğun olaraq say müəyyən edib. Həmin saydan bir nəfər də artıq şagird qəbul edilmir.
Nəticədə 180 nəfər şagirdin təhsil almaq imkanı olan bağçalarda qəbul sayı kəskin azaldılıb. Valideynlər övladlarını daha çox özəl bağçalara yönəltməyə məcbur edilir.
İllərdir Yeni Yasamalda yerləşən 98 saylı bağçada 150 nəfərdən çox şagird təhsil alırdısa, hazırda bu say həddi azaldılıb. Səbəbi isə guya bir sinifdə 30-32 uşaqdan artıq təhsil vermək imkanının olmamasıdır.
Ardını oxu...
Aylar əvvəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparan valideynlərin hesabları silinib. Hər kəsdən Elm və Təhsil Nazirliyinin nəzdində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “finiş fitini” gözləmək tələb edilib.
İyulun 26-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “finiş fitini” çalan kimi bağçalarda qəbul başlanılıb. Üzərindən 4 gün keçməsinə baxmayaraq, nədənsə bağçalarda qəbul planı dolub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi silinən valideyn sorğuları ilə bağlı tələbləri isə rədd edir.
20 noyabr 1989-cu ildə “Uşaq hüquqları haqqında” Konvensiya BMT tərəfindən qəbul edilib və dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edən birinci universal kodeksdir. Bu kodeksə görə hər bir uşağın təhsil almaq hüququ var!
 

Dünyapress TV

Xəbər lenti