Türkiyədə binada baş verən partlayışda 10 nəfər xəsarət alıbYaradılıb 29.12.2024 10:03 | Baxış sayı: 174Türkiyənin Kocaeli vilayətində yaşayış binasında məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayış baş verib.AYNA “TGRT” telekanalına istinadən xəbər verir ki, bu barədə vilayətin valisi Əlhami Aktaş məlumat verib.Onun sözlərinə görə, 3 mərtəbəli binada baş verən partlayışda 10 nəfər xəsarət alıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Facebook-da paylaş