Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Son günlər cəmiyyətdə plastik əməliyyatlar mövzusu gündəmdən düşmür.

İlk dəfə 1916-ci ildə baş tutan plastik əməliyyat ölkədə trend bir mövzuya çevrilib. Günü-gündən ciddi şəkildə artan bu əməliyyatlara adətən qadınlar müraciət edir.

Daim gözəl və qüsursuz görünmək istəyən xanımlar qeyri-peşekar həkimlərin səhvi nəticəsində çox vaxt istənilən nəticəni almadıqları üçün xəyal qırıqlıqlığı yaşayırlar.

Günümüzün trend mövzusuna çevrilən plastik əməliyyatlara əvvəllər məşhurlar, müğənni, aktrisalar müraciət edirdisə, indi yaşından asılı olmayaraq, hər kəsin geniş maraq dairəsinə çevrilib.

Onu da vurğulamaq lazımdır ki, son dövrlər bu prosedurlar lisenziyası və bu sahədə təhsili olmayan qeyri-peşəkar “həkimlər” tərəfindən həyata keçirilir.

Mövzunu Gununsesi.info–ya şərh edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ekspert Tural İrfanın sözlərinə görə, plastik əməliyyatları bəzi işbazlar və saxta sənəd əldə etmiş həkim qiyafəsinə girənlər alverə çeviriblər.

“Psixoloji təsir göstərərək insanları bu əməliyyatlara cəlb edirlər. Müştəri cəlb etmək üçün kimi harada görürlərsə (əsasən də qadınları), onların zahiri görünüşünə irad tutub bir əmma tapırlar və dərhal da əməliyyata çağırırlar. Hətta oturduğunuz yerdə telefonuza zəng gəlir və sizi cürbəcür fırıldaqla, psixoloji təsirlə klinikaya çağırırlar.

Azərbaycan qadınları öz gözəlliyi ilə dünyanın bir çox qadınlarından yaraşıqlıdır, görkəmlidir. İndi Azərbaycan qadınlarının milli simasını, xalqımızın genetik fizianomiyasını dəyişirlər. Standart burunlar, standart şişmiş dodaqlar və sair.

Bu, əslində çox əcaib və qeyri-təbii görünür. Bəlkə də çoxu düşünür ki, bu görkəm insanları cəlb edir, onları daha görkəmli göstərir, lakin əksinədir. Hesab edirəm ki, insanlar ehtiyac olmadıqca bundan çəkinməlidir, dələduzların cənginə düşməmək üçün bu sahəyə aidiyyəti qurumlar ciddi nəzarət etməlidir”, – deyə o əlavə edib.

T.İrfan qeyd edib ki, ölkədə çox məhdud sayda təhsil almış plastik cərrah olduğu halda bu gün bu əməliyyatı icra edən saysız hesabsız saxta həkim var: “İş o yerə çatıb ki, ABŞ-dan siyahı yayıblar ki, bir qrup saxtakar camaatın üzərində cərrahiyyə əməliyyatı aparır. Sonra aydın oldu ki, onlardan rüşvət alıb sənəd veriblər. Bəs buna nəzarət etməli qurumlar da görünür rüşvət alıb susur? Əks halda, bunun cavabı nədir, bilmək olmur. Artıq bununla bağlı ailələrdə problemlər yaranır. Qadın görkəmini dəyişir, sonra uşaq dünyaya gəlir. Uşaq ona oxşamır. Yəni, əməliyyatdan əvvəlki formasına bənzəyir. Yaxud bir neçə müddətdən sonra süni maddələrdən oluşan bədəninin plastik əməliyyat etdirdiyi yerlər çürüməyə başlayır və xərçəng kimi dəhşətli xəstəliyə düçar olur.

Əgər kimin görünüşündə ciddi qüsurlar varsa, bu əməliyyat əslində onun üçündür. Lakin bizim cəmiyyət “hamı getdi, mən qaldım” prinsipi ilə yanaşır. Pulu olan qaçır saxtakar plastik cərrahların yanına. Allahın yaratdığı görkəmi ciddi zərurət olmadan dəyişib təhrif etmək böyük günahdır və bu, haçansa ağır bədbəxtliyə səbəb olur. Çünki hər insanın aurası var, onu əhatə edən mənəvi halı, ruhani dairə var. Bu əməliyyatlar zamanı o ruhani dairəyə, nurani haləyə xələl gəlir. Allaha irad tutan bəndə mütləq cəzalanacaq. Bunu edən həkimlər isə şübhəsiz ki, cəhənnəmi satın alırlar”.

Ekspert onu da vurğulayıb ki, doğru bir adət olmasa da, bəzən qadın ərindən xəbərsiz süni mayalanma edir.

Onun fikrincə, süni mayalanmadan ümumiyytlə qaçmaq lazımdır.

“Allah çox ailələrə övladı dərhal yox, müəyyən müddətdən sonra verir. Bunun da öz hikməti, səbəbi var. Əgər insanlar övladı Allahın vermək istədiyi vaxtda yox, özlərinin istədiyi vaxta istəyirlərsə, onda gələcəkdə baş verəcək fəsadları, bədbəxtlikləri, şikəst, əlil, qüsurlu uşaqların məsuliyyətini “Allahın işidir” deyib yaradanın boynuna atmasınlar.

Süni mayalanma tibb mütəxəssislərinin yekdil qərarı ilə artıq təbii yolla övlad olmadığı təqdirdə caizdir. Özü də yalnız atadan mayalanma ilə. Əgər problem atadadırsa başqa kişidən qadının bətnində uşaq dünyaya gətirmək doğru deyil. Bu artıq şəriətə ziddir. Eyni zamanda, kişidən xəbərsiz qadın süni mayalanma edirsə, bu da zina hökmündədir. Necə ola bilər ki, kişinin özündən xəbərsiz onun “övladı” mayalanır, dünyaya gəlir. Özü də yalnız sonra xəbər tutur. Bu kimi dinimizə, mentalitetimizə, mənəvi dəyərlərimizə, ailə dəyərlərimizə zidd olan çirkin adətlər əsasən Qərbdən gəlir. O Qərbdən ki, kişi kişi ilə, heyvan ilə evlənir, cinsiyyətini dəyişir.

Bu kimi fəsadverici əməllər bəşəriyyətin məhvinə aparan işlərdir. Vaxtilə mövcud olmuş çox inkişaf etmiş sivilizasiyalar məhz belə əməllərə görə məhv olublar.

Qədim Pompey dövrünə aid olan daşlaşmış heykəllər hələ də qalır. İnsanlar zina, uşaqbazlıq, pozğunluq etdikləri anda da ilahi əzab onları yaxalayıb və indiki cəmiyyətlərə ibrət olmaq üçün də daşlaşmış vəziyyətdə saxlanılıb. Süni mayalanma kimi işlər yalnız qanunu ərin vasitəsi ilə ola bilər. Əks halda, ərin icazəsi olsa belə, başqa kişidən alınmış toxumla mayalanma etmək zina hökmündədir və haramdır. Bu kimi əməlləri adiləşdirib xalqın genini dəyişmək, qarışdırmaq istəyir xarici düşmənlər.

Bizim bəzi saxta həkimlər də pula görə vicdanını satır. Plastik əməliyyatlar ilə xalqın zahiri görkəmini, üz cizgilərini təhrif edirlər, bu cür lazımsız süni mayalanmalar ilə də genini dəyişib qarışdırırlar. Bu, xalqı, cəmiyyəti zədələmək deməkdir. Genini, yaradılış xüsusiyyətlərini, fitrətini süniləşdirməkdir. Əslində, belə əməllər bəşəri cinayətdir.

Təəssüf ki, ölkədə bu sahəyə hələ ki, az diqqət ayrılır. Lazımdır ki, aidiyyəti dövlət qurumları bu məsələyə ciddi yanaşsınlar və düzgün şəkildə nəzarət həyata keçirilsin”– deyə T.İrfan fikirlərini yekunlaşdırıb.

Bölmənin digər xəbərləri

08 Yanvar 2025 Qızılın içərisindən qum tökülür - İDDİA
08 Yanvar 2025 Qubada küçə itləri üç nəfərə xəsarət yetirdi: İkisi Bakıya çatdırıldı
07 Yanvar 2025 Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib - TƏFƏRRÜAT
07 Yanvar 2025 DTX ONU DÖVLƏTƏ XƏYANƏTDƏ HƏBS EDİB - Məhkəmə başlayır
07 Yanvar 2025 Tənzilə Rüstəmxanlı qəzada xəsarət alan gənci xəstəxanada ziyarət etdi - FOTO
07 Yanvar 2025 "RUSİYA DÖVLƏT ORQANLARININ BU ADDIMI BİZDƏ HİDDƏT DOĞURUR!" - "Günah onların üzərindədir..." + VİDEO
07 Yanvar 2025 “Vasif Talıbov dedi ki, pulları yığ, ver Seymura” - Sabiq komitə sədri məhkəmədə şok faktlar açıqladı
07 Yanvar 2025 YAP bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina etdi
06 Yanvar 2025 Oğlu dəhşətli avtoqəza törədən sahibkar paytaxtın mərkəzində 4 dənə göydələn tikdirir
06 Yanvar 2025 Binəqədi qəsəbəsinin bir hissəsi SUSUZ QALDI VİDEO
05 Yanvar 2025 Hava haqqında məlumat!
05 Yanvar 2025 DƏHŞƏT! Yeniyetmə oğlan maşının açarına görə atasını öldürdü
05 Yanvar 2025 Cənubi Koreya sahillərində gəmi qayalara çırpıldı: Ölənlər var
05 Yanvar 2025 İmperator və kralların qeyri-adi özəllikləri - Onlar haqqında QƏRİBƏ FAKTLAR VİDEO
05 Yanvar 2025 Azərbaycan təyyarəsinin vurulduğunu SÜBUT EDƏN YENİ FOTOLAR
04 Yanvar 2025 Gəncədə partlayış baş verən binanın aqibəti necə olacaq? VİDEO
04 Yanvar 2025 Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
04 Yanvar 2025 Milyonluq şirkət Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdi
03 Yanvar 2025 Rusiya “dondu” – 65 dərəcə şaxta qeydə alındı
03 Yanvar 2025 "Pilot bizi suya eniş üçün hazırladı" - Aktau faciəsində xilas olan Toğrul Cəfərov + VİDEO

Dünyapress TV

Xəbər lenti