"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
İkinci Qarabağ müharibəsinin “Paşa” ləqəbli döyüşçücü, qazi Allahşükür Qasımova qarşı dələduzluq edilib.

O, Teleqraf.com-a açıqlamasında Sumqayıt şəhərində yerləşən “TT 064” adlı avtosalonun sahibi tərəfindən aldadıldığını bildirib.

Allahşükür Qasımovun sözlərinə görə, həmin salondan avtomobil alıb. Əsl problem də bundan sonra başlayıb.

Qazi deyib ki, “TT 064”nin sahibi keçmiş polis əməkdaşı Natiq Cəfərovdur.

“Mən “Niva” markalı avtomobilimi satmaq üçün Sumqayıtın maşın bazarına getdim. Bir tanışım mənə təklif etdi ki, yaxınlıqda avtosalon var, oraya gedək. Avtosalonda avtomobillərə baxdıq, 2013-cü ilə aid “Toyota RAV4” markalı avtomobili satın almaq qərarına gəldim. Müqabilində 2015-cü ilə aid “Niva” markalı avtomobilimi və 17 min 800 manat pul verməli idim. Mənimlə gedən tanışlarımdan pul götürərək 17 min manatı və “Niva” markalı avtomobilimi onlara təqdim etdim. Sonra isə “Niva”nın sənədlərini və 800 manatı birlikdə göndərməli idim. Beləliklə, razılaşdıq. Avtomobilin dəmirinə baxdım, keyfiyyətli idi. Səhəri gün avtomobili maşın ustasına apardım.

Mənə bildirdilər ki, avtomobilin motorunda problem var. Natiq bəyə zəng etdim, səbəbini soruşdum. Onlar mənim dediyimlə razılaşmadılar və qeyd etdilər ki, ola bilsin, yüngül problemdir. Avtomobildə ciddi problem olduğunu mən özüm də bilmirdim. Sonra ailəmlə bağlı problem oldu, xəstəxana məsələləri və sair araya düşdü. Ona görə avtomobili bir ay sonra servis xidmətinə apardım. Orada mənə dedilər ki, avtomobilin motorunun 4 min 500 manat xərci var.

Mən avtomobili aldığım salonun sahibi Natiq Cəfərova müraciət etdim, dedilər ki, bu problem bizlik deyil, sizə verəcək pulumuz yoxdur. Avtomobili alarkən yerindəcə sənəd məsələsi həll edilmişdi. Hətta onu da bildirim ki, avtomobilin adına cərimə də var idi. Mən müraciət edəndə dedilər ki, cəriməni də ödəmirik, kimə istəyirsiniz şikayət edin. Nə avtomobili geri alırıq, nə də motorun problemini həll etmək üçün sizə maddi dəstək göstəririk.

Məsələylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etdim. Oradan bildirdilər ki, bu kimi məsələlərə baxılmır. Natiq Cəfərov həmin bölmədə əməliyyat işçisi olub”, - keçmiş döyüşçü deyib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik.

Natiq Cəfərov Teleqraf.com-a açıqlamasında qazinin iddiaları ilə razılaşmadı. Onun sözlərinə görə, Allahşükür Qasımov salondan “Toyota RAV4”ü alıb getdikdən 3 ay 15 gün sonra avtomobilin motorunda problem olduğu bildirib: “Etibarnamənin də müddəti var. On gün əvvəl kiçik qardaşım mənə zəng etdi ki, Allahşükür Qasımova kömək et, bildirirlər ki, maddi vəziyyətimiz yaxşı deyil, günahkarıq, üç ay on beş gün keçib və sair. Mən onların bank hesabına 300 manat göndərdim. Çeki də məndə qalıb”, - deyib.

Natiq Cəfərov avtomobilin motorundakı problemin əvvəldən olduğuna dair məqama belə aydınlıq gətirdi: “Mənə bildirdilər ki, avtomobili 1200 manata təmir elətdirdik. Əslində, mən üç ay on beş gündən sonra pul verməzdim. Qardaşımın xahişinə görə, onların bank hesabına 300 manat göndərdim və bildirdim ki, on gündən sonra da 100 manat göndərəcəm. Mənə dedilər ki, motoru düzəltdirdik, 1200 manat xərcimiz çıxdı. Mən insan olaraq onu da etdim. Bütün qəbzlər məndə durur”.

Qeyd edək ki, Allahşükür Qasımov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə A.Qasımovu “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edib.

Bölmənin digər xəbərləri

23 Yanvar 2025 Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
23 Yanvar 2025 Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
23 Yanvar 2025 Beşgünlük tətil başlayır
22 Yanvar 2025 DİN-dən ƏHALİYƏ MÜRACİƏT- Bu məlumatları paylaşmayın...
22 Yanvar 2025 Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı yoxdur
22 Yanvar 2025 İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
22 Yanvar 2025 Həbslər BAŞLADI: Dəhşətli hadisə ilə bağlı tutulanlardan biri GÖRÜN KİMDİR - FOTOLAR
21 Yanvar 2025 İcazənizlə sözümü bitirim: Heç Rus səfirinin Şəhidlər Xiyabanına gəldiyini görmüsünüz?-GƏRGİN DEBAT
21 Yanvar 2025 Qocalar evində yanğın – 8 nəfər ÖLDÜ
21 Yanvar 2025 Kartdan vəsait oğurlanırsa, günahkar kimdir? – Bank, yoxsa…
20 Yanvar 2025 QHT Azərbaycan Polisi ilə bağlı bəyanat verdi
20 Yanvar 2025 Əkrəm Həsənov: “”Kapital Bank”da həyat yoldaşımın istifadəsində olan kart var, bağlatdıracağam”
20 Yanvar 2025 20 Yanvar faciəsinin 35-ci ildönümünü
20 Yanvar 2025 Türkiyədə qırmızı bülletenlə axtarışda idilər - Ermənistanda tutuldular
19 Yanvar 2025 Kanat qırıldı: 30-dan çox insan...
19 Yanvar 2025  Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
19 Yanvar 2025 Vüsal Hüseynovun şirkəti qanunsuz həkim işlədibmiş – Cəza
18 Yanvar 2025 Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı
18 Yanvar 2025 İstanbulda saxta spirtli içkidən ölənlərin sayı artdı
18 Yanvar 2025 Abşeronda yaşayış evində partlayış: 5 nəfər yaralanıb - VİDEO

Dünyapress TV

Xəbər lenti