Ardını oxu...
“Roskosmos”un keçmiş rəhbəri, hazırda Ukraynadakı müharibənin iştirakçısı olan Dmitri Roqozin Rusiyanın qələbəsinə qədər ön cəbhədə qalacağını bildirib.

O, bu barədə RİA “Novosti”-yə açıqlamasında deyib.

Roqozin qeyd edib ki, cəbhə xəttində o və tərəfdaşları hərbçilərin təchizat ehtiyaclarını öyrənir, bundan sonra vəziyyətin yaxşılaşdırılmasına kömək edirlər.

O, həmçinin əlavə edib ki, onun indi “Sarmat” deyə çağırırlar. Bu adı yoldaşları onun üçün fikirləşiblər. Bu, radio mübadiləsi çərçivəsində rabitənin rahatlığı üçün lazımdır.

Dünən məlum oldu ki, Dmitri Roqozin Luqanskda hərbçilərinə hərbi-texniki dəstək göstərən NVO zonasında bir qrup hərbi məsləhətçiyə rəhbərlik edir. Onun sözlərinə görə, təcrübəli müşavirlərdən və zəngin hərbi təcrübəyə malik ekspertlərdən ibarət “Çar canavarları” qrupu yaradılıb.

Xatırladaq ki, Roqozin 2022-ci ilin iyulunda “Roskosmos”dan ayrılıb. Onu bu postda Baş nazirin keçmiş müavini Yuri Borisov əvəzləyib.
 
Ardını oxu...
İstanbulda yaşanan partlayışa görə məsuliyyəti erməni terror təşkilatı - ASALA təşkilatı üzərinə götürüb
Bu barədə erməni telegram kanalları məlumat yayıb.
“Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir”, - deyə dövlət başçısı qeyd edib.

Ardını oxu...
İsrail İran və onun nüvə proqramına qarşı qətiyyətlə hərəkət etməlidir.

Bunu bazar günü İsraildə yeni hökuməti qurmaq tapşırığı alan “Likud” partiyasının lideri Benyamin Netanyahu deyib.

“Terrorla güzəştə getmədən mübarizə aparmalıyıq. Həmçinin İran İslam Respublikasına, onun niyyətlərinə və təbii ki, nüvə proqramına qarşı qətiyyətlə hərəkət etməliyik”, -deyə Netanyahu bəyan edib.

Mənbə: TASS
 
Ardını oxu...
ABŞ Dövlət Departamenti İrana qarşı Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlayıb.

TEREF.AZ xatırladır ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

Ned Prays jurnalistin İranın Azərbaycana qarşı artan təhdidedici bəyanatları, həmçinin İranın bu ölkəyə qarşı belə ritorikanı davam etdirəcəyi təqdirdə Vaşinqtonun Bakını müdafiə edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb:

“Onun (dövlət katibi Entoni Blinken) azərbaycanlı həmkarını bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”.

Ned Praysın açıqlaması göstərir ki, İranın Cənubi Qafqazda hərbi və diplomatik fəallığını artırmaq səyləri, həmçinin Azərbaycana qarşı təzyiqləri artıması Vaşinqtonda narahatlıqla izlənir. Ona görə də ABŞ İran rejiminin regionda artan təhdidlərinə müşahidəçi qalmaq niyyətində deyil. Hətta zərurət yaranacağı təqdirdə, ABŞ İranın bölgədə hərbi aktivliyinin qarşısını almaq üçün proseslərə birbaşa müdaxilə edə bilər.

Politoloq Xaqani Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ-İran probleminin həllində Güney Azərbaycan məsələsinin vacibliyini nəzərə alır:

“Dövlət Departamentinin Azərbaycana dəstəyi də bununla bağlıdır. Hesab edirəm ki, Ned Praysın söylədiyi fikirlər Prezident Co Baydenin "Biz İranı xilas edəcəyik" bəyanatının davamıdır.

Çünki ABŞ Prezidentinin bəyanatı yalnız İranda rejim dəyişikliyini nəzərdə tutmur. Bu isə o deməkdir ki, İranda yaşayan xalqlar azadlıq əldə etdikdə nəyə üstünlük verəcəklər? Onlar öz müqəddaratanı təyinetmə və insan haqları məsələləri ön plana çıxacaq. Şübhəsiz ki, bu da ABŞ-dan çox aydın görünür. Son zamanlar ABŞ-da məskunlaşmış xalqların çıxışlarına baxdıqda, Güney Azərbaycan məsələsinin önə çıxdığını və "qırmızı xətt" kimi keçdiyini görmək olar. Azərbaycan türklərinin çoxluğu və onların öz müqəddəratını təyinetmə istəkləri aydın şəkildə ifadə olunur.

Bütün bunlar ABŞ Dövlət Departamentində və digər hakimiyyət qurumlarında müzakirə olunur. İranın gələcəyində Güney azərbaycanlıların mövqeyi nəzərə alınacaq. Onlar öz dövlətlərinimi quracaq, yoxsa vahid dövlətdəmi yaşamq istəyəcək? ABŞ istiblişmenti həmin coğrafiyada azərbaycanlıların iştirakı olmadan İran məsələsini çözməyin qeyri-mümkün olduğunu nəzərə alır. Qərbdəki ekspertlər də anlayır ki, Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olması İran adlı dövlətin mövcudluğuna son qoyulması, bu ölkədə yaşayan xalqların, ən əsası isə Güney Azərbaycan türklərinin öz milli dövlətini qurması ilə mümkün ola bilər. Yaxın Şərqdəki münaqişələrin 90 faizinin arxasında İran dayanır. Əgər İran olmasa, müstəqil, demokratik bir Güney Azərbaycan dövləti yaranarsa, bu münaqişlər aradan qalxacaq. Bütün bunları Qərbdə də aydın görürlər.

İranın Azərbaycan Respublikasına təzyiqləri də məhz güney məsələsinə görə quzeyi qorxutmaq məqsədi daşıyır. ABŞ da bilirlər ki, bu aqressiyanın kökündə İranın Güney Azərbaycanın istiqlaliyyətindən qorxması dayanır. Ona görə də İran şimaldakı Azərbaycan Respublikasını çəkindirməklə Güney Azərbaycanı bu mübarizədə tək buraxsın. Əgər Azərbaycan Respublikası Güney Azərbaycanda yaşayan soydaşlarımızın təhlükəsiliyinin təmin edilməsi ilə bağlı BMT Təhülkəsizlik Şurasına müraciət etsə və beynəlxalq səviyyədə addım atılsa, bu, İranın parçalanmasına gətirib çıxaracaq.

İranın daxilində aparıcı xalqlardan biri azərbaycanlılar olduğuna və həmin xalqın qonşuluqda müstəqil dövləti olduğuna görə İran bundan çəkinir. ABŞ-ın da bu açıqlaması ilk növbədə, Azərbaycana dəstəkdir. İkincisi, rəsmi Vaşinqton anlayır ki, Azərbaycanın iştirakı olmadan bu problemi həll etmək mümkün deyil. Ona görə də ABŞ-ın bu məsələdə Azərbaycanla bir yerdə olması problemin asan və az itki ilə həllinə gətirib çıxaracaq.

Düşünürəm ki, İrandakı insanlara qarşı baş verən zorakılığın qarşısını almaq üçün beynəlxalq koalisiya və siyasi platforma yarana bilər. Azərbaycan dövləti də bu platformada mühüm yer ala bilər. Hələlik, bunun müzakirəsi gedir, nəbz yoxlaması aparılır. Çünki İran aksiyalarda həbs olunmuş 15 minə yaxın insanın həbsinə hazırlaşır. Beynəlxalq ictimaiyyət buna biganə qala bilməz. Həmin insanların ölümünə görə hər bir ölkə məsuliyyət daşıyacaq. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə tədbirlər görüləcək".

Ned Praysın açıqlaması İranın Cənubi Qafqaza, o cümlədən Azərbaycana yönəlik təhdidləri ilə bağlı rəsmi Bakı ilə müzakirələr apardığını deməyə əsas verir.

Xaqani Cəfərlinin sözlərinə görə, hazırda xarici işlər nazirlikləri səviyyəsində aparılan danışıqların dövlət başçıları arasında davam etdiriləcəyi istisna olunmur:

"Bu müzakirələr öncə ABŞ-ın Yaxın Şərqdəki üç əsas müttəfiqi olan Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı səviyyəsində aparılır. Entoni Blinkenin Ceyhun Bayramovla İran təhlükəsi barədə danışması sonuncu mərhələdir. Mənim qənaətimcə, məsələ ABŞ-ın regional tərəfdaşları ilə baş tutub.

Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı ilə aparılan müzakirələrdən sonra danışıqların ABŞ-ın Dövlət katibi ilə aparılmasına ehtiyac yaranıb. Artıq Blinkenlə Bayramov arasında müzakirələrin yekunu ilə bağlı fikir səslənib. ABŞ artıq prosesin yekun mərhələsinə daxil olub. Vaşinqton hər hansı prosesə birbaşa müdaxilə etmir. Əvvəlcə həmin məsələni regiondakı müttəfiqləri və tərəfdaşları vasitəsilə araşdırır, müəyyən qədər irəlilədikdən sonra isə özü qoşulur. Entoni Blinkenin Ceyhun Bayramovla söhbəti də bu prosesin uğurla nəticələndiyini göstərir. Belə olmasa idi, müzakirələrə ehtiyac qalmazdı. Bundan sonra məsələnin prezidentlər səviyyəsində müzakirə olunması mərhələsi qalır. Yəni prezidentlər görüşərək qərarlar qəbul etməlidir".
 
 
 
Ardını oxu...
“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”. “Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir növ çərçivə sazişi ola bilər.

“Həmçinin vurğulamaq çox vacibdir və beynəlxalq ictimaiyyət bundan xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, - o əlavə edib.

“Kim dedi ki, biz Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?” - deyə, Nikol Paşinyan sual edib.

Paşinyan oktyabrın əvvəlində Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün ümumilikdə müsbət təəssürat yaratdığını bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyə Prezidenti ilə danışıq onu göstərib ki, bəzən mətbuat bəyanatlarında göründüyü kimi, onunla Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir. Bu o demək deyil ki, Ermənistan və ya Türkiyə danışıqlar masası arxasında əvvəlki yanaşmalarından imtina edib.

“Aydındır ki, Ermənistanla Türkiyə arasında danışıqlarda Azərbaycan faktoru hansısa formada mövcuddur. Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt qoymadan münasibətlərin normallaşdırılmasının vacibliyindən danışması onsuz da pis deyil. Biz də istəyirik və mən Türkiyə Prezidenti ilə görüşdə Ermənistanın bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə qəbul etdiyi ilə bağlı bir sıra nüansları təqdim etməyə çalışdım”, - Paşinyan qeyd edib.
 
 
 
Ardını oxu...
Rusiya ABŞ-ın ermənipərəst senatoru Robert Menendesin erməni əsilli arvadına qarşı sansksiya tətbiq edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Federasiyası ərazisinə girişi qadağan olunan 200 ABŞ vətəndaşının adı və soyadının dərc olunduğu siyahıda Nyu-Cersi ştatından olan senator, ermənipərəstliyi ilə tanınan Robert Menendesin və arvadı Nadin Arslanyanın da adı var.
 
Ardını oxu...
13-cü əsrin orta əsr ərəb coğrafiyaçısı, Yaqut əl-Həməvi məşhur “Mücəm əl-buldan” (Ölkələr lüğəti) əsərində monqol yürüşlərindən əvvəlki dövrə aid ərəb coğrafi biliklərini ümumiləşdirmişdi.
Ölkəmiz haqqında kitabda o yazırdı:
“Azərbaycan nəhəng ölkə və qüdrətli dövlətdir. Bura, əsasən dağlıq bölgədir, burada çoxlu qalalar, sonsuz sərvətlər və çoxlu sayda meyvə ağacları vardır. Mən buradakı qədər bağ, bu qədər çay və bulaq görməmişdim. Bu ölkədə səyyahın özü ilə su qabı götürməsinə ehtiyac yoxdur, çünki burada su hara süzülürsə, ayağının altından axır, suyu isə soyuq, dadlı və sağlamdır.
P.S. Xatırladaq ki, Yaqut əl-Həməvi ölkəmizdə 1213 və 1220-ci illərdə, Azərbaycan Atabəyləri dövləti mövcud olan zaman olmuşdu.
Milli Kimlik
Teref.az
 
 
 
Ardını oxu...
“Concord Catering and Management” adlı Sankt-Peterburq şirkətinin oktyabrın 31-də yaydığı mətbuat açıqlamasında deyilir: “Rusiyanın ikinci ən böyük şəhərinin seçilmiş başçısı fırıldaqçıdır”.

Şirkətin Baş Prokurorluğa xitabən yaydığı açıqlamada deyilir ki, prokurorluq “qubernator Beqlovun dövlət büdcəsini mənimsəmək və ətrafındakı rüşvətxor məmurları zənginləşdirmək məqsədilə Sankt-Peterburq ərazisində mütəşəkkil cinayətkar dəstə yaratması faktını araşdırmalıdır”.

Dövlət rəsmisinə hücumun vaxtı
AzadlıqRadiosunun əməkdaşı Mayk Ekel yazır ki, Rusiyada siyasətlə biznesin daim kəsişdiyini nəzərə alsaq, buna fikir verməmək də olardı. Ancaq bu dəfə seçilmiş dövlət rəsmisinə hücum edən biznesmen, bütün varidatını Kremllə keyterinq kontraktlarına borclu olan və “Vaqner” özəl hərbi şirkətinin və “trol fabrikinin” sahibi kimi tanınan Yevgeni Priqojindir.

Priqojinin Beqlovla konfliktinin tarixçəsi bir neçə il əvvələ gedib çıxır. Ancaq bu sonuncu hücum Priqojinin, xüsusən də Ukraynadakı müharibə kontekstində, Rusiya siyasətində diqqət mərkəzinə çıxması ilə eyni vaxta təsadüf edir.

Rusiya qanunlarına görə hazırda silahlı qüvvələri tənqid etmək, “gözdən salmaq” və ya özəl muzdlu şirkətlər işlətmək qadağandır. Ancaq Priqojin həm aylardır ki, ölkə komandanlığının işğala münasibətini tənqid edir, həm də illərdir “Vaqner” qrupuna rəhbərlik edir.

Opportunist
“Açıq-aşkar görünür ki, Priqojin öz ictimai profilini genişləndirmək üçün əlverişli fürsət tapıb. O, opportunistdən başqa bir şey deyil. Karyerası bunu göstərir. Müharibəni dəstəkləyən istənilən fəaliyyət mükafatlandırıla bilər”, – Vaşinqtondakı “Yeni Amerika” Fondunun tədqiqatçısı və 2019-cu ildə çıxan “Decoding The Wagner Group” (“Vaqner qrupunun deşifrə edilməsi”) hesabatının müəllifi Kəndis Rondo (Candace Rondeaux) deyir.

“O hazırda siyasi güc və nüfuzunun pik nöqtəsindədir. Çünki müharibənin bu fazasının mahiyyəti ona cani dövlətin kapitanı rolunu oynamaq imkanı verir”, – o deyir.

Rusiya siyasəti üzrə ekspert, Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı tədqiqatçısı Andrey Kolesnikovsa 1910-cu illərdə Rusiyada sonuncu çar ailəsi üzərində nüfuza malik olmuş mistik rahib Qreqori Rasputinlə onun arasında bənzətmə aparıb. “İndi çoxları bu şəxsin prezidentliyə növbəti namizəd, yoxsa siyasətin ən üst qatlarına daxil ola bilən fiqur ola biləcəyi haqda düşünürlər”, – Kolesnikov “Nastoyaşeye Vremya”ya müsahibəsində deyib.

Priqojin karyerasına doğma şəhəri Sankt-Peterburqda restoran və keyterinq işindən başlasa da, onun maliyyə uğurları Kremllə qida xidmətlərinə görə kontraktlar bağlamasından sonra başlayıb. “Concord” sözü bir-biri ilə əlaqəli bir neçə şirkətin adında keçir.

“Vaqner”
“Vaqner”in mənşəyi barədə dəqiq məlumat olmasa da, rusiyalı jurnalistlər və Rondo kimi tədqiqatçılar şirkətin keçmiş xüsusi xidmət döyüşçülərinin işlətdiyi özəl təhlükəsizlik şirkətləri şəbəkəsindən yarandığını deyirlər.

Qrupun əsgərlərinin 2014-cü ildə Rusiyanın münaqişə ocağı yaratdığı Ukraynanın Donbas bölgəsində vuruşduğu düşünülür.

Kremlin 2015-ci ildə Suriya diktatoru Bəşər əl-Əsəd rejimini qorumaq üçün Suriyaya geniş müdaxiləsindən sonra isə “Vaqner” əsgərlərinin qəddarlığı dünyaya səs saldı. Suriyada onlar diplomatları, neft-qaz müəssisələrini qoruyur və yerli silahlı dəstələrə təlim verirdilər. “Vaqner” muzdlularının Cənubi Afrika Respublikasında (CAR) almaz və qiymətli mineralların hasil edildiyi mədənlərdə işlədiyi də bildirilir.

Rusiyalı jurnalistlər Rusiya hərbi kəşfiyyatının Dmitri Utkin adlı bir keçmiş əməkdaşının “Vaqner”in rəhbəri olduğunu üzə çıxarıblar. Priqojinin “Vaqner” qrupunun sahibi olması isə illərlə açıq sirr olaraq qalıb. Ancaq sentyabrda Priqojin özü “VKontakte” rus sosial media platformasında bu faktı təsdiq edib.

Trol fabriki
Priqojinin maliyyələşdirdiyi və mənşəyi müəmmalı başqa bir şirkətsə Sankt-Peterburqdakı “İnternet Tədqiqat Agentliyi”dir. “Rusiya trol fabriki” kimi tanınan şirkət “Facebook” və digər sosial media platformalarında saxta hesabların açmaq, dezinformasiya yaymaq və təbliğat üzrə ixtisaslaşır. Şirkətin adı 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı iddialar kontekstində məşhurlaşıb.

İki il sonra ABŞ məhkəməsi Priqojin, daha 12 Rusiya vətəndaşı və “İnternet Tədqiqat Agentliyinə” qarşı ittiham irəli sürüb. Ötən ilsə FTB Priqojini axtarışda olanlar siyahısına salıb.

Putin Ukraynaya hücum edəndə “Vaqner” muzdluları Rusiya ordusu ilə birlikdə vuruşan bir neçə nizamsız birləşmədən biri idi. “Vaqner” muzdluları Mariupol və Severodonetsk şəhərlərinin işğalında mühüm rol oynayıb. Onların Donetsk bölgəsindəki Baxmut yaşayış məntəqəsinə hazırda davam edən hücuma da qatıldığı bildirilir.

Məhbuslara azadlıq vədi
Yay ərzində müharibə rusların istədiyi kimi getməyəndə rus hərbi blogerləri komandanlıqla bağlı narazılıqlarını ifadə etməyə başladılar və Kremli tam səfərbərlik elan etmək, yaxud döyüşə daha çox adam göndərmək istəməməkdə ittiham etdilər.

Sentyabrda Priqojin təşəbbüsü əlinə aldı. “Telegram”da onun bir əyalət həbsxanasında dustaqlara altı ay Ukraynada döyüşmək şərtilə azadlıq vəd etdiyini göstərən video yayıldı.

Putinin işğalçı qoşunların yeni komandiri vəzifəsinə təyin etdiyi general Sergey Surovikin daha öncə Suriyada Rusiya qüvvələrinin komandiri olub. Priqojin onun təyinatını alqışladı. Surovikin təyinatının ardınca dərhal Ukraynadakı mülki obyektlərə raket, təyyarə və dron zərbələri endirməyə başladı.

“Surovikin Priqojinə Priqojin olmaq üçün şərait yaradan adamdır”, – Rondo deyir.

“Novaya Gazeta Europe” yazır ki, Priqojinin Sankt-Peterburqun hazırkı seçilmiş qubernatoru ilə münasibətlərinin pis olması Beqlovun seçki kampaniyasının maliyyələşdirilməsi və Fin körfəzində yaşayış komplekslərinin tikintisi ilə bağlı olub.

Sentyabrda Priqojin Sankt-Peterburqda “Vaqner Tsentr” adlı yeni biznes mərkəzinin açılacağını elan edib.

Narazılığını birbaşa Putinə deyir?
Priqojinin artan şöhrətini siyasi karyeraya çevirə bilib-bilməyəcəyi, hələlik, bəlli deyil. Ancaq Rondo deyir ki, Priqojin siyasətçi olacaqsa, bu, Moskva və ya hər hansı başqa yerdən yox, yenə Sankt-Peterburqdan başlayacaq.

“O öz statusundan və “Vaqner”lə əlaqəsindən elit çevrələrdəki rəqiblərini tənqid etmək və öz avtoritetini möhkəmləndirmək üçün istifadə edib”, – Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun ötən həftə çıxan hesabatında deyilir.

“The Washington Post” Priqojinin müharibənin gedişatından narazılığını birbaşa Putinə bildirdiyini yazır. Qəzet həmçinin onun Putinlə gizli söhbəti haqda məlumatın ABŞ kəşfiyyat hesabatlarına yol tapdığını da yazır.

“Onların sözü düz gəlmir”, – Kolesnikov “Nastoyaşeye Vremya”ya deyib.

“Priqojin açıq-aşkar güc hərisidir. O çox sərt və xeyli dərəcədə qəddar adamdır. Onun neqativ şeytan xarizması var və bu xarizma Putinin xarizması ilə rəqabət apara bilər. Ancaq o indi Putinə bu sifətdə, bu formada lazımdır. Bu [Priqojinə] get-gedə daha çox güc və bir çox fərqli vəzifələr verir”, – o söyləyir.
 
Ardını oxu...
İran adlanan ölkənin Pəhləvilər və İran İslam Respublikası adlı dövründə xüsusilə də onunla qonşu olan ölkələrdə terror aktları törətdiyi heç kimə sirr deyil.

Məsələn, onların İraqda, Suriyada, Əfqanıstanda və digər ölkələrdə terror aktlarını həyata keçirdiklərinə dair faktlar təsdiqlənib.

Bununla yanaşı, onların Türkiyədə də həyata keçirdikləri əməliyyatlarla bağlı şübhələr ortaya qoyulub. İstər Pəhləvilər rejimi, istərsə molla Fars rejimi bunları həyata keçirərkən dini məzhəbçilikdən və ya İrançılıq məsələlərindən sui-istifadə edir.

Bundan əlavə olaraq İranın maliyyələşdirdiyi terror qruplaşmaları da az deyil. Onların sırasında xüsusi ilə Hisbullahın, PKK-nın , YPK-nın, Pejakın adları məlumdur.

İranın Suriyada, İraqda, Yəməndə fəaliyyət göstərən müxtəlif silahlı birləşmələrin də maddi dəstəkçisi olduğu öz əksini tapıb.

Bu sırada Asalanın olması istisna deyil. Çünki bəzi məsələlərdə İranın Ermənistanla birgə hərəkət etdiklərinə dair bilgilər var. İranı özünə qardaş seçən Ermənistan bu gün də əlini günahsız insanların qanına bulayan qardaşının təcrübələrindən yararlanır. Maraqlısı isə odur ki, özünü qatı müsəlman kimi təqdim edən İranın hazırkı hakimiyyəti bunları həyata keçirərkən islam və ya şiəlik təəssübkeşliyindən sui-istifadə edir. Bəs görəsən bu necə müsəlman dövlətidir ki, Allahın adına partiya yaradır və həmin rejim də terrorla məşğuldur? Siyasi ekspertlər hesab edir ki, İran təkcə terror təşkilatlarını maliyyələşdirməklə kifayətlənməyib. Hüquqlarının tapdalanmasına etiraz edən, azadlıq istəyən azərbaycanlılara qarşı Pəhləvilər və ya İran molla rejiminin törətdiyi vəhşicəsinə davranışların və ya edamların şahidi olmuşuq.

(Oxu.az)
 
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni iddia dünya mediasının gündəminə bomba kimi düşüb. Anonimlik şərti ilə “Sky News”a danışan mənbə Ukraynaya göndərilən sursatın rusların əlinə keçdiyini iddia edib.

Teref.az xəbər verir ki, 140 min dollar pul və Böyük Britaniyanın NLAW və ABŞ-ın “Javelin” tank əleyhinə raketləri, “Stinger” zenit sistemlərindən ibarət 3 hərbi sursat avqustun 20-də səhər saatlarında Rusiya tərəfindən gizli şəkildə təyyarələrlə Tehrana çatdırılıb.

Mənbə bununla bağlı təkzibedilməz faktlar əldə edib. Məlum olur ki, təyyarələr ilk dəfə avqustun 20-si səhər saat 01:17-də Tehrana enib. Tehranda təxminən 3 saat yarım qalan təyyarələrin addım-addım necə hərəkət etdiyi müşahidə edilib. Xəbərdə diqqətçəkən başqa bir detal isə İrana pul və sursat daşıyan təyyarələrin Tehrana çatdıqdan sonra dronlar götürərək geri qayıtmasıdır.

Üstəlik, iddia bununla məhdudlaşmır, mənbə bildirib ki, avqustun 20-dən bəri Rusiya İrandan ən azı beş dəfə dron daşıyıb.

Bəs bu gizli göndərişin son məqsədi nədir?

Mənbə xəbərdarlır edir ki, bu silahlar “İran İslam İnqilab Keşikçiləri Korpusu” (SEPAH) tərəfindən Qərbin hərbi texnologiyalarını kopyalamaq üçün istifadə oluna bilər.

Üstəlik, bu, İrandan gözlənilməz addım deyil. Mənbənin dediyinə görə, 2011-ci ildə istehsal olunan “Şahid” kamikaze dronları da oğurluqdur. Belə ki, dronlar ABŞ-ın pilotsuz uçan aparatlarının texnologiyası əsasında istehsal edilib.

Mənbə onu da vurğulayıb ki, İrandan Rusiyaya 200 milyon dollardan çox kamikadze pilotsuz uçan aparatların tədarükü üçün daha bir sövdələşmə aparılır.

Həm Moskva, həm də Tehran aylardır Ukraynaya qarşı İran dronlarının istifadə edilməsi ilə bağlı çoxsaylı xəbərləri təkzib edir. Amma ötən günlərdə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Rusiyaya dron verdiklərini etiraf edib. O, bunun Ukraynanın işğalından aylar əvvəl olduğunu deyib.

İngilis siyasi analitik Castin Bronk deyib ki, İran dronları Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin əsas elementlərindən birinə çevrilib. Onun sözlərinə görə, İran rus ordusunu “Şahid”lərlə təchiz etməsəydi, onun Ukraynanın elektrik infrastrukturuna və su sistemlərinə qarşı zərbələri daha az təsirli olardı./Teleqraf
 

Dünyapress TV

Xəbər lenti