Aleksandr Lukaşenko noyabrın 23-də bildirib ki, KTMT-nin taleyi Rusiyanın Ukraynadakı müharibəsinin nəticəsindən asılıdır. Müəyyən mənada haqlıdır. Ancaq əlavə etmək üçün daha bir şey var. KTMT əvvəlcə effektiv və nüfuzlu təşkilat deyildi. Rusiya onu postsovet məkanında “NATO-nun analoqu” edə bilmədi, çünki:
müvafiq və adekvat resurslar yoxdur;
bütün iştirakçı ölkələr üçün ümumi olacaq heç bir fikir formalaşdırılmadı;
Rusiya əslində başqalarının maraqlarını düşünməyərək, layihəni özü üçün yaratdı;
regional oyunçuların güclənməsi Rusiya Federasiyasının təsirini zəiflətdi və KTMT ölkələrinin xarici siyasətinin şaxələndirilməsini sürətləndirdi.
Ona görə də Ukraynada müharibə başlayana qədər KTMT xüsusi bir mahiyyət daşımırdı və Qazaxıstanda yanvar “PR kampaniyası” olmasaydı, daha tez ləğv olacaqdı.
Rusiya Federasiyası təşkilatın fəaliyyətini yalnız öz üzərinə bağladığından (onlar üçün ənənəvi üslubda), bu strukturun taleyi indi həqiqətən Rusiya Federasiyasının taleyindən və onun bölgədəki mövqelərindən asılıdır. Deməli, Lukaşenko cəsarətlə eyham vurdu ki, KTMT=Rusiya Federasiyası, Rusiya Federasiyası isə=KTMT və bütün digər iştirakçılar təşkilatın aqibətinin necə olacağı ilə maraqlanmırlar. Buradakı ölkələrin əksəriyyətinin başqa tərəfdaşlıqlara və digər layihələrə qoşulmaqda maraqlı olduğunu nəzərə alsaq, Belarus Prezidentinin dediklərində məntiq var.
Ermənistanın KTMT iclasında dünənki demarşı (orada Putinin şəxsən iştirak etdiyi, baxmayaraq ki, o, həmişə bunu etmir) təəccüblü olmamalıdır. Rusiya Federasiyasının Ukraynaya görə zəifləməsi, 2020-ci ildən sonra onun nüfuzdan düşməsi və Azərbaycanla Ermənistana qarşı situasiya oyunu kontekstində İrəvanın mövqeyi sərtləşir və Rusiyaya və onun işləməyən təhlükəsizlik zəmanətlərinə qarşı daha praqmatik olur.
Eyni zamanda, Qazaxıstan nümayəndəsinin KTMT-nin yeni baş katibi seçilməsi Rusiyanın digər iştirakçılara belə güzəştlər yolu ilə təşkilat üzərində nəzarəti saxlamaq cəhdidir ki, bu, Rusiyadan sonrakı dövrdə Rusiyanın təsirinin zəiflədiyini bir daha təsdiqləyir.
Müəllif: İliya Kusa - Yaxın Şərq üzrə ekspert Mənbə: UNİAN Qeyd: tərcümə AYNA-ya məxsusdur
Dövlətin və bizim vəzifəmiz işğal altında olan və Rusiya ilə əməkdaşlıq etməyənlərə dəstək olmaqdır
2022-ci il martın 4-də Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində yerləşən Zaporojye Atom Elektrik Stansiyası (AES) rus qoşunları tərəfindən tutuldu. Sonradan məlum oldu ki, obyekt Rusiyanın “Rosatom” şirkəti tərəfindən idarə olunur, baxmayaraq ki, ukraynalı personal stansiyada işləməyə davam edir.
Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır və buna görə də onun ələ keçirilməsi ilə bağlı təhlükələr bütün dünyanın diqqətini cəlb edib.
Ukrayna hakimiyyətinin AES ətrafında demilitarizasiya zonası yaratmaq çağırışlarına işğalçı ölkə məhəl qoymur və MAQATE-nin beynəlxalq missiyaları Rusiya Federasiyasına hər hansı real təsir alətləri olmadığı halda kifayət qədər formal xarakter daşıyır.
Eyni zamanda, işğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə stansiya işçilərinin və yerli sakinlərin pasportlaşdırılması yolu ilə təhlükəsizlik və vəziyyətə nəzarət illüziyası yaratmaq üçün bütün mümkün vasitələrə əl atırlar.
Başa düşmək lazımdır ki, Ukrayna vətəndaşlarının işğal olunmuş ərazilərdə pasportlaşdırılması manipulyasiyadır və Rusiya Federasiyası tərəfindən növbəti təcavüzkar hərəkətlərə haqq qazandırmaq, işğal olunmuş əraziləri və obyektləri süni şəkildə leqallaşdırmaq və qanunilik illüziyası yaratmaq üçün dünya ictimaiyyətinə təsir etmək üsuludur.
Üstəlik, ehtiyacdan asılı olaraq, ya 2014-cü ilin fevral-mart aylarında Krımda baş verdiyi kimi Rusiya Federasiyasının vətəndaşlığının verilməsi yolu ilə məcburi universal pasportlaşdırma, ya da Rusiya Federasiyasının “könüllü” vətəndaşlığına meyl etmək yolları seçilir.
Əgər birinci hal beynəlxalq hüquq nöqteyi-nəzərindən qiymətləndirmə üçün daha açıqdırsa və əslində əhəmiyyətsizdirsə, heç bir hüquqi nəticəsi yoxdursa, ikinci hal artıq hüquqi tənzimləmə ehtiyacına malikdir və Ukrayna qanunvericiliyi üçün mənfi nəticələrə səbəb ola bilər.
Aydındır ki, buna görə də işğal edilmiş Zaporojye vilayəti və Enerqodar şəhəri ərazisində işğalçılar orada olmalarının qondarma qanuniliyini və AES-in maraqları naminə işləməsini təsdiqləmək üçün ikinci yola əl atdılar.
Öz növbəsində, 17 noyabr 2022-ci il tarixində “CASE Ukraine” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçirilən “Hücum altında olan enerji: ukraynalılar nəyi bilməlidirlər?” müzakirəsi zamanı bu tədbirdə ekspert kimi çıxış edən İvan Plaçkov deyib ki, Rusiyanın müvəqqəti işğalı altında olan AES-in işçiləri “stansiyanı qorumaq” üçün “Rosatom”un simasında işğalçılarla əməkdaşlığa razılıq verməlidirlər - “... nəyisə imzalasınlar, hətta pasportları da qəbul etsinlər, amma stansiyada qalsınlar, çünki onları ancaq bu xilas edə bilər”.
Ukrayna personalının zavodda proseslərə nəzarət etmədiyini nəzərə alsaq, belə mövqe kifayət qədər qəribədir. Aydındır ki, mütəxəssislərimiz avadanlıqların istismarı və AES-in xüsusiyyətləri ilə hərtərəfli tanışdırlar, lakin onlar qərarlara təsir edə və ya işğalçıların sifarişlərinin yerinə yetirilməsinə mane ola bilərmi? Məncə, yox.
Rusiya pasportunun alınması və “Rosatom”la müqavilənin bağlanması işçilərin üzərinə yalnız Rusiya Federasiyasının qanunlarına əməl etmək, onun maraqlarına uyğun işləmək kimi əlavə vəzifələr qoyacaq və heç bir halda bu, AES-in təhlükəsizliyinə zəmanət vermir.
Əksinə, praktikada Ukrayna üçün neqativ informasiya fonu yaradılacaq və işğalçılar bundan istifadə edəcəklər: məsələn, AES-in və Enerqodar şəhərinin ələ keçirilməsinin qanuniləşdirilməsi kimi. Çünki Rusiya vətəndaşları və AES-in işçiləri orada işləyəcək və yaşayacaqlar.
İşğal olunmuş ərazinin ruslaşdırılmasının sürətləndirilməsi, orada rus təbliğatının xeyli artması Enerqodar əhalisinin və stansiya işçilərinin Ukraynaya qarşı düşmən münasibətinin yaranmasına gətirib çıxaracaq. Rublla əmək haqqı və digər sosial müavinətlərin ödənilməsinə keçid olacaq, Rusiya qanunvericiliyinin icrası başlayacaq, stansiya işçilərinin və Enerqodar sakinlərinin Rusiya ordusu və digər hərbi birləşmələrin sıralarına mümkün səfərbər edilməsi həyata keçiriləcək.
Rusiya və dünya informasiya məkanı üçün güclü təbliğat mifi yaratmaq, bu vəziyyətdən ukraynalıların digər müvəqqəti işğal olunmuş ərazilərə münasibətdə davranışının nümunəsi kimi istifadə etmək asandır.
Mütəxəssislər həqiqətən belə düşünürlər ki, stansiyanın kişi heyətini işğal olunmuş ərazilərin müdafiəsini qorumağa gələndə saxlayacaqlar, yoxsa Rusiya Federasiyasının vətəndaşlığını qəbul etdikdən sonra işçilər qanunsuz repressiya təhlükəsindən və ya zərurətdən qaçacaqlar? Bu, cinayət əmrlərinə əməl etmək deyil?
Bu cür müraciətlər işğalçıların gələcək əməllərinə görə məsuliyyətin onsuz da ən ağır vəziyyətdə olan stansiya işçilərinin üzərinə atılması ilə eynidir.
Başa düşmək lazımdır ki, istənilən “təcavüzkarı sakitləşdirmək” və ya mübarizəni dayandırmaq siyasəti həmişə insanların məhvinə və ölümünə səbəb olub. Dövlətin və bizim vəzifəmiz işğal altında olan və Rusiya ilə əməkdaşlıq etməyənlərə dəstək olmaqdır.
Müəllif: Maksim Malaşkin - Ukrayna Enerji Assosiasiyasının İdarə Heyətinin üzvü
"Ukraynaya qışı keçirmək üçün generatorlardan "Starlink" peyk rabitə terminallarınadək çox şeylər lazımdır..."
"Biz bilirik ki, Kreml bundan sonra da qarşısına bizim enerji obyektlərimizə zərbələr vurmaq vəzifəsini qoyub ku, qışın soyuğunu kütləvi qırğın silahına çevirsin..."
Rusiya tərəfindən Ukraynanın energetika, tibbi və təhsil infrastrukturunun minalanması və məhv edilməsi Moskvanın şüurlu siyasətidir və buna minlərlə sübutlar var.
TEREF.AZ "Moderator.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Fransa merləri və bələdiyyə rəhbərlərinin 104-cü Konqresinin iştirakçılarına müraciətində bəyan edib.
"İşğalçılar ukraynalıların bu torpaqda, sadəcə, yaşaya bilməməsinə cəhd edir", - Zelenski vurğulayıb.
O, deyib ki, işğaldan azad edilən şəhər və kəndlərə ukraynalıların vərdiş etdiyi adi həyat qayıdır.
"Məhz buna görə də Ukrayna bizə, müdafiəmizə, maliyyəmizə, bərpa işlərinə bütün dəstək verənlərə minnətdardır. Bu, sözün birbaşa mənasında insanların həyatının xilas edilməsinə yardımdır", - o, əlavə edib.
"Bu gün, qış ərəfəsində, biz tammiqyaslı müharibə zamanı ən böyük təhlükələrdən biri ilə üzləşmişik. Rusiyanın raket terroru energetika infrastrukturumuzun, demək olar ki, yarısını dağıdıb. Və biz bilirik ki, Kreml qarşısına bundan sonra da enerji obyektlərinə zərbələr endirmək vəzifəsini qoyub. Bununla Rusiya Ukraynanın bütün ərazisində işğal etdiyi şəhər və kəndlərində etdiklərini etmək istəyir. O, həyatı məhv etmək istəyir".
Ukrayna işğalçıların bu niyyətlərinə qarşı müqavimət göstərir.
O, deyib ki, noyabrın 21-də Fransa prezidenti Makronla söhbəti zamanı "Rusiyanın bu taktikasından birgə müdafiə olunmağımız üçün nələri edə biləcəyimiz" barəsində danışıb.
"Bizin dəqiq razılaşmalarımız var. O cümlədən dekabrın əvvəlində Ukraynanın tez bir zamanda artıq indidən müvafiq Plana uyğun olaraq bərpası üçün konfransın keçirilməsi barəsində razılığa gəlmişik. Mən hamınızı konfansa və gələcək səylərə qoşulmağınıza çağırıram", - Ukrayna prezidenti davam edib.
Zelenski konfrans iştirakçılarına danışıb ki, Ukraynaya qışı keçirmək üçün generatorlardan "Starlink" peyk rabitə terminallarınadək çox şeylər lazımdır.
"Bizim üçün bunlar, sadəcə, texnika məsələsi düeyil. Ukrayna üçün bu, terrordan müdafiə olunmaqdir, -prezident vurğulayıb. - Elə fransız şəhərləri və bələdiyyələri səviyyəsində minalardan təmizləmədə və ya yanğınsöndürənlər və xilasedicilər, bizim tibb işçilərimiz üçün edilən yardımlarda- generatorlar və konkret rabitə sistemlərinin verilməsində olduğu kimi. Bunlar tamamilə insanların müdafiəsi üçündür".
O, merlərə və bələdiyyə nümayəndələrinə Ukraynaya yardımda "konkret olmağa" və şəhər və icmalarımızın terrordan qorunmasında dəstək verməyə çağırış edib. Zelenski əmindir ki, birgə səylərlə buna nail olmaq mümkün olacaq.
“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İranla bağlı bütün variantlarını nəzərdən keçirəcək:
“Vaşinqton çoxdan müşahidə edir ki, İran nüvə silahı yaratmaq üçün zənginləşdirilmiş uranın istehsalına sərf olunan vaxtı qısaltmağa çalışır. Bu baxımdan, Baydenin rəhbərlik etdiyi ABŞ-ın hazırkı administrasiyası əvvəldən İranla nüvə sazişini bərpa etməyə çalışırdı”- deyə, o bildirib.
Onun sözlərinə görə, İran region üçün davamlı təhlükə yaradır:
“Yalnız nüvə sənayesindəki irəliləyişinə görə deyil, həm də ballistik raket imkanlarını necə təkmilləşdirməyə davam etdiyinə görə. Deməli, bu, İranın regiona yaratdığı davamlı təhlükənin tərkib hissəsidir. Və beləliklə, biz Amerika Birləşmiş Ştatlarının Prezidenti üçün bütün imkanlara malik olduğumuzu təmin etmək niyyətindəyik və edirik. Şübhəsiz ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimizlə bağlı mövqeyimizi dəyişməmişik”.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini ölkədəki bütün məhbusların hüquqlarını, o cümlədən dinc toplaşmaq hüququnu tanıyaraq azad etməyə çağırıb.
O qeyd edib ki, İnsan Hüquqları üzrə Ali Komissarlıq (BMTİHAK) İran hakimiyyətinə mümkün qədər tez ölüm hökmünə moratorium tətbiq etməyi və beynəlxalq hüquqda “ağır” kimi təsnif edilməyən cinayətlərə görə edamın ləğvini tövsiyə edib.
“İranda həftəsonu iki uşağın ölümü də daxil olmaqla etiraz aksiyaları qurbanlarının sayının artması və təhlükəsizlik qüvvələrinin reaksiyasının sərtləşdirilməsi ölkədəki kritik vəziyyətin göstəricisidir”, - deyə BMT-nin Ali Komissarı bildirib.
BMTİHAK-ın məlumatına görə, İranda keçirilən etirazlar zamanı 300-dən çox adam, o cümlədən 40-dan çox uşaq öldürülüb, həmçinin azı altı nəfər edam cəzasına məhkum edilib.
Xatırladaq ki, sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan genişmiqyaslı etiraz aksiyaları hələ də davam edir.
İran Azərbaycana qarşı illərdir informasiya müharibəsi aparıb. Azərbaycan hakimiyyəti və rəsmi media 30 il səbrli davranıb. Həmin dövr geridə qalıb. Hazırda Azərbaycan dövlət mediasının İrana adekvat cavabı Tehrandakıları çaşdırıb. Onlar bunu gözləmirdilər. Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Politoloq fikirlərini şərh edərək davam edir: Azərbaycan Dövlət Televiziyasının rəhbəri Rövşən Məmmədovun bazar günləri aparıcılıq etdiyi proqramda İranın siyasətinin sərt tənqidinə dəqiqələr ayrılır, Güney Azərbaycanla bağlı önəmli fikirlər söylənilir. Azərbaycanın digər televiziya kanalları da Azərbaycan Dövlət Televiziyasından geri qalmırlar. İranın siyasətini ardıcıl olaraq təsis edildiyi gündən bu yana Günaz TV tənqid edir, Güney Azərbaycandakı vəziyyət işıqlandırılır. İndi Azərbaycanda onlarla Günaz TV var. Tehran Azərbaycana qarşı təbliğatı dayandırmadıqca bizim kanallar da eyni tempdə davam edəcəklər. İnformasiya müharibəsini dayandırmaq və ya fasilə vermək Tehrandan asılıdır. 30 ildə bu baş verməyibsə, bundan sonra nəyinsə dəyişəcəyinə ümid azdır. İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti məlum məqaləsi ilə guya ortamı sakitləşdirmək istəyib, ancaq həmin yazıda o qədər ikibaşlı ifadə yer alıb ki, keçmiş nazir qaş düzəltdiyi yerdə göz çıxarıb. Belə yazılarla barışığa zəmin yoxdur. Digər tərəfdən biri “barışıqdan” yazdığı halda deputatları, imamları, generalları Azərbaycanın əleyhinə ağılları və ağızlarına gələni danışırlar. Teref.az
ABŞ və onun müttəfiqləri Kiyev hakimiyyətinin Polşada raketin düşməsinə reaksiyasından sonra Ukraynaya münasibətinə yenidən baxır.
Axar.az xəbər verir ki, bu barədə “National İnterest” nəşri yazıb.
“Kiyevin raket buraxılışı ilə bağlı inadkar davranışı təkcə amerikalı mühafizəkarların deyil, həm də Ağ Evin və NATO-nun digər tərəfdaşlarının məyusluğu və qəzəbinə səbəb olub”, - məqalədə deyilir.
Bildirilib ki, Vaşinqtonun Polşaya düşən raketin Ukraynaya məxsus olduğunu bildirməsi Prezident Vladimir Zelenskinin də xoşuna gəlməyib.
Müəllifin sözlərinə görə, bu, Ukrayna ilə bağlı xüsusi əməliyyat başlayandan bəri ilk belə qalmaqaldır. O, həmçinin əlavə edib ki, mövcud vəziyyət ABŞ dairələrində böyük rezonansa səbəb olub.
Qeyd edək ki, 15 noyabrda Polşaya düşən raket nəticəsində iki mülki şəxs həlak olmuşdu. Əvvəlcə raketlərin Rusiyaya məxsus olduğu iddia edilsə də, sonradan Ukraynaya aid olduğu üzə çıxdı.
İsveçin Ankaradakı səfiri Staffan Herrström PKK tərəfdarlarının Stokholmda keçirdiyi aksiya ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" xəbər verir ki, bu barədə NTV telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, İsveçin paytaxtında PKK tərəfdarlarının nümayişi keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraq və Suriyada yeni hərbi əməliyyatına etiraz edən iştirakçılar səfirliyin binasında təbliğat xarakterli foto və təhqirlər səsləndiriblər. Bununla əlaqədar olaraq Xarici İşlər Nazirliyi İsveç səfiri vasitəsilə insidentin araşdırılmasını və hadisədə iştirak edənlərin tapılmasını xahiş edib.
İran və Ermənistan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi iki ölkənin maraqlarına xidmət edəcək və Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyi möhkəmləndirəcək.
Axar.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Bagiri Kani Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanla görüşündə deyib.
Onun sözlərinə görə, İran ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.
Erməni diplomat İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsini alqışlayıb və bəyan edib ki, İrəvan Tehranla, xüsusən də ticarət-iqtisadi sahədə əməkdaşlığı gücləndirməkdə qərarlıdır.