Ardını oxu...
“Yaxın ətrafı Putindən real vəziyyəti gizlədir, mən belə ondan daha məlumatlıyam”.

ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Hayns Rusiya tərəfinin Ukraynadakı hərbi əməliyyatları “azaldılmış templə” apardığını və Ukrayna qüvvələrinin qarşıdakı aylarda daha parlaq perspektivlərə malik ola biləcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Kaliforniya ştatının Simi-Velli şəhərində keçirilən Reyqan Milli Müdafiə Forumunda çıxışı zamanı deyib.

Hayns Rusiya prezidenti Vladimir Putinin müşavirlərinin ondan hərbi əməliyyatların inkişafı ilə bağlı xəbərləri gizlətdiyini qeyd edib. ABŞ Kəşfiyyatının rəhbərinin iddiasına görə, Rusiyada hərbçilərin üzləşdiyi problemlərdən onun daha çox xəbəri var.

“Lakin bizə hələ də aydın deyil ki, o bu mərhələdə belə ordusunun hansı problemlərlə üzləşdiyini tam başa düşürmü”, - deyə, Avril Hayns maraqlı sual ünvanlayıb.
 
Ardını oxu...
Türkiyə Ukrayna böhranının həlli üçün Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək. Eyni zamanda, biz bunun xeyli vaxt aparacağına əminik.

Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Müasir reallıqları nəzərə alsaq, danışıqların dərhal baş tutması ehtimalı azdır. Lakin biz bunun mümkün olduğuna inanırıq və bunun üzərində işləməyə davam edəcəyik”, - deyə Kalın bəyan edib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna ilə yaxın münasibətlər saxlayan Türkiyə Ukraynada münaqişənin davam etdirilməsində maraqlı deyil. (Mənbə: TASS)
 
 
 
Ardını oxu...
Güney Azərbaycan şəhərlərində divarlara Güney Azərbaycan Milli Mübarizə Hərəkatının bayrağı çəkilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İran hökumətinin hər dəfə milli bayrağın rəsmini silməsinə reaksiya verən milli fəallar yazıblar: “Nə qədər silsəniz də divarları, yenə yazacağıq!”
 
 
Ardını oxu...
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalından son terror hücumlarına qarşı effektli hava əməliyyatları həyata keçirib. Terroru öz mənbəyində bitirmək istəyən Ankara indi quru əməliyyatı üçün hazırlıqlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, ABŞ-da nəşr olunan “Foreign Policy” qəzeti Türkiyə Silahlı Qüvvələrinin əməliyyat əzminə diqqət çəkib.

Nəşr bu durumun Co Bayden administrasiyası üçün diplomatik böhran olduğunu yazıb.

“Noyabrın 30-da ABŞ müdafiə naziri Lloyd Ostin Türkiyə qüvvələrinin Suriyaya genişmiqyaslı hücumunun qarşısını almaq üçün Ankaraya zəng edib”, - məqalədə bildirilir.

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefrinin müdafiə naziri Hulusi Akarla şəxsən görüşmək üçün Ankarada olduğu da qeyd edilib.

Nəşr qeyd edib ki, ABŞ əvvəllər də oxşar danışıqlarla Türkiyənin hərbi əməliyyatlarının qarşısını ala bilməyib. Qəzet ABŞ-ın bu dəfə də Türkiyəni dayandıra biləcəyinə şübhəylə yanaşır.

ABŞ müdafiə nazirinin keçmiş müavini Mik Mulroy isə hesab edir ki, Türkiyənin özünü müdafiə etmək hüququ var.

Bununla belə, Mulroy PKK/PYD/YPG/SDQ terror təşkilatını “ABŞ-ın tərəfdaşı” adlandırıb:

“Partnyorumuza hücum edirsə, onların da əli olduğuna dair sübut təqdim etməlidir. Əgər bacarmasalar, ABŞ bu əməliyyatları dayandırmaqda israrlı olmalıdır”.

Digər tərəfdən, “Foreign Policy”nin mövzu ilə bağlı məqaləsində “işğal” sözünü işlədərək Türkiyəyə qarşı təsəvvür yaratmağa çalışdığı da nəzərdən qaçmayıb.
 
Ardını oxu...
İspaniya polisi Madriddəki Ukrayna səfirliyinin binasını yenidən mühasirəyə alıb.

“Report” xəbər verir ki, bu barədə “Radio y Television Espanol” teleradio şirkəti məlumat yayıb.

Xatırladaq ki, bu günlərdə Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib. Səfirə ünvanlanmış və içərisində əldəqayırma bomba olan məktubu diplomatik nümayəndəlik rəsmisi açmışdı.
 
Ardını oxu...
Brejnev, Qorbaçov və Yeltsinin tərcüməçisi olmuş, fransız vətəndaşı Vladimir Fedorovskinin Putin Ukrayna və Gizli Üzlər kitabından Rusiyanın Yaxın Şərq Strategiyası:
Türkiyə Rusiya üçün stratejik rəqib olmaqla yanaşı Nato üzvü olması səbəbindən DÜŞMƏN dövlətdir. Türkiyənin çeçen hərbiçilərinə verdiyi logistika və silah dəstəyi, Bakı-Ceyhan neft xəttinin inşası Avrasiya və Atlantik rəqabəti fonunda Moskvaya qarşı böyük miqyaslı həmlələr olaraq oxunmalıdır. Bu isə Rusiyaya Türkiyə əleyhinə İran ilə ilə əlaqələri genişləndirmək, Kiprdə rumlar lehinə lobbiçilik fəaliyyətinə başlamaq, üsyankar kürt qruplaşmalarına dəstək vermək üçün əlini gücləndirdi. Rusiyanın Yaxın Şərq strategiyası sadəcə siyasal deyil, dini hədəflərdə daşıyır. Atlantik nizamında yer alan Vəhhabilik, Sünnilik cəbhəsinə qarşı, Moskva daim İran şiəliyini öz siyasətində prioritet olaraq təyin etmişdir.....
Buna səbəb isə Səudiyyə Ərəbistanı və Türkiyə vektorlu Sünni bloku atlantikçi cəbhədə yer aldığı üçün Rusiyanın YENİ AVRASİYA İMPERATORLUĞU VƏ YAXIN ŞƏRQ SİYASƏTİNDƏ cənub qütb koalisiyasında yer ala bilməz. Bu rolu İranın üstlənməsi üçün tarixi, coğrafi, dini və siyasi səbəbləri vardır. Moskva-Tehran vücudunun yaranması Rus imperiyasının bir çox problemlərini həll edəcəkdir. Ayrıca Pyotr zamanından rusların hədəfi olan İSTİ DƏNİZLƏRƏ çatmaq strategiyasınıda tamamlamış olacaq. Ruslar Almaniyanı Orta Avropa olaraq gördükləri kimi, İranıda Orta Asiya olaraq görürlər. Moskva yeni Avrasiya İmperatorluğunda İrana bölgədə PAX PERSİCA qurma fürsəti verərək, Yaxın Şərq, Cənubi Qafqaz və bütün Avrasiya cəbhəsində Atlantik blokunda yer alan Səudiyyənin maliyyə və siyasi, Türkiyənin Pantürkizm hədəflərinə qarşı bir qalxan qurmağı hədəfləyir.........
Teref.az
 
Ardını oxu...
Ukraynanın Baxmut şəhəri hərbi strategiya nöqteyi-nəzərdən önəmli ərazi deyil, lakin şəhəri ruslara təslim etmək olmaz, çünki onlar guya “böyük qələbə”ni təbliğat kimi istifadə edəcəklər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Aleksey Getman çıxış edib.

Ekspert hesab edir ki, taktiki müdafiə çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin Lisiçansk və Severodonetsk məsələsində bacarıqla etdiyi kimi, Baxmutdan da geri çəkilmək olar:

“Baxmutun hərbi baxımdan heç bir taktiki əhəmiyyəti yoxdur. Baxmut uğrunda döyüşün emosional və siyasi yükü var. Rusiya həqiqətən də bir az da olsa, qalibiyyət nümayiş etdirməlidir. Artıq yarım ildir ki, orada döyüş əməliyyatları gedir, lakin düşmən nə irəliləmək, nə də şəhəri tutmaq iqtidarındadır. Ukrayna ordusu şəhəri sona qədər saxlayacaq. Əgər düşmən ora çoxlu sayda texnika və hərbi qulluqçu cəmləsə və bu şəhərin hazırda Ukraynanın nəzarətində qalması xalqımızın həyatı üçün ağılsızlıq olsa, biz Lisiçansk və Severdonetskdə etdiyimizi təkrarlayacağıq”.

Hərbi analitikin fikrincə, Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində düşmənin böyük qüvvəsini sıxışdırmağı bacarır.
 
Ardını oxu...
İsrail Təhlükəsizlik Akademiyasının Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini pisləyən bəyanatı


Fransa Senatının ardından Fransa Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə Fransanın erməni təəsübkeşliyindən qaynaqlanır. Fransa Senatı və Milli Assamnleyası Azərbaycanın öz qanuni və beynəlxalq hüquqla tanınan torpaqlarını‚ məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 ardıcıl qətnaməni icra edərək işğaldan azad etməsi halı ilə qətiyyən barışmır. Fransa Senatı və Milli Assambleyası bu irqçi və ikili standarrları sərgiləyən ermənipərəst xarakterli qətnamələri ilə işğalçılığa‚ erməni separatizminə və erməni cinayətlərinə birbaşa dəstək verməkdədir. 1992-93-cü illərdə Ermənistanın işğalı və etnik təmizləmə siyasəti nəticəsində 1.000.000-dan artıq Azərbaycanlı öz doğma el-obasından məcburi köçkün və qaçqın düşmüşdür. Bu 1.000.000 insan işğal illərində böyük müsibətlərə və məşəqqətlərə məruz qalıb. Təkcə 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı və boranlı qış gecəsində Ermənistan hərbi qüvvələri Livan və Fələstindən gətirilmiş muzdlu döyüşçülərlə birlikdə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq bütün şəhəri darmadağın etmiş‚ əliyalın günahsız insanları qarlı və çovğunlu havada gülləbaran etmiş‚ qoca və uşaq demədən qundaqdakı körpələrə qədər süngülərə keçirmiş‚ insanları tankların altında əzmişlər. Bununla da da tarixdə misli görünməyən barbarlıq və vandalizm törətmişlər. Beləcə Ermənistan hərbi qüvvələri tarixin ən ağır qanlı qətliamlarından və kütləvi insan qırğını olan Xocalı soyqırımını törətmişlər.
Ermənistan silahlı qüvvələri beynəlxalq hüquqi kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq ictimaiyyət və BMT tərəfindən qəbul edilən və beynəlxalq hüquqla qorunan suveren sərhədlərinə daxil olaraq 20 faiz Azərbaycan torpağına qarşı hərbi təcavüz edərək‚ 30 ilə yaxın vaxt ərzində Azərbaycan torpaqlarını işğalda saxlamışdır. Ermənistan hərbi qüvvələri daxil olduğu Azərbaycan torpaqlarını dağıdıraq əhalisini‚ dinx sakinləri kütləvi məhv etməyə çalışıb. Bu‚ işğalçı Ermənistanın ən ağır hərbi cinayətidir.
Yaxın 30 il bölgənin bütün tarixi erməni hərbi cinayətləri və terrorları ilə dolub daşır. Bütün Qarabağ başdan ayağa erməni vandalizminə bürünüb. Qarabağın hər qarışında erməni vandalizmi və erməni cinayətləri mövcuddur. Fransa hökuməti‚ Senat və Milli Assambleyası ilk öncə Qarabağdakı erməni vəhşiliklərinə və erməni vandalizminə hüquqi qiymət verməlidir. Qarabağdakı bütün azərbaycanlı qəbrlər‚ Azərbaycanlılara məxsus dini və tarixi abidələr tamamilə dağıdılmış və yerlə yekaan edilmişdir. Ermənistan hərbi qüvvələri işğal etdikləri hər yeri dağıdıb viranəyə çeviriblər. Hal-hazırda 30 il əvvəl Azərbaycan torpaqlarının işğalı ilə başlayan işğal müddətində törədilən vandalizm aktlarının mahiyyəti tükürpədicidir. Bu işğal və vandalizm aktları nəticəsində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəymişdir. Beynəlxalq qanunlara əsasən Ermənistan hökuməti bu maddi və mənəvi zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir. Fransa Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz evindən didərgin və köçkün düşən 1.000.000 azərbaycanlınının hüququnu kobud və qəddarcasına pozaraq erməni cinayətlərinə haqq qazandırır. Başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərindən ərazisinə daxil olaraq onu işğal etmək və əhalisini öz evindən didərgin salmaq‚ əliyalın insanları qoca-cavan demədən gülləbaran etmək məhz beynəlxalq qanunlarla ən ağır cinayətdir. Bütün erməni vəhşiliyi dünya ictimaiyyətinə məlumdur. Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı dövlət kimi tanınıb və işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsini tələb edən 4 BMT qətnaməsi mövcuddur. BMT TŞ-nın qətnamələri məcburidir və Fransa özü bu qurumun 5 daimi üzvündən biridir. BMT Nizamnaməsinə görə Fransa özü BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət və icra etməyə borcludur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Qarabağın Azərbaycan ərazisi olduğu qeyd edilir. Amma Fransa hökuməti‚ Senat və Milli Assambleyası bu qədər erməni hərbi cinayətlərinin törədildiyi Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qərəzli və anti-qətnamələrlə Ermənistanın hərbi cinayətlərinə və işğalçılıq siyasətinə dəstək verərək açıq aşkar Ermənistanın hərbi cinayətlərinə şərik olur. Açıq aydın görünür ki‚ erməni təəssübkeşliyindən və ermənipərəstlikdən qaynaqlanan bütün anti-Azərbaycan xarakterli addımları ilə Fransa Ermənistana siyasi dəstək verərək bölgədə sülhü və sabitliyi pozmağa çalışır. Fransa Senatı və Milli Assambleyasının Qarabağla bağlı anti-Azərbaycan xarakterli qətnamələri beynəlxalq hüquqa və BMT qətnamələrinin ruhuna ziddir. Fransa bu addımları ilə beynəlxalq qanunları və BMT Nizamnaməsini pozur. Ümumiyyətlə Fransanın mövqeyi sadəcə kağız parçasıdır və bu qətnamələrin dünyada heçbir rəsmi və hüquqi əsası yoxdur. Çünki‚ Fransa senatının və Assambleyasının mövqeyindən öncə 4 BMT qətnaməsi mövcuddur. Azərbaycan 1992-ci ildə müstəqil dövlət olaraq BMT-yə daxil olarkən məhz bu ərazilərlə birlikdə tanınıb‚ təqdim etdiyi mötəbər sübutlarla‚ hüquqi sənədlərlə məhz bu ərazilərlə birgə BMT-yə daxil olub. Azərbaycanın ərazi bütövlüyü hələ 1992-ci ilə Qarabağ da daxil olmaqla tanınıb. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bunun fonunda Fransanın ermənipərəst qətnamə qəbul etməsi son dərəcə absurddur və gülünc doğurur. Çünki‚ hər bir ölkənin suveren sərhədləri beynəlxalq qanunlarla qorunur. Birləşmiş Millətlər Təşkilatı üzvlüyündə olan bütün dövlət və ölkələrin sərhədlərinin qorunmasına və istilasının qarşısının alınmasına hüquqi qaydada borcludur.
Lakin‚ aydın görünür ki‚ Fransa hökuməti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanmasına can atır. Fransanın məqsədi Cənubi Qafqazda və xüsusən işğaldan azad edilmiş Azərbaycan ərazilərində növbəti təxribatların törədilməsidir. Qarabağı işğal etmiş separatçıların legitimliyini tanımaq‚ separatizmi və terrorçuluğu dəstəkləməkdir. Fransa Qarabağda vaxtilə varlığını elan etmiş qondarma separatçı rejimin legitimliyini tanımaqla və separatçılara siyasi dəstək ifadə etməklə işğaldan azad edilmiş Azərbaycan torpaqlarına qarşı ermənilərin təxribatlar və hərbi cinayətlər törətməsnə zəmin hazırlayır. Bilavasitə Fransa özü qəsbkarlıq və işğalçılıq siyasəti yeridir. Əlbəttə ki‚ bu qərarların qəbul edilməsi erməni lobbi və diasporasının sifarişi və istəyidir. Aşkar görünür ki‚ Fransa sadəcə erməni maraqlarını qoruyur və bu səbəbdən Azərbaycana qarşı yalan və böhtan kampaniyalarına başlayıb.
Bu qətnamələr Azərbaycana qarşı təsir və təzyiq məqsədi daşıyır. Açıq görünür ki‚ Fransada hüquq və qanunlar yox‚ sifarişlər və xüsusən erməni istəkləri icra olnur. Qondarma və uydurma erməni soyqırımı layihəsinin də təşəbbüskarı‚ ideya və senari müəllifi məhz Fransadır. Fransa bu qətnamələrlə Cənubi Qafqazda qarışıqlıq yaratmaq və yeni təxribatlara şərait yaratmaq niyyətindədir.
Hazırda Fransa Milli Assambleyasının qətnaməsi ikili standartlardan və ermənipərəstlikdən qaynaqlanır. Etnik separatizmə dəstək vermək‚ ekstremizmə və terrorizmə dəstək verməkdir. Bu hal ermənilərin hərbi cinayətlər və terrorlar törətməsinə dəstək xarakteri daşıyır.

Biz‚ bir daha Fransa Senatı və Milli Assambleyasının anti-Azərbaycan xarakterli qətnamələrini qətiyyətlə pisləyir‚ bu qətnamələrin beynəlxalq hüququn və BMT Nizamnaməsi və qətnamələrinin əksinə olduğunu və bununla da beynəlxalq hüququn ağır şəkildə pozulduğunu ifadə edirik. Bildiririk ki‚ Azərbaycan beynəlxalq qanunlarla tam haqqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Fransa senatının və Milli Assambleyasının qəbul etdiyi qətnamə yalan və böhtan xarakterlidir və anti-Azərbaycan kampaniyasının və siyasətinin elementidir.

Fransa Milli Assambleyasının qətnaməsinin heçbir hüquqi əsası yoxdur və sadəcə erməni terroruna və erməni cinayətlərinə dəstək xarakterlidir.

Görünən odur ki‚ Fransa sadəcə özünün ermənipərəstlik‚ irqçilik və imperialist qəsbkar siyasətini yeritməyə çalışaraq bölgədə Azərbaycana qarşı son dərəcə qərəzli‚ yalan və böhtan dolu anti-kampaniyalara başlayıb. Fransanın Azərbaycana qarşı həyata keçirtmək istədiyi bütün anti-kampaniyalara qarşı Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqqlı mövqeyinə öz dəstəyimizi ifadə edirik. Qarabağ Azərbaycanın qanuni və hüquqi ərazisidir və tarixi Azərbaycan torpağıdır. Qarabağda heçbir zaman erməni varlığı olmayıb.
Biz‚ Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır.


İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi
Teref.az
 
Ardını oxu...
ABŞ-ın NATO-dan çıxması dünyada gərginliyi azaltmaq üçün yaxşı fürsət olardı.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ABŞ Baş prokurorunun sabiq müavini Bryus Faynın fikirlərinə münasibət bildirərkən deyib.

"Mükafata gəlincə, bu, o qədər də vacib deyil. Amma əslində bu, doğrudur. Konqresdə az qala səs çoxluğu qazanmış respublikaçılar üçün xoşməramlılıq nümayiş etdirmək və dünyada gərginliyin azaldılmasına real töhfə vermək üçün yaxşı imkan yaranıb", - o bildirib.

Parlamentarinin sözlərinə görə, bu, həm də ABŞ-da vergi ödəyicilərini xilas etməyə kömək edəcək.

Qeyd edək ki, Ronald Reyqan prezidentliyi zamanı baş prokurorun müavini olmuş Bryus Fayn məqaləsində ABŞ-ın NATO-dan çıxmasının Ukrayna böhranının həllinə kömək edəcəyini vurğulamışdı.

Onun qeydlərinə görə, Konqres Ukraynadakı münaqişəyə son qoya və Nobel Sülh Mükafatını qazana bilər.
 
 
 
Ardını oxu...
Ermənistan rəhbərliyinin yürütdüyü destruktiv siyasəti daim tənqid edən erməni fəal İşxan Verdyan maraqlı açıqlamalar verib.

Baku TV-yə danışan erməni fəal Ermənistanın hazırkı vəziyyətdə Azərbaycanla sülh müqaviləsini imzalamaqdan boyun qarçırmasını, məsələyə xarici gücləri cəlb etmə cəhdlərini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini bacarıqsızlıq adlandırıb.

Onun sözlərinə görə, belə davam edəcəyi təqdirdə Azərbaycan məlum məsələni Ermənistansız həll edəcək.
Daha ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti