Ardını oxu...
Dünya 6-cı “kütləvi qırılma” ilə üz-üzədir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu əsrin sonuna qədər yer üzündəki bütün bitki və heyvan növlərinin 27 faizi yox olacaq.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunun ən böyük səbəbi iqlim dəyişikliyi və həddindən artıq istehlakdır.

Qlobal istiləşmə, həddindən artıq istehlak, kənd təsərrüfatı torpaqlarından sui-istifadə, çirklənmə və bioloji işğal… Bütün bunlar qlobal biomüxtəlifliyi təhdid edir.

Bioloji müxtəlifliyin azalması növlərin nəsli kəsilməsini sürətləndirir.

Avstraliya və Avropa alimləri “Növün 6-cı kütləvi yoxa çıxması mərhələsi artıq başlayıb” xəbərdarlığını edib.

2050-ci ilə qədər dünyadakı bütün bitki və heyvanların 10 faizinin, 2100-cü ildə isə 27 faizinin nəsli kəsiləcəyi bildirilir.

Mütəxəssislərin fikrincə, balıqların kütləvi şəkildə tələf olması qlobal nəslin tükənməsinin ilk əlamətlərindən biridir.

Bu gün doğulan uşaqlar 70 yaşına çatdıqda bu nəsli kəsilmə prosesinin şahidi olacaqlar.
 
Ardını oxu...
Dünyada rəyi soruşulanların 60 faizə qədəri hesab edir ki, planetdə Çin Xalq Respublikasının (ÇXR) təsiri artmaqdadır. Və yalnız 30 faiz əmindir ki, Birləşmiş Ştatlar liderlik mövqeyini saxlamaqda davam edir.

Bu barədə dekabrın 19-da «Parlament qəzeti» illik sosioloji tədqiqatların nəticələrinə istinadla xəbər verib, tədqiqat «Xuantsyu şiabo» qəzeti tərəfindən həyata keçirilib.

Fudansk beynəlxalq münasibətlər universitetinin professoru Şen İnin bəyan etdiyi kimi, sorğunun nəticələrini şərh edərkən o, bildirib ki, ABŞ hərbi, iqtisadi, innvovasiya və bir sıra digər sahələr üzrə liderliyi saxlayır. Amma kompleks təsirə və qlobal liderlik tapşırıqlarına gəlincə, burada professorun sözlərinə görə, Vaşinqton «mövqeyni əldən verir».
Ətraflı

«Çinin beynəlxalq proseslərdə aktiv iştirakının qəbulunun iki aspekti var. Birincisi, bunun sayəsində ÇXR ilə münasibətlərin inkişafında maraqlı olan ölkələrin sayı artır. İkincisi, dünya birliyinin getdikcə daha çox üzvü Pekində dünya düzənini balanslaşdırmaq gücünün olduğunu görür və ABŞ-ın ağılsız hegemonluğuna qarşı çıxır» - Şen İ bəyan edib.

Çin ictimai elmlər akademiyasının eksperti Lyuy Syanın fikrincə, Çinin nəfinə işləyən səbəb - bu, sabitlikdir ki, ÇXR nümayiş etdirir. Bundan başqa, o, hesab edir ki, dünya Pekin tərfindən təklif olunan qlobal inkişaf və təhlükəsizlik təkliflərini müsbət qəbul edir.

Sorğu oktyabrın 29-dan dekabrın 6-a qədər həyata keçirilib. Orada 33 ölkədən 36 min respondent - o cümlədən, Çin, ABŞ, Rusiya, Fransa, Türkiyə, Misir, İtaliya, Hindistər və s. ölkələrdən olan respondentlər iştirpak ediblər (Mənbə: eadaily.com).
 
 
 
Ardını oxu...
Mərkəzi Afrika Respublikasının (MAR) polisi “Rus evi”nin rəhbəri Dmitri Sıtının yaralanması ilə nəticələnən terror aktında əli olmaqda şübhəli sayılan poçt işçiləri də daxil olmaqla yeddi nəfəri həbs edib.
Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS-a Mərkəzi Afrika radiostansiyasının əməkdaşı Ndeke Luka məlumat verib.
Qeyd edək ki, dekabrın 16-da MAR-ın paytaxtı Banqi şəhərində yerləşən “Rus evi”nin rəhbəri Dmitri Sıtıy sui-qəsd aktına məruz qalıb. Dekabrın 19-da Sıtıy Rusiyaya təxliyə olunub.
 
Ardını oxu...
Yeni il ərəfəsində Ukraynanın paytaxtı Kiyevin zülmətə bürünmüş küçələrindən paylaşılan şəkil ürək dağlayıb.

Tribunainfo.az xəbər verir ki, neçə gündür Kiyev vilayəti qaranlığa bürünüb və elektrik enerjisinin verilməsində böyük fasilələr yaranıb. Buna səbəb ölkənin enerji depolarının ruslar tərəfindən məhv edilməsi və ciddi zərər görməsidir.

Yaxınlaşmaqda olan Yeni il bayramı ilə əlaqədar olaraq kiyev meydanında ənənəvi olaraq yolka qurulsa da, o ancaq sülhün simvolu olan ağ göyərçin bəzəkləri ilə bəzədilib. Şəhər işıqsız və bəzəksiz qalıb.
İnsanların əhvalını azca da olsa yüksəltmək üçün qurulan yolka bəlkə də dünyanın ilk ən kədərli və işıqsız yolkasıdır.
 
 
 
Ardını oxu...
İranın dini lideri Əli Xameneyinin müşaviri Kamal Xərrazi Tehranda keçirilən dialoq forumunda deyib ki, ölkəsinin nüvə bombası istehsal etmək imkanı var, ancaq istehsal etmək fikrində deyil.
Ancaq onun sonrakı cümləsi ilk fkrini təkzib mahiyyətlidir: “Nüvə texnologiyasına sahib olmaq çəkindiricidir”. Yəni İranın nüvə silahı olsa heç bir dövlət Tehrana təzyiq edə bilməyəcək.
İstanbulda ötən həftə bölgədəki vəziyyətlə bağlı iki günlük konfransda iştirak etdim. Müxtəlif mövzuları müzakirə etdikdən sonra konfrans iştirakçılarına belə bir sualı verdim:
“İran bir gün nüvə silahı əldə etdiyini açıqlayarsa (bu istisna deyil), Türkiyə və Azərbaycan hansı addımları atacaq?”.
Məsələ burasındadır ki, İranın nüvə silahına yiyələnə biləcəyindən ehtiyat edən əsas ölkələr bunlardır: İsrail, ABŞ və Səudiyyə Ərəbistanı. Ancaq Azərbaycanın da İranla münasibətlərində gərginlik hökm sürür.
Fikrimcə, İran nüvə silahı əldə edərsə Türkiyə də nüvə silahına yiyələnmək barədə ciddi düşünmək məcburiyyətində qalacaq. Çünki ətrafda bir qisim dövlətin – Hindistan, Pakistan, Rusiya, Çin, İsrail və İran da bu sıraya qatılarsa Türkiyə və Səudiyyə Ərəbistanı da oxşar çalışmalara başlayacaq.
İranın nüvə silahına yiyələnməsi Azərbaycanın maraqlarına da ziddir. Ancaq aydındır ki, nüvə silahına yiyələnmək kimi planımız yoxdur. Buna baxmayaraq, İran nüvə silahı əldə edərsə təhlükəsizlik təminatımızın artırılması barədə ciddi düşünməli olacağıq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Özünü Qarabağ “hökumətinin başçısı” adlandıran Rusiyalı biznesmen Ruben Vardanyan həmyerlilərini məşhur terrorçu Monte Melkonyandan nümunə götürməyə çağırıb.

Vardanyan bu gün Twitter-dəki hesabında Melkonyanın əks olunduğu 1992-ci ilin dekabrına aid videogörüntüləri dərc edib. O, bu videogörüntülərə aşağıdakı mətnlə şərh verib: “1992, Martuni, Arsax, Dağlıq Qarabağ, Monte böhrandan yayınmaq üçün yanacağın ədalətli paylaşdırılmasını təmin edir. Böhranın idarə edilməsi Arsaxda həyatın bir hissəsidir. Biz Azərbaycan ucbatından mühasirədə olsaq da, burada insanlar böhranın öhdəsindən necə gələcəklərini bilmirlər”.

Vardanyanın məşhur terrorçunun şəxsiyyətinə üz tutması faktı özü onun siyasi qərəzlərini ən yaxşı şəkildə əks etdirir.

* Monte Melkonyan ASALA terror təşkilatının liderlərindən biridir. O, 1993-cü ilin iyununda Ağdam rayonunun Mərzili kəndində Azərbaycan SQ-nin 708-ci briqadasının döyüşçüləri tərəfindən məhv edilib.

80-ci illərin ortalarında Melkonyan Parisin Orli aeroportunda terror aktı təşkil edib, burada 10-dan çox insan yaralanıb.

Buna qədər Melkonyan Avropanın müxtəlif şəhərlərində bir neçə türk diplomatı şəxsən güllələyib.

1990-cı ildə o, Ermənistan prezidenti Levon Ter-Petrosyanın xahişi ilə Fransa hakimiyyəti tərəfindən Ermənistana təhvil verilib və tezliklə Qarabağa gəlib, burada Azərbaycana qarşı silahlı mübarizəyə başlayıb.
pressklub
 
Ardını oxu...
“Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”“Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”
facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonsmartbee sharing button

Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-i pisləyib.
Bu barədə Azərbaycan XİN “Twitter”də bildirib.

“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, – XİN qeyd edib.
 
 
 
Ardını oxu...
Kreml Bakını ekspert cameəsi üzərindən təhdid edir: neft mədənlərini bombalamağa çağıran (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrovdan sonra Raket və Artilleriya Elmləri üzrə İnformasiya Siyasəti Akademiyasının prezident müavini, hərbi elmlər doktoru Konstantin Sivkov da “Kiyevdən sonra Bakı ilə məşğul olacağıq” açıqlamasını verib;
MDBMİ artıq Aleksandrovu vəzifəsindən uzaqlaşdırıb. Azərbaycan onu beynəlxalq axtarışa verdi, Sivkovla bağlı da eyni addım atıla bilər.
Rus ekspertlərin açıqlamaları mahiyyət etibarilə heç nəyi dəyişdirmir, əvəzində “cəzalanırlar”.
Bundan öncə Delyagin də “Bakıya hücum çağırışı”na görə beynəlxalq axtarışa verilmişdi. Aleksandrovun işdən çıxarılması Kremlin də onları qorumadığı fikrini yaradır və belə təəssürat yaranır ki, “onlar özbaşına danışır, yaxud erməni lobbisi danışdırır”.
Hərçənd, rus ekspertlərin Bakını təhdid etməsinin zamanı xüsusilə diqqət çəkir.
- Dövlət Dumasının deputatı Mixail Delyagin bu ilin mart ayında Bakının təhdid edəndə Azərbaycan Ordusu Fərrux əməliyyatını keçirmişdi;
- Xankəndi yolunda aksiyanın davam etdiyi vaxt Aleksandrovla Sivkov təhdidlər irəli sürdülər;
Bakının Qarabağda Moskvanın marağında olmayan addımlar atanda rus ekspertlərin aktivləşməsi təhdidin arxasında Kremlin dayandığı fikrini gücləndirir.
Bu “ekspertlərin” Rusiya rəhbərliyinə qarşı bəzən tənqidi fikirləri ilə seçilməsi isə onların Kremldən sifariş aldıqları versiyasını zəiflədə bilər: əslində klassik üslubdur, Jirinoviski də Rusiya hakimiyyətinin siyasətini tənqid edirdi, amma həm də “təhdid dili” olaraq istifadə olunurdu; indi Jirinoviskilərin sayı çoxalıb, görünür, onun “postu” uğrunda da mübarizə gedir.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Yunanıstan vətəndaşlığı olan rus diplomatın oğlu Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları tərəfindən Vyananın şərqində saxlanılıb.

“AzPolitika.info” xarci mediaya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizlik Departamenti onu Rusiya hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilir. Onu 5 ilə qədər həbs cəzası gözləyir. Rus əsilli 39 yaşlı şəxs martın 24-də Vyananın ucqar bölgələrindən birində mənzildə saxlanılıb. O, xüsusilə təhlükəli şübhəli sayıldğına görə həbsində iki xüsusi təyinatlı qrup iştirak edib.

Medianın yazdığına görə, onun mənzilində minalardan təmizləmə zamanı təhlükəsizliyi təmin etmək üçün lazım olan isehkamçı kostyumu və gizli kamera detektoru aşkar edilib.

İstintaq şübhəlinin Vyanada məlumatları ötürmək üçün istifadə etdiyi gizli yerlə müəyyənləşdirə bilib. Saxlanılan zaman onun yanında rus diplomatlar da olub.

Xatırladaq ki, aprel ayında Avstriya Rusiyanın Vyanadakı səfirliyinin üç əməkdaşını və Zalsburqdakı konsulluğun bir əməkdaşını ölkədən çıxarıb. Daha sonra onları diplomat statusu ilə bir araya sığmayan fəaliyətlərdə ittiham edib. Sözügedən deportasiyanın martın sonunda baş verən ifşa əməliyyatı ilə bağlı olub-olmadığı məlum deyil.

Prokurorluq bildirib ki, şübhəli şəxsə Rusiyanın Ukraynaya müdaxiləsinə Avstriyanın necə reaksiya verəcəyini araşdırmaq tapşırığı verilib. Onun Rusiyanın Ukrayanaya 24 fevral hücumundan əvvəl Moskvaya getdiyi bildirilir. Son 4 ildə o, Moskva, Minsk və Tbilisiyə ən azı 65 səfər edib.

Həbs edilən şəxs müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə əlaqə saxlayıb. Onun atası da GRU-ya bağlı ola bilər. O, Almaniya və Avstriyada rus diplomatı adı altında işləyib.

Avstriyada nəşr olunan “Kronen Zeitung” qəzeti xatırladır ki, Vyana beynəlxalq casusluq mərkəzi kimi tanınır. Dövlət Təhlükəsizlik Departamentinin hesablamalarına görə, şəhərdə 7000-ə qədər xarici kəşfiyyatçı ola bilər.

Yerli media yazır ki, təqsirləndirilən şəxs Rusiya və Yunanıstanda daşınmaz əmlak alıb. Şübhəli istintaqla əməkdaşlıqdan imtina edib, irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib və məhkəməyə qədər sərbəst buraxılıb.
 
Ardını oxu...
“Ukrayna Silahlı Qüvvələri gələn il də ölkənin bütün işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov “Ukrayinska Pravda” qəzetinə müsahibəsində bildirib.

“Luqansk, Donetsk, Simferopol mütləq bizə qaytarılmalıdır. Həyatda mümkünsüz heç nə yoxdur. Əsas odur ki, qorxmayın. Ağıl, hesab və hərəkət olmalıdır. Əgər ağlın, hesabın və hərəkətin varsa, o zaman qələbə mütləq sənin olacaq. Ən əsası isə həqiqət sənin tərəfində olmalıdır. Həqiqət isə bizim tərəfimizdədir”, – deyə Danilov vurğulayıb.

Ukrayna rəsmisi Melitopolun Ukrayna Silahlı Qüvvələrinin yeni hədəfi olub-olmayacağı sualına cavab verməyib. Onun sözlərinə görə, növbəti hədəf bütün ölkədir.
 

Dünyapress TV

Xəbər lenti