Tarixdən bizə miras qalan xatirələrdən birinin başlığıdır bu. Bəlkə də çox az insan "Ayşə tətilə çıxır" ifadəsinin nə mənaya gəldiyini bilir 1974-cü ildə idarəsinin İngiltərəyə aid olduğu Kipr adasında yunanlar dövlət çevrilişi etməyə cəhd göstərdilər. Ada əhalisinin isə təqribən 70%-i yunan, 30%-i isə türklərdən ibarət idi. Bu çevrilişi eşidən mərhum Bülent Ecevit adaya müdaxilə etmək üçün İngiltərə ilə diplomatik təmasa keçir. Danışıqlarda istədikləri nəticəni əldə edə bilməyəcəkləri təqdirdə dönəmin xarici işlər naziri olan Turan Günəşlə son söhbətində ona bu sözləri deyir. (Ayşə, Turan Günəşin qızıdır) "Telefon danışıqlarımıza qulaq asacaqlar. Adaya hücum edəcəyimizi başa düşməsinlər deyə bir parol təyin etməliyik. Parolu düşünəndə Ecevit tapdım deyir. - Nədir? - Ayşə tətilə çıxır) Mərhum Bülent Ecevitin uğurlu siyasi rəhbərliyi nəticəsində Kipr azad edilir və sonrakı dövrdə Şimali Kipr Türk Cumhuriyyətinin əsası qoyulur. Əslində Ecevitlə bağlı insanı kövrəldən çox şey var. O həddən ziyadı sadə bir insan idi. O çox nadir dövlət adamlarından idi ki, hakimiyyətdən gedəndə sadəcə bir evi var idi. Heç vaxt lüks avtomobillərdə gəzmədi. Həmişə xalqının yanında oldu. Ailə həyatı qurdu amma heç vaxt uşağı olmadı. Baş nazirlikdən gedəndən sonra həyat yoldaşı ilə birlikdə bir kənd evinə köçdü və orda bədii yaradıcılıqla məşğul oldu. Öz çıxışlarından birində Ecevit belə demişdi: Siyasətin təməlində insan dayandığı üçün siyasi liderlərin məşğul olduğu tək iş məncə siyasət olmamalıdır. Bütün siyasət adamlarının şeir yazmasını, ədəbiyyatla məşğul olmasını gözləmək olmaz amma insanın ikinci bir dünyasının olması zamanı gələndə onun vəzifədən öz istəyi ilə getməsinə də kömək edir. Çünki siyasətdən başqa dünyanız yoxdursa o dünyadan ayrılmaqda çətinlik çəkirsiz." Mərhum Ecevit bir siyasi rəhbər üçün ən çətin olanı etdi. Əlində hər imkan varkən təmiz qaldı, özünə sərvət yığmadı. Xüsusən Atatürkün partiyasında və yolunda olduğu üçün dindarlar tərəfindən sevilmirdi amma heç kim ona oğurladı deyə bilmədi. Bəli, Atatürk və onun əqidəsində olanlar içki içsələr də dindar keçinənlərin hamısından vicdanlı idilər, mərd idilər! Onlar başqa cürə insanlar idilər..