Ardını oxu...
Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul rəsmilərinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin iqamət icazəsinin verilməsini guya yasaqlaması ilə bağlı xəbərləri təkzib edib.

“Report” xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

Bildirilib ki, İstanbulda “qapalı” deyilən ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir:

“İstanbulda əcnəbilərə iqamət icazəsi verilməsi üçün 39 rayonun qapanması ilə bağlı yayılan xəbərlər həqiqət əks etdirmir. Müraciətlər üçün qapalı rayonların sayı 10-dur”.

Xatırladaq ki, ötən gün Türkiyə mətbuatında ölkənin ən iri şəhəri olan İstanbulda əcnəbilərə ilkin iqamət icazəsinin verilməsinin dayandırıldığı barədə məlumat
 
Ardını oxu...
“Rusiya taxıl sazişində iştirakını davam etdirmək məcburiyyətində qalacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Azovstal”da əsir götürülən ukraynalı komandirlər Türkiyədən vətənlərinə qayıtdılar. Əvəzində Rusiya öz ayağını tapdaladı: taxıl sazişindən çıxdığını elan etdi. Amma Ərdoğanın bu durumda ən güclü bəyanatı o oldu ki, Zelenski ilə mətbuat konfransında iki lider aclıqdan əziyyət çəkən Afrika xalqlarını çörəksiz qoya bilməyəcəklərini və taxıl daşınmasına davam edəcəklərini söylədilər”, - ekspert bildirib.

Piontkovskinin fikrincə, Rusiyanın taxıl müqaviləsi ilə bağlı qərarı Prezident Vladimir Putinin növbəti dəfə təhqir edilməsi olacaq:

“Rusiya istəmirsə, bu, onun işidir, afrikalılara özü başa salsın, Türkiyə və Ukrayna Afrikaya taxıl daşımağa davam edəcək. Lazım gələrsə, bunun üçün Türkiyənin hərbi dəniz donanmasından istifadə olunacaq. Mən proqnozum budur ki, Moskva iyulun 17-də diz üstə sürünərək taxıl sazişində iştirakını davam etdirdiyini açıqlayacaq. Bu, Putin üçün ictimaiyyət qarşısında növbəti alçaldılma olacaq”.
 
Ardını oxu...
“Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarını ifşa etməkdə davam edir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Idarəsinin rəisi Ayxan Hacızadə “Twitter”dəki hesabında yazıb.

O, vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bir daha Ermənistanın Azərbaycanı sərhədçilərini “Laçın” keçid məntəqəsindən və yoldan çıxarmağa vadar etmək tələbinin yekdilliklə rədd olunduğunu təsdiqləyir.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib. Bu barədə qərar Beynəlxalq Ədalət Məhkəməsinin saytında dərc olunub. Məhkəmə Ermənistanın 2023-cü il 22 fevral tarixli qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.
Ardını oxu...
Nigeriyada ərzaq təhlükəsizliyi böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

"Report" xəbər verir ki, bu barədə "Vanguard" qəzeti məlumat yayıb.

Nigeriya prezidentinin xüsusi müşaviri Bola Tinubu Dele Alake bildirib ki, qərar administrasiyanın ən həssas təbəqələrə dəstək göstərilməsi ilə bağlı mövqeyinə uyğun olaraq qəbul edilib.

İyunun 20-də Nigeriya Prezidenti Bola Əhməd Tinubu ölkənin təhlükəsizlik aparatındakı məmurları tutduqları vəzifələrdən uzaqlaşdırıb. Tinubu bütün rəhbərləri və məsləhətçiləri, ordunun qərargah rəisini, həmçinin milli polis və gömrük rəislərini işdən çıxarıb. Bundan başqa, o, Mərkəzi Bankın rəhbərini vəzifəsindən uzaqlaşdırıb.
 
Ardını oxu...
Hazırda Rusiya-Türkiyə münasibətlərində müşahidə edilənlər – müzakirə və Şərq bazarıdır ki, var.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski deyib.

“Ərdoğan stavkanı yüksəldir. İndi ona Qərbin pulu lazımdır. Bizdən isə ona lazım olan bütün dəstəyi artıq alıb. İndi o çalışır ki, Qərbdən alsın”, - Satanovski bildirib.

O iddia edib ki, Rusiya-Türkiyə münasibətlərində ciddi böhran ola biləcəyi ehtimalı yoxdur:

“Çoxlu pul, çoxlu maraqlar var. Bundan başqa, bizim ordumuz hələ də çox ciddidir. Rusiya Türkiyə ilə döyüşməyə hazır idi. İkinci Qarabağ müharibəsi zamanı sülhməramlıların yerləşdirilib-yerləşdirilməməsi ciddi müzakirə edilərkən, bilirəm ki, türk hərbçilərlə toqquşma ehtimalı da səsləndi, ancaq ölkə rəhbərliyi, o cümlədən hərbi rəhbərlik çiyinlərini çəkdi. Türkiyə ilə bizim tarixdə 13, yaxud 14 savaşımız olub və nəzərə alın ki, Rusiyanın bütün cənubu, Ukrayna, Moldova, o cümlədən Cənubi Qafqaz – hamısı türk torpaqları olub.

Daha bir müharibə ola bilərdi. Ancaq indi bizim 54 ölkəyə qarşı – NATO və müttəfiqləri – müharibəmiz gedir. Bu, başqa reallıqdır”.
 
Ardını oxu...
ABŞ-nin Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsi təhlükəsini görmür.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri Finlandiyanın paytaxtı Helsinkidə Şimali Avropa liderləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Mən düşünmürəm ki, Putinin nüvə silahından istifadə etməsinin real perspektivi var. Təkcə Qərb deyil, Çin və dünyanın qalan hissəsi dedi: “Buna əl atmayın. Bunu etməyin”, - dövlət başçısı qeyd edib.

Bayden Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməyə davam etdiyinə də diqqət çəkib: “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojının mümkün hərəkətləri barədə suala Amerika lideri belə cavab verib: “Onun nə edə biləcəyini bir Allah bilir”.

“Onun harada olduğunu və hansı durumda olduğunu bilmirik də. Onun yerində olsaydım, onların mənə nahara nə verdiyinə diqqət yetirərdim. Qısası, bilmirəm və heç kim bilmir”, - ölkə başçısı əlavə edib.

Qeyd edək ki, nüvə silahı Ukraynaya qarşı genişmiqyaslı müharibə zamanı Moskva tərəfindən şantaj alətinə çevrilib. Bundan başqa, Rusiya bu ilin yazında nüvə silahının bir hissəsinin Belarusda yerləşdirilməsi ilə bağlı razılığa gəlib.

Bu həftə keçirilən sammitdə NATO liderləri Rusiyanın nüvə ritorikasını pisləyib və Rusiyanın bu silahdan hər hansı istifadəsinin ciddi sonuclar verəcəyi barədə xəbərdarlıq ediblər.
Ardını oxu...
Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərdəki arıçının yaralanması ilə nəticələnən mina partlayışı ilə əlaqədar Ermənistanın bu təhdidinə göz yummamağa çağırır.

Bu barədə XİN tviterdə paylaşım edib.


“Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb, Azərbaycanda 2020-ci ilin müharibəsindən sonra qurbanların sayı 303 nəfərə çatıb.

Azərbaycan Ermənistandan qaynaqlanan mina təhdidinə göz yummamaq çağırışını yeniləyir”, - tvitdə qeyd olunub.
 
Ardını oxu...
Mariya Zaxarova deyib ki, qaydalar yoxdur, onlar elə yolüstü icad olunur və oyun istənilən nəticəni gətirmədikdə dəyişdirilir.
Qaydalar oyun başlamazdan əvvəl öyrənilməlidir, sonra yox.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Kiyevin NATO-ya daxil olmaq üçün hansı şərtləri yerinə yetirməli olduğunu anlamaması ilə bağlı sözlərini belə şərh edib. Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Zaxarova qeyd edib ki, bu, Qərb ölkələrinin uydurduğu "qaydalara əsaslanan dünya nizamı"nın ifadəsidir.
"Kim daha ağıllıdırsa, orada iştirak etmir, çünki qaydalar yoxdur, onlar elə yolüstü icad olunur və oyun istənilən nəticəni gətirmədikdə dəyişdirilir. Alternativ isə ağlı başında olan insanların əksəriyyətinin dəstəklədiyi beynəlxalq hüquqdur", - deyə diplomat bildirib.
Bundan əvvəl o, Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO sammitində tək qaldığı, digər iştirakçıların bir-biri ilə əlaqə saxladığı fotonu yüksək qiymətləndirmişdi.
sputnik
 
Ardını oxu...
Azərbaycan və Ermənistan həll olunmamış məsələlərin çərçivəsini daraldıb.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Hazırda heç bir görüş nəzərdə tutulmayıb, lakin biz iki ölkənin nazirləri arasında daha çox görüşlər gözləyirik. Sülhün əlçatan olduğunu dedikdə, biz bir sıra məsələlərdə ciddi irəliləyişin əldə olunduğunu nəzərdə tuturuq. Hətta son iclasda həll olunmamış məsələlərin çərçivəsi daralıb. Ona görə də biz həll edilməli olan məsələlərin sayının azalması ilə sülh müqaviləsinin əlçatan olduğunu düşünürük”, - deyə o, izah edib.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüblər.
 

Ardını oxu...
İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana səfərə gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında məlumat yayıb.

Məlumata görə, nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.
Bundan əlavə, səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.
 

Dünyapress TV

Xəbər lenti