Mariya Zaxarova deyib ki, qaydalar yoxdur, onlar elə yolüstü icad olunur və oyun istənilən nəticəni gətirmədikdə dəyişdirilir. Qaydalar oyun başlamazdan əvvəl öyrənilməlidir, sonra yox. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Kiyevin NATO-ya daxil olmaq üçün hansı şərtləri yerinə yetirməli olduğunu anlamaması ilə bağlı sözlərini belə şərh edib. Bu barədə o, özünün "Telegram" kanalında yazıb. Zaxarova qeyd edib ki, bu, Qərb ölkələrinin uydurduğu "qaydalara əsaslanan dünya nizamı"nın ifadəsidir. "Kim daha ağıllıdırsa, orada iştirak etmir, çünki qaydalar yoxdur, onlar elə yolüstü icad olunur və oyun istənilən nəticəni gətirmədikdə dəyişdirilir. Alternativ isə ağlı başında olan insanların əksəriyyətinin dəstəklədiyi beynəlxalq hüquqdur", - deyə diplomat bildirib. Bundan əvvəl o, Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO sammitində tək qaldığı, digər iştirakçıların bir-biri ilə əlaqə saxladığı fotonu yüksək qiymətləndirmişdi. sputnik