Ardını oxu...
Zelenskinin bu ölkəni Rusiyanın Ukraynaya qarşı genosid müharibəsinin müttəfiqi adlandırması İranın "xoşuna gəlməyib".

İran Xarici işlər Nazirliyində Prezident Volodimir Zelenskinin ABŞ Konqresindəki çıxışından narazı qalıblar, çünki o, İranın və Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədəki ittifaqını dayandırmağa çağırıb.

Bu barədə İran XİN bəyanatında deyilir («UNİAN»).

Xüsusilə, İran XİN nümayəndəsi Nasser Kanaani İslam Respublikasına qarşı ABŞ Konqresinin iclasında edilən «kobud iradı və ittihamları» pisləyib. Kanaani deyib ki, dron məsələsində İran dəfələrlə «əsassız ittihamlara» reaksiya verib və yenidən qeyd edib ki, «İran İslam Respublikası Ukraynaya qarşı müharibədə heç bir tərəfi heç bir silahla təmin etməyib».

O, bəyan edib ki, İran həmişə bütün ölkələrin ərazi bütövlüyünü, o cümlədən, Ukraynanın ərazi bütövlüyünü qeyd edib və Zelenski bilməlidir ki, İranın strateji səbri belə əsassız ittihamlara qarşı sonsuz deyil.
 
Ardını oxu...
Kremlin “dost” hesab etdiyi Çin faktiki olaraq Rusiyaya köməkdən və onu texnologiya ilə təmin etməkdən imtina edir. Bununla yanaşı, Pekin Moskvadan nefti 30% endirimlə satmağı tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı diplomat Maykl Makfol deyib.

O bildirib ki, Çin Rusiyaya qarşı sanksiyaları qeyri-ictimai şəkildə dəstəkləyir və Kremlə texnologiya verməkdən imtina edir:

“Onlar çox sakitdirlər, Putinə yardım etmirlər. Texnologiyadan danışırıqsa, bu, olduqca vacibdir. Çünki çinlilərdə texnologiya var, lakin onu vermirlər. Əgər Rusiyanın belə müttəfiqləri varsa, düşünürəm ki, Kreml dünyadakı mövqelərinə yenidən baxmalıdır”.
 
Ardını oxu...
Ukrayna avropalı siyasətçilərin Rusiya üçün “təhlükəsizlik təminatları” ilə bağlı “dinc” təşəbbüs və ideyalarına əhəmiyyət verməməlidir

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsi ideyasını təbliğ etməyə davam edir. Xüsusilə, dekabrın əvvəlində o, NATO-nun genişlənməsinə dair təminatları xatırladıb. Və bu yaxınlarda o, dedi: “Rusiya Federasiyası Qərbdən belə təhlükəsizlik zəmanəti almasa, yeni müharibə bütün Avropa qitəsini bürüyəcək”.

Bu cür ritorika heç də təəccüblü deyil, nəzərə alsaq ki, bəzi Avropa ölkələrində - Fransa və Almaniyada - vəziyyətlə bağlı təsəvvür 24 fevraldan əvvəlki ilə müqayisədə xeyli dəyişsə də, əhalinin böyük bir hissəsi hələ də bu siyasətin tərəfdarıdır. "Nə bahasına olursa olsun, sülh." Onlar ilk növbədə öz maraqlarını müdafiə edirlər: işığın, benzinin, qidanın qiymətlərini. Yəni mağazalarda qiymətləri görürlər, amma baş verənlərin mahiyyətini anlamırlar. Nisbətən desək, “hər şey o qədər də sadə deyil” tezisinin tərəfdarlarıdırlar. Və insaf naminə qeyd etmək lazımdır ki, belə mənzərə Ukrayna vətəndaşlarının müəyyən kateqoriyalarına da xasdır...

Əlavə faktor kimi Rusiya mediasının Avropada uzun illər apardığı təbliğatdır. İndi onlar bloklanandan sonra Rusiya başqa bir aktivə - bütün dünyada "konservlərin" aktivləşdirilməsinə keçib. Kreml həmişə təbliğata, siyasətçilərə və ictimai rəy liderlərinə rüşvət verməyə böyük diqqət yetirib. Fevralın 24-dən sonra bu səylər daha da gücləndi. Cəbhədə Rusiyanın vəziyyəti nə qədər ağırlaşırsa, bir o qədər “sülhpərvər” bəyanatlar, yazılar, təkliflər görmək olar.

Fransaya gəlincə, o, tarixən çoxdan rusofil olub. Və bu mövqe 2014-cü ildən sonra da dəyişməyib. Yadınızda saxlayın ki, tam miqyaslı müharibə başlayandan sonra nə qədər fransız Putin tərəfdarı Marin Le Peni dəstəklədi, baxmayaraq ki, o, sülh, Putinlə münasibətlər, onun üzünü xilas etmək və s. var. Yaxud Boris Consonun son vaxta qədər Putinin hücum edəcəyinə inanmayan Makronun mövqeyindən danışdığını xatırlayın. Şols da çox uzun müddət idi ki, iqtisadiyyatla məşğul olmaq və ukraynalıların ruslar tərəfindən necə "tez və ağrısız" öldürüləcəyinə göz yummaq lazım olduğuna inanırdı...

Ona görə də Makron, Şols və digərlərinin açıqlamaları bizim üçün deyil. Onlar öz oyunları üçün çalışırlar. Onlar siyasətçidirlər və elə illüziya yaradırlar ki, haradasa nəyəsə razılaşırlar, haradasa nəyəsə nail ola bilirlər - əhalinin o qədər də yaxşı başa düşməyəcəyinə və hər şeyin yaxşı olacağına arxalanaraq. Yəni siyasətçilərin bir vəzifəsi var - öz reytinqlərini yüksəltmək və yenidən seçilmək. Bunun üçün yoxlanılması mümkün olmayan və sonra unudulacaq hər hansı bir ifadə işlədəcəklər.

İnsan psixikası elə işləyir ki, insan inanmaq istədiyinə inanır. Bir tərəfdən, eyni Makron və Şols birbaşa Putinlə əlaqə saxlayır. Ona görə də onların sözləri o baxımdan həqiqət kimi qəbul edilir ki, Rusiya diktatoru doğrudanmı Avropa ölkələrinin liderlərini belə açıq şəkildə aldatmağa hazırlaşır. Digər tərəfdən, bizim aşağılığımızın eyni Makron və ya Şolsun bəzi ukraynalılar üçün daxili siyasətçilərdən daha nüfuzlu görünməsinə səbəb olması utancvericidir.

Ancaq buna rusların məharətlə istifadə etdiyi tənqidi düşüncənin olmaması da təsir edir. Məsələn, ağır texnikanın düşmən tərəfindən Zaporojye AES-dən çıxarılması ilə bağlı iddia edilən razılaşmalar nağılı kimi...

Bu atom elektrik stansiyası Avropanın ən böyüyüdür. O, Ukrayna enerjisinin 20 faizini əhatə edir. Ukraynanın kritik infrastrukturunu vurmağa başlayan ruslar tərəfindən son atəş səbəbindən indi ölkənin yarısı elektriksiz qalıb. Buna görə də başa düşmək üçün sadəcə beyinləri işə salmaq lazımdır ki, belə bir şəraitdə rus qoşunlarının Zaporojye AES-dən çıxarılması və stansiyanın MAQATE-nin nəzarətinə verilməsi ilə bağlı bütün deyilənlər heç bir əhəmiyyət kəsb etmir. Ruslar AES-i verəcəklər ki, elektrik problemimizin böyük hissəsi həll edilsin? Yaxşı, burada məntiq haradadır?

Odur ki, avropalı siyasətçilərin Rusiya üçün “təhlükəsizlik təminatları” ilə bağlı “dinc” təşəbbüs və ideyalarına qayıdaraq, ukraynalılar onlara o qədər də əhəmiyyət verməməlidir. Bəli, biz Ukrayna mərkəzliliyindən bezmişik və hər şeyi bu prizmadan dərk edirik. Amma Avropa cəmiyyətləri üçün bizim tariximiz başqadır. Ona görə də düşünməyə dəyər: Avropa siyasətçilərinin yuxarıda qeyd etdiyimiz bəyanatları öz elektoratında müharibənin bitmək üzrə olduğu illüziyasını yaratsa, sakitcə bunu edəcəklər.

Müəllf: Maksim Yali - Ukrayna Siyasi Elmlər Akademiyasının müxbir üzvü

Mənbə: UNİAN

Qeyd: tərcümə AYNA-ya məxsusdur
 
 

Ardını oxu...
Stalinin nəticəsi Selim Bensaad Rusiya Prezidenti Vladimir Putinə «qırmızı» diktatorun imicini bərpa etmək təklifi ilə müraciət edib.

Bu barədə Rusiya KİV-i yazır.

Bensaad təsdiqləyir ki, Stalinin əleyhinə «informasiya müharibəsi», «yadlaşdırma» «qanlı diktator» obrazı yaradılması təşkil olunub.

Bu kampaniyanın təşkilində və eləcə də «banderovçuların» reabilitasiyasında o, Nikita Xruşovu günahlandırıb.

Buna qədər Rusiyada Stalinin meyitinin Mavzoleyə qaytarılmasını təklif ediblər.
 
Ardını oxu...
Ukrayna XİN başçısı Dmitri Kuleba bəyan edir ki, Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasında olmasının qanunsuz olduğunu sübut etməyə hazırlaşır.

Rusiya bir çox illərdir ki, BMT-ni zəhərləyir, bu, heç kim üçün sirr deyil. Eləcə də o, bütün beynəlxalq təşkilatları zəhərləyir - hansılara üzvdürsə.

“Rusiya BMT Təhlükəsizlik Şurasında daimi üzv yerini lazımi əsaslar olmadan və aşkar fırıldaqçı sxem əsasında tutur - bu, fırıldaq 31 il əvvəl baş tutub. Ukrayna hazırda hazırlaşır ki, rəsmi addımlara Rusiyanın BMT TŞ-da olmasının qeyri-qanuniliyini sübut etsin və onun bu yeri itirməsi üçün siyasi prosesin işə salınmasına nail olsun, bu, həddindən artıq mürəkkəb proses olacaq» - Kuleba onlayn-brifinq zamanı deyib («UNİAN»).

XİN başçısı əlavə edib ki, Ukrayna beynəlxalq hüquqa əməl olunmasını israr edəcək, Rusiyanın nəfinə olaraq, «intriqa və fırıldaqların» saxlanmasına yox.
 
 
 
Ardını oxu...
Mixeil Saakaşvili cümə axşamı, dekabrın 22-də məhkəmə iclası zamanı Ukrayna dilinə keçib, amma hakim qaydalara əməl olunmasını və gürcücə danışmağı tələb edib.

Bu barədə «Gürcüstan xələrləri» nəşri yazıb («UNİAN»).

Belə ki, Saakaşvili bəyan edib ki, hazırda onun yalnız Ukrayna vətəndaşlığı var, ona görə də o, Ukrayna dilində danışacaq.

«Cənab Mixeil, qaydalara əməl edin və gürcücə danışın» - hakim əmr edib, amma Saakaşvili yenə də Ukrayna vətəndaşlığına işarə edib.
 
Ardını oxu...
Marginal “Reyxsburqerlər” hərəkatı üzvlərinin vəsiqələrində doğum yeri “Alman Reyxi”, “Azad Prussiya Dövləti” və ya "Almaniya Krallığı" yazılır

Alman şahzadəsi XIII Henrixin ən yaxın tərəfdarları - Berlin hakimi Birqit Malzak-Vuinkemann və xüsusi təyinatlıların keçmiş komandanı Rüdiqer von Peskator ilə birlikdə Almaniyada hakimiyyəti ələ keçirmək və Reyxi bərpa etmək məqsədi ilə millətçi qrup təşkil edib. Onlar “imperator nizamı”nı qaytarmağı, 1919-cu il Veymar Konstitusiyasını bərpa etməyi və “işğalçı” Almaniya Federativ Respublikasının (AFR) bütün rəhbərlərini öldürməyi planlaşdırırmışlar. Bu, gülünc bir ideya kimi səslənir, lakin dekabrın əvvəlində Almaniya hüquq-mühafizə orqanları ifrat sağçı kimi tanınan “Reyxsburqerlər” hərəkatının marginal tərəfdarlarının sui-qəsd cəhdini üzə çıxardıqlarını açıqlayıblar. Polis artıq onlarla şübhəlini saxlayıb və məlum olub ki, iğtişaşın təşkilatçıları rus diplomatları ilə əlaqə saxlaya və hətta kansler Olaf Şolsun öldürülməsi üçün praktiki plan hazırlayıblar. “Reyxsburqerlər” hərəkatı əslində nədən ibarətdir, nə üçün sui-qəsdlə məmurları öldürməyə and içiblər və Almaniyada çevriliş təşkil etmək cəhdi niyə uğursuzluğa düçar olub? “Lenta.ru” saytı baş verənləri araşdırıb. AYNA sözügedən araşdırmanı istinadla təqdim edir:

Çevriliş cəhdi

Dekabrın 7-də səhər Almaniyada müasir tarixində ən böyük polis reydlərindən biri keçirildi. Üç mindən çox təhlükəsizlik işçisi eyni vaxtda ölkənin onlarla şəhərində - Almaniyanın 13 federal əyalətindən 11-də reyd keçirib. Onlar konstitusiya quruluşunun dağılmasına və qanlı vətəndaş müharibəsinə səbəb ola biləcək sui-qəsdin iştirakçılarını axtarıblar.

Almaniya Ali Məhkəməsinin baş prokuroru Piter Frank təhlükəsizlik qüvvələrinin 25 nəfəri saxlamağa müvəffəq olduğunu, daha 27 nəfərin isə iştirakçılıqda şübhəli bilindiyini söyləyib. Onların hamısı ifrat sağçı “Reyxsburqerlər” təşkilatının - yarı qanuni mövqedə olan marjinal hərəkatın tərəfdarlarıdır. Onun üzvləri hakimiyyətin legitimliyini açıq şəkildə inkar edərək, onların "dərin dövlətə" - ölkəni pərdə arxasında idarə etdiyi iddia edilən amerikapərəst korporasiyaya tabe olduqlarına inanırlar.

“Reyxsburqerlər” hərəkatının birbaşa Almaniyada dövlət çevrilişinin hazırlanması ilə bağlı hərəkət etdiklərini istintaq dəqiq aydınlaşdırmayıb. Bununla belə, hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, burada hərəkatın ən tanınmış üzvləri açıq-aşkar iştirak ediblər.

Almaniyanın “Die Zeit” qəzetinin yazdığına görə, uğursuz çevrilişin başında Almaniya üçün Alternativ Partiyasından Bundestaqın keçmiş deputatı, Türingiyadan olan alman zadəganlarının 71 yaşlı nəslindən olan Henrix Reiss dayanıb. Ehtimallara görə, 2021-ci ildə o, özünü Kral XIII Henrix elan edib və gizli xidmətlərdə, orduda və bürokratiyada öz tərəfdarlarını toplamağa başlayıb.

Özünü monarx elan edən şəxsə Berlində hakim vəzifəsini icra edən 58 yaşlı Birqit Malzak-Vuinkemann və Bundesver desantlarının xüsusi təyinatlılarından birinin keçmiş komandiri, 69 yaşlı Rüdiqer fon Peskator kömək ediblər. Bundan əlavə, jurnalistlərin fikrincə, sui-qəsdin ideoloji ilhamvericilərindən biri Rusiya vətəndaşı Vitali B olub. Onun peşəsi istintaqda göstərilmir, lakin ehtimal ki, təşkilatın rəhbəri ilə yaxın münasibətdə olub.

Son bir il ərzində sui-qəsdçilər dövlət orqanlarında özlərinə sadiq agentlər şəbəkəsi qurmağa və öz planlarının həyata keçirilməsi üçün vəsait toplamağa başlamağa nail olublar. Məsələn, radikallar təqribən 20 min avro dəyərində rabitə üçün “Iridium” peyk telefonları alıblar. Onlar mobil şəbəkənin sıradan çıxması halında işləyə bilirlər.

Həmçinin çevriliş tərəfdarlarının şura daxilində çağırılan mülki hissəyə və terror aktları törətməli olan hərbi hissəyə bölündüyü iddia edilir. Sonuncuya ehtimal ki, adı çəkilməyən Almaniya ordusunun fəal üzvü rəhbərlik edib.

X saatında hökumət binalarını ələ keçirməli və...

Döyüş qanadı sonradan bir növ milis qüvvələrinə çevrilməli və bütün federal əyalətlərə yayılmalı imiş. Milli təhlükəsizlik şirkətləri, “Reyxsburqerlər” dediyi kimi, təyin olunmuş X saatında hökumət binalarını ələ keçirməli və hökumətə sadiq qüvvələrlə döyüşə girməliymişlər.

İddialara görə, sui-qəsdin bütün iştirakçıları gizlilik müqaviləsi imzalayıblar - onu pozan hər kəsi üsyançıların əli ilə ölüm cəzası gözləyib.

Buna baxmayaraq, hüquq-mühafizə orqanları təhqiqat başa çatana qədər təfərrüatların əksəriyyətini açıqlamamağa üstünlük veriblər: onlar bunu çevrilişin digər təşkilatçılarının tutulmasının mümkünlüyü ilə əsaslandırdılar.

Dekabrın 14-də Amerikanın “The New York Times” qəzeti yazıb ki, Reis, Malzak və fon Peskator Almaniya kansleri Olaf Şolsun öldürülməsi ilə üsyana başlamağı planlaşdırıblar. Bunun ardınca silahlı dəstələr Bundestaqın binasına basqın etməli və deputatların əksəriyyətini həbs etməli idilər.

Alman hakimiyyət orqanları hələ də bu məlumatın etibarlılığına zəmanət verməyə tələsməsələr də, uğursuz sui-qəsd iddiası ilə yaranan qalmaqal bir çox sağçı və mühafizəkar ideyaların tərəfdarlarını öz fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edib. Axı ölkə standartlarına görə, sayca çox olmayan marginal hərəkatın təhlükəli ekstremist təşkilata çevrilə biləcəyini etiraf etməsi indiyədək çətin olub.

Hərəkatın kökləri

“Reyxsburqerlər” hərəkatı hələ 1980-ci illərdə Almaniyada yaranıb və tədricən ölkənin şərqində - keçmiş Şərqi Almaniya ərazisində populyarlıq qazanıb. Bu, heterogen, strukturlaşdırılmamış hərəkatdır. Onun nümayəndələrini Almaniya Federativ Respublikasının rədd edilməsi və mövcud demokratik nizam birləşdirir. Adətən 40-50 yaşlı almanlar sağçı və ya son dərəcə mühafizəkar fikirlərə sahib olan, qlobal sui-qəsd nəzəriyyələrinə və gizli dünya hökumətinə inanan “reyxsbürgerçi” olurlar.

2020-ci ildə Almaniya Federativ Respublikasının Konstitusiyasını Mühafizə üzrə Federal Bürosunun hesablamalarına görə, Almaniyada 20 min “reyxsburqerçi” var.

Eyni zamanda, “reyxsburqerçi”lərdə mövcud olmayan dövlətin “sənədləri” istisna olmaqla, heç bir simvol və ya nişan yoxdur. Belə ki, onların əksəriyyətində “pul”, “avtomobil nömrələri”, “sürücülük vəsiqəsi”, “xarici pasport” və “şəxsiyyət vəsiqəsi” var, vəsiqədə doğum yeri “Alman Reyxi”, “Azad Prussiya Dövləti” və ya "Almaniya Krallığı" yazılır.

Əksər “reyxsburqerçi” 1871-1937-ci illər arasında Almaniyanın keçmiş böyüklüyünün şöhrətli günlərini xəyal edirlər: yəni Kayzer Almaniyasının günləri, Üçüncü Reyxin ilk illəri və daha az dərəcədə Veymar Respublikasını.

“Soyuq müharibə” dövründə Almaniyanın 1945-ci ildən sonra hüquqi statusu ilə bağlı hüquqi mübahisələrə istinad edən “reyxsburqerçi”lər İkinci Dünya müharibəsindən sonra yaradılmış “qeyri-qanuni” dövlətdən – yəni Almaniya Federativ Respublikasından fərqli olaraq, Alman Reyxinin hələ də mövcud olduğunu sübut etməyə çalışırlar. Digər sui-qəsd nəzəriyyəçiləri və sui-qəsd nəzəriyyələrinin tərəfdarları kimi, onlar da özlərinə əlverişsiz olan hüquq normalarına və daha çox tarixi kontekstə məhəl qoymayaraq, fərdi hüquqi tənzimləmələrdən yapışırlar.

Karl Dönitsin başçılıq etdiyi , “Reyxsburqerlər” tərəfindən Reyxin davamlı mövcudluğunun sübutu kimi şərh olunur. İdeyalarını dəstəkləmək üçün onlar Almaniya Federal Konstitusiya Məhkəməsinin 1973-cü il tarixli qərarına istinad edirlər ki, bu qərarda AFR və ADR arasında Təsis Müqaviləsinin konstitusiyaya uyğunluğu qiymətləndirilib. Xüsusilə, 1945-ci ildə Reyxin qanuni olaraq məhv edilmədiyi bildirilir, lakin Federativ Respublikanın yeni dövlət deyil, sadəcə olaraq köhnə Alman dövlətçiliyinin siyasi yenidən qurulmasıdır. Başqa sözlə, AFR öz yerində alman dövlətçilik ənənələrini davam etdirən dövlət kimi mövcud olduğundan de-yure Reyx yoxdur. Lakin “reyxsburqerçi”lər bu vəziyyəti görməməyi üstün tuturlar.

Bəzi “reyxsburqerçi” 1871-ci il sərhədləri daxilində Alman Reyxinin mövcudluğuna istinad edirlər.

İkinci Dünya müharibəsinin sonunda sülh müqaviləsinin olmaması həm də “reyxsburqerçi”ərə Almaniyanın hələ də müttəfiqlər tərəfindən “işğal edilmiş” bir ölkə olduğunu iddia etməyə imkan verir.

Reallıqda isə ABŞ, Böyük Britaniya, Fransa və SSRİ təxminən eyni vaxtda (1954-1955-ci illərdə) Almaniyada (Berlin istisna olmaqla) işğal öhdəliklərini tamamladılar və nəhayət, suveren hüquqlarını AFR və Almaniya hökumətlərinə verdilər. Beynəlxalq müqavilələrlə müəyyən edilmiş Almaniya Demokratik Respublikasına. Ölkənin suverenliyinin potensial məhdudlaşdırılması ilə bağlı 1950-ci illərdə buraxılmış mümkün boşluqlar 1990-cı ilin sentyabrında Moskvada imzalanmış Almaniya ilə bağlı Yekun Müqavilə ilə dolduruldu.

“Reyxsburqerlər”in gətirdiyi başqa bir arqument ondan ibarətdir ki, 1990-cı ildən bəri AFR-də guya heç bir konstitusiya yoxdur. Məsələ burasındadır ki, 1949-cu ildən 1990-cı ilə qədər Almaniyanın ana qanununun 23-cü maddəsində konstitusiya normalarına tabe olan torpaqlar sadalanırdı. Şərq torpaqlarını Almaniyanın qalan ərazilərinə birləşdirməyin qısa yolu da göstərildi.

1990-cı ildə Almaniyanın yenidən birləşməsi baş verəndə bu maddə lazımsız olaraq Almaniya Konstitusiyasından çıxarıldı. Bununla belə, “Reyxsburqerlər” konstitusiya müddəalarının əhatə etdiyi ərazinin artıq olmadığı qənaətinə gəliblər.

AFR və ADR-in rəsmi birləşməsi 3 oktyabr 1990-cı ildə baş verdi. Saat 00:00-da ADR dövlət kimi, Qərbi Berlin isə xüsusi beynəlxalq statusa malik müstəqil siyasi qurum kimi fəaliyyətini dayandırdı.

Nəhayət, bu vəziyyət ona gətirib çıxarır ki, “reyxsburqerçilər” dağınıq və bir-biri ilə əlaqəsi olmayan icmaları davamlı olaraq özlərini “Reyx hökumətləri” elan ediblər, vergiləri, cərimələri və qanuni cəzaları ödəməkdən imtina ediblər, saxta “şəxsiyyət vəsiqələri” ilə ticarət ediblər və öz valyutalarını çap ediblər.

Uzun illər nəinki adi almanlar, hətta hüquq-mühafizə orqanlarının əməkdaşları da uydurma dünyada yaşayan həmvətənlərini ələ salıblar. Lakin tədricən PEGIDA antimiqrant hərəkatının fəalları, Almaniya üçün Alternativ Partiyasının deputatları, eləcə də “Reyxsburqerlər”in fəal qoşulmağa başladığı ekstremist qrupların nümayəndələri onlarla maraqlanmağa başladılar və hamısını birləşdi. Həm də Almaniyanın əvvəlki əzəmətinə qayıtması uğrunda. Bununla da, “Reyxsburqerlər”i zərərsiz və xaotik bir quruluş hesab edən hər kəs faciəvi şəkildə yanılmış oldu.

2016-cı ilin oktyabrında “Reyxsburqerlər”in ictimai rəydə özünəməxsus dönüşü baş verdi. Sonra Bavariyanın Georgsmünd şəhərində dörd polis evlərdən birinə zəng əsasında gəlib. Onlara bildirilib ki, ovçu Volfqanq P.-nin lisenziyası əvvəllər ləğv olunsa da, onun evi sözün əsl mənasında silahla doludur. Kişi isə “qeyri-qanuni” orqanların “qanunsuz” qərarını tanımayıb və polis onun evinə gələndə fərq qoymadan onlara atəş açıb. Üç polis əməkdaşı xəsarət alıb, biri xəstəxanada ölüb.

O vaxtdan bəri hüquq-mühafizə orqanlarının əməkdaşları “reyxsburqerçilər”i potensial təhlükəli qrup kimi yaxından izləməyə başladı və uydurma ölkənin “vətəndaşları” haqqında hekayələr alman qəzetlərinin səhifələrini bəzədi. “Reyxsburqerlər”in polislərə hücumları, evlərində böyük silah ehtiyatlarının aşkarlanması, habelə pul ödəməkdən imtina etdikləri üçün onları evlərindən çıxarmağa çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları və məhkəmə icraçıları ilə davamlı qarşıdurmalarla bağlı xəbərlər daim mediada yer alırdı.
Dövlətin əleyhdarları

Təhlükəsizlik qüvvələri XIII Henrix və onun tərəfdarlarının sui-qəsdini üzə çıxardıqdan sonra almanların “reyxsburqerçilər” haqqında ictimai rəyi bir neçə gün ərzində tamamilə əksinə dəyişdi.

Əgər cəmi bir ay əvvəl almanların çoxu onların ambisiyaları ilə bağlı xəbəri təbəssümlə qəbul edirdisə, indi baş verənlər daha çox kütləvi isteriyaya bənzəyir.

Baş verənlər əslində liberalların və sosialistlərin koalisiya hökumətinin vəziyyətdən maksimum fayda götürməsinə və günahkarları, o cümlədən xaricdəkiləri müstəqil şəkildə müəyyənləşdirməsinə əsas verir.

Belə ki, istintaq orqanları mövcud hakimiyyəti devirmək məqsədi ilə zərbə hazırlayan hərəkat üzvlərinin dolayısı ilə Rusiya hakimiyyəti ilə bağlı ola biləcəyini istisna etmirlər. Prokurorluğun məlumatına görə, onlar hakimiyyəti ələ keçirməzdən əvvəl Almaniyanın “yeni dövlət sistemi”nin müddəalarını İkinci Dünya müharibəsində qalib gələn müttəfiq dövlətlərlə əlaqələndirmək niyyətində olublar.

“Reyxsburqerlər”in liderlərindən biri və qarşıdan gələn çevrilişin əsas təşəbbüskarı XIII Henrix hazırda həbsdədir. “Bild”in məlumatına görə, o, ötən ilin iyununda Ros Baş Konsulluğunda Rusiya Gününün qeyd edilməsində iştirak edib. Onun yoldaşı Vitali B. isə Rusiya vətəndaşı olmaqla, Rusiya hökumət strukturlarında iğtişaşçıların maraqlarının lobbiçiliyini edib.

Bununla belə, hakimiyyət “monarxın” rus diplomatları ilə mürtəce planlarını müzakirə edib-etmədiyini etibarlı şəkildə bəyan etməyi hələ öz üzərinə götürməyib.

Xaricilərin iştirakı ilə bağlı mübahisələrdə həlledici arqument şübhəlilərin ifadələri və istintaq tədbirləri başa çatdıqdan sonra məhkəmədə verdikləri ifadələr ola bilər. Təbii ki, əgər “kralın məmuru” tam gücü ilə susmağa qərar verməsə.

“Reyxsburqerlər” hərəkatı, əlbəttə ki, marginal bir fenomen olaraq qalır, lakin müəyyən bir nöqtədə Almaniya hökumətinin sağçı əleyhdarları üçün bir cəmləşmə nöqtəsi kimi çıxış edə bildi: zadəgan ailələrinin üzvlərindən tutmuş keçmiş Bundesver əsgərlərinə qədər.

Müəllif: Turan Abdulla
Ayna.az
 
Ardını oxu...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı açıqlaması geniş müzakirələrə səbəb olub. Belə ki, Zas bölgədə bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlaya biləcəyini deyib.

Məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlamasında Azərbaycanın regionda müharibənin alovlanmasının tərəfdarı olmadığını bildirib:
"KTMT rəhbəri baş verən proseslərin münaqişəyə çevriləcəyini nəzərdə tutur. Ancaq maraqlıdır, o, niyə Azərbaycan və Naxçıvan arasında əlaqənin 30 ildir kəsilməsinə münasibət bildirmir. Ona görə də onun bəyanatları hər hansı vacib məna daşımır. Azərbaycan regionda sülhün, sabitliyin təmin olunması, həmçinin əməkdaşlığın yaranmasına tərəfdardır.
Biz sülh təkliflərimizi Ermənistanla birgə imzaladığımız bəyanat zamanı onlara təqdim etmişdik. KTMT rəbəri yaxşı olar ki, Azərbaycanın daxili işlərinə qarışmaq yerinə, rəhbərlik etdiyi təşkilatın üzvü olan Ermənistanın imzaladığı bəyanatın şərtlərini yerinə yetirməsinə, Azərbaycan ərazilərini minalamamasına, ərazilərimizə etdiyi qanunsuz silah nəqlinə nəzarət etsin və bunların qarşısını almağa çalışsın".
Hərbi ekspert bildirib ki, Zasın verdiyi bəyanatın Azərbaycana heç bir təsiri yoxdu:
"Azərbaycan öz prioritetlərini elan edib. Bizim yeganə istəyimiz Ermənistanın üzərinə düşən vəzifələrini yerinə yetirməsidir. KTMT başa düşməlidir ki, Qarabağda hər hansı pozuculuq fəaliyyəti varsa, bunun arxasında duran onun üzv dövləti Ermənistandır. KTMT bəyanat yayan zaman yaxşı olar ki, bu açıqlamaların konkret ünvanını müəyyənləşdirsin. Bu fikirləri deyən cənab Zas hansı tərəfin vəzifələrini yerinə yetirməsi məsələsində diqqətli olmalı və üzv ölkə Ermənistana nəzarət etməyi bacarmalıdır".
 
Ardını oxu...
“Bugünkü müharibənin nə olduğunu, onun təbiətini və düzgün final olmayacağı təqdirdə hansı nəticələr verəcəyini anlamayan primitiv lobbiçi”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin sözçüüs Mixail Podolyak ABŞ-ın sabiq Dövlət katibi və tanınmış politoloq Henri Kissincer barədə söyləyib.

Podolyak Kissincerin 2000-ci illərin ortalarında Rusiya xammal şirkətlərinin müşahidə şuralarında təmsil olunduğunu, oradan böğyük maliyyə imkanları qazandığını və indi də Rusiyanın lobbiçiliyi ilə məşğul olduğunu, Kremlin təbliğatına xidmət etdiyini bildirib.

Kissincerin bu günlərdə növbəti dəfə Ukraynanın hazırkı vəziyyətdə Rusiya ilə danışıqlara başlamalı olduğunu, əks təqdirdə bunun böyük dünya müharibəsinə çevriləcəyini deməsi Ukrayna rəhbərliyi tərəfindən hiddətlə qarşılanıb.

Podolyak bir daha Ukrayna rəhbərliyinin mövqeyini səsləndirərək deyib ki, danışıqlar yalnız Rusiya ordusu Ukrayna ərazisindən çıxandan sonra baş tuta bilər.
 
Ardını oxu...
ABŞ Konqresi Ağ Evlə birlikdə Rusiyaya “təcavüzkar dövlət” statusunun verilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

Bu barədə “The Hill” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Ağ Evin Ukrayna prezidenti Volodimir Zelenskinin tələb etdiyi kimi Rusiyanı terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil etmək istəməməsi fonunda belə bir statusun verilməsi isə əhəmiyyətlidir. Eyni zamanda vurğulanıb ki, ABŞ qanunvericiliyində “təcavüzkar dövlət” termini yoxdur və bu da aktın hüquqi cəhətdən hazırlanmasını çətinləşdirir.

Məlumata görə, hazırda sənədin mətni Prezident Administrasiyası ilə razılaşdırılır və qanunvericilər onu ən qısa zamanda Konqresə təqdim etmək niyyətindədirlər.

“The Hill” qəzeti yazır ki, qanun layihəsi ABŞ prezidentinə Ukraynaya qarşı təcavüz aktında iştirak halında, istənilən xarici dövlətə münasibətdə şəxsən “təcavüzkar dövlət” statusu vermək hüququ verəcək. Bundan əlavə, dövlət başçısı bu cür hərəkətlərdə məsuliyyət daşıyan, iştirak edən və ya iştirakçı olan şəxslərə qarşı sanksiyalar tətbiq edə biləcək.

Digər tərəfdən, ABŞ dövlət katibi Entoni Blinken bir müddət əvvəl Co Bayden administrasiyasının Konqresdəki qanunvericilərlə birlikdə Rusiyaya təzyiqləri artırmaq üçün çalışdığını, eyni zamanda Rusiya Federasiyasının terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil edilməsi ilə nəticələnəcək mənfi nəticələrdən qaçdığını söyləyib. Ağ Ev sentyabr ayında vurğulayıb ki, ABŞ administrasiyasının Rusiyanı “terrorizmi himayə edən ölkələr siyahısına daxil etməmək” qərarı qətidir. Rəsmi Kiyev isə Vaşinqtona müraciət edərək Rusiyanın da bura daxil edilməsini istəyib. Oxşar təkliflər Konqresin bir sıra üzvləri tərəfindən də irəli sürülüb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu təşəbbüsləri “axmaq xarakterli tədbir” adlandıraraq, ABŞ-ın bu cür addımlarının Moskva tərəfindən cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, sözügedən siyahıya Vaşinqtonun fikrincə, “beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş” dövlətlər daxil ola bilər. ABŞ administrasiyası siyahıdakı şəxslərə qarşı sanksiyaların tətbiqi baxımından geniş səlahiyyətlərə malikdir. Həmçinin, ABŞ Maliyyə Nazirliyi həmin hüquqi və fiziki şəxslərə, siyahıda olan ölkələrlə ticarət aparan dövlətlərə qarşı tədbir görə bilər. Siyahıya hazırda İran, Şimali Koreya, Kuba və Suriya daxildir.

Günay Rəsulqızı

sfera.az

 
 
 

Dünyapress TV

Xəbər lenti