Ardını oxu...
Nigerin cənub-qərbində sanksiyalar fonunda Kandaji su elektrik stansiyasının tikintisi dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə "rfi.fr" Çinin "China Gezhouba Group" şirkətinin məktubuna istinadən məlumat yayıb.

"Biz bütün tikinti işlərini dayandırmağa məcburuq", - qeyd olunub.

Məktubda o da qeyd edilib ki, sanksiyalarla bağlı yaranmış “fors-major” nəticəsində şirkət hesabları ödəyə bilmir. Yerli işçilərlə müqavilələr də mərhələli şəkildə ləğv edilir.

Xatırladaq ki, İyulun 26-da səhər saatlarında Niger prezidentinin mühafizəsi prezident Məhəmməd Bazumu paytaxt Niameydəki iqamətgahında saxlayıb. Hərbçilər prezident Mohamed Bazumu vəzifədən kənarlaşdırıb, ölkənin sərhədlərini bağlayıb və komendant saatı elan ediblər. Ölkədə bütün qurumların fəaliyyəti dayandırılıb, hökumət nümayəndələrinin fiziki toxunulmazlığına zəmanət verildiyi barədə bəyanat yayılıb. Üsyançıların prezidenti istefa ərizəsini imzalamağa məcbur etdikləri, lakin onun bundan imtina etdiyi irəli sürülür.
Ardını oxu...
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına və Baş Katibə təqdim edilən hesabatda İranda artan edamları dayandırmaq və məcburi hicab qaydalarını geri götürməyə dair çağırış yer alıb.

Hesabatda İran bütün şəxslərin, o cümlədən etirazlar kontekstində və narkotiklə əlaqəli cinayətlərə görə edam cəzasına məhkum edilmiş şəxslərin edamını dərhal dayandırmağa və ölüm hökmünün tətbiqindən çəkinməyə də çağırış edilib.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, təkcə bu il 350-dən çox iranlı edam edilib. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur.

Məhsa Əmininin Əxlaq Polisi tərəfindən öldürülməsindən sonra İranda baş verən ümummilli etirazlardan sonra edamların sayı daha da artıb.
 
Ardını oxu...
Pakistan Prezidenti Arif Alvi Baş nazir Şahbaz Şərifin Milli Assambleyanın (parlamentin aşağı palatası) vaxtından əvvəl buraxılması barədə təqdimatını təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidməti X sosial şəbəkəsində (köhnə Tvitter – red.) məlumat yayıb.
 
Ardını oxu...
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat yayıb.
XİN-dən Bakupost.az -a verilən məlumata görə, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;
74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.
“ASAN Viza” sistemi vasitəsilə verilən birdəfəlik və ya çoxdəfəlik elektron vizanın rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən birdəfəlik elektron vizanın ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlik elektron vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada 3 saat ərzində verilməsi məqsədilə www.evisa.gov.az internet səhifəsinə daxil olaraq müraciət edə bilərlər.
2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə birdəfəlik elektron vizanın verilməsi həyata keçirilir.
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.
Qeyd: Birdəfəlik elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
Birdəfəlik elektron viza veriləcək ölkələrin siyahısı.
Azərbaycanın beynəlxalq hava limanlarında vətəndaşlarına birdəfəlik elektron viza rəsmiləşdirilən ölkələrin siyahısı belədir: Oman, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, Çin Xalq Respublikası, Koreya Respublikası, Malayziya, Sinqapur, İsrail.
Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir:
1. Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə.
2. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə.
3. Yalnız Nyu York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına.
4. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).
5. Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.
 
Ardını oxu...
Milli Tibbi Xilasetmə Qrupu (UMKE) könüllüləri zəlzələ və fəlakətlərdə erkən xilasetmə fəaliyyətləri həyata keçirəcəklər.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəhrəttin Koca deyib.

F.Koca nazirliyin Bilkent şəhərciyində 7-13 avqust Milli Tibbi Xilasetmə Qrupu (UMKE) Həftəsi münasibətilə keçirilən və 81 vilayətdən UMKE könüllülərinin qatıldığı proqramda iştirak edib.

Səhiyyə naziri qeyd edib ki, formalaşacaq "ATAK" strukturu ilə UMKE könüllülərinə milli və beynəlxalq sertifikatlı təlimlər, zəlzələ və digər fəlakətlərdə erkən xilasetmə fəaliyyətləri həyata keçiriləcək.

"Bu gün 30 bölgə və 81 vilayətdə təşkil edilmiş 15 min 200 UMKE könüllü səhiyyə işçimiz var. Bütün UMKE könüllülərimiz Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq EMT Tip 2 yoxlamasına malikdirlər”, - deyə nazir bildirib.

O əalvə edib ki, dünyada nadir görülən bu könüllü hərəkatı həm axtarış xilasetmə, həm də tibbi dəstək verən bir sistemə çevriləcək.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə 5 332 UMKE əməkdaşları zəlzələ bölgələrində axtarış-xilasetmə işləri aparıb.
 
 
 
Ardını oxu...
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının şərti sərhəddə ermənilərin keçirməyə hazırlaşdıqları etiraz aksiyasında separatçıları müşayiət etməkdən və təhlükəsizliklərini təmin etməkdən rəsmən boyun qaçırması onları qıcıqlandırıb.

Bu rədd cavabını həzm etməyən separatçıların nümayəndəsi Artur Osipyan bildirib ki, əgər ruslar bizi rədd etdilərsə, biz özümüz Həkəri körpüsünə getməyə hazırıq.

Baş verənlərin məntiqinə aydınlıq gətirən erməni fəal İşxan Verdyan Artur Osipyanı axmaq adlandırıb:

“Ya axmaqdır, ya da kiməsə arxalanır”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Qlobal Cənubun bir çox ölkələri Ukrayna münaqişəsinin həllində Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsini zəruri hesab edirlər.
Ukrayna lideri Vladimir Zelenskinin Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın Ukrayna münaqişəsinin nizamlanmasında Rusiya Federasiyasına təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə mənfi reaksiyası Kiyevin Səudiyyə Ərəbistanında keçirilən görüşdə uğursuzluğunu təsdiqləyir.
Rusiyalı senator Aleksey Puşkov belə hesab edir.
"Zelenskinin Braziliyanın mövqeyinə qıcıqlanması Ciddədəki görüşün bəzi Qərb mediasının göstərməyə çalışdığı kimi, Ukrayna ilə həmrəylik nümayişinə çevrilmədiyinin daha bir sübutudur", – deyə siyasətçi özünün "Telegram" kanalında Zelenskinin Səudiyyə Ərəbistanındakı görüşdən sonra Lula da Silva haqqında tənqidi bəyanatlarını şərh edərkən yazıb.
Senatorun sözlərinə görə, Qlobal Cənubun bir çox ölkələri Ukrayna münaqişəsinin həllində Rusiya Federasiyasına təhlükəsizlik zəmanətlərinin verilməsini zəruri hesab edirlər.
Zelenskinin Lula da Silvanın Rusiya Prezidenti Vladimir Putinlə "razılaşmamalı" olduğuna dair bəyanatını şərh edən Puşkov vurğulayıb ki, Braziliya prezidentinin Ukrayna rəhbərinin bu cür məsləhətinə ehtiyacı yoxdur.
Xatırladaq ki, avqustun 5-6-da Ciddədə, Ukraynadakı vəziyyətin həlli üzrə, təxminən otuz ölkə nümayəndəsinin iştirak etdiyi məsləhətləşmələr keçirilib. Daha əvvəl xəbər verildiyi kimi, danışıqlar zamanı heç də bütün ölkələr Zelenskinin təklif etdiyi "sülh formulu" ilə razılaşmayıb.
Sputnik
Ardını oxu...
Ukraynada qanlı müharibənin davam etməsinə baxmayaraq, ölkə parlamentinin bəzi üzvləri xarici ölkələrdə istirahət etməkdən vaz keçmək istəmirlər. Ən acınacaqlısı isə odur ki, əksər hallarda bunlar hakim “Xalqın xidmətçisi” partiyasının üzvləridir.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, parlamentdəki hakim fraksiyanın başçısı David Araxamiya deputat Boqdan Toroxtiyin fraksiyadan və partiyadan qovulacağını bəyan edib. O, həmçinin bu deputatın öz mandatından da imtina etməsini tələb edib.

Ukraynada müharibə dövründə məmurların bəzi istisna halları çıxmaq şərtilə ölkəni tərk etməsi qanunla qadağandır. Buna baxmayaraq, Toroxtiy bu qadağanı pozaraq, Bolqarıstana istirahətə gedib.

Araxamiya həmçinin bildirib ki, Toroxtiy ailəsi ölkənin varlı ailələrindən biri olmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinə heç bir yardım göstərməyib və bu da azmış kimi, öz mülklərini dövlətə icarəyə verərək, bundan pul qazanmaqda davam edib. Araxamiya həmin vəsaitlərin də dövlətə qaytarılmalı olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə hakim partiyadan olan deputat Yuri Aristov da daxil olmaqla bir neçə tanınmış şəxs istirahət üçün ölkəni tərk etdiklərinə görə cəzalandırılıblar.
Ardını oxu...
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında Rusiya-Gürcüstan “beş günlük müharibəsi”nin ildönümü ilə bağlı açıqlama verib.

Tribunainfo.az xəbər verir ki, O, Rusiyanın Gürcüstan-Cənubi Osetiya münaqişəsində iştirakı ilə Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı arasında analogiya aparıb.

Məhz 2008-ci ildə Rusiya prezidenti postunu tutan Dmitri Medvedev avqustun 8-də Cənubi Osetiyanın münaqişə zonasında sülh əməliyyatının başlandığını elan edib.

“Saakaşvili (Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili) artıq Rusiya sərhədlərinin bilavasitə yaxınlığında vəziyyəti gərginləşdirməyə çalışan kollektiv Qərb tərəfindən dəstəklənirdi. Silahlı qüvvələrimiz Abxaziya və Cənubi Osetiyada yaşayan xalqımızı düşməndən qorudu”, – deyə o yazıb.

Dmitri Medvedevin sözlərinə görə, 2008-ci ildə ABŞ və onun vassallarının təcrübəsi açıq şəkildə yox idi. Lakin indi, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının vitse-prezidentinin hesab etdiyi kimi, onlar növbəti dəfə başqalarının əli ilə cinayətkar müharibə aparır, Rusiyanı yer üzündən silməyə çalışırlar.

“Bütün NATO sistemi praktiki olaraq bizə qarşı açıq mübarizə aparır. Xüsusi hərbi əməliyyatın bütün problemlərini həll etmək üçün kifayət qədər gücümüz var. 2008-ci ilin avqustunda olduğu kimi, düşmənlərimiz məğlub olacaq və Rusiya öz şərtləri ilə sülhə nail olacaq”.
 
Ardını oxu...
Məqsədimiz 9 noyabr 2020-ci il bəyanatının bəndlərindən birindən istifadə edərək Rusiya hərbi kontigentini iki ildən sonra evinə yol salmaq və bununla Azərbaycan torpaqlarında separatçılığa birdəfəlik son qoymaqdır. Bu həm də strateji müttəfiqimiz Türkiyənin də məqsədidir ki, bunu Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan NATO son Vilnyus zirvə toplantısında açıq şəkildə səsləndirib. Top Rusiya prezidenti Vladimir Putinin meydanındadır, ancaq o bu məsələylə bağlı fikrini hələ söyləməyib. Kreml sahibinin mövqeyini öyrənməyin bir yolu var.
Rusiya prezidenti bu ayın sonunda Türkiyəyə rəsmi səfər edəcək, Putin Ərdoğanla müxtəlif məsələləri, o cümlədən Azərbaycan-Ermənistan danışıqlarını və Zəngəzur dəhlizini müzakirə edəcək. Prezidentlər böyük ehtimalla müzakirələrin sonunda mətbuatın qarşısına çıxacaqlar. Türkiyədə bu növ toplantılarda 4 suala imkan verilir, ikisini yerli jurnalist, ikisini qonaq jurnalist verir.
Yerli jurnalistlərdən birinin “Cənab Putin, Rusiya Azərbaycanın istəyi ilə iki ildən sonra Qarabağdan hərbi kontingentini çıxarmağa hazırdırmı” sualını səsləndirməsinə ehtiyacımız var.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti