Ardını oxu...
2022-ci ildə Türkiyədə yaşamaq icazələrinin sayına görə Azərbaycan liderdir.

"DogruXeber.az" xəbər verir ki, Türkiyədə yaşamaq icazələrinin sayına görə ruslar xarici vətəndaşlar arasında birinci yeri tutub . Bu barədə Türkiyə Miqrasiya İdarəsinin məlumatlarında qeyd olunub.

Onların sözlərinə görə, ötən il bu ölkədə yaşamaq icazəsi olan əcnəbilərin ümumi sayı 1 milyon 354 min nəfərdən çox olub.

Belə ki, Türkiyə rəsmiləri Rusiya Federasiyasının 153 mindən çox vətəndaşına yaşayış icazəsi verib . Alınan yaşayış icazələrinin sayına görə ikinci yeri İraq vətəndaşları (131 min nəfər) tutub. Üçüncüsü suriyalılardır(100 mindən çox). Yaşayış icazəsi almış Ukraynadan olan mühacirlər - 47 mindən çoxdur.

Qeyd olunur ki, 132 mindən çox rusiyalı Türkiyədə bir ilə qədər qısa müddətə verilən turistik yaşayış icazəsi ilə yaşayır.

Eyni zamanda, Azərbaycan ölkədə qohumluq əlaqələri və ya təhsil əsasında verilən yaşayış icazələrinin sayına görə liderdir.

Daha əvvəl bildirilmişdi ki, 2022-ci ildə bütün xarici vətəndaşlar arasında Türkiyədə əmlak almağa ən çox marağı ruslar göstərib.

Ardını oxu...
 
 

 

Səudiyyə Ərəbistanında tanınmış islahatçı hüquq professoru, sosial şəbəkələrdən, o cümlədən “Twitter” və “WhatsApp”dan istifadə etdiyi üçün ölüm cəzasına məhkum edilib.
 
Söhbət 2017-ci ildə aparılan təmizləmələr zamanı həbs edilən Aida əl-Qarnidən gedir. Onun oğlu cinayət işinin təfərrüatını bölüşüb.
Onun sözlərinə görə, hakimiyyət alimi öz adı ilə (@awadalqarni) “Twitter” hesabından fikirini bildirmək üçün istifadə etməkdə ittiham edib. Sənədlərdə professorun “WhatsApp” söhbətində iştirakını etiraf etdiyi də bildirilir. O, həmçinin “Telegram” hesabı yaratmaqda da ittiham olunub.
Bununla yanaşı, Səudiyyə hökuməti və dövlət tərəfindən idarə olunan investorlar son vaxtlar ABŞ sosial mediasında, o cümlədən “Twitter” və “Disney” kimi şirkətlərdə paylarını artırıblar.
Mənbə: ferra.ru

 

XalqXeber.Az
Ardını oxu...
İsraildə fəaliyyətə başlayan yeni sağçı hökumətin ədliyyə sistemində planlaşdırdığı dəyişikliklərə qarşı Təl-Əvivdə 100 minə yaxın insan küçələrə çıxmasına səbəb olub.

Gununsesi.info-nun İsrail mediasına istinadən verdiyi xəbərə görə, baş nazir Benyamin Netanyahu tərəfindən dəstəklənən qanun layihəsi Ali Məhkəmənin qərarlarının Parlament tərəfindən sadə səs çoxluğu ilə ləğv edilməsinə icazə verir.

Beləliklə, hökumətlərin Ali Məhkəmə tərəfindən ləğv olunacağından narahat olmadan qanunlar qəbul edə bilməsi hədəflənir.

İddia olunur ki, İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmalara qarşı Ali Məhkəmə qərarlarını ləğv etmək üçün də istifadə oluna bilmə ehtimalı var.

Etirazçıların fikrincə, bu qanun layihəsi demokratiyaya hücumdur.

Bu qanunla məhkəmələrin müstəqilliyinin azalacağı, məhkəmələrə inamın azalacağı, azlıqların hüquqlarının aşağı düşəcəyi, korrupsiyanın artacağı qorxuludur.

Hökumət bundan bu məqsədlə istifadə edilməyəcəyini desə də, etirazçılar da qanunun Netanyahunun davam edən korrupsiya məhkəməsinə son qoymaq üçün istifadə oluna biləcəyini deyirlər.

Qanuna qarşı çıxanlar arasında Ali Məhkəmənin sədri Ester Hayat və ölkənin baş prokuroru da var.

Qanun qəbul olunarsa, hakimlərin təyinatında deputatların təsiri artacaq, təyinat komissiyalarının əksəriyyətini hökumət üzvləri təşkil edəcək.

Təl-Əvivdə keçirilən nümayişlər zamanı şəhərin əsas arteriyalarından biri olan Ayalon şossesində nəqliyyatın hərəkətini kəsməyə çalışan polislə etirazçılar arasında toqquşma baş verib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dneprdəki yaşayış binalarına raket zərbəsi endirənlər cəzalanmalıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.

Prezidentin sözlərinə görə, hadisə yerində xilasedicilər işləyir, dağıntılar bütün gecə təmizlənəcək:

“Biz hər bir insan, hər bir həyat üçün mübarizə aparırıq. Biz bu terrorda iştirak edənlərin hamısını tapacağıq. Hər kəs cavab verəcək. Maksimum”, – Zelenski yazıb.

Qeyd edək ki, son məlumata görə, 14 yanvarda Dneprə endirilən raket zərbəsi nəticəsində 9 nəfər ölüb, 60 nəfər yaralanıb.
 
 
 
Ardını oxu...
Bu il yanvarın 16-20-si Davosda keçiriləcək Dünya İqtisadi Forumunda rusiyalı iş adamlarına qadağa tətbiq edilib.

“Bloomberg” xəbər verir ki, yeni qadağaya əsasən, forumda rusiyalı iş adamları iştirak etməyəcək.

İş adamlarının böyük hissəsini (33 nəfər) amerikalılar təşkil edəcək.

Qeyd edək ki, forumda iştirak üçün 116 milyarder qeydiyyatdan keçib.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putinin başı Ukraynadakı işğalçı müharibəyə qarışıb. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə səsləndirdiyi açıqlamalarına Rusiya prezidentinin sözçüsü Dmitri Peksov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova cavab veriblər.
Zaxarova son mətbuat konfransında Kremlin Paşinyana mesajını təxminən bu şəkildə göndərib: “Bizimləsən, yoxsa Qərbləsən?”
Paşinyan bu suala konkret cavab verə bilmir. Əlbəttə, Paşinyan daxilən Qərblədir, ancaq Ermənistanın və erməni separatizminin reallıqlarını nəzərə alaraq Rusiyadan qopmanın ağır nəticələrini də proqnozlaşdırmağa çalışır.
Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək, Zaxarovanın təbirincə desək, seçimini etməlidir.
Seçim Paşinyanın mətbuat konfransında elan etdiklərinin reallaşdırmasından keçir:
1. Ermənistan KTMT-yə üzvlükdən imtina etməli;
2. Kremldən Rusiyanın Ermənistandakı hərbi bazasının ləğvini istəməlidir.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraicəti üzrə dinləmələr keçirəcək. “Report” xəbər verir ki, bu barədə Məhkəmənin tviter hesabında qeyd edilib.

"Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq", - məlumatda deyilir.

Dinləmələr Sülh Sarayında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini yanvarın 3-də təqdim edib.
 
Ardını oxu...
Fransa Parlamentinin ilk qadın sədri Yael Braun-Pivet İrəvanda jurnalistlərə bəyan edib ki, Fransa Dağlıq Qarabağın müstəqilliyin tanımır: “Bu, beynəlxalq qanunların tələbindən irəli gəlir”. O, Ermənistanla Azərbaycan arasında dialoqun davam etdirilməsinə çağırış edib.
Erməni jurnalistlər bəlli səbəbdən ATƏT-ın Minsk Qrupu çərçivəsində danışıqlara Fransanın münasibəti ilə maraqlanıblar. Xanım sədr deyib ki, Minsk qrupu Ermənistanla Azərbaycan arasında danışıqlar aparmaq üçün önəmli müstəvidir. Ancaq digər müstəvilər də var. Əsas odur ki, bu danışıqlar davam etdirilsin. Fransa bundan yanadır...
Məncə, yəhudi əsilli bu xanımın dedikləri ermənilərin ürəyincə deyil. Ancaq reallıq belədir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Hətta Fransa bu reallığa qarşı çıxa bilmir.
Ümid edirəm ki, bu bəyanat istər Ermənistanda, istərsə də Qarabağda qəzəbli erməni qafalarını ağıllı olmağa, reallıqla barışmağa məcbur edəcək...
Elbəyiu Həsənli
Teref.az
 
Ardını oxu...
Seymur Talıbovun qabağına "caynağındakı" pulla qırğı kimi şığıyan ümummilli dahi ziyalı Elbrus İsayevə qahmar çıxan Mətanət Quliyeva adlı bu xanım kimdir, bilirsinizmi?
- Akademikbaşı İsa Həbibbəyliyinin baldızı. NDU-nun Pedaqogika fakültəsində Texnologiya kafedrasının müdiri vəzifəsini icra edir. 21 martda anadan olmasına baxmayaraq, profilində doğum tarixini 20 iyun kimi göstərib. Görünür, başı kafedrada olduqca ciddi işlərə qarışdığı üçün anadan olduğu tarixi belə unudub.
Ardını oxu...
Bəs, bu ciddi işlər nədən ibarətdir?
İnşallah, bu suala cavab axtaracağıq.
Heyder Oguz
Teref.az
 
Ardını oxu...
ABŞ prezidenti Cozef Bayden vəkillərin onun evində yeni məxfi sənədlər toplusu tapdığını təsdiqləyib, bu barədə ABŞ Ədliyyə Nazirliyinə dərhal məlumat verilib.

“Report” xəbər verir ki, bu bəyanatla Amerika lideri Ağ Evdə çıxış edib.

“Bu həftənin əvvəlində dediyim kimi, insanlar bilirlər ki, mən məxfi sənədlərə və məxfi materiallara ciddi yanaşıram.Onu da bildirdim ki, biz ABŞ Ədliyyə Nazirliyi ilə tam əməkdaşlıq edirik. Bu araşdırmanın bir hissəsi olaraq vəkillərim vitse-prezident olduğum dövrə aid sənədlərin saxlandığı digər yerlərə baxdılar.

Onlar dünən axşam yoxlamalarını başa çatdırıblar. Evimdəki, şəxsi kitabxanamdakı saxlanc yerlərində və sənədləşmə şkaflarında “məxfi” qeyd olunmuş az sayda sənədlər tapdılar. Dərhal Ədliyyə Nazirliyinə məlumat verilib”-deyə, o bildirib.

Artıq ABŞ Ədliyyə Nazirliyi faktları araşdırmaq üçün xüsusi müşavir təyin edib.

Qeyd edək ki, Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan gizli sənədlər tapılıb.

Öz növbəsində Nümayəndələr Palatasında respublikaçılar Prezident Cozef Baydeni vitse-prezident olduğu vaxtda məxfi sənədləri oğurlamaqda ittiham edirlər.

Dünyapress TV

Xəbər lenti